Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2009
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Bakıda təhsil sərgisi keçiriləcək
    Oktyabrın 31-də “Hyat Regency” otelinin Bakı zalında Malayziya universitetlərinin təhsil sərgisi keçiriləcək. Bu barədə məlumatı Təhsil Nazirliyindən veriblər. Sərgidə Malayziya Kebangsaan, Putra Universiteti, Multimedia, Curtin Texnologiya, Limkokwing Yaradıcı Texnologiya universitetləri və Kasturi Beynəlxalq Kolleci iştirak edəcəklər. Qeyd edək ki, Malayziya universitetləri xaricdən gələn tələbələr üçün münasib təhsil xərcləri əsasında müxtəlif istiqamətlər üzrə təhsil proqramları təklif edir. Bundan başqa, Malayziyada Avstraliya və Birləşmiş Krallığın bir sıra universitetlərinin filialları fəaliyyət göstərir və tələbələr bu universitetlərdə də yüksək keyfiyyətli təhsil almaq imkanı əldə edirlər. Xatırladaq ki, sərgi noyabrın 1-də başa çatacaq.
    26.10.09 Məqaləni oxumaq
     
    Lüksemburqda xarici işlər nazirləri ilə görüşüb
    Bu gün xarici işlər naziri Elmar Məmmədyarovun Lüksenburqda ATƏT-in Minsk Qrupu həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə görüşü nəzərdə tutulub. Görüşdə Dağlıq Qarabağ münaqişəsilə bağlı 2009-cu ildə aparılan danışıqların nəticələri müzakirə ediləcək. E.Məmmədyarovun həmkarı Edvard Nalbəndyanla görüşü zamanı isə Minsk Qrupunun həmsədrləri ilə danışıqlarda əldə edilmiş irəliləyişləri müzakirə ediləcək. Görüşdə həmsədrlər noyabr ayında Azərbaycana və Ermənistana növbəti səfərləri barədə planlarını bölüşəcək və ATƏT-in Xarici İşlər Nazirləri Şurasının dekabr ayında keçiriləcək toplantısında Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinə hazırlıq məsələlərini nəzərdən keçirəcəklər.
    26.10.09 Məqaləni oxumaq
     
    Bu gün TQDK-da coğrafiya fənni üzrə elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) coğrafiya fənni üzrə ilk elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminarda gündəlikdə duran məsələ ali məktəblərin II ixtisas qrupu üzrə coğrafiya fənnindən qəbul proqramının təkmilləşdirilməsi olub. Seminarda “Azərbaycanın fiziki coğrafiyası”, “Azərbaycanın iqtisadi və sosial coğrafiyası” və “Dünyanın iqtisadi və sosial coğrafiyası” bölmələrinin müzakirəsi aparılıb. Müzakirə edilən bölmələrə redaktə xarakterli düzəlişlər olunub və əlavələr edilib. Qəbul proqramının “Landşaftlar” bölməsində “dağ və düzən landşaftları” ifadəsi “dağ (azonal) və düzən (zonal) landşaftları” ifadəsi ilə əvəz olunub. “Landşaftlar” bölməsinə “İnversiya landşaftları”, “Azərbaycanın təsərrüfatı” bölməsinə “ərazi-istehsal kompleksləri” əlavə edilib. “Dünyanın müasir siyasi xəritəsi” bölməsindən “iqdisadi inkişaf səviiyəsinə görə” ifadəsi təkrar olduğuna görə çıxarılıb. “Dünya əhalisi” bölməsindən “İqtisadi coğrafiyaya aid çalışmalar” ifadəsi proqramın sonuna “İqtisadi və sosial coğrafiyaya aid hesablama və çalışmalar”şəklində keçirilib. Geniş və hərtərəfli müzakirələrdən sonra II ixtisas qrupu üzrə “Coğrafiya” fənnindən qəbul proqramı təsdiq edilib.
    24.10.09 Məqaləni oxumaq
     
    Krizis vəziyyətinə düşən gənclər pulsuz psixoloq yardımı ala biləcəklər
    Bakıda yeniyetmə və gənclərə xidmət göstərən Krizis telefon xətti fəaliyyətə başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. Nazirlikdən bildiriblər ki, 14-29 yaşda olan və krizis vəziyyətinə düşmüş yeniyetmə və gənclərə ilkin psixososial yardımın göstərilməsi krizis telefon xəttinin fəaliyyətinin əsas səbəblərindən biridir. Gəncə qarşı zorakılıq, yaxın adamın itirilməsi, alkoqola, narkotiklərə qurşanma, ağır, sağalmaz xəstəlik haqqında diaqnoz, sevdiyi adamla ayrılıq, münasibətlərin kəsilməsi, ailədaxili konfliktlər və s krizis vəziyyətinə düşmənin səbəbi ola bilər. Bu kimi hallarda gənc insana psixoloji dəstək göstərilmədikdə qeyri-adekvat addımların atılması – məsələn, başqalarına və ya özünə qəsd, psixoaktiv maddələrdən istifadə və s. mümkündir.
    24.10.09 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Misir Xarici İşlər Nazirinin köməkçisi, səfir Mohamed Əl-Orabini qəbul edib
    Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Xarici İşlər nazirinin köməkçisi, səfir Mohamed Əl-Orabini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat katibliyindən veriblər. Görüş zamanı tərəflər bir gün öncə Bakıda keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının nəticələrini müzakirə ediblər və təşkilatın fəaliyyəti və gələcək planlarına dair fikir mübadiləsi aparıblar. Tərəflər bildiriblər ki, Azərbaycan ilə Misir arasındakı münasibətlərin yüksək səviyyədə olması onların daha da genişləndirməsi və dərinləndirilməsinə yeni imkanlar açır. Qeyd olunub ki, hər iki ölkə enerji hasilatı və emalı sahəsində böyük təcrübəyə malik olduğundan bu və digər sahələrdə qarşılıqlı mübadilələrin ön plana çəkilməsi məqsədəmüvafiq olar. Sonra tərəflər Cənubi Qafqazda və Orta Şərqdə gedən proseslər ətrafında da müzakirələr aparıblar.
    23.10.09 Məqaləni oxumaq
     
