Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2009
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Bakının Mərkəzi Nəbatat Bağında “Uşaqlıq dövrün texnalogiyaları” adlı xeyiriyə aksiyası keçiriləcək
    Oktyabrın 24-də Bakının Mərkəzi Nəbatat Bağında uşaq oyun inşasına həsr edilən “Uşaqlıq dövrünün texnalogiyaları” adlı xeyiriyə aksiyası keçiriləcək. Bu məlumatı KƏLAMİNFO-ya “İteca Caspian” şirkətindən veriblər. Aksiya çərçivəsində ən müasir uşaq yelləncəkləri və atraksiyonları yerləşdiriləcək. Onlar uşaq meydançası üçün ayrılmış xüsusi ərazidə yerləşdiriləcəklər. Bu aksiya “BakuTel” Azərbaycan Beynəlxalq Sərgisinin 15-ci yubileyi, həmçinin Azərbaycanda Uşaq İlinin tədbirləri çərçivəsində həyata keçirilir. Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında dünyanın müxtəlif botanika-coğrafi regionlarından, o cümlədən Azərbaycan florasından 2 000-dən çox ağac, kol, gül və sıx otlu bitkilərdən kolleksiya yaradılıb. Hazırda Mərkəzi Nəbatat Bağında Azərbaycan və keçmiş SSRİ-nin “Qırmızı kitabına” daxil edilmiş 125 növ nadir və Qafqaz florasından yox olmaq təhlükəsində olan bitkilərdən ibarət kolleksiya mövcuddur.
    23.10.09 Məqaləni oxumaq
     
    YAP tərəfindən namizədliyi irəli sürülən 7 min nəfər DSK-dan imza vərəqələri götürərək imzatoplama kampaniyasına başlayıb
    Yeni Azərbaycan Partiyası (YAP) qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlığını uğurla davam etdirir. Partiyanın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, YAP 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq çərçivəsində seçki qanunvericiliyinə uyğun bütün zəruri tədbirləri operativ şəkildə həyata keçirməkdədir. Seçki kampaniyasının indiki mərhələsində YAP tərəfindən namizədliyi irəli sürülmüş 16 minə yaxın partiya üzvünün qanunvericiliklə tələb olunan müvafiq sənədləri artıq dairə seçki komissiyalarına təqdim olunub. bildirilib ki, 22 oktyabr tarixə olan məlumata görə, YAP tərəfindən namizədliyi irəli sürülmüş 7 min nəfərə yaxın partiya üzvü dairə seçki komissiyalarından imza vərəqələri götürərək imzatoplama kampaniyasına başlayıb. Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən digər namizədlərə imza vərəqələri yaxın zamanlarda təqdim ediləcək.
    22.10.09 Məqaləni oxumaq
     
    Abdulla Gül: “Bilərək və ya bilməyərəkdən qardaşlığı zədələyən hərəkətlərdən uzaq durmaq lazımdır”
    “Azərbaycanla bir millətik və hər zaman, hər yerdə həmrəyliyimizi nümayiş etdiririk. Azərbaycan bizə qardaş ölkədir”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Abdulla Gül ölkəsində səfərdə olan qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə birgə keçirdiyi mətbuat konfransında söyləyib. A.Gül iki ölkə arasında anlaşılmazlıqlar və qardaşlığı zədələyəcək davranışlardan qaçmaq lazım olduğunu bildirib. Mürəkkəb mərhələlərdə bəzən romantika, səhv mənaların olduğunu etiraf edən A.Gül Azərbaycan prezidenti İlham Əliyevlə aralarındakı telefon danışığına toxunub. “Biz telefon danışığında bir-birimizə güvəndiyimizi bir daha təsdiqlədik. Xarici işlər nazirimiz Bakıdadır və o, da İlham Əliyevə daha geniş şəkildə məlumat verəcək. Bu yaxınlarda Azərbaycanın Naxçıvan Muxtar Respublikasında da görüşmüşdük. Mən bir daha hər kəsi diqqətli olmağa çağırıram. Bilərək və ya bilməyərəkdən qardaşlığı zədələyən hərəkətlər ola bilər. Bunlardan uzaq durmaq lazımdır”,-deyə A.Gül qardaşlığın birlyini istəməyən qüvvələrə mesaj göndərib.
    22.10.09 Məqaləni oxumaq
     
