ATƏT-in Bakı ofisi Azərbaycanda Milli Preventiv Mexanizimin yaradılması üzrə seminar keçirdi
|
Bu gün ATƏT-in Bakı ofisi Ləndmark Biznes Mərkəzində Azərbaycanda Milli Preventiv Mexanizimin yaradılması ilə bağlı seminar keçirdi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən ATƏT-in Bakı ofisi rəhbərinin müavini Melisa Stoun bildirdi ki, Azərbaycanda MPM-nin uğurla təsis olunması və səmərəli fəaliyyəti qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın digər formalarına qarşı mübarizədə ölkənin göstərdiyi səylərdə həlledici rola malik olacaq. O seminarda ATƏT-in MPM-lərin preventiv mandatının nəzəri və təcrübi aspektlərini quruma üzv dövlətlərin bu sahədəki mütərəqqi təcrübəsindən istifadə ediləcəyini bildirdi.
|
25.11.09 Məqaləni oxumaq
|
|
|
Ermənistan Konstitusiya Məhkəməsi protokollara baxış keçirir
|
Bu gün Ermənistan Konstitusiya Məhkəməsində (KM) Türkiyə ilə imzalanmış protokollara ilkin baxış keçirilir. İlkin baxış zamanı işin araşdırılmasına əsas olub-olmadığı müəyyənləşməlidir. İş üzrə məruzəçi təyin olunmuş hakim Vladimir Ovannisyan 15 gün ərzində rəyini Konstitusiya Məhkəməsinin sədrinə təqdim etməlidir. Sonrakı 10 gün ərzində sədr məhkəmənin iclasını çağırmalı, bu iclasda işin icraata qəbul edilməsinə dair qərar verilməli və məhkəmə baxışının vaxtı təyin edilməlidir. KM uzağı 3 ay müddətində protokolların Konstitusiyaya uyğun olub-olmadığı ilə bağlı yekun rəyini açıqlamalıdır.
|
25.11.09 Məqaləni oxumaq
|
|
|
Əli Abbasov Minskə yola düşüb
|
Bu gün rabitə və informasiya texnologiyaları (RİTN) naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinə səfər edib. Bu barədə məlumatı RİTN-nin mətbuat xidmətindən veriblər.
Nümayəndə heyəti Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiya Başçıları Şurasının cari ilin 25 noyabr tarixində keçiriləcək 41-ci iclasında iştirak edəcək. İclasda Beynəlxalq Telekommunikasiya İttifaqının ümumdünya forumlarına hazırlıqda rabitə administrasiyaların qarşılıqlı əməkdaşlığı, RRB-nin daxili fəaliyyəti və digər məsələlər müzakirə olunacaq.
Ə.Abbasov həmçinin 26-27 noyabr tarixlərində Minskdə keçiriləcək “MDB məkanını birləşdirək” adlı yüksək səviyyəli görüşdə iştirak edəcək. Görüşün məqsədi insan, maliyyə və texniki resursların bütün region ölkələrinin gələcəyin inkişafı, məşğulluğun təmin olunması, iqtisadi artım və sosial-iqtisadi inkişaf baxımdan geniş qəbul olunan rəqəmsal infrastruktur və xidmətlərə keçidinə səfərbər edilməsindən ibarətdir.
|
25.11.09 Məqaləni oxumaq
|
|
|
Prezident Rusiyaya işgüzar səfərə yola düşüb
|
Bu gün prezident İlham Əliyev Rusiya Federasiyasının dövlət başçısı Dmitri Medvedevin dəvəti ilə Rusiyanın Ulyanovsk şəhərinə işgüzar səfərə yola düşüb. Prezident Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
Xatırladaq ki, prezident İlham Əliyev noyabrın 23-də Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib.
|
25.11.09 Məqaləni oxumaq
|
|
|
E.Nalbandyan: “Bəzi məsələlər ətrafında irəliləyiş var”
|
Ermənistan və Azərbaycan prezidentlərinin Münhendəki danışıqları müsbət mühitli olub. Bu bəyanatla İtaliyanın paytaxtı Romada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan çıxış edib.
O qeyd edib ki, hər iki prezidentlərin danışıqları icazə verdi ki, müsbət mühit qorunsun. “Deyə bilmərəm ki, prezidentlərin danışıqları səthi olub. Lakin, bəzi məsələlər ətrafında irəliləyiş var və son bir il yarım müddətində keçirilən səkkiz görüşlər nəticəsində tərəflər protokollaşdırılan müsbət istiqamətlərə nail oldu”,-deyə E.Nalbandyan bildirib.
|
24.11.09 Məqaləni oxumaq
|
|
|
Diaspora təşkilatları Ermənistanla sərhəddin açılmasına qarşıdır
|
Azərbaycan və Türk diasporası təşkilatlarının Koordinasiya Şurasının təmsilçiləri Qarabağ məsələsi həll olunmayana qədər Türkiyə və Ermənistan sərhədlərinin açılmasını düzgün qərar hesab etmir. Azərbaycan və türk diaspora təşkilatları Koordinasiya Şurasının birgə keçirdiyi iclasında prezident İlham Əliyev və Abdullah Gülə müraciət ünvanlanıb. Müraciətdə qeyd edilir ki, azərbaycanlılar və türklər bir-birinə ən yaxın xalqlardır və onlar həmişə bir mövqedən çıxış ediblər. “Biz-Azərbaycan və Türk diaspora təşkilatlarının Koordinasiya Şurasının təmsilçiləri Qarabağ münaqişəsi həll edilməyənə qədər erməni-türk sərhədlərinin açılmasını düzgün qərar hesab etmirik. Biz həm də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair imzalanan protokollara da qarşıyıq, çünki Ermənistan hələ də Azərbaycan və Türkiyənin ərazi bütövlüyünə iddia edir”,-deyə müraciətdə qeyd edilib.
