Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    "İsrail parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərar qəbul edəcəyinə inanmıram"
    Yevda Abarmov məsələnin Knessetin gündəminə gəlməsini Türkiyəyə cavab kimi qiymətləndirir

    ABŞ və İsveçin ardınca yaxın günlərdə İsrail parlamentinin - Knessetinin uydurma "erməni soyqırımı" məsələsini müzakirəyə çıxaracağı və hətta bununla bağlı qətnamə qəbul edəcəyi ilə bağlı çeşidli məlumatlar dolaşmaqdadır. Son vaxtlar Türkiyə ilə İsrail arasında münasibətlərin gərginləşdiyi bir məqamda belə bir addımın atılması ehtimalı da artır. Azərbaycan parlamentinin yəhudi əsilli deputatı, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov bu məsələnin müzakirəyə çıxarılmasını təbii hesab edir, amma hər hansı qərarın qəbul edilməyəcəyinə inanır.

    - Yevda müəllim, sizcə, Türkiyə ilə uzun illər strateji müttəfiqlik münasibətlərində olan İsrail dövləti və onun qanunverici orqanı olan Knesset belə bir yanlış addıma gedəcəkmi? Bu məsələ Knessetdə müzakirəyə çıxarılarsa, bunu Türkiyə ilə son zamanlar yaşanan gərginliklərə İsrailin cavab addımı kimi qiymətləndirmək olarmı?

    - Siyasətdə ola biləcək hadisələr üçün sehrbazlıq etmək mümkün deyil. Amma ümumən götürdükdə, bu məsələ İsrail parlamentinin müvafiq komitəsində müzakirə edilə bilər. İsrail parlamentinin tarixində bu cür analoji hallar olub. Eyni zamanda, fikrinizlə müəyyən mənada razıyam ki, bu məsələnin müzakirəyə çıxarılması cəhdi bir revanşdır. Hesab edirəm ki, burada qəribəlik, qeyri-adilik yoxdur. Bunun olacağı qabaqcadan gözlənilən idi. Çünki Davos Forumundan - Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İsrail prezidenti Şimon Peresə qarşı məlum davranışından sonra artıq analitiklər bildirirdilər ki, həm ABŞ-da, həm İsraildə uydurma "erməni soyqırımı" məsələsi gündəmə gələ bilər.

    Belə də oldu. Artıq bir aydan çoxdur ki, vaxtilə "erməni soyqırımı" məsələsini öz parlamentlərində müzakirə etməkdən çəkinən, hətta onu geriyə qaytaran dövlətlər bunu təzədən öz ali qanunverici orqanlarının müzakirəsinə buraxdılar. ABŞ Konqresi, İsveç parlamentinin ardınca Amerikanın ən yaxın partnyoru, Yaxın Şərqdə silahdaşı, tərəfdaşı olan İsrail parlamenti də bu məsələyə yenidən qayıtmaq istəyir...


    - Bunu İsrail dövləti və rəhbərliyi tərəfindən verilən rəsmi sifariş kimi də dəyərləndirmək olarmı?

    - Xeyr, bu, İsrail dövləti tərəfindən verilən sifariş deyil. Bu, əvvəllər olduğu kimi, yenə də İsrail Knessetində ərəbyönümlü sol demokrat partiya olan "MERES" və onun yaradıcısı Xaim Aronun təşəbbüsü ilə ortaya atılan bir məsələdir. Yəni, onun təşəbbüsü ilə bu məsələ aprel ayında - uydurma "erməni soyqırımı"nın ildönümü ərəfəsində müzakirəyə çıxarıla bilər. Bayaq da qeyd etdim ki, Knessetin müvafiq komitəsində bu məsələ müzakirəyə çıxarıla bilər. Amma inanmıram və inanmamağa əsasım da var ki, İsrail dövləti bugünkü şəraitdə Türkiyə ilə, o cümlədən Azərbaycanla münasibtlərin korlanmasına səbəb olan geniş müzakirələrə razı olsun. Sirr deyil ki, İsrail uzun illər gözlədikdən sonra son vaxtlar Azərbaycanla çox sıx əlaqələr qura bilib.
    Bu baxımdan indiki məqamda İsrail parlamentinin bu yöndə hansısa qərar, qətnamə qəbul edəcəyinə inanmıram. İsrail çox gözəl bilir ki, uydurma "erməni soyqırımı"nın qəbulu İsrail-Türkiyə münasibətlərini hansısa mənada gərginləşdirməklə yanaşı, həmçinin Azərbaycan kimi partnyoru özündən uzaqlaşdırmasına, hətta itirməsinə gətirib çıxara bilər. Onu da qeyd edim ki, yaşadığımız 2010-cu il İsrail üçün uğurlu başlayıb...


