Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2009
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Təhsil Nazirliyi zərurət yaranacağı təqdirdə tədrisi dayandıracaq
    Azərbaycanda aşkar olunan “donuz qripi” ilə əlaqədər ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədrisin dayandırılması hələlik nəzərdə tutulmayıb. Bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətindən veriblər. Nazirlikdən bildirilib ki, ölkədə xəstəliklə əlaqədar kritik vəziyyət yaranarsa və buna görə Səhiyyə Nazirliyinin tövsiyyəsi olarsa, o zaman təhsil müəssisələrində tədris dayandırıla bilər. “Xəstəliyin əhatə dairəsi genişlənərsə, o halda Səhiyyə Nazirliyi hökumətə müraciət edə bilər. Həmin müraciətdə təhsil müəssisələrinin bağlanması da göstərilərsə və bu təsdiq olunarsa o zaman məktəblər bağlana bilər”,-deyə nazirlikdən məsələyə münasibət bildirilib.
    11.11.09 Məqaləni oxumaq
     
    İran öz uranını Türkiyədə zənginləşdirə bilər
    İran öz uranını Türkiyədə zənginləşdirmək üçün danışıqlara başlayıb. Bu məqsədlə iki gün idi ki, İran prezidenti Mahmud Əhmədinejad, xarici işlər naziri Mənüçöhr Möttəki və Türkiyə prezidenti Abdullah Gül, baş nazir, xarici işlər naziri ilə intensiv danışıqlar aparılır. İranın uran məsləsində Türkiyə ilə razılğıa gələcəyi, iki ölkə arasında saziş imzalanacağı da istisan edilmir. Bununla yanaşı, ABŞ da İrandan nüvə enerjisinin araşdırılması üçün cavab gözləyir.
    10.11.09 Məqaləni oxumaq
     
    Bakıda Musiqi Festivalı keçiriləcək
    Noyabr 12-də Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyi münasibətilə Bakıda Musiqi Festivalı öz işinə başlayacaq. Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Festival çərçivəsində siyasət və mədənyyət xadimlərinin məzarlarının ziyarəti, bəstəkarlıqla bağlı beynəlxalq konfrans, “Azərbaycan Bəstəkarlar İttifaqı” kitabının təqdimatı, Uşaq İlinə həsr olunmuş tədbir və s. bu kimi proqramlar nəzərdə tutulub. Festival noyabrın 17-nə kimi davam edəcək. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyinin keçirilməsi haqqında” 18 may 2009-cu il tarixli 276 nömrəli Sərəncamı var.
    10.11.09 Məqaləni oxumaq
     
    Pul kütləsinin həcmi artıb
    Dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) artaraq 5 222,4 mln. manat təşkil edib. Bu barədə məlumatı Mərkəzi Bankdan veriblər. Cari il oktyabrın 1-nə olan pul kütləsinin 3620,1 mln. manatı nağd pul vəsaitləri, 829,1 mln. manatı tələb edilənədək vəsaitlər, 773,2 mln. manatı isə müddətli depozitlərin payına düşüb.
    10.11.09 Məqaləni oxumaq
     
    Monitorinq insidensiz başa çatıb
    Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Füzuli-Horadiz yolunun yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinq insidentsiz başa çatıb. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çontulov keçirib. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə prosesi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik və onun səhra köməkçiləri İrci Aberle, Piter Ki və Caslan Nurtazin izləyiblər.
    10.11.09 Məqaləni oxumaq
     
    Ali məktəb tələbələrinin fənn olimpiadasının II turu keçiriləcək
    Noyabrın 14-də Bakı Slavyan Universitetində (BSU) Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının II turu keçiriləcək. Bu barədə məlumatı Təhsil Nazirliyindən veriblər. Tədbir Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən reallaşacaq.
    10.11.09 Məqaləni oxumaq
     