    Bakıda Beynəlxalq Forum keçirilib
    Bu gün Bakıda, Gülüstan sarayında Azərbaycanın uzunmüddətli sosial-iqitsadi inkişafına həsr olunmuş beynəlxalq Forum keçirilib. Forum Azərbaycanın Baş naziri Artur Rasizadə və Dünya Bankının (DB) sərəncamçı direktoru, xanım Nqozi Okonco-İveala sədrliyi ilə keçirilib. Forumda baş nazirin birinci müvavini Abid Şərifov son illər ölkə iqtisadiyyatında həyata keçirilən islahatlar, əldə edilən nəticələr və cari ilin 9 ayının yekunları ilə bağlı məruzə ilə çıxış edib. A.Şərifov cari ilin 9 ayında ölkədə Ümumi Daxili Məhsulun həcminin 6 dəfədən çox artdığını, infilyasiyanın isə cəmi 2% təşkil etdiyini diqqətə çatdırıb. Baş nazirin birinci müavini Dünya Bankının maliyyə yardımı ilə Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat verərək ölkə infrastrukturunun yenidənqurulmasında DB-nin rolunun böyük olduğunu bildirib. O, DB tərəfindən respublikada 50 layihə üçün 2,6 mlrd. ABŞ dolları həcmində maliyyənin ayrıldığını və bu günə qədər bunlardan 26-nın icrasının başa çatdırıldığını qeyd edib.
    22.10.09 Məqaləni oxumaq
     
    Bakı Beynəlxalq Caz Festivalına start verilir
    Bu gündən oktyabrın 27-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, festivala ABŞ-dan Richard BONA və Branford MARSALIS qrupları, dZihan&Kamien dueti (Avstriya), Jazzinho (Portuqaliya) və Hard Jazz Knights (İsrail) qrupları, həmçinin Bakı Beynəlxalq Muğam Festivalının iştirakçıları olan Vasumathi Badrinathan (Hindistan) və Amir Elsaffar (ABŞ) dəvət olunublar. Festivalın açılış mərasimi bu gün axşam Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edəcək. Konsertin proqramına L.Bernstein – “Kandid” uvertürası, K.Krautgartner – Klarnet və orkestr üçün Konzertino, G.Gershwin – Blüz üslubunda rapsodiya, L.Bernstein – “West Side Story” orkestr üçün süitası daxil edilib. Sabah Caz Mərkəzində İsfar Sarabskinin (fortepiano) konserti keçiriləcək. İsfarla birgə səhnəni Aleksandr Zinger (zərb) və Ruslan Hüseynov (bass) paylaşacaq. Həmin gün Caz Mərkəzində İsrailin “Jazzing the Beatles” Hard Jazz Knights qrupu çıxış edəcək.
    21.10.09 Məqaləni oxumaq
     
    Hər bir polisin vəzifəsi insan hüquq və azadlıqlarını hüquqa zidd əməllərdən qorumaqdır
    Azərbaycan Respublikası DİN BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Ərəstun Məcidovun sözlərinə görə, yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi hərəkət iştirakçılarının intizamına öz müsbət təsirini göstərir

    - Ötən ilin yekunlarına əsasən hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində hansı işlər görülmüşdür?

    - 2008-ci il ərzində «Siqnal» İLİ tərəfindən 27 yolayrıcının svetoforla tənzimlənməsi üçün quraşdırma işləri aparılmış, 3197 yol nişanı qoyulmuş və ya yenisi ilə əvəz edilmişdir. Bundan əlavə, sürücü kollektivi olan avtotəsərrüfatların rəhbərliyi və sürücüləri ilə görüşlər keçirilmiş, sürücülər tərəfindən YHQ əməl olunması vəziyyəti, törədilən yol nəqliyyat hadisələri, sürücülər arasında intizamın möhkəmləndirilməsi ilə bağlı söhbətlər aparılmış, hərəkətin təhlükəsizliyi tələblərinə ciddi əməl olunması, avtomobillərin normadan artıq yüklənməsi və texniki cəhətdən saz vəziyyətdə istismar olunması barədə onlara tövsiyələr verilmişdir. Bundan  başqa, «Atmosfer havasının mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli 1697 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı»nda nəzərdə tutulmuş aidiyyəti tədbirlərin icrası üzrə işlər ümumiləşdirilərək, konkret təkliflər Ekologiya və Təbii sərvətlər Nazirliyinə və Nazirlər Kabinetinə təqdim edilmiş, DİN BDYPİ-nin, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil xidməti və Ekologiya və Təbii sərvətlər Nazirliyi ilə birgə fəaliyyət planına əsasən müvafiq tədbirlər həyata keçirilmişdir. Avqust ayının 1-dən 31-dək keçirilmiş «Təmiz hava» aylığı ərzində xidməti istifadədə olan 105 ədəd qazanalizedici və tüstüölçən cihazlardan istifadə olunmaqla, 87 iri avtomobil təsərrüfatında və yollarda aparılan yoxlamalar zamanı 6112 avtomobilin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilmişdir.
    21.10.09 Məqaləni oxumaq
     
