Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2009
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Azərbaycanda A(H1N1) virusuna yoluxmuş xəstələrin müalicəsi başa çatıb
    Azərbaycanda A(H1N1) virusuna yoluxmuş xəstələrdən artıq xəstəxana şəraitində müalicə alan şəxs qalmayıb. Xəstələrin hamısı müalicə kursunu uğurla başa vuraraq evə buraxılıblar. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Ev şəraitində müalicə alanların vəziyyəti isə yaxşıdır. Bu gün aparılan yoxlamalar nəticəsində isə ölkə ərazisində əlavə olaraq heç kimdə virus aşkarlanmayıb. Nazirlikdən həmçinin bildiriblər ki, A(H1N1) virusdan qorunmaq üçün vətəndaşlar istifadə etdikləri qoruyucu maskaları maksimum 2 saatdan bir dəyişdirməlidirlər. Xatırladaq ki, Azərbaycanda bu virusa ümumilikdə 11 nəfər yoluxub və artıq onların müalicəsi başa çatıb.
    13.11.09 Məqaləni oxumaq
     
    Əbülfəs Qarayev Seneqalın mədəniyyət naziri Serin Mamadunu Bussh Leyeni qəbul edib
    Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Konfransı Təşkilatının 40 illik yubiley tədbirləri ilə əlaqədar Bakıda səfərdə olan Seneqal Respublikasının mədəniyyət, frankofoniya və milli dillər naziri Serin Mamadu Busso Leyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Görüşdə ölkələr arasında mədəni əməkdaşlığın inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Ə.Qarayev 2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyəti Paytaxtı elan olunması ilə əlaqədar gerçəkləşən çoxsaylı tədbirlərin İslam Konfransı Təşkilatı çərçivəsində mədəni əlaqələrin inkişafına layiqli töhfələr verdiyini qeyd edib. Nazir Azərbaycanın Seneqalla mədəni əməkdaşlığının inkişafı üçün konkret təkliflərini bildirib, Seneqalın mədəniyyət nazirini dekabr ayında paytaxtımızda keçiriləcək “Bakı- İslam Mədəniyyətinin Paytaxtı- 2009” Mədəniyyət İlinin bağlanış mərasiminə dəvət edib.
    13.11.09 Məqaləni oxumaq
     
    Latviyada “Vətəndaş təhsili: bilikdən fəaliyyətə doğru” mövzusunda təlim proqramı keçiriləcək
    Gələn il yanvarın 12-16-sı tarixlərində Latviyada Avropa Şurasının Pestalotsi Proqramı çərçivəsində “Vətəndaş təhsili: bilikdən fəaliyyətə doğru” mövzusunda təlim proqramı keçiriləcək. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, proqramda ölkəmizdən vətəndaş təhsili sahəsində çalışan mütəxəssislər- müəllimlər, gənclər təşkilatının liderləri, vətəndaş təhsili sahəsində fəaliyyət göstərən QHT nümayəndələri və gənclərlə iş sahəsində təcrübəli şəxslər iştirak edə bilərlər. Qeyd edək ki, proqramda iştirak etmək istəyən namizəd uşaq və gənclərlə sosial iş sahəsində təcrübəyə malik olmalı, təlim proqramında iştirak etdikləri müddətdə öz ölkələrindəki təcrübəyə dair qısa təqdimat hazırlamalı, qazandığı təcrübəni öz ölkəsində, eləcə də digər iştirakçılarla bölüşməlidir.
    13.11.09 Məqaləni oxumaq
     
    İsveç: “Əgər Türkiyə Avropa Birliyinə daxil olmaq istəyirsə, erməni soyqrımını tanımalıdır”
    Əgər Türkiyə Avropa Birliyinə daxil olmaq istəyirsə, erməni soyqrımını tanımalıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı İsveçin sosial-demokrat partiayasının baş katibi bildirib. İsveçin sosial-demokrat partiyası illik iclasında erməni qenosidinin tanınması haqqında sənəd qəbul edib. Sənəddə göstərilir ki, I Dünya müharibəsi və Osmanlı imperiyası dövründə ermənilərlə yanaşı, assuriyalılar da qenosidə uğrayıb. Qeyd edək ki, soyqrım məsələsinin İsveç parlamentində də müzakirə olunması istisna olunmur.
    13.11.09 Məqaləni oxumaq
     
