|
Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
Ədəbli ol, padşahlıq et
|
Həyatda təzadlar çoxdur, iki amil həlledicidir. Bunlardan biri dindarlıq, ikincisi dünyapərəstlkdir. Dindar, İlahi hökmlərinə əməl edən, özü əməl etdiyi kimi digərinə də həmin əməlləri sevdirən və təlim edəndir. Dindar getdikcə tövhid - yeganəlik və füruatlara, yəni dinin kök və budaqlarına əməl edə-edə əxlaq məktəbini həm öyrənir, həm də həyata keçirir. Ruhaniyyətlə yaşayanlar həmişə İslam dəyərlərinə, milli mənəviyyatın qorunmasına xidmət edir, elin adət-ənənəsinə hörmətlə yanaşır və beləcə də ömrün axırına qədər eyni xətlə hərəkət edir. Xalq arasında qazandığı nüfuz və ehtiramı həmişə qoruyur, ömrünün axırına qədər də onu yaşatmağa çalışır. Belələrinin el arasında hörməti nəinki sağlığında, hətta ölümündən sonra da qorunur. Mövla Əlinin (ə) gözəl bir kəlamı var: ´Allahın rəhməti olsun o şəxsə ki, öz qədir-qiymətini biləª. Buradan bir daha aydın olur ki, insan özü də öz hörmətini saxlamalı, mənliyini qorumalıdır.
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
"Ana dilimizdə ilk “qırx hədis”"
|
Orta yüzilliklərdə Yaxın və Orta Şərq xalqları ədəbiyyatında ən çox sevilən və geniş yayılan mövzulardan biri də bilavasitə islamla bağlı olan, onun başlıca
qaynaqlarından sayılan hədislər olmuşdur. Hədislər, bəlli olduğu kimi, sonuncu peyğəmbərin - həzrət Məhəmmədin (s.) mübarək kəlamlarını, bənzərsiz həyatı və bütün bəşəriyyət üçün örnək ola biləcək əməlləri ilə bağlı rəvayətləri özündə birləşdirir və bu baxımdan böyük ictimai-siyasi, əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır.
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
Lənkəranın epiqrafiq abidələri
|
Azərbaycanın ümumiyyətlə cənub rayonları, o cümlədən Lənkəran rayonu erkən epiqrafik abidələrlə zəngin olmasa da, burada IX-XII əsr abidələrinə də rast gəlinir. Azərbaycanda ərəbdilli epiqrafik abidələrin IX-X əsrlərdən yarandığını nəzərə alsaq bu bölgədə, Lənkəran rayonunda da onların tarixi mənbə kimi mühüm rol oynadıqlarını qeyd etmək olar . Qeyd etdiyimiz abidələrdə adətən onun tarixi, ustanın və sifarişçinin adı, kimin dövründə tikildiyi və.s. məlumatlar olur. Bəzən kitabələrdə tarix olmadıqda belə yazı növünün işlədilməsi dövrünə görə abidənin təxmini tarixini söyləmək olur. Bu cəhətdən epiqrafik abidələrin bir yerli mənbə kimi əhəmiyyəti daha da artır.
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
Şairin son gəlişi
|
O taylı dostum Cəmşiddən həzin bir xatirə
İstər cənub Astarası, istərsə də şimal Astarası eyni şəhər olub. Astara çayı isə bu doğma şəhəri alma kimi iki yerə bölmüşdür. Hər iki şəhər mülayim iqlimə malik olub, füsünkar gözəlliyi ilə hamını heyran edən səliqə-səhmanlı bir cənub şəhəridir. Təbiət bunlara heç nəyi əsirgəməyib. Yaşıl dona bürünən əzəmətli Talış dağları hər iki Astara üçün dayaqdırsa, Xəzər dənizi sanki bu gözəllikləri əks etdirən parlaq bir güzgüdür.
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
Xeyrulla Məmmədov itkisi…
|
O alim kimi savadlı, insan kimi gözəl, dost kimi səmimi, ailə başçısı kimi qayğıkeş idi. Xeyrulla Qulam oğlu Məmmədov
1934-cü ilin avqust ayında Lerik rayonu Zuvand mahalının Hoveri kəndində dünyaya göz açıb.
