Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2009
    Səhifələr : 1 2 3 4 5  #
    “Mərkəzi Asiya örtükləri” adlı sərgi keçiriləcək
    Mədəniyyət və Turizm Nazirliyinin və R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin təşkilatçılığı ilə Londonun Viktoriya və Albert Muzeyinin təqdimatında Raunun kolleksiyasından “Mərkəzi Asiya örtükləri” sərgisi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Sərginin açılış mərasimi noyabrın 5-də saat 12.00-da keçiriləcək. Sərgidə Mərkəzi Asiyanın 58 sayda müxtəlif məqsədli geyimləri və örtükləri nümayiş etdiriləcək. Qeyd edilən sərgi 2009-cu il noyabr ayının 5-dən, 2010-cu il mart ayının 3-ə qədər davam edəcək.
    31.10.09 Məqaləni oxumaq
     
    YAP Sumqayıt şəhər təşkilatı imzatoplama prosesini başa çatdırıb
    Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı imzatoplama prosesini başa çatdırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-ın mətbuat xidmətindən veriblər. Qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq işləri haqqında danışan partiyanın Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev bildirib ki, ümumilikdə 3 bələdiyyə üzrə 47 namizəd irəli sürülüb. "H.Zeynalabdin bələdiyyəsi üzrə 15, Sumqayıt bələdiyyəsi üzrə 19 və Corat bələdiyyəsi üzrə 13 nəfərin namizədliyini irəli sürmüşük. Artıq namizədlər imzaları toplayaraq dairə seçki komissiyalarına təqdim ediblər. Düşünürəm ki, xalqın YAP-a olan etimadı, inamı və sevgisi partiyamıza budəfəki seçkilərdə də möhtəşəm qələbə gətirəcək",-deyə məlumatda bildirilib.
    31.10.09 Məqaləni oxumaq
     
    Bakıda NATO Günləri keçiriləcək
    Noyabrın 9-13-də Bakıda NATO Günləri keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyi mətbuat xidmətindən veriblər. Noyabrın 10-13-də Bakıda həmçinin Əməliyyat İmkanları Konsepsiyası bölüyünün 2-ci səviyyəli özünü-qiymətləndirmə təlimi keçiriləcək. Noyabrın 12-13-də isə Brüsseldə NATO və Tərəfdaş Ölkələrin Müdafiə Akademiyalarının və Təhlükəsizlik Elmləri İnstitularının SNT Konsorsiumu Peşakar Hərbi Təlim üzrə yeni Tədris Planının hazırlanması məqsədilə yaratdığı işçi qrupunun növbəti görüşü olacaq. Qeyd edək ki, qeyd olunan tarixdə Praqa şəhərində (Çexiya) isə NATO-nun Arxa Cəbhə idarəsinin Tərəfdaşların Arxa Cəbhə Ekspertlərinin Daimi Qrupunun növbəti görüşü təşkil olunacaq.
    31.10.09 Məqaləni oxumaq
     
    BDU-da təbiət və humanitar elmlərə həsr olunan beynəlxalq konfrans keçirilir
    Bu gün Bakı Dövlət Universitetində (BDU) təbiət və humanitar elmlərlə bağlı beynəlxalq konfrans işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, elmi konfrans rəhbərlik etdiyi ali təhsil ocağının yubileyi çərçivəsində keçirilir. Konfransda 1300-ə yaxın məruzəçinin iştirak etdiyini diqqtə çatdıran A.Məhərrəmov yığıncaqda 800-dən artıq məruzənin dinləniləcəyini söyləyib. O, konfransa 40-a yaxın xarici qonağın qatıldığını vurğulayıb və bildirib ki, onlar Gürücüstan, Rusiya, Ukrayna, Tacikistan, Rumıniya, Almaniya, Özbəkistan və digər ölkələrdəndir. Onun sözlərinə görə, konfransda xarici mütəxəssislərin də məruzələri dinləniləcək. A.Məhərəmov qeyd edib ki, məruzələr 16 ixtisas üzrə olacaq. Rəhbərlik etdiyi ali təhsil ocağının tarixindən bəhs edən A.Məhərəmov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətin yadigarı olaraq yaranan universitetdə noyabrın 12-də ilk məruzə dinlənilib. O, dövrdə universitetin 44 nəfər əməkdaşdan ibarət olduğunu xatırladan A.Məhərrəmov onlardan 2-nin mili kadr olduğunu söyləyib.
    31.10.09 Məqaləni oxumaq
     
    TQDK Naxçıvan MM prokurorluq orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçirir
    Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq Naxçıvan Muxtar Respublikası prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İşə qəbulla bağlı sənədlərin qəbulu cari ili naprel ayının 1-dən avqustun 1-dək aparılıb, 14 ştat vahidi üzrə müsabiqədə iştirak etmək istəyən 62 nəfərin namizədliyi qeydə alınıb. Test imtahanı 3 saat davam edəcək və imtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq. İxtisas üzrə 80 sual hüququn müxtəlif sahələrini əhatə edir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Məntiqi suallara verilən hər düzgün cavab 0.5 balla qiymətləndirilir. Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 60 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılacaqlar. İmtahanın nəticələri TQDK-nın (www.tqdk.gov.az) internet saytında yerləşdiriləcək.
    30.10.09 Məqaləni oxumaq
     
