|
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
Azərbaycanda A(H1N1) virusuna yoluxmuş xəstələrin müalicəsi başa çatıb
|
Azərbaycanda A(H1N1) virusuna yoluxmuş xəstələrdən artıq xəstəxana şəraitində müalicə alan şəxs qalmayıb. Xəstələrin hamısı müalicə kursunu uğurla başa vuraraq evə buraxılıblar. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Ev şəraitində müalicə alanların vəziyyəti isə yaxşıdır. Bu gün aparılan yoxlamalar nəticəsində isə ölkə ərazisində əlavə olaraq heç kimdə virus aşkarlanmayıb.
Nazirlikdən həmçinin bildiriblər ki, A(H1N1) virusdan qorunmaq üçün vətəndaşlar istifadə etdikləri qoruyucu maskaları maksimum 2 saatdan bir dəyişdirməlidirlər.
Xatırladaq ki, Azərbaycanda bu virusa ümumilikdə 11 nəfər yoluxub və artıq onların müalicəsi başa çatıb.
|
13.11.09 Məqaləni oxumaq
|
|
|
Əbülfəs Qarayev Seneqalın mədəniyyət naziri Serin Mamadunu Bussh Leyeni qəbul edib
|
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Konfransı Təşkilatının 40 illik yubiley tədbirləri ilə əlaqədar Bakıda səfərdə olan Seneqal Respublikasının mədəniyyət, frankofoniya və milli dillər naziri Serin Mamadu Busso Leyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
Görüşdə ölkələr arasında mədəni əməkdaşlığın inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Ə.Qarayev 2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyəti Paytaxtı elan olunması ilə əlaqədar gerçəkləşən çoxsaylı tədbirlərin İslam Konfransı Təşkilatı çərçivəsində mədəni əlaqələrin inkişafına layiqli töhfələr verdiyini qeyd edib. Nazir Azərbaycanın Seneqalla mədəni əməkdaşlığının inkişafı üçün konkret təkliflərini bildirib, Seneqalın mədəniyyət nazirini dekabr ayında paytaxtımızda keçiriləcək “Bakı- İslam Mədəniyyətinin Paytaxtı- 2009” Mədəniyyət İlinin bağlanış mərasiminə dəvət edib.
|
13.11.09 Məqaləni oxumaq
|
|
|
Latviyada “Vətəndaş təhsili: bilikdən fəaliyyətə doğru” mövzusunda təlim proqramı keçiriləcək
|
Gələn il yanvarın 12-16-sı tarixlərində Latviyada Avropa Şurasının Pestalotsi Proqramı çərçivəsində “Vətəndaş təhsili: bilikdən fəaliyyətə doğru” mövzusunda təlim proqramı keçiriləcək. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, proqramda ölkəmizdən vətəndaş təhsili sahəsində çalışan mütəxəssislər- müəllimlər, gənclər təşkilatının liderləri, vətəndaş təhsili sahəsində fəaliyyət göstərən QHT nümayəndələri və gənclərlə iş sahəsində təcrübəli şəxslər iştirak edə bilərlər.
Qeyd edək ki, proqramda iştirak etmək istəyən namizəd uşaq və gənclərlə sosial iş sahəsində təcrübəyə malik olmalı, təlim proqramında iştirak etdikləri müddətdə öz ölkələrindəki təcrübəyə dair qısa təqdimat hazırlamalı, qazandığı təcrübəni öz ölkəsində, eləcə də digər iştirakçılarla bölüşməlidir.
|
13.11.09 Məqaləni oxumaq
|
|
|
İsveç: “Əgər Türkiyə Avropa Birliyinə daxil olmaq istəyirsə, erməni soyqrımını tanımalıdır”
|
Əgər Türkiyə Avropa Birliyinə daxil olmaq istəyirsə, erməni soyqrımını tanımalıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı İsveçin sosial-demokrat partiayasının baş katibi bildirib.
İsveçin sosial-demokrat partiyası illik iclasında erməni qenosidinin tanınması haqqında sənəd qəbul edib. Sənəddə göstərilir ki, I Dünya müharibəsi və Osmanlı imperiyası dövründə ermənilərlə yanaşı, assuriyalılar da qenosidə uğrayıb.
