Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2009
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    Bakıda “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” adlı beynəlxalq elmi konfrans keçiriləcək
    Azərbaycanın Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası İslam Konfransı Təşkilatı (İKT) Baş katibliyi ilə birgə İKT-nin yaradılmasının 40 illik yubileyi münasibətilə 11-12 noyabr 2009-cu il tarixlərində Bakıda “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” adlı beynəlxalq elmi konfrans keçirəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xaric İşlər Nazirliyindən veriblər. Konfransda İKT-nn Baş katibi Ekmələddin İhsanoğlunun, həmçinin 41 ölkədən və 3 beynəlxalq təşkilatdan 200 yaxın xarici və yerli elm xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və bir sıra ölkələrin yüksək səviyyəli dövlət məmurlarının iştirakı nəzərdə tutulub. Konfransda dini və mədəni müxtəliflik, bu sahədə Azərbaycanın təcrübəsi, dinlərarası dialoqun qarşılaşdığı problemlər və İslam geosiyasəti kimi mövzular üzrə elmi müzakirələr aparılacaq. Konfransın ikinci günü Diplomatik Akademiya tərəfindən təşkil olunmuş xaricdən gələn qonaqların iştirakı ilə ənənəvi “Etiqadlararası dialoqa dair” mövzulu “ADA Məclisi” televiziya ictimai forum keçiriləcək.
    09.11.09 Məqaləni oxumaq
     
    Bakıda dünya dini liderlərinin Sammiti keçiriləcək
    2010-cu il aprelin 26-27-də Bakıda keçiriləcək Dini liderlərin dünya sammitinə müxtəlif ölkələrin ən iri dini təşkilatlarının 100-ə yaxın rəhbəri və yüksək vəzifəli nümayəndəsi iştirak edəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə verib. A.Paşazadə bildirib ki, Bakıya 100-ə yaxın dini lider toplaşacaq. Onun sözlərinə görə, sammitdə islam, xristian, iudaizm və buddizm dinlərinin nümayəndləri iştirak edəcəklər. Sammitin keçirilməsinin məqsədi zorakılığın, dindən insanlığa qarşı istifadə olunmasının qarşısını almaqdır deyən Bütün Qafqazın Şeyxi qeyd edib ki, həyat Allahın nemətidir. Biz birlikdə mübarizə aparmalı və bunu xalqlara izah etməliyik.
    09.11.09 Məqaləni oxumaq
     
    R.T.Ərdoğan: “Mən ömrümün sonuna kimi parlamentdə qalmayacam”
    Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan 2011-ci ildə sonuncu dəfə namizədliyini irəli sürəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Baş nazir İstanbulda keçirilən turizm sahəsi üzrə mükafatlandırma mərasimində bildirib. “2011-ci ildə mən sonuncu dəfə namizədliyimi irəli sürəcəm. Başqaları kimi ömrümün son günlərini parlamentdə keçirmək fikrim yoxdur”,-deyən R.T.Ərdoğan sözünün üstündə duarcağını da vurğulayıb. “Siz bilirsiniz ki, mən sözümün üstündə duran adamam, bir dəfə elan etdim ki, mən sonuncu dəfə namizəd olacam, deməli elə də edəcəm. Xalqa yalnız siyasətdə deyil, hər yerdə xidmət etmək olar”,-deyə Baş nazir vurğulayıb.
    09.11.09 Məqaləni oxumaq
     
    Şərur Yallısı - Naxçıvanın tacı
    Oğuz babalarımızın  ilkin möhürü

    “Şərur rayonun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədəkar insanlar var”. Bu sözləri xalqımızın ümümmilli lideri rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib. Rayonun indiki sosial-iqtisadi inkişafında  müdrik rəhbərin xidmətləri çox olub. Ən başlıcası isə ötən əsrin 70-ci illərində  tutumu 150 milyon kubmetr olan Arpaçay dəryaçasının tikilib istifadəyə verilməsi bölgədə 18 min hektardan artıq torpaq sahəsinə həyat bəxş edib.
    09.11.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Dağıstan prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Bu gün prezident İlham Əliyev Dağıstan Respublikasının Prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı Azərbaycan-Rusiya arasında ikitərəfli münasibətlərin, o cümlədən Dağıstan Respublikası ilə əlaqələrin inkişaf etdiyini vurğulayıb. Əməkdaşlıq imkanlarını daha da genişləndirməyin zəruriliyini bildirən prezident İlham Əliyev Dağıstan prezidenti Muxu Əliyevin ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərini müzakirə etmək baxımından yaxşı fürsət yaratdığını qeyd edib. Prezident Muxu Əliyev bildirib ki, yenidən qardaş Azərbaycana baş çəkmək imkanının yaranması onun üçün çox xoşdur. O, Dağıstan ilə Azərbaycan arasında ən səmimi əlaqələrin olduğunu bildirib.
    07.11.09 Məqaləni oxumaq
     
