Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2009
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    ADA Beynəlxalq münasibətlər və diplomatiya üzrə iki illik magistraturaya tələbə qəbulu elan edir
    Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında 2010-2011-ci tədris ili üçün Beynəlxalq münasibətlər və diplomatiya üzrə iki illik magistraturaya tələbə qəbulu başlanıb. ADA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, ingilis dilində olacaq təhsil proqramı Azərbaycan və xarici ölkə vətəndaşları üçün nəzərdə tutulub. Magistratura bakalavr dərəcəsini yeni bitirənlərlə yanaşı, həmçinin müəyyən iş təcrübəsinə malik insanlar üçün də nəzərdə tutulub. Tərtib olunmuş təhsil proqramı dövlət müəssisələrində müvafiq sahələr üzrə işləyənlərin peşəkarlığının artırılması üçün də yaxşı vasitədir. Təhsilin əyani olmasına baxmayaraq, ADA tələbələrinə həftədə 20 saatdan çox olmamaq şərti ilə işləməyə icazə verilir. Tələbə qəbulu ilə bağlı qaydalarla tanış olmaq istəyənlər ADA-nın vebsaytına (www.ada.edu.az) müraciət edə bilərlər.
    28.10.09 Məqaləni oxumaq
     
    Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun məlumatı dinlənildi
    Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı dinlənildi. KƏLAMİNFO xəbər verir ki, hesabat xarakterli məlumatı parlamentdə daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov təqdim edib. V.Eyvazov bildirib ki, hər il yüzlərlə adamın insan alverinin qurbanına çevrilməsi bu problemin miqyasını, təhlükəliliyini səciyyələndirən başlıca amillərdəndir. Ölkəmizdə insan alverinə qarşı mübarizəyə dövlət, hökumət və parlament səviyyəsində göstərilən diqqətin işin düzgün, beynəlxalq təcrübəyə uyğun və səmərəli qurulmasına böyük imkanlar yaratdığını diqqətə çatdıran nazir müavini ötən dövrdə insan alverinə qarşı mübarizə işi Azərbaycan qanunlarına, dövlət başçısının fərman və sərəncamlarına, Nazirlər Kabinetinin qərarlarına, Milli Fəaliyyət Planına və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun həyata keçirildiyini vurğulayıb.
    28.10.09 Məqaləni oxumaq
     
    Ermənistan Türkiyə Böyük Millət Məclisinə göndərilən protokolların nəticəsini gözləyir
    Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilən protokolların nəticəsini gözləyirik. KƏLAMİNFO xəbər verir ki, bu bəyanatı Ermənistan parlamentinin spikeri Nairi Petrosyan Yerevandakı çıxışı zamanı səsləndirib. Sərhədlərin açılması üçün imzalanan protokolların ötən həftə TBMM-də səsverməyə çıxarıldığını xatırladan N.Petrosyan qeyd edib ki, Ermənistan parlamenti məsələ ilə bağlı əvvəlcə türk millət vəkillərinin mövqeyini gözləyəcək. Onun sözlərinə görə, sənədin nəticələri üçün əvvəlcə Türkiyə tərəfi hərəkət etməlidir.
    28.10.09 Məqaləni oxumaq
     
    Rəbiyyət Aslanova: “Moskvada erməni deputatlar Azərbaycanla Ermənistan arasında ümumi iqtisadi əməkdaşlıq zonası yaradılması təklifi ilə çıxış etdilər”
    Moskvada Rusiya Dövlət Dumasında Azərbaycan və Ermənistan parlamentinin deputatları arasında keçirilən görüşdə erməni millət vəkilləri Azərbaycanla Ermənistan arasında ümumi iqtisadi əməkdaşlıq zonası yaradılması təklifi ilə çıxış ediblər. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı görüşdə Azərbaycanı təmsil edən nümayəndə heyətinin üzvü, Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova verib. R. Aslanova bildirib ki, Azərbaycan nümayəndə heyəti isə cavab olaraq Azərbaycan torpaqları işğaldan azad olunmadan belə bir iqtisadi əməkdaşlıq zonasının yaradılmasının mümkün olmayacağını söyləyib. “Biz bildirdik ki, bunun baş tutması üçün ilk öncə Azərbaycan torpaqları işğaldan azad olunmalıdır”,-deyə R.Aslanova əlavə edib.
    27.10.09 Məqaləni oxumaq
     
    Milli Məclisin növbəti iclası keçirildi
    Bu gün Milli Məclisin payız sessiyasının növbəti iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasda bir sıra qanun layihələrinə əlavə və dəyişiklik edildi. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Gömrük Əməkdaşlığı Şurasının yaradılması haqqında” Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi barədə” qanun layhəsi haqqında məlumat verərək bildirdi ki, sənədə parlamentin iki komitəsində baxılıb və bir sıra dəyişiklik edilib.
    27.10.09 Məqaləni oxumaq
     
