Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2009
    Səhifələr : # « 14 15 16 17 18 19 20 21 22 » #
    E.Nalbandyan Türkiyəni təhdid edir
    Əgər tərəflərdən biri razılaşmanın təsdiqlənməsinə mane olarsa bundan doğulacaq mənfi nəticələrin hamısını boynuna götürmək məcburiyyətində qalacaq. Bu bəyanatla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan çıxış edib. O, protokolların parlamentdə təsdiqlənməsinin əksini düşünmədiyini də söyləyib. Türkiyə ilə Ermənistan arasında müzakirələrin tamamlandığını söyləyən E.Nalbandyan bildirib ki, hər iki tərəf əlaqələrin qurulması və sərhəddin açılması üçün lazımı addımlar atmalıdır. ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağda sülhün təmin edilməsi üçün işləri davam etdirdiyini vurğulayan E.Nalbandyan burada müsbət bir irəliləyişin olduğunu qeyd edib. “Razılaşmanı sabah, bir ay sonra, ya da qısa müddət içində təmin etməmiz mümkün deyil”,-deyə o əlavə edib.
    02.11.09 Məqaləni oxumaq
     
    Bill Klinton Türkiyəyə gələcək
    ABŞ-ın eks-prezidenti Bill Klinton Türkiyəyə səfər edəcək. B.Klinton İstanbulda keçiriləcək “Bosfor” konfransına qatılacaq. Eks-prezidentdən başqa Almaniyanın eks-kansleri Herard Şreder də tədbirdə iştirak edəcək. Hər iki siyasətçi konfrans iştirakçılarının qarşısında çıxış edəcək və məşhur türk analitik Əli Brantın siyasətinə münasibət bildirəcək. B.Klintonun CNN-Turk kanalının da qonağı olacağı gözlənilir.
    02.11.09 Məqaləni oxumaq
     
    İranın paytaxtı dəyişə bilər
    İran höküməti paytaxtı dəyişə bilər. İran paytaxtını seysmik cəhətdən təhlükəli olan zonadan uzaqlaşdırmaq qərarına gəlib. Plan İslam Respublikasının yüksək dərəcəli qanunverici orqanı tərəfindən təsdiq edilib. Qeyd edək ki, bu ideyanı Ayətulla Əli Xamneyi irəli sürüb. Xatırladaq ki, İranın paytaxtı bir neçə dəfə dəyişib. Belə ki, vaxtilə İsfahandan Qəzvinə, Şirazdan isə Həmədana köçürülən paytaxt 1795-ci ildən Tehran şəhəri olub. Hazırda şəhər əhalisinin sayı 12 milyondur.
    02.11.09 Məqaləni oxumaq
     
    Dəyişikliklər Azərbaycanda pensiyaların məbləğinin artımına səbəb olacaq
    Milli Məclisdə “Əmək pensiyaları haqqında” Qanuna edilən əlavə və dəyişikliklər Azərbaycanda pensiyaların məbləğinin artımına, ayrı-ayrı sosial qruplar arasında narazılığın aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib cıxaracaq. Bu barədə məlumatı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan veriblər. Bu dəyişikliklər ölkədə həyata keçirilən sığorta-pensiya islahatlarının növbəti mərhələsidir və bu mərhələdə atılan addımlar “2009-2015-ci illərdə Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda da yer alıb. Qanuna edilən əlavə və dəyişikliklərin ən mühüm cəhəti keçmiş dövrdə qazanılan əmək pensiyası hüququnun məbləğinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bu dəyişiklik pensiya təyinatında yanlış hesablama qaydasını aradan qaldıracaq, bununla həm də sistemdə böyük bir şəffaflıq təmin olunacaq.
    02.11.09 Məqaləni oxumaq
     
    TQDK Lənkəranda elmi-metodiki seminar keçirib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Lənkəran şəhərində 3 fənn üzrə- riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, fizika fənləri elmi-metodiki seminarlar keçirib. Bu barədə məlumatı TQDK-nın mətbuat xidmətindən veriblər. Oktyabrın 31-də riyaziyyat fənni üzrə, noyabrın 1-də isə Azərbaycan dili, ədəbiyyat və fizika fənləri üzrə elmi-metodiki seminarlar keçirilib. Seminarlarda TQDK-nın müvafiq fənlər üzrə ekspertləri, mütəxəssisləri, Astara, Biləsuvar, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının müəllimləri və mütəxəssisləri iştirak ediblər.
    02.11.09 Məqaləni oxumaq
     
    Deputat Sankt-Peterburqa gedib
    Milli Məclisin deputatı İlham Məmmədov Sankt-Peterburqda BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya Regional ofisinin dəstəyi ilə keçirilən seminarda iştirak edir. Parlamentin mətbuat xidmətindən bildiriblər ki, seminarda reproduktiv sağlamlıq məsələsi, milli səhiyyə sistemlərində bu strategiyanın tətbiqi və təbliği prinsipləri əsas müzakirə obyekti olacaq, reproduktiv sağlamlığın təbliğat şəbəkəsinin yaradılması məsələsinə baxılacaq. Şərqi Avropa regionundakı mövcud təcrübə nəzərdən keçiriləcək.
    02.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 14 15 16 17 18 19 20 21 22 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Noy.2009
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30