Ailədə əxlaq əsas meyardır
|
Ailə kiçik bir dövlətdir. Onu idarə etmək yüksək istedad tələb edir. Həzrəti Peyüəmbər (s) buyurmuşdur: “Sizin hamınız çobansınız (çoban misalındasınız) âÿ sürünü idarə etmək mə’suliyyətè daşıyırsınız”. Bu hədisdən belə məlum olur ki, ailə başçısı ailənin bütün ağırlıqlarını þç çiynində daşımalıdır. O, ailəsini ərsəyə yeòèðìÿê üçün bütün imkanlarından istifadə etməlè, onların ãèäàëàíìàñûíû, ən başlıcası èñÿ ailənin mə’nəviyyatını - əxlaq normalarını tə’min etməli âÿ gələcək övladlarını şəxsiyyət kimi yetişdirməlidir.
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
Qurani-Kərimdə valideyn övlad münasibəti
|
Həyat xüsusi bir nizam üzərində qurulub. Heç şübhəsiz ki, Qüdrət Sahibi - kainatın Xaliqi Özü bu qərarı vermişdir. Mikro elemetntlərdən tutmuş ən böyük cismlərə qədər, hətta nəhəng planetlər xüsusi bir ölçü vahidi ilə yaranmış və hərəkətdədir. Hamısının da idarə edəni Qüdrət Sahibi - Allah-Təala Özüdür. Hamımıza məlumdur ki, bütün yaranmışların əşrəfi - alisi insandır. Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik…
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
Həccin fəlsəfəsi və onun sosial mahiyyəti
|
Həcc mövsümünün çox da uzaqda qalmadığını və həccin həm dini, həm də ictimai-siyasi əhəmiyyətini–onun müsəlmanların bir-birinə yaxınlaşmalarında oynaya biləcəyi rolu nəzərə alaraq bu mövzu ilə maraqlananlar üçün faydalı olması ümidi ilə Quran ayələri və rəvayətlərdən, böyük dini şəxsiyyətlərin və müasir mütəfəkkirlərin sözlərindən istifadə edərək həccin fəlsəfəsi və onun müsəlmanların vəhdətindəki rolu barədə araşdırma apararaq, məqalə şəklində bir sıra məsələləri qeyd etmək qərarına gəldik. İlk öncə «Həcc»in lüğəti və terminoloci tərifinin qeydini lazım və məqsədəuyğun hesab edirik.
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
Kərbəla hadisəsinin sosial-fəlsəfi mahiyyəti
|
Məhərrəm ayı yaxınlaşanda müsəlman aləmi, xüsusən də şiələr Kərbala vaqiəsini çox yüksək səviyyədə qeyd edirlər. Hər yerdə olduğu kimi Azərbaycanda da insanların qan yaddaşına hopan bu hadisənin qeyd olunması sanki vacib bir əməl kimi formalaşıb. Məhərrəm ayı daxil olanda İmam Hüseyn (ə) elə bil yenidən doğulur, yenidən dirilir və deyir: “Hüseyn və zillət?! Hüsyen heç vaxt zillətə dözməz. Heyhat! Biz (Əhli-beyt) hara, zillət hara?! Allah zilləti bəyənmir. Mənə Zəhra (ə) süd verib, mən Zəhranın (ə) qucağında böyümüşəm, biz zillətə, alçaqlığa dözmərik”.
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
Qədr gecələri
|
İslami hədislərə əsasən Ramazan ayının 19, 21 və 23-ü gecələri Qədr gecələridir. Quranın nazil olduğu gecədir. Allah-Təala Qurani-Kərimdə buyurur: “Həqiqətən biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” Beləliklə, bu mətlə ayrı-ayrı surələrdə müxtəlif şəkildə açıqlanır. Məsələn, “Bəqərə” surəsində buyurulur: “(Mübarək) Ramazan ayı elə bir aydır ki, Quran bu ayda nazil edilmişdir”.
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
Türk–müsəlman soyqırımları: Azərbaycanda 1918-1920-ci illər
|
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə həyata keçirdiyi mühüm tədbirlərdən biri də 1918-ci ildə ermənilərin Azərbaycanda türk-müsəlman əhalisinə qarşı törətdikləri soyqırımı təhqiq etmək oldu. Belə ki, hüquqşünas Ələkbərbəy Xasməmmədovun sədrliyi ilə 1918-ci ilə iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyası çox qısa bir zamanda ermənilərin törətdikləri cinayətləri tam üzə çıxartdı.
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
Təhsil və elm
|
Elmlər kitabın yox, kitablar elmin nəticəsi olmalıdır.
Bekon
“Təhsilimiz dünən, bu gün və sabah” kitabımda (Bakı, 2003) elm və təhsil hadisələri haqqında kifayət qədər məlumat verilmişdi. Ancaq çox hörmətli din alimi Hacı Mirəziz Seydzadənin təklifini nəzərə alaraq, “KƏLAM” - dərgisinin oxucuları üçün bu anlayışların məna yükünə bir qədər fəlsəfi aspektdə baxılmışdı.
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
Güc və qüdrətin nümayişi
|
Azərbaycan Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixi sayıla bilər. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib. Respublikada bu gün hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
Jurnalist vəsiqəsi, sadəlövhlük və hörümçək toru
|
Azərbaycan Mətbuat Şurasının poçtundan
İş stolumun üstündə qovluqlar qalaqlanıb. Rəsmi, qeyri-rəsmi qurumların təmsilçilərinin, müxtəlif vəzifəli şəxslərin, yaşlı insanların, habelə həmkarlarımızın hər gün Azərbaycan Mətbuat Şurasına ünvanladıqları müraciətlər yüzlərlə cəmlənsə də, Katiblikdə aparılan çeşidləmə bunların mövzular üzrə bölünməsi üçün vaxt sərfinə ehtiyac duymur. Kimi kütləvi informasiya vasitələrinin və onların əməkdaşlarının peşə etikası prinsiplərinə sayğısız münasibətindən gileylənir, kimi KİV-lərimizin dili, yaradıcılıq xüsusiyyətləri ilə bağlı iradlarını bildirir, kimi curnalistlərin sosial durumlarının yaxşılaşdırılması məqsədi ilə nəzərdə tutulan tədbirlərlə maraqlanır, kimi peşə fəaliyyətini yerinə yetirərkən üzləşdiyi olaylardan bəhs edir, kimi də…
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
Xocalı soyqırımı - xx əsrin faciəsi
|
"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
Heydər Əliyev
|
19.10.09 Məqaləni oxumaq
|
|
|
|