Qeyd edək ki, soyqrım məsələsinin İsveç parlamentində də müzakirə olunması istisna olunmur.
|
13.11.09 Məqaləni oxumaq
|
|
|
Spiker Oqtay Əsədov İmam Xomeyni adına “İmdad” Komitəsinin rəhbəri ilə görüşüb
|
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov İranın İmam Xomeyni adına “İmdad” Beynəlxalq Humanitar Komitəsinin rəhbəri Hüseyn Ənvarinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisdən veriblər.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə uğurla inkişaf etdiyi bildirilib.
O.Əsədov bildirib ki, ölkələrimizin dini, mədəni bağlılığı əlaqələrimizin inkişafına zəmin yaradır. Sədr 1990-ci illərin əvvəllərindən ölkəmizdə fəaliyyətə başlayan bu humanitar təşkilatın işini yüksək qiymətləndirib.
Azərbaycan və İran parlamentləri arasında yaxşı münasibətlərin olduğunu bildirən O.Əsədov dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib. Sədr yaxın vaxtlarda İrana səfər edəcəyini də qonağın diqqətinə çatdırıb və ölkələrimiz arasında əlaqələrin inkişafının xalqlarımızın mənafelərinə xidmət etdiyini vurğulayıb.
|
13.11.09 Məqaləni oxumaq
|
|
|
|
|
YUNESKO-nun elan etdiyi müsabiqədə azərbaycanlılarda iştirak edə bilərlər
|
YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsi tərəfindən 2010-2013-cü illərdə dörd illik vəzifələr üzrə vakant yerlər elan edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər.
Namizəd təbiət elmləri, eləcə də sosial və humanitar elmlər, o cümlədən hüquq, insan hüquqları, fəlsəfə, təhsil və kommunikasiya sahələrindən biri üzrə mütəxəssis olmalı, bir neçə xarici dildə sərbəst danışıq, oxu və yazı bacarıqlarına malik olmalı, seçildiyi təqdirdə, Beynəlxalq Bioetika Komitəsi çərçivəsində ona aid müvafiq vəzifələri yerinə yetirmək bacarıqlarına malik olmalıdır.
|
12.11.09 Məqaləni oxumaq
|
|
|
Ermənistan höküməti qondarma Dağlıq Qarabağ respublikasını tanımaqdan imtina edir
|
Ermənistan höküməti qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımaqdan imtina edir, bunu hazırki mərhələdə məqsədəuyğun hesab etmir. KƏLAMİNFO xəbər verir ki, hökumətin parlamentinin bu gün keçirilən iclasında “Nasledie” parlament fraksiyasının təqdim etdiyi “Dağlıq Qarabağ respublikasının tanınması” adlı qanun layihəsi haqqında mənfi qərar çıxarıb.
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan hökümətin mövqeyini belə açıqlayıb: “Hazırki mərhələdə biz bu qanunun qəbul edilməsini mqsədəuyğun saymırıq”.
|
12.11.09 Məqaləni oxumaq
|
|
|
Əbülfəs Qarayev AŞ-nın baş katibi Thorbjorn Jagland və Sloveniyanın mədəniyyət naziri Mayda Sirsa ilə ikitərəfli görüş keçirib
|
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sloveniyada Avropa Şurasının baş katibi Thorbjorn Jaglandla və Sloveniyanın mədəniyyət naziri Mayda Sirsa ilə ikitərəfli görüş keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Görüşdə Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin Avropa ilə islam dünyası arasında dialoq prosesində fəaliyyəti, 2011-ci ildə Bakıda Azərbaycan prezidentinin himayəsi ilə “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında, eyni zamanda Ermənistan ərazisində olan Azərbaycan mədəni irsinin vəziyyəti və Avropa Şurası ilə bu istiqamətdə əməkdaşlığın perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Ə.Qarayev Azərbaycanın mədəni irsin vəziyyətini öyrənmək məqsədilə Avropa Şurasının fakt-araşdırıcı missiyasının regiona gəlməsində maraqlı olması Baş katibin diqqətinə çatdırılıb. Nazir bildirib ki, Azərbaycan və Ermənistan ərazilərinə gələcək fakt-araşdırıcı missiyanın tərkibi eyni olmalı və onlar işğal edilmiş torpaqlara Azərbaycan ərazisindən getməlidirlər.
|
11.11.09 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|