Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2009
    Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
    Ermənistanda 15 nəfər donuz qripi virusuna yoluxub
    Bu günə qədər Ermənistanda 15 nəfər donuz qripi virusuna yoluxub. Bu barədə məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb. Məlumatda bildirilir ki, A/H1N1 virusuna yoluxan xəstələr Nork İnfeksyon Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, xəstələrdən tam sağalan, yaxud onlardan ambulator müalicəyə buraxılanlar barədə məlumat verilməyib. Görünür, Ermənistan bu xəstəliklə mübarizədə çətinlik çəkir və onun qarşısının alınmasında acizdir.
    18.11.09 Məqaləni oxumaq
     
    Prezident məcburi köçkün ailələri üçün tikilmiş yaşayış binasının açılış mərasimində iştirak edib
    Bu gün Bakının Binəqədi rayonunda 2 nömrəli Evtikmə Kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş doqquzmərtəbəli yaşayış binası istifadəyə verilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Tikintisinə 2008-ci ildə başlanılan binanın sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur. Obyektin yerləşdiyi ümumi ərazi 3 ha, tikintinin ümumi sahəsi isə 27 min 897 kvadratmetrdir. Ərazidə məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hər biri 63 mənzilli doqquzmərtəbəli beş, 54 mənzilli bir yaşayış binası və 260 şagird yeri olan məktəb binası tikilib. Bu mənzillərin 81-i bir, 180-i iki, 90-ı üç, 18-i isə dördotaqlıdır. Yaşayış binasının ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb.
    18.11.09 Məqaləni oxumaq
     
    Milli Məclisdə komitə iclası keçirilib
    Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Komitənin sədri Arif Rəhimzadə iclasda “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” Əsasnamə layihəsi barədə məlumat verib. Milli Məclis Aparatının inzibati ərazi vahidlərinin dövlət reyestri sektorunun müdiri İdrak Qarayev layihə barədə iclas iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, bələdiyyələrin qeydiyyatı “Dövlət reyestri kitabı” ilə yanaşı, həm də elektron şəklində aparılacaq. Bələdiyyələrə verilməsi nəzərdə tutulan şəhadətnamədə onların yaranma tarixi, əhatə etdiyi ərazi vahidi və digər məlumatlar öz əksini tapacaq. Bundan əlavə, bələdiyyələrin həm kağız üzərində, həm də elektron xəritələri hazırlanacaq. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçiriləcək bu prosesdə bələdiyyələr özləri də iştirak edəcəklər.
    17.11.09 Məqaləni oxumaq
     
    AŞ PA-nın iclaslarında Azərbaycan üzrə yeni həmməruzəçi müzakirə ediləcək
    Bu gündən noyabrın 21-dək Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi numayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Büro, Daimi Komitə və Monitorinq Komitəsinin iclaslarında iştirak etmək üçün Paris və Bern şəhərlərində səfərdə olacaq. Bu barədə məlumatı Milli Məclisdən veriblər. İclaslarda Avropa Şurasına üzv ölkələrdə siyasi sığınacaq verilməsi qaydasının təkmilləşdirilməsi, Azərbaycan üzrə həmməruzəçi Yevgeniya Jivkovanın yeni həmkarı ilə əvəzlənməsi, Türkiyədə qeyri-müsəlman və Yunanıstanın Frakiya vilayətində müsəlman azlığın hüquqlarının qorunması, Albaniyaya, Ukraynaya faktaraşdırıcı səfərə dair bəyanatların verilməsi, Çernoqoriyanın vəzifə və öhdəliklərini yerinə yetirməsi, Moldovadakı son hadisələr və digər mövzularda fikir mübadiləsi aparılacaq. S.Seyidov müzakirəyə çıxarılacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.
    17.11.09 Məqaləni oxumaq
     
    Layihələrin 60 faizi yekunlaşıb
    Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin 60 faizi yekunlaşıb. Bu barədə məlumatı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərəsət Qurbanov verib. Hazırda Katiblik tərəfindən monitorinqlərin yekunlarına dair sənəd üzərində iş aparıldığını vurğulayan F.Qurbanov ilin sonunda yekun məlumatların ictimaiyyətə açıqlanacağını söyləyib. F.Qurbanov QHT-lər tərəfindən həyata keçirilən layihələrin icra vəziyyəti ilə bağlı məsələyə də münasibət bildirib və qeyd edib ki, layihələrin icrasını keyfiyyət baxımından ötən illərə nisbətən uğurlu hesab etmək olar. İcraçı direktor layihələrin icrası ilə bağlı məlumatların işıqlandırılmasında QHT ilə mətbuatın əməkdaşlıq etməsində Şuranın rolu məsələsinə də münasibətini açıqlayıb.
    17.11.09 Məqaləni oxumaq
     