    Norveçin Ədliyyə və Polis İşləri Nazirliyinin nümayəndə heyətinin Bakıya planlaşdırılan səfəri təxirə salınıb
    Norveçin Ədliyyə və Polis İşləri Nazirliyinin nümayəndə heyətinin 25-28 oktyabr tarixinə Bakıya planlaşdırılan səfəri təxirə salınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Norveçin ölkəmizdəki səfirliyindən veriblər. Məlumatda bildirilir ki, səfərin təxirə salınmasının səbəb Norveç hökumətində bu günlərdə keçirilən seçkilər və bu seçkilərin nəticəsi olaraq hökumət strukturlarında dəyişikliklərin olmasıdır. Səfirlikdən təxirə salınan səfərin 22-25 noyabr tarixlərində baş tutacağı bildirilib və bu da ölkəmizdə 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı gününə təsadüf edir. Qeyd edək ki, cari ilin 29 iyun tarixində Avropa Şurası ölkələrini Ədliyyə Nazirlərinin Norveçin Troms şəhərində birgə konfransı keçirilib. Noyabrın 22-25 tarixində ölkəmizə baş tutacaq səfər də konfransın yekunlarına həsr olunub. Səfərdə çərçivəsində nümayəndə heyətinin Azərbaycanın Ədliyyə, Xarici İşlər nazirliklərində, Ombudsman Aparatında, görüşləri planlaşdırılıb.
    23.10.09 Məqaləni oxumaq
     
    Bakıda “Azərbaycanda İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəalliyyət Planı” adlı konfrans keçirildi
    Bu gün Ombudsman Aparatında “Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəalliyyət Planı” adlı konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, dövlət, QHT, BMT-nin Bakı ofisi və digər qurumların nümayəndələrinin iştirk etdiyi konfransda çıxış edən ombudsman Elmira Süleymanova bildirdi ki, sabah dünyada BMT Günü kimi qeyd edilir. Azərbaycanın bir sıra beynəlxalq təşkilatlara üzv olduğunu diqqtə çatdıran E.Süleymanova qeyd etdi ki, ölkəmiz bu qurumlar qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirib, müvafiq proqrmalar qəbul edib. Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edilməsi məsələsinə toxunan E.Süleymanova bildirdi ki, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar münaqişənin həlli istiqamətindəki səylərini sürətləndirməli, işğalçı qüvvələrə öz təsirini göstərməlidirlər.
    23.10.09 Məqaləni oxumaq
     
    Əbülfəs Qarayev Beynəlxalq Muğam Mərkəzinə direktor və direktor müavini təyin edib
    Mədəniyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Quliyev İbrahim Hacıbaba oğlu Beynəlxalq Muğam Mərkəzinin direktoru təyin olunub. Bu barədə məlumatı AZADİNFORM-a nazirliyin mətbuat xidmətindən veriblər. Ə.Qarayevin digər bir əmri ilə Kazımov İldırım Əli-Nazir oğlu isə Beynəlxalq Muğam Mərkəzinin direktor müavini təyin edilib.
    23.10.09 Məqaləni oxumaq
     
    ÜmBakıda tikilən cəzaçəkmə müəssisəsinin inşası 2011-ci ildə başa çatacaq
    Azərbaycanın ÜmBakı adlanan ərazisində yeni cəzaçəkmə müəssisəsi inşa etdirilir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Ombudsman Aparatında keçirilən tədbirdə qurumun şöbə müdiri Aydın Səfixanlı ölkədə qəbul edilən Milli Fəaliyyət Planına (MFP) məsul Ədliyyə Nazirliyi tərəfindən görülən işlərlə bağlı danışarkən söyləyib. Sözügedən müəssisə üçün 15 ha ərazinin ayrıldığını vurğulayan A.Səfixanlı qeyd edib ki, hazırda müəssisədə işlər davam etdirilir və proses 2011-ci ildə başa çatacaq.
    23.10.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Bolqarıstanın xarici işlər naziri xanım Rumyana Jelevanı qəbul edib
    Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstanın xarici işlər naziri xanım Rumyana Jelevanı qəbul edib. KƏLAMİNFO xəbər verir ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da möhkəmlənməsi üçün yaxşı potensialın olduğu qeyd edilib və münasibətlərimizin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olunub. Görüşdə, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən XIX görüşünün əhəmiyyəti vurğulanıb və bu görüşün ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirilib.
    23.10.09 Məqaləni oxumaq
     
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2009
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    Okt.2009
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031