Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2009
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Milli Elmlər Akademiyası əməkdaşlarının əmək haqlarının artırılması gözlənilmir
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının əmək haqlarının artırılması ilə bağlı yaxın zamanda hansısa bir irəliləyişin baş verəcəyi gözlənilmir. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində AMEA-nın prezidenti Mahmud Kərimov məlumat verib. M.Kərimov AMEA işçilərinin əmək haqlarının artırılması istiqamətində hələ heç bir müzakirələrin aparılmadığını söyləyib. “Lakin AMEA əməkdaşları olaraq belə bir halın baş verməsini gözləyirik”,-deyə M.Kərimov əlavə edib.
    29.10.09 Məqaləni oxumaq
     
    Kaspi Təhsil Mərkəzi Beynəlxalq Təhsil Sərgisi keçirəcək
    Kaspi Təhsil Mərkəzi noyabrın 7-də Beynəlxalq Təhsil Sərgisi təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Kaspi Təhsil Mərkəzindən veriblər. “Landmark” otelində keçiriləcək sərgiyə giriş pulsuz olacaq. Bir sıra yerli təşkilatların da yer alacağı sərgidə dünyanın nüfuzlu universitetləri iştirak edəcək. Bunların arasında Qlazqo, University of East Anglia (Böyük Britaniya), Glion Institute of Higher Education (İsvecrə) universitetləri, Study Group (UK, Australia, USA, Canada) və Kendall College (ABŞ) İNTO (Böyük Britaniya) təhsil müəssisələri var. Qeyd edək ki, Kaspi Təhsil Mərkəzi öz tələbələrinə dünyanın bir sıra nüfuzlu ali təhsil ocaqlarında təhsil almaları üçün imkan yaradır.
    29.10.09 Məqaləni oxumaq
     
    MHP İstanbulda “Azərbaycan Türklərindən üzür istəyirik” adlı imza kampaniyasına başlayıb
    Milliyyətçi Hərəkat Partiyasının (MHP) İstanbul Fatih təşkilatı Türkiyə və Ermənistan arasında imzalanan protokolları protesto etmək üçün “Azərbaycan Türklərindən üzür istəyirik” adlı imza kampaniyasına başlayıb. MHP-dən KƏLAMİNFO-ya verilən məlumatda bildirilir ki, İstanbulun mərkəzində təşkil olunan kampaniyada on minlərlə insanın imzası toplanıb. İmza kampaniyası 10 gün davam edəcək. Kampaniyada bildirilir ki, son günlər iki qardaş ölkənin arasını vurmaq üçün çox yönlü oyunlar oynanılır, “Bir millət iki dövlət” anlayışı təhqir olunur. Qeyd olunur ki, Çanakkalə savaşında 3500 azərbaycanlı Anadolunu qorumaq üçün şəhid olub. Bunların qarşılığında biz Azərbaycan torpaqlarını işğal edənlərlə anlaşırıq. Kampaniyanın mətnində bildirilir ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün Ermənistan sözdə soyqırım iddialarından əl çəkməli, bunu bütün dünyaya bəyan etməlidir. Ermənistanın Konstitusiyasından Türkiyənin torpaq bütünlüyünü şübhə altına alan maddə çıxarılmalı, Ağrı dağına sahib çıxma iddiaları aradan qaldırılmalıdır.
    29.10.09 Məqaləni oxumaq
     
    Bu gün YAP-ın qərargahında DSMF-nin sədri Səlim Müslümov mətbuat konfransı keçirdi
    Səlim Müslümov: “Əmək pensiayaları haqqında” qanuna edilən dəyişiklik ölkədə həyata keçirilən pensiya-sığorta islahatlarının növbəti mərhələsidir”. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov mətbuat konfransı keçirdi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Fondun sədri S. Müslümov ötən gün “Əmək pensiayaları haqqında” Qanunda edilən əlavə və dəyişikliklər barədə məlumat verib.
    29.10.09 Məqaləni oxumaq
     
    Gələn il Azərbaycan-İran arasında mədəniyyət günləri keçirilməsi planlşdırılıb
    Gələn il İranın paytaxtı Tehranda Azərbaycanın və Bakıda da İranın davamlı mədəniyyət günləri keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, bu tədbirlər cari il İran tərəfi ilə razılaşdırılıb qəbul olunmuş qərarlara əsasən keçiriləcək. İşğal olunmuş torpaqlarımızda Azərbaycan, eyni zamanda İslam dünyasının məhv olmuş mədəni abidələrinə qarşı etirazda İranın ölkəmizə böyük dəstək göstərdiyini deyən nazir bu cür tədbirlərin hər iki ölkə arasında keçirilməsinin vacib olduğunu söyləyib. Nazir gələn il may ayında ölkəmizin Tehranda, oktyabr ayında isə Bakıda İranın mədəniyyət günlərinin keçirilməsinin planlaşdırıldığını vurğulayıb.
    29.10.09 Məqaləni oxumaq
     
