|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 9 #
“Narkomaniyanın genefondumuza təsiri: xarici və yerli təcrübələrin öyrənilməsi” adlı elmi-praktik konfrans keçirilib
|
Bu gün Bakıda, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA) “Qazelli” Natural Kosmetika Beynəlxalq MMC ilə birlikdə təşkil etdikləri “Narkomaniyanın genefondumuza təsiri: xarici və yerli təcrübələrin öyrənilməsi” adlı elmi-praktik konfrans öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən AJQA-nın prezidenti Sevil Yusifova son zamanlar qlobal aləmdə narkotik maddələr dövriyyəsinin çoxaldığını diqqətə çatdırıb.
Azərbaycandan da bu prosesin yan keçmədiyini bildirən S.Yusifova buna əsas səbəbi son dövrlər yaxın şərqdə aramsız baş verən müharibələri göstərib. S.Yusifova narkomaniya kimi qorxulu bir bəlaya qarşı bütün dünyada olduğu kimi ölkəmizdə də birgə mübarizənin və buna qarşı qanunların gücləndirilməsini zəruri amil sayıb. O, qeyd edib ki, ölkəmizdə, xüsusən də regionlarda narkotik vasitələrin dövriyyəsi çoxalıb.
|
18.11.09 Məqaləni oxumaq
|
|
|
Səhiyyə Nazirliyinin “donuz qripi” ilə bağlı hazırladığı xüsusi plakatlar Təhsil Nazirliyinə təqdim olunub
|
Sel nəticəsində yararsız hala düşən məktəblərdə bərpa işləri davam etdirilir. Bu tip məktəblər elə də çox deyil və bunların sayı 3-4-dür. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov söyləyib.
“Biz çalışırıq ki, tədris pozulmasın. Müvəqqəti olaraq şagirdləri başqa məktəblərdə yerləşdirmək şərtilə həmin məktəblərin hamısı bərpa olunacaq”,-deyə M.Mərdanov məsələ ilə bağlı son məlumatları açıqlayıb.
Xatırladaq ki, bir neçə ay öncə güclü sel nəticəsində Salyan və Hacıqabul rayonlarında ciddi problemlər yaşanıb. Həmin problemlər arasında bir neçə məktəbin sıradan çıxması da olub.
|
18.11.09 Məqaləni oxumaq
|
|
|
Axıska türklərinin öz tarixi torpaqlarından zorla sürgün edilməsinin 65-ci ili tamam olması ilə bağlı Dəyirmi masa keçirildi
|
Bu gün Atatürk Mərkəzində Axıska türklərinin Gürcüstandakı öz tarixi ata-baba torpaqlarından zorla sürgün edilmələrinin 65-ci ili tamam olması ilə bağlı Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Axıska Türklərinin “Vətən” Cəmiyyətinin Mərkəzi Şurasının sədri İbrahim Burhanov 12 647 soydaşının vətənləri Gürcüstana qayıtmaq üçün ərizə ilə müraciət etmə işlərinə yardımçı olduqlarını bildirib. O, toplanan sənədlərdən 11 623 nəfərin ərizəsinin cəmiyyət tərəfindən qeydiyyata alındığını, 4600 nəfərin isə sənədlərinin natariat qaydada təsdiq edilərək ingilis dilinə tərcümə olunduğunu söyləyib. İ.Burhanov bu sənədlərdən 3258-nin Gürcüstanın Azərbaycandakı səfirliyinə təqdim edildiyini bildirib.
|
18.11.09 Məqaləni oxumaq
|
|
|
BMT Baş Assambleyasında Azərbaycan tərəfindən irəli sürülən TASİM təşəbbüsünə həsr olunan qətnamə layihəsi qəbul edilib
|
Nyu Yorkda BMT Baş Assambleyasının İkinci Komitəsinin (İqtisadi və Maliyyə) növbəti iclasında Azərbaycan tərəfindən irəli sürülən Trans-Avrasiya İnformasiya Super Magistralı (TASİM) təşəbbüsünə həsr olunan qətnamə layihəsi qəbul edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təklifi əsasında TASİM-ə həsr olunan qətnamə layihəsi BMT Baş Assambleyasının 64-cü sessiyası zamanı irəli sürülən və 2009-cu ilin sentyabr ayından etibarən nümayəndə heyətimiz tərəfindən qətnamə layihəsi üzrə ikitərəfli və çoxtərəfli danışıqlar müvəffəqiyyətlə aparılıb.
|
18.11.09 Məqaləni oxumaq
|
|
|
Bişkekdə BMT-nin Azərbaycan, Əfqanıstan və Mərkəzi Asiya ölkələri üçün Xüsusi Proqramının İdarəedici Şurasının iclası keçirilib
|
BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) BMT-nin Asiya və Sakit Okean üzrə Sosial və İqtisadi Komissiyası (UNESCAP) ilə birgə təsis etdiyi BMT-nin Azərbaycan, Əfqanıstan və Mərkəzi Asiya ölkələri üçün Xüsusi Proqramının (SPECA) İdarəedici Şurasının dördüncü iclası Qırğızıstanın Bişkek şəhərində keçirilib. Tədbirdə Azərbaycanı Milli Əlaqələndirici qismində iqtisadi inkişaf naziri, Milli əlaqələndiricinin müavini kimi isə xarici işlər nazirinin müavini təmsil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər.