    2010-cu il üçün Dövlət Büdcəsinin müzakirəsinə başlanıb
    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycanın 2010-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin və büdcə zərfinə daxil olan digər layihələrin müzakirəsinə başlanıb. Ölkənin əsas maliyyə sənədinin müzakirəsində Baş nazir Artur Rasizadə iştirak edib. Milli Məclis sədri Oqtay Əsədov çıxış edərək 2010-cu ilin büdcəsinin sosial yönümlü, investisiya tutumlu, müdafiə xarakterli olduğunu bildirib. Spiker Azərbaycanda ümumi daxili məhsulun artım tempinin 6%-dən artıq olduğunu, bunun da MDB məkanında ən yüksək göstərici olduğunu qeyd edib. Azərbaycanda istehsalın 85%-nin özəl sektorun payına düşdüyünü diqqətə çatdıran O.Əsədov bildirib ki, gələn ilin büdcəsi böhran nəzərə alınmaqla, reallıqlara uyğun tərtib olunub. O, büdcədə neftin qiymətinin reallıqlara uyğun göstərildiyini vurğulayıb. “2010-cu il dövlət büdcəsi haqqında qanun layihəsi və ona əlavə edilmiş sənədlərin layihələrinin Milli Məclisin komitələrində və Aparatın müvafiq şöbələrində diqqətlə öyrənilib. Hesablama Palatasının rəyləri nəzərə alınmaqla bugünkü müzakirəyə çıxarılması tövsiyə edilib”.-deyə O.Əsədov əlavə edib.
    10.11.09 Məqaləni oxumaq
     
    Azərbaycan və Sloveniya prezidentləri görüşüb
    Bu gün prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın ölkəmizdə rəsmi səfərdə olan Sloveniya Respublikasının prezidenti Danilo Türk və xanımı Barbara Mikliç Türk ilə birgə görüşü olub. Sonra Azərbaycan və Sloveniya prezidentləri İlham Əliyev və Danilo Türkün təkbətək görüşü keçirilib. Görüşdə tərəflər ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə ediblər. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial imkanların olduğu vurğulanıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilən görüşdə Sloveniya prezidenti D.Türkün Azərbaycana rəsmi səfərinin də ikitərəfli əlaqələrin inkişafına töhfələrini verəcəyinə əminlik bildirilib. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    10.11.09 Məqaləni oxumaq
     
    Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə noyabrın 11-də yola düşəcəklər
    Azərbaycandan Həcc ziyarətinə avtobusla gedəcək zəvvarlar Məkkəyə Bakıdan noyabrın 11-də yola düşəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Qafqaz Müsəlmanları İdarəsindən veriblər. Zəvvarlar noyabrın 11-də saat 22.00-da Azadlıq meydanından yola salınacaqlar. Zəvvarları Həccə aparacaq 20-dən artıq avtobus Azərbaycan, Gürcüstan, Türkiyə, Suriya, İordaniya ərazisindən keçməklə Səudiyyə Ərəbistanı Krallığı marşurutu ilə hərəkət edəcək. Təyyarə ilə Həccə gedən zəvvarlar isə gələn həftə yola düşmələri planlaşdırılıb. Qeyd edək ki, bu il Həcc ziyarətinə getmək üçün Səudiyyə Ərəbistanı Krallığı Azərbaycana 2000 kevota ayırıb. Xatırladaq ki, bu il Qurban bayramı noyabrın 27-də qeyd olunacaq.
    10.11.09 Məqaləni oxumaq
     
    Brüsseldə Azərbaycan Mədəniyyəti Günləri keçirilir
    Bu gündən noyabrın 13-dək Heydər Əliyev Fondu və Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin birgə layihəsi çərçivəsində Brüsseldə Avropa Parlamentinin binasında Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Heydər Əliyev Fondundan veriblər. Mədəniyyət Günlərində iştirak etmək üçün Brüsselə mədəniyyət və incəsənət nümayəndələri, o cümlədən Azərbaycan mətbəxini təqdim edəcək kulinar qrupu yola düşüb. Mədəniyyət günlərində tamaşaçılara ölkəmiz haqqında daha dolğun informasiya çatdırmaq məqsədilə Azərbaycanın təbliğinə yönəlmiş geniş proqram hazırlanacaq. Parlament binasının “Yehudi Menuhin” zalında Azərbaycan rəssamlarının əsərlərindən və etnoqrafik miniatürlərindən ibarət sərgilərin təşkili də nəzərdə tutulub. Mədəniyyət günlərində gənc muğam ifaçıları tamaşaçılara təsniflərdən ibarət proqram, “Bakı ulduzları” rəqs qrupu isə rəqslərimizi təqdim edəcəklər. Konsert proqramında caz trionun çıxışı da nəzərdə tutulur. Tədbir iştirakçıları Azərbaycan mətbəxi ilə də tanış ola biləcəklər. Tanınmış kulinariya ustalarımız qonaqlara milli mətbəximizin ləziz yeməklərini təqdim edəcəklər.
    10.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Noy.2009
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30