|
Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
Azərbaycanda A(H1N1) virusuna yoluxan daha 8 nəfərdən biri xaricdə yoluxub gələn əcnəbi vətəndaşdır
|
Azərbaycanda A(H1N1) virusuna daha 8 nəfər yoluxub. Bunlardan biri isə bu günlərdə ölkəmizə yoluxub gələn İngiltərə vətəndaşıdır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Xəstələrdən digər üçü Ukraynadan, biri Türkiyədən yoluxub gəlmiş Azərbaycan vətəndaşlarıdır. Üçü isə əvvəl Ukraynadan yoluxub gəlmiş xəstələrlə təmas nəticəsində yoluxan Bakı şəhər sakinləridir. Qeyd edək ki, yoluxan 8 nəfərdən ikisi Ağciyər Xəstəlikləri İnstitutunda, digərləri isə ev şəraitində ciddi şəkildə müalicə alırlar. Xatırladaq ki, Ağçiyər Xəstəlikləri İnstitutunda əvvəlcədən müalicə alan iki nəfərdən biri Kürdəmir şəhər sakini müalicə olunaraq artıq evə buraxılıb.
|
10.11.09 Məqaləni oxumaq
|
|
|
TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
|
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Psixometriya üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı TQDK-nın mətbuat xidmətindən veriblər.
Seminar iclasında 2010-cu ildə magistraturaya qəbul imtahanı üçün məntiqi təfəkkürün yoxlanması üzrə qəbul proqramının, “Magistr” jurnalında dərc olunacaq test tapşırıqları nümunələri və onlara dair veriləcək izahlı məlumatın müzakirəsi aparılıb.
|
10.11.09 Məqaləni oxumaq
|
|
|
Milli Parkda arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçirilir
|
Bu gün Bakıda, dənizkənarı Milli Parkda arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası açılıb. Yarmarkada 52 rayondan 510 arıçı qatılıb.
Sərgi-satış yarmarkası münasibətlə keçirilən mərasimdə kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov çıxış edərək bildirib ki, arıçılığın inkişafı həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Nazir müavini qeyd edib ki, yarmarkasının keçirilməsindən məqsəd arıçılığı təbliğ etmək, müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının diqqətini sahənin inkişafının vacibliyinə yönəltmək, arıçıları maarifləndirməkdən ibarətdir.
Qeyd edək ki, sərgi-satış yarmarkası noyabrın 19-dək davam edəcəkdir.
|
09.11.09 Məqaləni oxumaq
|
|
|
Təhsil müəssisələrin sayının 500-ə çatdırılması planlaşdırılır
|
Cari ilin sonunadək Azərbaycan təhsil şəbəkəsinə (Azedunet) qoşulacaq təhsil müəssisələrin sayının 500-ə çatdırılması planlaşdırılır. Hazırda isə 350-ə yaxın müəssisə bu şəbəkəyə qoşulub, daha 150 məktəbin şəbəkəyə qoşulması istiqamətində iş gedir. Bu barədə məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər.
Azedunet şəbəkəsinə qoşulmuş məktəblər vahid yüksək sürətli intranet-şəbəkəsi çərçivəsində birləşdirilir. Vahid təhsil şəbəkəsinin mövcudluğu ölkə çərçivəsində təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan verir.
|
09.11.09 Məqaləni oxumaq
|
|
|
Sabah Milli Məclisdə Azərbaycanın “2010-cu ilin dövlət büdcəsi haqqında” Qanun layihəsi müzakirəsi başlayır
|
Sabah Milli Məclisinin plenar iclasında Azərbaycanın “2010-cu ilin dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi başlayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisin mətbuat xidmətindən veriblər. Dövlət büdcəsi layihəsi noyabrın 10-dan 13-dək Milli Məclisdə müzakirə ediləcək. Gələn ilki büdcənin gəlirləri 10 015 mln. manat, xərcləri 11 264 mln. manat, büdcə kəsiri isə 1 249 mln. manat həcmində proqnozlaşdırılıb. Qeyd edək ki, 2010-cu ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində nəzərdə tutulub. Xatırladaq ki, 2009-cu ilin büdcəsinə əsasən, gəlirlər 12 177 mln. manat, xərclər isə 12 355 mln. manat həcmində proqnozlaşdırılıb. Beləliklə, gələn ilin büdcəsində 2009-cu ilin büdcəsinə nisbətən gəlirlərin 17,8%, xərclərin isə 8,8% azalması müşahidə olunacağı gözlənilir.