    Murad Mərcan: “TBMM Azərbaycan xalqını narahat edəcək hər hansı bir addım atmayacaq”
    Gələn il Azərbaycanda pensiyaların məbləği növbəti dəfə qaldırılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında bildirib. S.müslümov qeyd edib ki, mövcud qanunvericiliyə görə, pensiyaların həm baza hissəsinin, həm də sığorta hissəsi ölkədə istehlak qiymətlərinin səviyyəsindən asılı olaraq artırılacaq. Fond sədri pensiyaların konkret nə vaxt və nə qədər artırılacağı ilə bağlı məlumat verməyib. “Hazırda ölkədə istehlak qiymətlərinin indeksi ötən ilin dekabrına nisbətən aşağı düşdüyünə görə bu il pensiyanın məbləği artırılmayıb. Çünki buna mövcud qanunvericilik imkan vermir. Ancaq gələn il ölkədə cüzi də olsa, inflyasiyanın olacağı gözlənilir. Belə olan halda gələn il pensiyaların artırılması mütləq baş verəcək”,-deyə S.Müslümov vurğulayıb. Nümayəndə heyətinin rəhbəri M. Mərcan jurnalistlərə açıqlamasında bildirib ki, bu səfərdə məqsəd parlamentlər arası əlaqələri daha da gücləndirmək, Azərbaycan prezidenti ilə görüşüb, Türkiyə Böyük Millət Məclisinin mövqeyini nəzərə çatdırmaqdır.
    29.10.09 Məqaləni oxumaq
     
    A.Merkel yenidən Almaniaynın kansleri seçildi
    Bu gün Bundestaq formal olaraq Anhela Merkeli Almaniya Federativ Respublikasının (AFR) kansleri seçib. KƏLAMİNFO xəbər verir ki, A.Merkel artıq ikinci dəfədir ki, seçkilərdə qələbə qazanır. Qeyd edək ki, kansler 2005-ci ildə ölkəsinin birinci xanımı seçilib. AFR-in prezidenti Merkeli və onun kabinetinin üzvlərini bu gün qəbul edəcək.
    29.10.09 Məqaləni oxumaq
     
    Mədəniyyət və turizm naziri Ə.Qarayev İran prezidentinin müşaviri Mehdi Müstafəvin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə ölkəmizdə səfərdə olan İran İslam Respublikası (İR) Prezidentinin müşaviri, Mədəniyyət və İslam əlaqələri Təşkilatının sədri Mehdi Müstafəvin başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib. KƏLAMİNFO xəbər verir ki, görüş zamanı nazir Ə.Qarayev bildirib ki, Azərbaycan İranla mədəni sahədə də əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Nazir qeyd edib ki, M.Müstafəvinin səfəri çərçivəsində baş tutacaq sərginin açılışı da bu sahədə xüsusi əhəmiyyətə malik olacaq. Ə.Qarayev İranın bu tərkibdə nümayəndə heyəti ilə ikinci görüşü olduğunu nəzərə çatdırıb. «Bu dəfəki səfər zamanı Tehranda Azərbaycan mədəniyyəti günləri keçirilməsi ilə əlaqədar qərarlar qəbul olunacaq. Indiyədək iki ölkə arasında mədəni sahədə bir sıra imzalanmış sənədlər mövcuddur. Növbəti 2 il üçün də birlikdə tədbirlər planı tutulacaq.
    28.10.09 Məqaləni oxumaq
     
    Donuz qripi türkmən müsəlmanların Həcc ziyarətinə getməsinə mane olub
    Türkmən müsəlmanları bu il Məkkəyə - Həcc ziyarətinə gedə biməyəcəklər. KƏLAMİNFO xəbər verir ki, bu dəfə onlar Türkmənistan ərazisində yerləşən müqəddəs məkanları ziyarət etməklə kifayətlənəcəklər. Bu qərarı Türkmən hakimiyyəti A/H1N1 qripinin yayılma təhlükəsini nəzərə alaraq verib. Bu günə qədər ölkədə bu xəstəliklə bağlı heç bir hadisə qeydə alınmasa da hökümət təhlükəsizlik tədbirləri görməyə davam edir. Qeyd edək ki, Türkmənistan hər il təxminən 2000-ə yaxın müsəlmana Məkkə və Mədinə şəhərlərini ziyarət etmək üçün şərait yaradır.
    28.10.09 Məqaləni oxumaq
     
    Hidayət Orucov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirini qəbul edib
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Fəht Əli əl-Dosərini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQİDK-dən veriblər. Görüşdə H.Orucov ölkələrimiz arasındakı əlaqələrin işgüzar və qardaşlıq münasibətləri üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Azərbaycanda dövlət-din münasibətləri haqqında, həmçinin “Dini etiqad azadlığı haqqında” Qanuna edilən əlavələr və dəyişikliklər barədə qonağa məlumat verən komitə sədri qeyd edib ki, ölkəmizin rəhbərliyi müxtəlif din və konfessiya mənsubu olan vətəndaşların dini ayinləri sərbəst icra etmələri üçün bütün imkanları yaradıb. Onun sözlərinə görə, Azərbaycanda formalaşan tolerantlıq ənənələri gün-gündən möhkəmləndirilir. Dini abidələr təmir və bərpa olunur. Ölkəmizdə heç bir dini ayrı-seçkiliyə yol verilmir. Azərbaycanın bütün vətəndaşları öz dini etiqadında azaddır və onun hüquqları dövlət tərəfindən qorunur.
    28.10.09 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2009
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    Okt.2009
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031