Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2009
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
    Cəlilabad, Lerik və Lənkəranda televiziyaların yayım keyfiyyəti gücləndirilib
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Azərbaycan Respublikası pegionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planının 4.3.6-cı (Lənkəran qtisadi rayonu) bəndinə uyğun olaraq Cəlilabad, Lerik və Lənkəran rayonlarında bir sıra işlər görülüb. Bu barədə məlumatı AZADİNFORM-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən veriblər. Məlumatda Cəlilabad rayon mərkəzi ATS-nin rekonstruksiyasının başa çatdırıldığı, mövcud ATS-lərin elektron tipli ATS-lərlə əvəz olunduğu bildirilib. Rekonstruksiya layihəsi çərçivəsində Cəlilabad rayon mərkəzi ATS-nin tutumu 1692 nömrə artırılıb. Cəlilabad rayonu üzrə 2009-2011-ci illər ərzində 2 ədəd yeni poçt şöbəsi binasının tikintisi nəzərdə tutulub. 2009-cu ilin 9 ayı ərzində rayonun 1 saylı Poçt Şöbəsinin yeni binasının tikintisinə başlanılıb və hazırda obyektdə tamamlama işləri aparılır. Dövlət Proqramları çərçivəsində Lerik rayon mərkəzi ATS-nin rekonstruksiyası başa çatdırılıb, mövcud ATS-lər elektron tipli ATS-lərlə əvəz olunub. Rekonstruksiya layihələri çərçivəsində Lerik rayon mərkəzi ATS-nin tutumu 176 nömrə artırılıb.
    19.11.09 Məqaləni oxumaq
     
    Rus alimi Məmməd Əmin Rəsulzadədən yazıb
    Moskvada Rusiya Elmlər Akademiyası Tarixi İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Salavat İshakovun "Məmməd Əmin Rəsulzadə. Əsərlərinin və məktublarının toplusu" adlı kitabı işıq üzü görüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən veriblər. Kitab ADR-in banisi M.Ə.Rəsulzadənin ölümünün 55-ci ildönümünə həsr olunub. Kitabda M.Ə.Rəsulzadənin 1923-cü ildə Türkiyədə nəşr olunmuş "Azərbaycan Respublikası" əsəri, əvvəllər elmi ictimaiyyətə məlum olmayan, 1920-30-cu illərdə Azərbaycan SSR və SSRİ-də daxili siyasi hadisələrə həsr olunmuş məqalələri, 30-cu illərin sonlarına kimi Parisdə nəşr olunan "Prometey" jurnalındakı yazıları, həmçinin məktubları öz əksini tapıb.
    19.11.09 Məqaləni oxumaq
     
    Uşaqlarının I Forumunun təşkili ilə bağlı mətbuat konfransı keçirilib
    Bu gün Bakıda Azərbaycan Uşaqlarının I Forumunun təşkili ilə bağlı mətbuat konfransı keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən “NUR” Uşaq və Gənclər İctimai Birliyinin sədri Sevinc Muradova Forumun 23-24 noyabr tarixlərində Azərbaycanda 2009-cu il - Uşaq İlinin yekunlarına və Uşaq Hüquqları Konvensiyasının 20 illiyinə həsr olunaraq keçiriləcəyini bildirib. S.Muradova qeyd edib ki, Forumun keçirilməsinə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası dəstək verir. O, vurğulayıb ki, Azərbaycanın 56 rayon və şəhərlərindən nümayəndə seçilmiş 18 yaşınadək 250 uşaq Foruma təklif və təşəbbüsləri ilə qatılacaqlar. Aliə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, 2009-cu ilin ölkə başçısının təşəbüsü ilə Azərbaycanda Uşaq İli elan olunması ictiamiyyətin diqqətini uşaqlara sıx yönəldilməsi mahiyyətini daşıyır. Forumun yekununda Azərbaycan Uşaqlarının I Forum Bəyənnaməsinin qəbulu da nəzərdə tutulur.
    19.11.09 Məqaləni oxumaq
     