    Türkiyədə Hüseyn Cavidin əsərlərinin təqdimatı keçiriləcək
    Oktyabrın 31-dən noyabrın 8-nə kimi Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları tərəfindən Türkiyənin İstanbul şəhərində 28-ci Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Bu barədə məlumatı Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) veriblər. Sərgidə H.Cavidin və Ə.Cavidin əsərlərinin təqdimat mərasimi keçiriləcək və tədbir iştirakçılarına həmin əsərlər hədiyyə olunacaq. Qeyd edək ki, oktyabrın 24-31 tarixlərində isə Hüseyn Cavidin Ev Muzeyində dahi Azərbaycan filosofu, dramaturqu, şairi və maarifçisi Hüseyn Cavidin xatirəsinə həsr olunan silsilə tədbirlər keçiriləcək.
    21.10.09 Məqaləni oxumaq
     
    Fuad İsmayılov Koreyaya səfər edəcək
    Noyabrın 8-16-sı tarixlərində Azərbaycan Milli Elm Fondunun (MEF) direktoru Fuad İsmayılov və qurumun proqram rəhbəri Səfa Hacıyev Cənubi Koreyada səfərdə olacaqlar. Bu barədə məlumatı F.İsmayılovun özü verib. O qeyd edib ki, səfərdə məqsəd noyabrın 11-14-ü tarixlərində paytaxt Seul şəhərində “Elmin iqtisadiyyat və istehsalatda tətbiqi və ondan gəlirin əldə edilməsi” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdən ibarətdir. Onun sözlərinə görə, konfransda dünyanın müxtəlif ölkələrinin dövlət qurumlarından nümayəndələr, çoxsaylı QHT və şirkət rəhbərləri iştirak edəcəklər. Konfransın Seul Milli Araşdırmalar Fondunun təşəbbüsü ilə həyata keçiriləcəyini diqqətə çatdıran F.İsmayılov orada elmi məruzə ilə çıxış edəcəyini söyləyib.
    21.10.09 Məqaləni oxumaq
     
    TQDK seminarlara başlayıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Gəncə və Lənkəran regional bölmələrində fənlər üzrə elmi-metodiki seminarlar təşkil edilib. Bu barədə məlumatı TQDK-nın mətbuat xidmətindən veriblər. Seminarlarda iştirak etmək arzusunda olan Astara, Biləsuvar, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının müəllimləri və mütəxəssisləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Lənkəran Regional Bölməsinə müraciət edib qeydiyyatdan keçməlidirlər. Fənlər üzrə elmi-metodiki seminarlar 2 həftədə TQDK-nın qrafik üzrə keçiriləcək. Seminarlarda testlərlə iş sahəsində təcrübəyə malik ali təhsil müəssisələri və elmi-metodiki mərkəzlərin mütəxəssisləri iştirak edə bilərlər.
    21.10.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyevlə Abdullah Gül arasında telefon danışığı olub
    Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyəli həmkarı Abdullah Gül arasında telefon danışığı olub. Görüşdə iki ölkə liderləri zor bir dönəmdən keçərkən ortaya çıxan bəzi duyğusal təpkilərin yanlış anlamaya gətirib çıxarıldığını bildiriblər. Telefon danışığında A.Gül ABŞ prezidenti Barak Obama və Rusiyanın dövlət başçısı Dmitriy Medvedevlə Qafqazdakı vəziyyətlə bağlı apardığı müzakirələr barədə prezident İlham Əliyevə məlumat verib.
    21.10.09 Məqaləni oxumaq
     
    Səhifələr : #  3 4 5 6 7 8 9 10 11  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2009
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    Okt.2009
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031