    Spiker Oqtay Əsədov İmam Xomeyni adına “İmdad” Komitəsinin rəhbəri ilə görüşüb
    Bu gün Milli Məclisin sədri Oqtay Əsədov İranın İmam Xomeyni adına “İmdad” Beynəlxalq Humanitar Komitəsinin rəhbəri Hüseyn Ənvarinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisdən veriblər. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə uğurla inkişaf etdiyi bildirilib. O.Əsədov bildirib ki, ölkələrimizin dini, mədəni bağlılığı əlaqələrimizin inkişafına zəmin yaradır. Sədr 1990-ci illərin əvvəllərindən ölkəmizdə fəaliyyətə başlayan bu humanitar təşkilatın işini yüksək qiymətləndirib. Azərbaycan və İran parlamentləri arasında yaxşı münasibətlərin olduğunu bildirən O.Əsədov dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib. Sədr yaxın vaxtlarda İrana səfər edəcəyini də qonağın diqqətinə çatdırıb və ölkələrimiz arasında əlaqələrin inkişafının xalqlarımızın mənafelərinə xidmət etdiyini vurğulayıb.
    13.11.09 Məqaləni oxumaq
     
    Səfir Aqşin Mehdiyev BMT-də “Silahlı münaqişələr zamanı mülki şəxslərin mühafizə olunması” ilə bağlı keçirilən müzakirələrdə çıxış edib
    BMT-nin Nyu-York şəhərindəki baş qərargahında “Silahlı münaqişələr zamanı mülki şəxslərin mühafizə olunması” adlı bəndi üzrə Avstriyanın sədrliyi altında açıq müzakirələr keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasın əvvəlində “Silahlı münaqişələr zamanı mülki şəxslərin mühafizə olunması” adlı qətnamə qəbul edilib. BMT üzvü olan əksər dövlətlər kimi, Azərbaycan da həmin qətnaməyə həmmüəllif qismində qoşulub. Müzakirələrdə Təhlükəsizlik Şurasının 15 üzvündən əlavə, 45-ə yaxın digər BMT üzv dövləti də məsələyə münasibət bildirib.
    12.11.09 Məqaləni oxumaq
     
    Konstitusiya Məhkəməsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
    Bu gün Azərbaycan Konstitusiya Məhkəməsinin kollektivi 12 noyabr Konstitusiya Günü münasibətilə Fəxri Xiyabana gələrək, ilk milli Konstitusiyanın müəllifi, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülüb.
    12.11.09 Məqaləni oxumaq
     
    YUNESKO-nun elan etdiyi müsabiqədə azərbaycanlılarda iştirak edə bilərlər
    YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsi tərəfindən 2010-2013-cü illərdə dörd illik vəzifələr üzrə vakant yerlər elan edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Namizəd təbiət elmləri, eləcə də sosial və humanitar elmlər, o cümlədən hüquq, insan hüquqları, fəlsəfə, təhsil və kommunikasiya sahələrindən biri üzrə mütəxəssis olmalı, bir neçə xarici dildə sərbəst danışıq, oxu və yazı bacarıqlarına malik olmalı, seçildiyi təqdirdə, Beynəlxalq Bioetika Komitəsi çərçivəsində ona aid müvafiq vəzifələri yerinə yetirmək bacarıqlarına malik olmalıdır.
    12.11.09 Məqaləni oxumaq
     
    Ermənistan höküməti qondarma Dağlıq Qarabağ respublikasını tanımaqdan imtina edir
    Ermənistan höküməti qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımaqdan imtina edir, bunu hazırki mərhələdə məqsədəuyğun hesab etmir. KƏLAMİNFO xəbər verir ki, hökumətin parlamentinin bu gün keçirilən iclasında “Nasledie” parlament fraksiyasının təqdim etdiyi “Dağlıq Qarabağ respublikasının tanınması” adlı qanun layihəsi haqqında mənfi qərar çıxarıb. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan hökümətin mövqeyini belə açıqlayıb: “Hazırki mərhələdə biz bu qanunun qəbul edilməsini mqsədəuyğun saymırıq”.
    12.11.09 Məqaləni oxumaq
     
    Əbülfəs Qarayev AŞ-nın baş katibi Thorbjorn Jagland və Sloveniyanın mədəniyyət naziri Mayda Sirsa ilə ikitərəfli görüş keçirib
    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sloveniyada Avropa Şurasının baş katibi Thorbjorn Jaglandla və Sloveniyanın mədəniyyət naziri Mayda Sirsa ilə ikitərəfli görüş keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Görüşdə Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin Avropa ilə islam dünyası arasında dialoq prosesində fəaliyyəti, 2011-ci ildə Bakıda Azərbaycan prezidentinin himayəsi ilə “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında, eyni zamanda Ermənistan ərazisində olan Azərbaycan mədəni irsinin vəziyyəti və Avropa Şurası ilə bu istiqamətdə əməkdaşlığın perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Ə.Qarayev Azərbaycanın mədəni irsin vəziyyətini öyrənmək məqsədilə Avropa Şurasının fakt-araşdırıcı missiyasının regiona gəlməsində maraqlı olması Baş katibin diqqətinə çatdırılıb. Nazir bildirib ki, Azərbaycan və Ermənistan ərazilərinə gələcək fakt-araşdırıcı missiyanın tərkibi eyni olmalı və onlar işğal edilmiş torpaqlara Azərbaycan ərazisindən getməlidirlər.
    11.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Noy.2009
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30