|
Səhifələr : # 9 10 11 12 13 14 15 16 17 #
Bakıda “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” adlı beynəlxalq elmi konfrans keçiriləcək
|
Azərbaycanın Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası İslam Konfransı Təşkilatı (İKT) Baş katibliyi ilə birgə İKT-nin yaradılmasının 40 illik yubileyi münasibətilə 11-12 noyabr 2009-cu il tarixlərində Bakıda “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” adlı beynəlxalq elmi konfrans keçirəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xaric İşlər Nazirliyindən veriblər. Konfransda İKT-nn Baş katibi Ekmələddin İhsanoğlunun, həmçinin 41 ölkədən və 3 beynəlxalq təşkilatdan 200 yaxın xarici və yerli elm xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və bir sıra ölkələrin yüksək səviyyəli dövlət məmurlarının iştirakı nəzərdə tutulub. Konfransda dini və mədəni müxtəliflik, bu sahədə Azərbaycanın təcrübəsi, dinlərarası dialoqun qarşılaşdığı problemlər və İslam geosiyasəti kimi mövzular üzrə elmi müzakirələr aparılacaq. Konfransın ikinci günü Diplomatik Akademiya tərəfindən təşkil olunmuş xaricdən gələn qonaqların iştirakı ilə ənənəvi “Etiqadlararası dialoqa dair” mövzulu “ADA Məclisi” televiziya ictimai forum keçiriləcək.
|
09.11.09 Məqaləni oxumaq
|
|
|
Bakıda dünya dini liderlərinin Sammiti keçiriləcək
|
2010-cu il aprelin 26-27-də Bakıda keçiriləcək Dini liderlərin dünya sammitinə müxtəlif ölkələrin ən iri dini təşkilatlarının 100-ə yaxın rəhbəri və yüksək vəzifəli nümayəndəsi iştirak edəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə verib. A.Paşazadə bildirib ki, Bakıya 100-ə yaxın dini lider toplaşacaq. Onun sözlərinə görə, sammitdə islam, xristian, iudaizm və buddizm dinlərinin nümayəndləri iştirak edəcəklər. Sammitin keçirilməsinin məqsədi zorakılığın, dindən insanlığa qarşı istifadə olunmasının qarşısını almaqdır deyən Bütün Qafqazın Şeyxi qeyd edib ki, həyat Allahın nemətidir. Biz birlikdə mübarizə aparmalı və bunu xalqlara izah etməliyik.
|
09.11.09 Məqaləni oxumaq
|
|
|
R.T.Ərdoğan: “Mən ömrümün sonuna kimi parlamentdə qalmayacam”
|
Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan 2011-ci ildə sonuncu dəfə namizədliyini irəli sürəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Baş nazir İstanbulda keçirilən turizm sahəsi üzrə mükafatlandırma mərasimində bildirib. “2011-ci ildə mən sonuncu dəfə namizədliyimi irəli sürəcəm. Başqaları kimi ömrümün son günlərini parlamentdə keçirmək fikrim yoxdur”,-deyən R.T.Ərdoğan sözünün üstündə duarcağını da vurğulayıb. “Siz bilirsiniz ki, mən sözümün üstündə duran adamam, bir dəfə elan etdim ki, mən sonuncu dəfə namizəd olacam, deməli elə də edəcəm. Xalqa yalnız siyasətdə deyil, hər yerdə xidmət etmək olar”,-deyə Baş nazir vurğulayıb.
|
09.11.09 Məqaləni oxumaq
|
|
|
Şərur Yallısı - Naxçıvanın tacı
|
Oğuz babalarımızın ilkin möhürü
“Şərur rayonun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədəkar insanlar var”. Bu sözləri xalqımızın ümümmilli lideri rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib. Rayonun indiki sosial-iqtisadi inkişafında müdrik rəhbərin xidmətləri çox olub. Ən başlıcası isə ötən əsrin 70-ci illərində tutumu 150 milyon kubmetr olan Arpaçay dəryaçasının tikilib istifadəyə verilməsi bölgədə 18 min hektardan artıq torpaq sahəsinə həyat bəxş edib.