|
24.11.09 Məqaləni oxumaq
|
|
|
Azərbaycan və Rusiya prezidentləri bir araya gələcək
|
Bu gün prezident İlham Əliyev Rusiya Federasiyasının dövlət başçısı Dmitriy Medvedevlə görüşəcək. Rusiya prezidenti Dmitri Medvedyevin dəvəti ilə baş tutan səfərin əsas məqsədi Ulyanovsk şəhərində meydanlardan birinə Heydər Əliyevin adının verilməsi münasibətilə keçiriləcək mərasimdə iştirak etməkdir.
Ulyanovskda keçiriləcək görüşdə prezidentlər enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında məsələləri müzakirə edəcəklər. Bundan başqa ölkə başçıları beynəlxalq və regional problemlərin həlli barəsində də fikir mübadiləsi aparacaqlar.
|
24.11.09 Məqaləni oxumaq
|
|
|
Prezident Sumqayıt Elektrik Stansiyasının açılış mərasimində iştirak edib
|
Bu gün prezident İlham Əliyev Sumqayıt Elektrik Stansiyasının açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısını Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri, inşaatçılar və energetiklər qarşılayıblar.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev ölkə başçısına məlumat verərək bildirib ki, təməli 2005-ci il avqustun 12-də prezident İlham Əliyev tərəfindən qoyulan 525 meqavatlıq Sumqayıt Elektrik Stansiyası istismara hazırdır.
Yeni stansiya şəhərin perspektiv sosial-iqtisadi inkişafı nəzərə alınmaqla 1 nömrəli Sumqayıt Elektrik Mərkəzinin ərazisində inşa edilib.
Stansiyanın iş rejimi və avadanlığı ilə yaxından tanış olan prezident İlham Əliyev energetiklərlə görüşüb, onları təbrik edərək uğurlar arzulayıb.
|
20.11.09 Məqaləni oxumaq
|
|
|
Əmmar Əl Həkim İstanbulda Cəfərilərin lideri ilə görüşüb
|
İordaniyanın paytaxtı Əmmandan İstanbula gələn İraq İslam Yüksək Şurasının rəhbəri Əmmar Əl Həkim Halkalıdakı Zeynəbiyə Məscidi və Mədəniyyət Mərkəzini ziyarət edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Zeynəbiyə Məscidi və Mədəniyyət Mərkəzindən veriblər.
Türkiyə Cəfərilərinin lideri Səlahəttin Özgündüzlə mətbuatın iştirakı olmadan görüşən Əl Həkim, ardınca jurnalistlərə açıqlama verib.
Türkiyəni ziyarət etdiyinə görə, məmnunluq hissi duyduğunu söyləyən Şura rəhbəri, atası və eyni zamanda İraq İslam Yüksək Şurasının sabiq rəhbəri Əbdüləziz Əl Həkimin vəfatından sonra Türkiyədə keçirilən baş sağlığı məclislərinə görə təşəkkür edib.
Türkiyədə olduğu müddətdə prezident Abdullah Gül, Baş nazir Rəcəb Tayyip Ərdoğan və xarici işlər naziri Əhməd Davutoğlu ilə görüşü planlaşdırılan Əl Həkim iki ölkə arasındakı münasibətlərin çox qədim bağlara dayandığını söyləyib.
''İki ölkə arasındakı münasibətlər İslamdan doğur. İslam, barış və tolerant dindir. Türkiyənin demokratiya təcrübəsinə hörmət etdirik. Bu uca ölkə, bir yandan İslami kimliyini qoruyan, eyni zamanda demokratiyanı da ən yaxşı həyata keçirən ölkələrin başında yer almaqdadır.
|
20.11.09 Məqaləni oxumaq
|
|
|
Azərbaycan hökuməti 142 min manat vəsait yardım ayırıb
|
Milli Elm Fondunun (MEF) təşəbüüsü olan İnnovativ Tədqiqatlar Elmi Mərkəzinin (İTEM) yaradılmasına Azərbaycan hökuməti 142 min manat vəsait yardım ayırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya MEF-in direktoru Fuad İsmayılov verib.
O qeyd edib ki, mərkəzin yaradılması üçün ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondu 50 min dollar yardım ayırıb.
Qeyd edək ki, reallaşandan sonra İTEM aparıcı Azərbaycan alimlərinin bərpa olunan enerji, biotexnologiya, kənd təsərrüfatı, ekologiya və ölkədə mövcud olan digər ümdə məsələlərin həll edilməsi üçün fəaliyyət göstərəcəkləri ən son elmi avadanlıqlarla təchiz edilmiş müasir mərkəzə çevriləcək. Mərkəzdə çalışan alimlər ən çox ehtiyac duyulan tətbiqi tədqiqat və analitik işlərin aparılması üçün yerli və xarici təşkilatlardan (habelə Azərbaycan hökuməti və biznes fəaliyyəti ilə məşğul olan yerli təşkilatlardan) aldığı sifarişlərini qəbul edə biləcəklər. İTEM, həmçinin sahibkarlıq və kommersiya sahəsi üzrə treninqlər də təklif edəcək.
|
19.11.09 Məqaləni oxumaq
|
|
|
|