|
Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
Bakıda “Azərbaycanda Diffamasiya və İfadə azadlığı” adlı konfrans öz işinə başlayıb
|
Bu gün Bakıda, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi ilə Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycanda Diffamasiya (nüfuzun qorunması) və İfadə azadlığı” adlı konfrans öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinin direktoru İlqar İbrahimli bildirib ki, tədbir Diffamasiya haqqında hazırlanan qanun və ümumiyyətlə jurnalist fəaliyyəti ətrafında yeni fikirlərin ortaya çıxarılması ilə bağlıdır. Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi xanım Veronika Kotek diffomasiyanın hər hansı bir şəxsin informasiya ötürməsində digər şəxslərin nüfuzuna xələl gətirməməsində özünü göstərən başlıca amil olduğunu söyləyib.
|
16.11.09 Məqaləni oxumaq
|
|
|
TQDK nəzarətç-müəllimləri mükafatlandıracaq
|
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) cari ildə ali məktəblərə keçirilmiş qəbul imtahanlarında nümunəvi iştirak etmiş nəzarətçilər mükafatlandırılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.
TQDK sədri qeyd edib ki, bu il ümumilikdə nəzarətçilər bazasına 6837 fənn müəllimi daxil olub. M.Abbasazdənin sözlərinə görə, onlarla keçirilən trenninqlər və yoxlamalar nəticəsində 3552 müəllim-nəzarətşi seçilərək imtahanlarda iştirak edib. Bunlardan imtahandakı nümunəvi iştirakına görə 579 nəzarətçiyə təşəkkür elan edilib, 31 nəfər isə Fəxri Fərmanlarla təltif edilib. “Bu amillərin həmin müəllimlərin pedoqoji fəaliyyətində nəzərə alınması xahişi ilə bizim tərəfimizdən Təhsil Nazirliynə və müvafiq təhsil şöbələrinə məktublar da göndərilib”,-deyə M.Abbaszadə vurğulayıb.
TQDK sədri bildirib ki, bu ilki nəzarətçilər arasında 153 nəfər nəzarətçi fəaliyyətlərində göstərdikləri laqeydlik və səhlənkarlığa görə nəzarətçilər bazasından çıxarılıb, 62 nəzarətçi-müəllimə şifahi xəbərdalıq olunub.
|
14.11.09 Məqaləni oxumaq
|
|
|
Noyabrın 16-da quş qripi ilə əlaqədar növbəti monitorinqlərə start veriləcək
|
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti noyabrın 16-da köçəri quşların miqyasını nəzərə alaraq quş qripi ilə əlaqədar növbəti monitorinqlərə start verəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Baytarlıq Xidmətindən (DBX) veriblər.
Monitorinq DBX, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular” Cəmiyyətinin mütəxəssis və əvəkdaşlarının iştirakı ilə aparılacaq.
Nəzarət tədbirinin Abşeron yarmadası, Dəvəçi, Alyan, Ağcabədi və Lənkəran rayonlarındakı Milli qoru və parklarda, həmçinin ölkənin dəniz sahil zonalarında və digər həyata keçirilməsi nəzərdə tutulur.
Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinqin nəticələri noyabrın 27-də ictimaiyyət üçün açıqlanacaq.
|
14.11.09 Məqaləni oxumaq
|
|
|
Azərbaycanlı gənc ifaçı “Slavyan ulduzu” adlı X Beynəlxalq festivalın qalibi olub
|
Ənənəvi olaraq Rusiya Federasiyasının Oryol şəhərində gənc ifaçılar arasında “Slavyan ulduzu” adlı X Beynəlxalq festival keçirilib. Azərbaycanı festivalda gənc ifaçı Səbinə Babayeva təmsil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.
Festivalın ilkin mərhələsində finala keçmək uğrunda 5 MDB ölkəsindən 300-dən çox gənc ifaçı mübarizə aparıb. Yalnız 24 gənc finala keçmək şansı əldə edə bilib. İlkin mərhələdən festivala qatılan azərbaycanlı gənc ifaçı bu mərhələni uğurla başa vuraraq finala adlayıb. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə festivala qatılan S.Babayeva yarışın final mərhələsində böyük uğurla çıxış edib. S.Babayevanın ifası festivalın ən yüksək mükafatı olan “Qran-pri” mükafatına layiq görülüb.