    Baş konsul Türkiyənin Ermənistanla yaxınlaşmasından məmnundur
    Türkiyənin Ermənistan ilə yaxınlaşmasını müsbət qiymətləndiririk. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Rusiyanın İstanbuldakı Baş konsulu Aleksey Erxov Bursa valisi ilə görüşündə söyləyib. Qafqazdakı ölkələr arasında meydana gələn, xüsusilə Türkiyə ilə Ermənistan yaxınlaşmasından məmnun olduqlarını ifadə edən konsul bu yaxınlaşmanı çox müsbət qarşıladıqlarını söyləyib. “Biz qonşumuz Türkiyəyə hörmət edirik və təbii ki, onun xarici siyasəti bizi də maraqlandırır. Rus hökumətinin üzərində dayandığı mövzu Türkiyə ilə əlaqələrini geniş ölçülü olaraq daha üst səviyyələrə çıxarmaqdır”,-deyə Baş konsul əlavə edib.
    19.11.09 Məqaləni oxumaq
     
    Türkiyənin Ermənistana “gözəl” hədiyyəsi
    Türkiyədə ermənilərin qəzəbinə səbəb olan “Qarabağ Osmanlı arxivində” adlı kitab işıq üzü görüb. KƏLAMİNFO xəbər verir ki, kitab XVI-XVII əsrlərin sənədli materiallarına əsaslanır. Kitabda qeyd edilir ki, Qarabağ qədim türk xalqlarının yaşadığı, yerli əhalisi türk olan torpaqlardır, ermənilər bu əraziyə sonradan gəlmədirlər. Osmanlı arxivlərində bir dənə də olsun ermənilərin yerli xalq olması göstərilmir. Erməniləri qəzəbləndirən nəşrə erməni saytlarının birində münasibət də bildirilib: “Kitab erməni-türk tarixi komissiyasının yaradılması fonunda Türkiyənin Ermənistan hakimiyyəti üçün “gözəl” hədiyyəsidir”.
    19.11.09 Məqaləni oxumaq
     
    Ermənistan təklif edilən variantlara məhəl qoymur
    Azərbaycan Ermənistan prezidentlərinin növbəti görüşünün yaxın günlərdə keçirilməsi planlaşdırılır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov söyləyib. A.Əzimov qeyd edib ki, Azərbaycanın mövqeyi Dağlıq Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində, əhalinin öz yurdlarına qaytarılması, normal şəraitin bərpa edilməsi ilə orada yaşaması və gələcəkdə hansısa münasib şəraitdə statusun müəyyənləşdirilməsi prinsipləri ilə həllindən ibarətdir.
    19.11.09 Məqaləni oxumaq
     
    III Beynəlxalq Rostropoviç festivalı ilə əlaqədar mətbuat konfransı keçirilib
    Bu gün Bakıdakı L. və M.Rostropoviçlərin Ev-Muzeyində III Beynəlxalq Rostropoviç festivalı ilə əlaqədar mətbuat konfransı keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən həmyerlimiz, dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin qızı, “Rostropovich production” Kompaniyasının prezidenti Olqa Rostropoviç festivalın cari ilin 8-14 dekabr tarixlərində Bakıda baş tutacağını bildirib. Keçiriləcək festivalda M.Rastropoviçin bir çox ölkələrdə tələbələri olan tanınmış musiqiçilər, o cümlədən Bakıya ilk səfər edən İngiltərənin Kamera Orkestiri və Yeni Rusiya Simfonik Orkestiri kimi dünya miqyaslı kollektivlər də iştirak edəcəklər. O.Rastropoviç həmçinin Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestirinin də qatılacağı festifal ərəfəsi konsertlərin Dövlət Filarmoniyasında keçiriləcəyini söyləyib. O.Rastropoviç atasının ölkəmizdə belə yüksək qiymətləndirilməsinə görə xalqımıza və dövlət başçısına minnətdarlığını bildirib.
    19.11.09 Məqaləni oxumaq
     