    İranda Çap və bağlama sənəti üzrə I Beynəlxalq sərgi keçiriləcək
    Cari il noyabrın 19-dan 23-dək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət İnstitutunun dəvəti ilə İranın Məşhəd şəhərində Çap və bağlama sənəti üzrə keçiriləcək I Beynəlxalq sərgidə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Ölkəmizi təmsil etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin, nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov, mətbuat katibi İntiqam Hümbətov, “Ozan” Nəşriyyatının direktoru Asif Rüstəmli, Kitabxana kollektorunun direktoru Xavər Murtuzayeva, “Kür-Araz” Nəşrlər Evinin baş direktoru Rəhilə Quliyeva, “Nağıl evi” Nəşriyyatının direktoru Ələddin Əsədov, “Şirvannəşr” Nəşriyyatının direktoru Qəşəm İsabəyli, “Kitab Klubu”nun direktoru Elxan Rzayev, “Mədəniyyət” kataloqunun baş redaktoru Leyla Əfəndiyeva, “Mütərcim” Nəşriyyatının direktoru Telman Cəfərov 18-24 noyabr tarixlərinə Məşhəd şəhərinə ezam ediliblər.
    17.11.09 Məqaləni oxumaq
     
    İqor Muradyan: “Azərbaycan torpaqlarının zəbt edilməsinin arxasında dünya nəhəngləri durur”
    Son dövrlərdə Avropa ölkələrinin yerli ekspertləri Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağı qaytaracağı barədə fikir söyləyirlər. Bu barədə açıqlama ilə erməni politoloq, analitik İqor Muradyan çıxış edib. Politoloqun fikrincə, Dağlıq Qarabağın status məsələsi dünyanın güclü mərkəzlərinin marağındadır. “Ermənilər kimdir ki, torpaqları tuta və yaxud qaytara”,-deyə İ.Muradyan bildirib. O, münaqişədə ermənilərin heç kim olduğunu və Azərbaycan torpaqlarının zəbt edilməsinin arxasında dünya nəhənglərinin durduğunu vurğulayıb.
    17.11.09 Məqaləni oxumaq
     
    Böyük Britaniyanın Ermənistandakı səfiri erməniləri qəzəbləndirib
    Böyük Britaniyanın Ermənistandakı səfiri Çarlz Lonsdeyl qondarma erməni soyqırımına açıq-aşkar etinasızlıq göstərib. Bu hərəkəti ilə o erməniləri qəzəbləndirib. Səfir vurğulayıb ki, o erməni qenosidini tanımır. Onun fikirincə, bu məsələdə türk tərəfi də, ermənilər də eyni dərəcədə günahkardırlar. Səfir Ç.Lonsdeyl Böyük Britaniyanın türk-erməni münasibətlərinin normallaşmasına dair rəsmi münasibətini də açıqlayıb.
    17.11.09 Məqaləni oxumaq
     
    Türkiyənin energetika naziri Azərbaycan qazının qiymətindən danışıb
    Azərbaycan və Türkiyə arasında təbii qazın mübadiləsi ilə bağlı danışıqlar davam edir. Bu barədə məlumatı Türkiyənin energetika naziri Taner Yıldız verib. “Azərbaycanla olan danışıqlar davam edir. Biz qazı dünya qiymətlərinə uyğun almaq qərarına gəlmişdik, amma azərbaycanlı qardaşlarımız Türkiyə üçün endirim edəcəyinə söz verib. Bizim Azərbaycanla “mavi yanacağ”ın alınması ilə bağlı 2001-ci ildən razılığımız var, hər kubmetrə 120 dollar, lakin qaz Türkiyəyə 2007-ci ilin iyulundan verilməyə başlanıb. Biz 10 aydır ki, Azərbaycandan ucuz qaz alırıq, indi isə dünya formuluna keçirik”,-deyən T.Yıldız Azərbaycanla olan danışıqların 95%-nə nail olunduğunu söyləyib.
    17.11.09 Məqaləni oxumaq
     
    Məzahir Pənahov bələdiyyə seçkilərinin namizədlərin güclü rəqabəti şəraitində keçiriləcəyinə inanır
    Qarşıdan gələn bələdiyyə seçkiləri namizədlərin güclü rəqabəti şəraitində keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib. Bələdiyyə seçkilərinin daha güclü rəqabət fonunda keçirilməsi üçün xeyli sayda namizədlərin qeydiyyatdan keçdiklərini diqqətə çatdıran M.Pənahov hazırda qeydiyyat prosesinin davam etdiyini vurğulayıb. Bu vaxta qədər 30 mindən çox vətəndaşın namizədliyinin rəsmi olaraq qeydiyyata alındığını söyləyən MSK sədri bildirib ki, proses davam edir və qeydiyyat mərhələsi noyabrın 23-də başa çatacaq. “Seçkilərin bələdiyyələrdəki 16 min yer uğrunda keçirildiyini nəzərə alsaq, seçkilərin güclü rəqabət şəraitində keçəcəyini söyləmək olar”,-deyən M. Pənahov seçki prosesinin geridə qalan mərhələsinin ciddi problemlər olmadan sakit keçdiyini qeyd edib. O, namizəd olmaq istəyən bütün vətəndaşlara lazımı şəraitin yaradıldığını vurğulayıb. M.Pənahov qanuna müvafiq olaraq siyasi partiya və bloklara təbliğat-təşviqat kampaniyası dövründə İctimai Televiziya və Radioda pulsuz efir vaxtı ayrılacağını da bildirib.
    17.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Noy.2009
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30