|
09.11.09 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev Dağıstan prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
|
Bu gün prezident İlham Əliyev Dağıstan Respublikasının Prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı Azərbaycan-Rusiya arasında ikitərəfli münasibətlərin, o cümlədən Dağıstan Respublikası ilə əlaqələrin inkişaf etdiyini vurğulayıb. Əməkdaşlıq imkanlarını daha da genişləndirməyin zəruriliyini bildirən prezident İlham Əliyev Dağıstan prezidenti Muxu Əliyevin ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərini müzakirə etmək baxımından yaxşı fürsət yaratdığını qeyd edib.
Prezident Muxu Əliyev bildirib ki, yenidən qardaş Azərbaycana baş çəkmək imkanının yaranması onun üçün çox xoşdur. O, Dağıstan ilə Azərbaycan arasında ən səmimi əlaqələrin olduğunu bildirib.
|
07.11.09 Məqaləni oxumaq
|
|
|
AMEA-nın sabiq prezidenti Musa Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib
|
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində geologiya-mineralogiya elmləri doktoru, professor, akademiyanın sabiq prezidenti, Musa Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər.
Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Mahmud Kərimov M.Əliyevin elmi fəaliyyəti haqqında məlumat verib. M. Əliyevin XX əsr Azərbaycan elm tarixinin parlaq səhifələrində xüsusi yeri olan böyük şəxsiyyətlərdən biri olduğunu söyləyən M.Kərimov XX əsr və müasir Azərbaycan geologiya elminin əksər uğurlarının və elmi kadr potensialının məhz akademikin adı ilə bağlı olduğunu bildirib.
|
07.11.09 Məqaləni oxumaq
|
|
|
TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
|
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) “Coğrafiya” fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Gündəlik məsələ, 2009-cu il ali məktəblərin II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında “Coğrafiya” fənnindən istifadə olunmuş test tapşırıqlarının (A variantı 85-100) elmi-metodik və statistik təhlili olub. Çıxışlarda qeyd olunub ki, abituriyentlərə təqdim edilmiş test blokunda “Coğrafiya” fənninə kompleks yanaşılıb, onun müxtəlif aspektlərinə, mövzuların yeni, aktual istiqamətlərinə diqqət verilib.
|
07.11.09 Məqaləni oxumaq
|
|
|
|
“Geologiya elmlərin təmasında: Azərbaycanda fənlərarası tədqiqatların vəziyyəti və inkişaf perspektivləri” adlı ümumrespublika müsabiqəsi başa çatıb
|
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu, Dövlət Neft Şirkəti və Azərbaycan Geoloqlarının Milli Komitəsinin keçirdiyi “Geologiya elmlərin təmasında: Azərbaycanda fənlərarası tədqiqatların vəziyyəti və inkişaf perspektivləri” adlı ümumrespublika müsabiqəsi başa çatıb. Bu münasibətlə bu gün Geologiya İnstitutunda müsabiqənin nəticələrinə dair tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya İnstitutdan veriblər.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, müsabiqə gənc geoloq-alim, aspirant, magistr və bakalavrlar üçün nəzərdə tutulub. Onu keçirməkdə məqsəd elmi tədqiqatlara meyl göstərən istedadlı gənclərin aşkar edilməsi və onlara dəstək verilməsidir.
|
06.11.09 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda quş qripi ilə əlaqədar monitorinqlərə başlanılacaq
|
Azərbaycanda quş qripi ilə əlaqədar olaraq noyabırın 16-dan etibarən monitorinqlərə başlanılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə vzkevfns Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov verib.
Onun sözlərinə görə, Azərbaycanda 6500-7000 yaxın donuz saxlanılır ki, onların da hamısı nəzarət altındadır.
O, həmçinin heyvanlarda quduzluğa qarşı peyvəndləmə işlərinin aparıldığını da bildirib.
İ.Həsənov respublikada epizotik vəziyyətin stabil olduğunu, narahatçılıq üçün heç bir əsas olmadığını qeyd edib.
|
06.11.09 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 9 10 11 12 13 14 15 16 17 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|