Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2009
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Litva Seymi sədrinin müavini Çeslovas Stankəviçusun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib
    Bu gün Litva Seymi sədrinin müavini Çeslovas Stankəviçusun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Bu barədə məlumatı AZADİNFORM-a parlamentdən veriblər. Səfər çərçivəsində Çeslovas Stankəviçus Milli Məclisdə bir sıra görüşlər keçirəcək, Litva və Azərbaycan parlamentlərinin birgə həyata keçirdiyi “Tvininq” layihəsinin açılışında iştirak edəcək. Ç.Stankəviçus Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək. Litvalı qonağın respublikanın cənub bölgəsinə səfəri və Lənkəran şəhəri ilə tanışlığı da nəzərdə tutulub.
    19.10.09 Məqaləni oxumaq
     
    Prokurorluq orqanlarında çalışmaq arzusunda olanların sənəd qəbulu başa çatıb
    Prokurorluq orqanlarına sənədlərin qəbulu başa çatıb. Bu barədə məlumatı AZADİNFORM-a Respublika Baş Prokurorluğundan veriblər. “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə və müvafiq Qaydalara uyğun olaraq Respublika Baş Prokurorluğu tərəfindən elan edilən müsabiqə 60 ştat vahidi üzrə olub. Müsabiqənin test imtahanı mərhələsinin tarixi, imtahan sualları, onların hazırlanmasında istifadə edilən qanunların siyahısı və digər məsələlər barədə mətbuat, prokurorluğun veb-saytında (www.genprosecutor.gov.az) və Baş Prokurorluğun Qəbul otağında asılan lövhədə mütəmadi məlumatlar veriləcək. Qeyd edək ki, Baş Prokurorluğun müsabiqə komissiyası tərəfindən vakant ştatların sayının artdığı nəzərə alınmaqla, prokurorluq orqanlarında işləmək arzusunda olan namizədlərə daha geniş imkanlar yaradılması məqsədilə müsabiqəyə çıxarılan vakant ştat sayı 20 vahid artırılıb.
    19.10.09 Məqaləni oxumaq
     
    Nəinki Azərbaycanda, hətta dünya miqyasında məşhur olan fenomen
    Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin 85 illik yubileyini qeyd etdi. Xalqımızın tarixi uğurları, müstəqilliyimizin əldə olunması və möhkəmlənməsi bu dahi şəxsin adı ilə bağlıdır. O, görkəmli dövlət başçısı və ictimai xadim olmaqla yanaşı, həm də beynəlxalq miqyaslı siyasətçi idi. Heydər Əliyevin dövlət və siyasi fəaliyyəti artıq ciddi elmi tədqiqatların obyektinə çevrilmişdir.  On il öncədən ölkəsinin müqəddəratını müəyyən edən bir şəxsiyyətin yeni-yeni gözəl keyfiyyətlərini açmağa çalışan alimin hansı çətinliklərlə qarşılaşdığını öyrənmək üçün, Heydər Əliyev dühasına həsr olunmuş Azərbaycanda ilk doktorluq dissertasiyasının və neçə-neçə monoqrafiyaların müəllifi, Təhsil nazirinin müavini, professor və tarix elmləri doktoru İradə Hüseynova ilə qəzetiminin müxbiri söhbət etmişdir.
    19.10.09 Məqaləni oxumaq
     
    Bəstəkar Üzeyir Hacıbəyovun doğum günü münasibətilə məzarı ziyarət olundu
    Bu gün mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə bir sıra mədəniyyət və incəsənət xadimləri Fəxri Xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü münasibətilə bəstəkarın məzarını ziyarət ediblər. AZADİNFORM xəbər verir ki, öncə bəstəkarın məzarı önündə bir qrup xorun iştirakı ilə onun əsərlərindən ariya oxunub. Mərasimdə çıxış edən Ə.Vəliyev bəstəkarın doğum gününün musiqi günü kimi qeyd olunmasında bəhs edərək Ü.Hacıbəyovu Azərbaycan musiqi aləminin banisi adlandırıb. Bu günün təntənəli qeyd olunması ilə bağlı ölkə başçısının xüsusi diqqətinin olduğunu deyən nazir müavini bəstəkarın doğum gününü paytaxtla bərabər regionlarda da keçiriləcəyini bildirib.
    19.10.09 Məqaləni oxumaq
     