|
09.11.09 Məqaləni oxumaq
|
|
|
Bu gün Azərbaycanın Dövlət Bayrağının yaranmasının 91-ci ildönümüdür
|
Bu gün Azərbaycanın Dövlət Bayrağının yaranmasının 91-ci ildönümüdür. KƏLAMİNFO xəbər verir ki, Azərbaycanın Dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cümhuriyyətinin qərarı ilə qəbul edilib. Sovet hakimiyyəti dövründə bayraqdan imtina edilib. Daha sonra üç rəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxıb və bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Azərbaycanın dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türklüyünü, qırmızı rəng - müasirliyi, demokratikliyi, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
|
09.11.09 Məqaləni oxumaq
|
|
|
Bu gün Bakıda "İslamda mədəniyyət və gözəllik amili" adlı iki günlük beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb
|
Bu gün Bakıda "Bakı – islam mədəniyyətinin paytaxtı 2009" ili çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə "İslamda mədəniyyət və gözəllik amili" adlı iki günlük beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransa sədrlik edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva müxtəlif ölkədən gəlmiş konfrans iştirakçılarını salamlayıb. S.Məmmədəliyeva konfransda əsas məqsədin İslam mədəniyyətinin təşəkkülündə Azərbaycan ziyalılarının rolu, İslamda harmoniya – dünya ilahiliyinin ifadəsidir, İslam mədəniyyəti və ənənələrinin öyrənilməsində arxeoloji materialların rolu, Azərbaycan folkloru İslam kontekstində, İslamda qadına verilən dəyər və qadın hüquqlarının müdafiəsi, masir gəncliyin tərbiyəsində İslamın rolu" və s. olduğunu bildirib.
|
09.11.09 Məqaləni oxumaq
|
|
|
Türkiyədə xalq yazıçısı Anarın "Kerem kimi" kitabı çap edilib
|
Türkiyənin "Bənqu" nəşriyyatı Azərbaycanın xalq yazıçısı Anarın "Kerem kimi" (Nazim Hikmətin həyat və yaradıcılığı haqqında düşüncələr) kitabını çap edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən veriblər. Qeyd olunub ki, 1000 tirajla nəşr olunan 340 səhifəlik kitabın 260 səhifəsində Anarın girişdən və iki hissədən ibarət əsəri yer alıb. Digər səhifələrdə Nazim Hikmətin indiyəcən Türkiyədə çap olunmamış məqalələrinə yer verilib. Kitabda həmçinin Azərbaycan şairlərinin Nazim Hikmətə ithaf olunmuş şeirləri dərc edilib. Kitabın sonunda Anarın Türkiyənin Baş naziri Rəcəb Tayyib Erdoğana Nazim Hikmətə Türkiyə vətəndaşlığının qaytarılması münasibəti ilə təşəkkür məktubu və "Zəfərin mübarək Nazim" yazısı verilib. Bu günlərdə isə Ankarada Sərgilər və Konqreslər Mərkəzində kitabın təqdimat mərasimi keçirilib.
|
09.11.09 Məqaləni oxumaq
|
|
|
|
“Hasar dağılır, Berlin 1989” adlı fotosərgi keçiriləcək
|
Bu gün Kapelhaus mərkəzində “Hasar dağılır, Berlin 1989” adlı fotosərgi keçiriləcək. Almaniyanın Azərbaycandakı səfirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, fotosərgidə təxminən 30-35-ə qədər şəkil təqdim ediləcək. Qeyd edək ki, şəkillər Berlin hasarları dağıdılan zaman çəkilib, sərgidə isə onlar böyüdülmüş formada nümayiş ediləcək. Fotosərgi ayın 20-ə qədər davam edəcək.
|
09.11.09 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|