Qeyd edək ki, festival qaliblərinin seçimi Rusiyanın tanınmış prodüsser, musiqiçi və bəstəkarlarından ibarət olan münsiflər heyəti tərəfindən həyata keçirilib.
|
14.11.09 Məqaləni oxumaq
|
|
|
|
QKDK-nin sədri Rüfət Aslanlı: “2010-cu ildə dünya iqtisadiyyatda artım tendensiyası gözlənilir”
|
Cari il dünya iqtisadiyyatı 1,8%-lik daralma ilə bitəcək. Buna baxmayaraq 2010-cu ildə iqtisadiyyatda artım tendensiyası gözlənilir. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı çıxış edib.
R.Aslanlı ötən dövr ərzində dünyada və Azərbaycanda baş verən qlobal iqtisadi proseslərə dair geniş məlumat verib. O, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, ötən dövr ərzində ÜDM 6,1%, sənaye istehsalı 5%, kənd təsərrüfatı istehsalı 3% artıb, eləcə də, ölkədə investisiya aktivliyi davam edərək, əsas kapitala yönəldilən investisiyalar 5,2 mlrd. manata çatıb.
|
13.11.09 Məqaləni oxumaq
|
|
|
TQDK-da “Abituriyent” jurnalının saytının və jurnalın 11-ci sayının təqdimatı olub
|
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbu orqanı olan “Abituriyent” jurnalının saytının və jurnalın 11-ci sayının təqdimatı olub. KƏLAMİNFO xəbər verir ki, TQDK sədri Məleykə Abbaszadə çıxış edərək bildirib ki, sayt öz fəaliyyətini bir müddət müəyyən səbəblər üzündən dayandırıb və artıq yenidən aktivləşib. M.Abbaszadə www.abiturient.az adlı saytda jurnalın bütün saylarının mütamadi olaraq dərc olunacağını söyləyib.
Jurnalın 11-ci sayında isə yüksək nəticə göstərən abituriyentlər haqqında məlumatların toplandığını diqqətə çatdıran M.Abbaszadə qeyd edib ki, bu il də ənənəyə sadiq qalınıb. TQDK sədri ümumilikdə bu il ali və orta ixtisas məktəblərin keçirilən müsabiqədə 110 minə yaxın abituriyentin iştirak etdiyini, onlardan 996 nəfərinin yüksək nəticə göstərərək 600-dən yuxarı bal topladığını nəzərə çatdırıb.
|
13.11.09 Məqaləni oxumaq
|
|
|
Bakının pilot məktəbləri və Sumqayıt məktəbləri məktəbli formasına keçir
|
Bakı şəhər Təhsil İdarəsi yeni layihəyə başlayıb. KƏLAMİNFO xəbər verir ki, bundan sonra məktəblərdə hamı eyni formada geyinəcək. Hazırda yeni dizaynda hazırlanacaq məktəbli formalarının eskizləri və harada tikilib hazırlanacağı müəyyənləşir. Məsələ ilə bağlı mütəxəsis qrupu çalışır. Onlar formanın materialını və stilini müəyyənləşdirirlər. Dərs ilinin sonuna kimi yeni formalar əvvəlcə Bakıda pilot məktəblərində, sonra isə Sumqayıt məktəblərində tətbiq ediləcək. Görülən iş uğurla həyata keçirilərsə, bu paytaxtın digər məktəblərinə də şamil ediləcək. Ehtimal edilir ki, bütün məktəblərin şagirdləri eyni emblemlə olan formadan geyinəcək.
Qeyd edək ki, bununla bağlı yalnız Təhsil Nazirliyinin deyil, həm də məktəb direktorları, müəllimlər və valideynlərin də göndərdiyi təkliflərə baxılır.
|
13.11.09 Məqaləni oxumaq
|
|
|
Ölkədə ötən illə müqayisədə 7,4% çox məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib
|
Ölkədə 17,7 mlrd. manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% çox məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər.
Əsas sənaye məhsulları olan xam neftin hasilatı 12,1% artaraq 42,3 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 2,8% artaraq 13,5 mlrd. kub metr olub. Sənaye məhsulunun beşdə dörd hissəsi özəl bölmənin payına düşüb, ümumi istehsalın 92,7%-i sənaye mallarının (əmtəələrin), 7,3%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb.
Sənaye fəaliyyətinin 75% mədənçıxarma, 19,7% emal, 5,3% isə elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində həyata keçirilib. İstehsal edilən sənaye məhsulunun böyük əksəriyyəti istehlakçılara göndərilib. Bununla yanaşı, noyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 235,2 mln. manatlıq və ya əvvəlki ayla müqayisədə 7 mln. manat çox hazır məhsul ehtiyatı olub.
|
13.11.09 Məqaləni oxumaq
|
|
|
|
|
Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|