    BDU-nun yubileyinə müxtəlif ölkələrdən 70-ə yaxın nümayəndə heyəti qatılacaq
    Bakı Dövlət Universitetinin (BDU) noyabrın 2-də dövlət səviyyəsində keçiriləcək yubiley tədbirinə dünyanın 20-ə yaxın ölkəsindən müxtəlif ali təhsil ocaqlarının rektorları qatılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə musahibəsində BDU-nun rektoru, akademik Abel Məhərrəmov verib. A.Məhərrəmov qeyd edib ki, Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) və Türkiyənin müxtəlif aparıcı universitetlərin rektorlarının da qatılacağı konfransa bütövlükdə müxtəlif ölkələrdən 70-ə yaxın nümayəndə heyəti gələcək. Onun sözlərinə görə. nümayəndə heyətləri arasında Avropa və Amerikadan da qonaqlar olacaq.
    30.10.09 Məqaləni oxumaq
     
    Abel Məhərrəmov qaçqınların BDU-nun yataqxanasından köçürülməsi məsələsinə münasibət bildirib
    Hazırda Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında 7 minə yaxın qaçqın məskunlaşıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı BDU-nun rektoru, akademik Abel Məhərrəmov qaçqınların yataqxanadan köçürülməsi məsələsinə münasibət bildirərkən söyləyib. A.Məhərrəmov bildirib ki, qaçqınların vəziyyətinin yaxşılaşdırılması ölkə prezidenti İlham Əliyevin diqqət mərkəzindədir və bu istiqamətdə daima müsbət irəliləyişlər olur. Dövlət tərəfindən qaçqınlar üçün yeni binaların tikildiyini söyləyən A.Məhərrəmov qeyd edib ki, növbəti mərhələlərdə yataqxanalarda məskunlaşan qaçqınlar da nəzərə alınacaq. “İndi universitetin yataqxanalarında tələbələr yaşamır. Yataqxanasız universiteti necə təsəvvür etmək olar? Yataqxana həyatı görməyən tələbə universitetin nə olduğu çox çətin anlayar. Ona görə də, hesab edirəm ki, qaçqınlara gözəl şərait yaradılmaqla onların universitetdən köçürülməsi həyata keçirilməlidir.”,-deyə A.Məhərəmov əlavə edib. Onun sözlərinə görə, tələbə yataqxanaları boşalarsa Azərbaycanda oxumaq istəyən xarici tələbələrin də sayı artar.
    30.10.09 Məqaləni oxumaq
     
    YAP-ın daha 3401 namizədi imza vərəqələrini təhvil verib
    Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərdən daha 3401 nəfər qeydiyyata alınmaq üçün imzaları toplayaraq dairə seçki komissiyalarına təqdim edib. Partiyanın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, qeydiyyata alınmaq üçün imza vərəqələrini təqdim edən YAP namizədlərinin sayı 10885 nəfərə çatıb. YAP-ın irəli sürdüyü 661 nəfər isə bütün zəruri proseduralardan keçərək bələdiyyələrə namizəd kimi qeydə alınıb.
    30.10.09 Məqaləni oxumaq
     
    YAP üzvlərinin sayı 500 min nəfərə çatacaq
    Yaxın günlərdə Yeni Azərbaycan Partiyası (YAP) üzvlərinin sayı 500 min nəfərə çatacaq. Bu barədə məlumatı YAP-ın sədr müavini, icra kitibi Əli Əhmədov verib. Ə.Əhmədov bildirib ki, Azərbaycanın tarixində bu qədər insanı öz sıralarında birləşdirən siyasi təşkilat heç bir zaman olmayıb. “İlk dəfə olaraq belə bir yüksək göstəricini YAP nümayiş etdirib. Digər parametrlər baxımından da YAP şəksiz olaraq cəmiyyətimizin ən güclü siyasi partiyasıdır. Bu o qədər böyük bir həqiqətə çevrilib ki, artıq YAP cəmiyyətin ən böyük, ən güclü partiyasıdır fikrini səsləndirmək özü belə adiləşib”,-deyə Ə.Əhmədov vurğulayıb. Partiya rəsmisi həmçinin YAP-ın qarşıdan gələn ildönümünün də qeyd olunacağını söyləyib.
    30.10.09 Məqaləni oxumaq
     
    Azərbaycan və Ermənistan KİV nümayəndələri Moskvada görüşüblər
    Moskvada Azərbaycan və Ermənistan KİV nümayəndələri bir araya gəlib. KƏLAMİNFO xəbər verir ki, mərasimdə Rusiyanı beynəlxalq mədəni əməkdaşlıq üzrə Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdko, Azərbaycan tərəfini ölkənin Rusiyadakı səfiri Polad Bülbüloğlu və erməni tərəfini isə Ermənistanın Rusiaydakı səfiri Armen Smbatyan təmsil edib. Mətbu orqanlardan isə Rusiya tərəfdən “Komsomolğskaə pravda”, “Kommersant”, “Trud” qəzetlərinin, “Oqonek” jurnalının, “Russia Today” telekanalının əməkdaşları və İTAR TASS İnformasiya Agentliyinin direktor əvəzedicisi Mixail Qusman iştirak edib. Görüşdə ölkəmizi “Day.Az” İnformasiya Portalının direktoru İlqar Hüseynov, “1news” Agentliyinin rəhbəri Rəhman Hacıyev, “News.az” portalının başçısı Elnur Baimov və “Novaya vremya” qəzetinin baş redaktoru Şakir Qabiloğlu təmsil edib. Ermənistandan isə görüşə “Aravot” qəzetinin, “Armenpress” İnformasiya Agentliyinin, “Erkir” telekanalının rəhbərliyi qatılıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllində KİV-in rolu və mövqeyi haqqında müzakirələr aparılıb.
    30.10.09 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2009
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    Okt.2009
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031