    “Atatürk’ Mərkəzində “Sürgündəki Vətən” filminin ssenarisinə həsr olunan tədbir keçirilib
    Bu gün “Atatürk” Mərkəzində Xocalı faciəsindən bəhs edən və sonu Qarabağın işğaldan azad olunması ilə bitən “Sürgündəki Vətən” filiminin ssenarisinə həsr olunan toplantı keçirilib. KƏLAMİNFO xəbər verir ki, “Dünya Azərbaycanlıların Konqresi (DAK) və “İdeal” sülhün təbliği fondunun təşkilatçılığı ilə baş tutan tədbirdə fondun rəhbəri Əlikram Müzəffər “Sürgündəki Vətən” filimi barədə tədbir iştirakçılarına məlumat verib. Ə.Müzəffərin sözlərinə görə, filmdə əsasən Xocalı faciəsi dəhşətlərinin şahidləri çəkiləcəklər. Filmin ssenaristi və prodüsseri Qasım bəy Gültəkin çıxış edərək bildirib ki, filmin çəkilişinə şəxsən 300 min manat vəsait qoyacaq. Kanadalı ortağı tərəfindən isə 150 min manatın xərclənəcəyini diqqətə çatdıran Q. Gültəkin digər texniki məsələlərin isə Azərbaycanın Mədəniyyət Nazirliyi və digər qurumların üzərinə düşdüyünü söyləyib.
    27.10.09 Məqaləni oxumaq
     
    TQDK-da kimya fənni üzrə elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə elmi-metodiki seminar keçirilib. TQDK-dan KƏLAMİNFO-a verilən məlumata görə, seminarda gündəlik məsələ, 2010-cu ildə ali məktəblərə I ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanları üçün kimya fənnindən qəbul proqramının müzakirəsi olub. Seminar iclasında müzakirələr nəticəsində proqramda yalnız redaktə xarakterli düzəlişlər və müəyyən dəqiqləşmələr aparılması təklif edilib. Növbəti seminar iclasında 2009-cu ildə ali məktəblərə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında kimya fənnindən (C variantı) təklif olunan test tapşırıqlarının elmi-metodiki təhlili aparılacaq.
    27.10.09 Məqaləni oxumaq
     
    Son dörd ildə insan alverinə qarşı mübarizə üçün dövlət tərəfindən 4 mln. manat vəsait ayrılıb
    Daxili İşlər Nazirliyi insan alverinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi üçün hər il orta hesabla 500 min manat vəsait ayırır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov parlamentdə çıxışı zamanı bildirib. V.Eyvazov həmçinin qeyd edib ki, Azərbaycanda QHT-lərə dövlət dəstəyi konsepsiyası siyasətinə uyğun olaraq, hökumət tərəfindən transmilli cinayətlərə, o cümlədən insan alverinə qarşı mübarizə layihələrinə 83 min manat məbləğində vəsait ayrılıb. Onun sözldərinə görə, bütövlükdə 2004-2008-ci illərdə insan alverinə qarşı mübarizə üçün dövlət tərəfindən 4 mln. manat vəsait ayrılıb.
    27.10.09 Məqaləni oxumaq
     
    Azərbaycan İslam Partiyası mətbuat konfransı keçirib
    Bu gün Azərbaycan İslam Partiyası (AİP) mətbuat konfransı keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AİP-in mətbuat xidmətindən veriblər. Konfransda çıxış edən partiya sədri Hacı Mövsüm Səmədov ölkədə ictimai-siyasi vəziyyət, Dağlıq Qarabağ (DQ) probleminin həlli istiqamətində irəli atılan addımlar və beynəlxalq aləmdə baş verən son hadisələr barədə geniş məlumat verib və rəhbərlik etdiyi qurumun ictimai, iqtisadi, siyasi proseslərə münasibətini bildirib, AİP-in mövqeyini açıqlayıb. AİP DQ probleminin həllində ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini pisləyib və bu qurumun turizm xarakteri daşıyan rolundan imtina edilməsinin Azərbaycan xalqının maraqları çərçivəsində zəruri hal olduğunu nəzərə çatdırıb. Konfransda Türkiyə-Ermənistan sərhədlərinin açılması - Sürix prtokolunun Qərbin, ABŞ-ın təzyiqi ilə imzalanmasının istər Türkiyə, istərsə də Azərbaycan üçün zərərli olduğu, bölgədə Ermənistanın qonşu dövlətlər üçün getdikcə plasdarm rolu oynadığı və təhlükə mənbəyinə çevrildiyi qeyd edilib.
    27.10.09 Məqaləni oxumaq
     
    “Halal məhsul” standartı layihəsinin müzakirəsində fikir ayrılıqları olub
    İslam Konfransı Təşkilatının (İKT) təşəbbüsü ilə hazırlanan “halal məhsul” standartının layihəsinə bu günlərdə Türkiyənin İstanbul şəhərində baxılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, müzakirələrə 25 müsəlman ölkəsinin nümayəndələri qatılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirak etdyi tədbirdə “Halal” seriyalı standartlar qrupunun qəbulu prosesində əsas diqqət çəkən məqamlar müzakirə olunub. “Halal məhsul” standartının bəzi müddəalarında fikir ayrılıqları olduğundan Ali İslam Akademiyasına müraciət olunub. Akademiyanın rəyindən sonra növbəti iclas keçiriləcək.
    27.10.09 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2009
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    Okt.2009
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031