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
Yaradan və yaradılan
|
Planetimizin bizə bənzər canlı olmasını təsdiq edən dəlillərin mövcudluğu barədə müasir elm aləmində yetərli məlumatlar var. Cismimizin dəri qatının sayı ilə planetin qatlarının sayının eyni olması isə hamıya bəllidir. Belə ki, cismimizin dəri qatının ruh pərdəsi ilə əhatə olunduğu kimi planetin qatlarının alimlərin neytral zona adlandırdığı qatın da, planetin qatlarını əhatə etdiyi məlumdur. Bu qat planetin son - ruh qatıdır. Bu qatın sayəsində Yer üzərində olanlar kosmik fəzaya dağılmaqdan qorunurlar. Yerin bütün qatları onun özəyinə qədər, xaricdən bu təbəqə adi şəffaf qat kimi görünür.
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
Ona hamımızın borcu var…
|
Mən öz borcumu qismən də olsa verməyə çalışıram
Söhbət Azərbaycan xalqının taleyində müstəsna rolu olmuş ümummilli liderimiz HEYDƏR ƏLİYEVə olan borcumuzdan gedir İllər sürətlə hiss olunmadan səssiz-səmirsiz keçib gedir. Zamanın axarı elədir ki, heç nə onun qarşısını ala bilməz. Biz istəsək də, istəməsək də ən gərgin, ən ağrılı, hətta ən xoşbəxt və qayğısız günlərimiz belə bizdən uzaqlaşır, xatirəyə çevrilir. Bizdən keçib gedən, təkcə ayrı-ayrı adamların həyatında deyil, bütün xalqın taleyində iz buraxmış hadisələr tarix olur. Və sonrakı nəsillər həmin tarixin dərslərini öyrənməyə cəhd göstərirlər. Gələcək o vaxt ağrılı və iztirablı olur ki, insanlar olub-keçənlərdən qədərincə ibrət götürüb yeni gələn nəsillərə bu ibrət dərslərini öyrədə bilmirlər.
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
Alicənab insan, fədakar alim və ictimai xadim
|
Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli də ömrünün 60-cı zirvəsinə çatıb
Yazıya giriş, yaxud ön söz əvəzi
Həmişə İsa müəllim haqqında söhbət düşəndə, nədənsə yadıma XIX əsrin axırları XX əsrin əvvəllərində yaşayan, millət, xalq üçün fədəkarlıq, canıyanarlıq nümunəsi göstərən ziyalılar düşür: Mirzə Cəlil, Hüseyn Cavid, Eynəli bəy Sultanov, Məhəmmədağa Şahtaxtılı, Məhəmməd Tağı Sidqi və digərləri. O ziyalılar ki, öz dövrlərində və sağlıqlarında millətin savadlanması, xalqın qəflət yuxusundan oyanması, məmləkətin inkişaf etməsi naminə təmənnasız olaraq çoxlu işlər görüblər. Onlar həqiqi mənada milli mənafeyə xidmət etməyin bariz nümunəsini ortaya qoyublar.
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
Vətəndaş alim
|
Onu təkcə əmim olduğu üçün deyil, dərin bilik, insan psixologiyasını duyan, kövrələn insan qəlbini almağı bacaran, zəngin dünya görüşü, geniş məlumat dairəsi olan bir insan – bir şəxsiyyət kimi püxtələşdiyi üçün sevirəm. Hər 100 illikdə nadir alimlər, təfəkkür sahibləri yetişir. Xalqına, millətinə şərəf gətirən, onu bir çox ölkələrdə tanıdan bu şəxsiyyətlərdən biri də Azərbaycanın görkəmli alimi fizikaşünas Muxtar Vəliyevdir. Çox zəngin daxili mənəviyyata malik olan bu insanın elmi-fəlsəfi düşüncələri, Azərbaycan elmində tutduğu mövqeyi, alimin elmi araşdırmaları söylədiklərimi təsdiq edər.
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
Hüquqşünas İkram Kərimov:
|
Hacı Mirəziz Seyidzadə ilə mənim bilavasitə tanışlığım uzun illər milis (polis), prokurorluq və məhkəmə orqanlarında qüsursuz çalışmış, geniş dünyagörüşü ilə fərqlənən, 18 il Respublikanın Ali Məhkəməsinə rəhbərlik etmiş, müsəlman hüququnu tədris edən, tolstoyşünas kimi tanınmış haqq dünyasına qovuşmuş, müəllimim Hacı Abdulla İbrahimov vasitəsilə olub. Anamın hüzr mərasiminə Kürdəmirə birlikdə gəlmişdilər və mərhumənin qəbrini ziyarət etmişdilər.
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|