    AMEA-da akademik Mirabbas Qasımovun xatirəsinə həsr olunan tədbir keçirilib
    Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda görkəmli riyaziyyatçı alim, akademik Mirabbas Qasımovun xatirəsinə həsr olunan tədbir keçirilib. Bu barədə məlumatı AZADİNFORM-a AMEA-dan veriblər. Tədbirdə çıxış edən institutun direktoru, akademik Akif Hacıyev M.Qasımovun riyaziyyat elminin inkişafı sahəsindəki xidmətlərindən bəhs edib və bildirib ki, alimin Azərbaycan ziyalılığının formalaşmasında da böyük xidmətləri olub. Sonra fizika-riyaziyyat elmləri doktoru, professor Sabir Mirzəyev alimin həyat və elmi-pedaqoji fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Qeyd edək ki, 1939-cu ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olan M.Qasımov 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub.
    19.10.09 Məqaləni oxumaq
     
    Ölkə ərazisində yağışlı hava şəraiti sentyabrın 26-dək davam edəcək
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZADİNFORM-a verilən məlumata görə, sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraiti buludlu olacaq, 23-dən 24-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, səhər və gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 10-15 m/s, arabir 18-20 m/s olacaq. Havanın temperaturu gecə 16-18, gündüz 21-23 dərəcə isti təşkil edəcək. Sentyabrın 25-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Cənub küləyinin sürəti 8-13 m/s, gündüz arabir 16 m/s-dək güclənəcək.
    19.10.09 Məqaləni oxumaq
     
    Heydər Əliyev və milli azlıqlar
    “Bütün insanlar qardaşdırlar”. Rəsmi kommunist ehkamının bəyan etdiyi bu tezis sinifi mübarizədə də yeganə vasitə kimi istifadə edilirdi. Təxminən 186 xalqı özündə birləşdirən sovet imperiyası bu halqanın dağılmaması üçün “bütün ölkənin proletariatını birləşdirmək” şüarından da istifadə edirdi. Sovet dövrü etnomühitinin bu günə nisbətən daha sabit olması heç kimə sirr deyil. Bütün xalqlara eyni - "sovet vətəndaşı" prizmasından baxan kommunist ideologiyası etnomühitin sabit durumuna mənfi təsir göstərən amillərdən həmişə yan keçib.
    19.10.09 Məqaləni oxumaq
     
    Çəpərləmə
    Bu gün Azərbaycan öz müstəqilliyinin ən çətin anlarını yaşayır. Vətəndaş sosial-iqtisadi vəziyyətindən heç də məmnun deyil. Əlbəttə, bunun üçün çoxlu işlər görmək lazımdır. Müstəqilliyin ilk illərindən fərqli olaraq bu gün əyalətlərdən insanlar axın-axın paytaxta üz tutmur. Bu da regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının həyata keçirilməsi nəticəsində yaranan iş yerləri ilə bağlıdır. Beləliklə, artıq evinin dibində işi olan vətəndaşın çörək dalınca paytaxta qədər «uzanması»na ehtiyac qalmır…
    19.10.09 Məqaləni oxumaq
     
    Allah və insaf var
    Son günlər Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə haqqında bəzi mətbu orqanlarda böhtan xarakterli məqalələr işıq üzü görməkdədir. Şeyxi müxtəlif qeyri-ciddi əməllərlə məşğul olan yaxınlarını himayə etməkdə ittiham edən mətbu nəşrlər əndazəni aşmaqda davam edirlər. Bütün Qafqazın Şeyxinə qarşı başlanan bu çirkin kampaniyanı müşaidə edərkən bir neçə il bundan əvvəl yenə də A.Paşazadənin eyni ssenari ilə təhqir olunduğunu xatırlayırdım. O zaman Şeyxülislam onları məhkəməyə verdi, problem prezidentin xalqa müraciət etməsi səviyyəsinə qədər qalxdı. 
    19.10.09 Məqaləni oxumaq
     
    Koş sinira, arkadaş!
    Hadi bakalım, koş...
    İnsanın həm bu millətə, həm də o millətə yazığı gəlir. Əslində yazığımız bir millətə gəlir, amma dövlətləri ayrı olduğu üçün sərhədlərini böldüyümüz kimi millətini də parçalamaq zorundayıq. Belə getsə, parçalanmış millətin iki ayrı dövləti kimi, iki ayrı milləti olaraq tarixin yaddaşında yeni səhifələr açacağıq. Müsəlman olmağımız da bizim bir millət olaraq bütünlüyümüzə öz töhfəsini verə bilmir. Çünki, eyni dinə xidmət etsək də fərqli məzhəblərə qulluq edirik. Bu və ya digər səbəblər bizim heç vaxt “bir millət, iki dövlət” prinsipinə sədaqətimizin göstəricisi ola bilməz.
    19.10.09 Məqaləni oxumaq
     
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2009
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    Okt.2009
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031