Tədbirdə SPECA-nın İdarəedici Şurasında Azərbaycan üzrə Milli Əlaqələndiricinin müavini, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
|
18.11.09 Məqaləni oxumaq
|
|
|
|
II Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi davam edir
|
Gənclər və İdman Nazirliyinin təşkil etdiyi II Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi, Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibəti ilə gənc rəssamlar arasında keçirilən müsabiqə, eyni zamanda “Məndə sığar iki cahan...” MDB-nin gənc rəssamları arasında təşkil edilmiş internet-müsabiqələri davam edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.
Bu günə kimi II Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinə 10 ölkə- Azərbaycan, Belarus, Rusiya, Latviya, Qazaxstan, Misir, Gürcüstan, Bəhreyn, İndoneziya və Türkiyədən ümumilikdə 300-dən çox iş daxil olub.
Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibətilə gənc rəssamlar arasında keçirilən müsabiqəyə 80-nə yaxın iştirakçı (tələbə və professional) qatılaraq 150 iş təqdim ediblər.
|
18.11.09 Məqaləni oxumaq
|
|
|
Qiymətlər artandan sonra metroda sərnişinlərin sayında 10 faiz azalma var
|
Qiymətlər artandan sonra metroda sərnişinlərin sayında 10 faiz azalma var. Bu barədə məlumatı KƏLAMİNFO-ya açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov verib.
Yeni ildən Bakı metrosunda gediş haqlarının 20 qəpiyə qaldırılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirən T.Əhmədov bu barədə heç bir məlumata malik olmadığını söyləyib. “Qiymət məsələsi Tarif Şurasının işidir. Tarif Şurası nə vaxt və necə qiymət müəyyənləşdirəcəksə, biz də onunla işləyəcəyik”,-deyə T.Əhmədov əlavə edib.
Qeyd edək ki, Bakı Metropolitenində gediş haqqı 13 il 5 qəpik, cari ilin oktyabrın 1-dən isə 15 qəpiyə qaldırılıb.
|
18.11.09 Məqaləni oxumaq
|
|
|
Bakıda “Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları” mövzusunda seminarlara start verilib
|
Bu gün Bakıda, “Park İnn” otelində İqtisadi İnkişaf Nazirliyi Avropa İttifaqının “İqtisadi İnkişaf Nazirliyinə Dəstək Layihəsi” ilə birgə “Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları” mövzusunda seminarlara start verilib. KƏLAMİNFO xəbər verir ki, seminarı giriş sözü ilə açan İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev Azərbaycanda yaradılan əlverişli biznes mühiti və ölkəmizin ixrac potensialı barədə ətraflı məlumat verib. O, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasında “GSP+” Proqramının əhəmiyyətini vurğulayıb.
S.Vəliyevin sözlərinə görə, “GSP+” proqramının tətbiqi Azərbaycan məhsullarının xarici bazarlara ixracının asanlaşdırılması və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası baxımından vacibdir. Samir Vəliyev iş adamlarını seminarlarda fəal iştiraka dəvət edib.
|
18.11.09 Məqaləni oxumaq
|
|
|
Qanunsuz ovlanmış quşların satıldığı aşkar edilib
|
Su bataqlıq quşlarının miqrasiya mövsümünün başlanması və “quş qripi” xəstəliyi təhlükəsinə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 və 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin əməkdaşları nəzarət etdikləri inzibati ərazilərdə (Masallı, Lənkəran, Lerik, Cəlilabad, Astara, Yardımlı), (Şirvan, Sabirabad, Neftçala, Biləsuvar, Salyan, Hacıqabul) monitorinq və reydlər keçiriblər. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, vəhşi çöl quşlarının yaşadığı, qışladığı, çoxalıb artdığı ərazilərdə keçirilən monitorinqlər zamanı xəstə, halsız quşlara və ya quş cəsədlərinə rast gəlinməyib.
Lənkəran şəhərinin mərkəzi bazarında keçirilən reydlər zamanı isə qanunsuz olaraq ovlanmış 12 ədəd qaşqaldaq quşunun satıldığı aşkar edilib. Faktla bağlı akt tərtib olunub və çöl quşları götürülərək Lənkəran rayon Baytarlıq İdarəsi mütəxəssislərinin iştirakı ilə yandırılaraq məhv edilib.
|
18.11.09 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 9 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|