    "NATO-nun Yeni Strateji Konsepsiyası: tərəfdaşlar tərəfindən müzakirələrə tövhə" mövzusunda konfransın keçirilməsi planlaşdırılır
    Sabah Bakıda, Xarici İşlər Nazirliyi və NATO Azərbaycan Beynəlxalq Məktəbinin birgə təşkilatçılığı ilə "NATO-nun Yeni Strateji Konsepsiyası: tərəfdaşlar tərəfindən müzakirələrə tövhə" mövzusunda konfransın keçirilməsi planlaşdırılır. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər. Konfrans "Hyatt Regency" mehmanxanasının "Guba Ballroom" otağında keçiriləcək. Konfransda açılış nitqini xarici işlər nazirinin müavini Araz Əzimov söyləyəcək.
    19.11.09 Məqaləni oxumaq
     
    Misir Mərdanov ictimaiyyətin təhsilə olan münasibətindən narahatdır
    Məni daha çox narahat edən ictimaiyyətin təhsilə olan münasibətidir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov söyləyib. “Çox istərdim ki, bu münasibət yaxşılığa doğru çevrilsin. Ancaq təəssüf ki, biz buna tam nail ola bilməmişik. Yəni hər kəs təhsilin keyfiyyətinin yüksəlməsini istəyir və bu, təbiidir. Ancaq əksəriyyəti elə başa düşür ki, bu işi yalnız müəllimlər və Təhsil Nazirliyi görməlidir. Dünyada təhsil elə bir geniş sahədir ki, bu sahənin inkişafı tək təhsil işçilərinin gücü ilə təmin oluna bilməz. İstərdim ki, bütün ictimaiyyət təhsilə öz müsbət töhfəsini versin. Məni ən çox narahat edən də budur. Qalan məsələləri düzəltmək asandır. Ancaq insanların təfəkküründə təhsilə olan münasibəti dəyişmək elə də asan məsələ deyil”,-deyə M.Mərdanov narahatlığını açıqlayıb.
    19.11.09 Məqaləni oxumaq
     
    Korrupsiyaya qarşı “Tvininq” layihəsi uğurla həyata keçirilir
    Bu gün Mətbuat Şurasında Latviya Respublikasının korrupsiaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumu olan Korrupsiyaya Qarşı Mübarizə Bürosunun Qabaqlayıcı Tədbirlər İdarəsinin (KNABQTİ) əməkdaşı İlze Leimane, ictimaiyyətlə əlaqələr və tədris şöbəsinin mütəxəsisi Aleksey Şnitnikovla görüş keçirildi. KƏLAMİNFO xəbər verir ki, qonaqlar 5 əsas istiqamət üzrə həyata keçirilməsi nəzərdə tutulan Tvininq layihəsinin “Korrupsiyaya qarşı mübarizə idarəsinin vətəndaş cəmiyyəti institutları ilə korrupsiyaya qarşı mübarizə sahəsində əlaqələrinin gücləndrilməsi” komponenti üzrə ölkəmizdə səfərdədirlər. Tədbirdə çıxış edən İlze Leimane KNABQTİ haqqında məlumat verdi və layihə haqqında danışdı. Bildirdi ki, Avropa İttifaqının (Aİ) üzv dövlətlərinin və Benefisiar ölkələrin dövlət idarəçilik qurumları arasında əməkdaşlıq aləti olan Tvininq layihəsi Avropa İttifaqı ilə Azərbaycan arasında “Avropa qonşuluq siaysəti” planı çərçivəsində həyata keçirilir. Proqram Aİ üzv ölkələrinin dövlət qurumlarının iş təcrübəsinin öyrənilməsinə yönəldilib.
    19.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Noy.2009
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30