    AMEA-nın sabiq prezidenti Musa Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib
    Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində geologiya-mineralogiya elmləri doktoru, professor, akademiyanın sabiq prezidenti, Musa Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Mahmud Kərimov M.Əliyevin elmi fəaliyyəti haqqında məlumat verib. M. Əliyevin XX əsr Azərbaycan elm tarixinin parlaq səhifələrində xüsusi yeri olan böyük şəxsiyyətlərdən biri olduğunu söyləyən M.Kərimov XX əsr və müasir Azərbaycan geologiya elminin əksər uğurlarının və elmi kadr potensialının məhz akademikin adı ilə bağlı olduğunu bildirib.
    07.11.09 Məqaləni oxumaq
     
    TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) “Coğrafiya” fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Gündəlik məsələ, 2009-cu il ali məktəblərin II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında “Coğrafiya” fənnindən istifadə olunmuş test tapşırıqlarının (A variantı 85-100) elmi-metodik və statistik təhlili olub. Çıxışlarda qeyd olunub ki, abituriyentlərə təqdim edilmiş test blokunda “Coğrafiya” fənninə kompleks yanaşılıb, onun müxtəlif aspektlərinə, mövzuların yeni, aktual istiqamətlərinə diqqət verilib.
    07.11.09 Məqaləni oxumaq
     
    Polşanın xarici işlər naziri Radoslav Sikorskin Azərbaycana planlaşdırılan rəsmi səfəri təxirə salınıb
    Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorskinin cari ilin 10-11 noyabr tarixlərində Azərbaycana nəzərdə tutulan rəsmi səfəri təxirə salınıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər Polşa tərəfinin xahişi ilə qeyri-müəyyən vaxta qədər ertələnib. Səfərin növbəti tarixi barəsində əlavə məlumat veriləcək.
    06.11.09 Məqaləni oxumaq
     
    “Geologiya elmlərin təmasında: Azərbaycanda fənlərarası tədqiqatların vəziyyəti və inkişaf perspektivləri” adlı ümumrespublika müsabiqəsi başa çatıb
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu, Dövlət Neft Şirkəti və Azərbaycan Geoloqlarının Milli Komitəsinin keçirdiyi “Geologiya elmlərin təmasında: Azərbaycanda fənlərarası tədqiqatların vəziyyəti və inkişaf perspektivləri” adlı ümumrespublika müsabiqəsi başa çatıb. Bu münasibətlə bu gün Geologiya İnstitutunda müsabiqənin nəticələrinə dair tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya İnstitutdan veriblər. Tədbirdə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, müsabiqə gənc geoloq-alim, aspirant, magistr və bakalavrlar üçün nəzərdə tutulub. Onu keçirməkdə məqsəd elmi tədqiqatlara meyl göstərən istedadlı gənclərin aşkar edilməsi və onlara dəstək verilməsidir.
    06.11.09 Məqaləni oxumaq
     
    Azərbaycanda quş qripi ilə əlaqədar monitorinqlərə başlanılacaq
    Azərbaycanda quş qripi ilə əlaqədar olaraq noyabırın 16-dan etibarən monitorinqlərə başlanılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə vzkevfns Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov verib. Onun sözlərinə görə, Azərbaycanda 6500-7000 yaxın donuz saxlanılır ki, onların da hamısı nəzarət altındadır. O, həmçinin heyvanlarda quduzluğa qarşı peyvəndləmə işlərinin aparıldığını da bildirib. İ.Həsənov respublikada epizotik vəziyyətin stabil olduğunu, narahatçılıq üçün heç bir əsas olmadığını qeyd edib.
    06.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2009
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    Noy.2009
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30