    - Bunu nəyə əsasən deyirsiniz?

    - O mənada ki, bu il İsrail prezidenti və bu ölkənin baş nazirinin müavini, xarici işlər naziri Azərbaycana rəsmi səfər edib. Azərbaycanla İsrail arasında ən yüksək səviyyədə ikitərəfli münasibətlər qurulub. Bu cür uzun illərlə və çətinliklərlə reallaşdırılan münasibətləri, ikitərəfli əməkdaşlıq müqavilələrini indi birdən-birə qırmaq, dağıtmaq İsrail xarici siyasətinə uyğun deyil. Yadınızdadırsa, təxminən ilyarım öncə də Knessetin müvafiq komitəsində uydurma "erməni soyqırımı" məsələsi müzakirəyə çıxarılmışdı. O zaman biz İsrailin keçmiş xarici işlər naziri ilə əlaqə saxladıq. Həmçinin İsrail Knessetində fəaliyyət göstərən eyni adlı qrupun, İsrail-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri və onun keçmiş sədri İosif Şaqalla iki gün ərzində müntəzəm telefon əlaqələri yaratdıq, oradakı bütün gedişatı izləyə bildik. Orada İosif Şaqal böyük bir vətənpərvərlik, azərbaycanpərəstlik göstərdi, - qeyd edim ki, o, əslən Azərbaycandandır, - hətta təhqirlərə dözərək, "MERES"in qaldırdığı məlum məsələnin gündəlikdən çıxarılmasına nail oldu.


    - Siz İsrail-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun və onun keçmiş sədri İosif Şaqalın Knessetdə uydurma "erməni soyqırımı" məsələsinin müzakirəsinin və qəbulunun önlənməsindəki roluna toxundunuz. Dostluq Qrupuna son seçkilərdən sonra artıq başqa bir şəxs - Robert İlatov başçılıq edir. Bu baxımdan, uydurma "erməni soyqırımı" məsələsinin Knessetdə müzakirəsinin önlənməsi üçün Dostluq Qrupu ilə, konkret olaraq onun sədri Robert İlatovla danışıqlar aparırsınızmı?

    - Qeyd edim ki, bizim həmin qrupla və onun yeni sədri Robert İlatovla yaxşı, müntəzəm əlaqələrimiz var. Eyni zamanda onu qeyd edim ki, həmin Dostluq Qrupunda həm tanınmış diplomatlar, həm digər sahənin təmsilçiləri olan nüfuzlu parlamentarilər var. Həmin parlamentarilərdən biri də ata-babaları Qubada doğulan, özü isə Dağıstanda anadan olan Robet Tilyayevdir. Demək istəyirəm ki, istər həmin qrupda, istərsə də bütövlükdə Knessetdə azərbaycanpərəst parlamentarilər, israilli dostlarımız var və onlar bu məsələnin qarşısının alınması üçün müvafiq işlər aparırlar. Amma onu da unutmaq lazım deyil ki, İsrail demokratik dövlətdir, hər bir partiya, hər bir parlament qrupu, fraksiyası Knessetdə müəyyən bir məsələni gündəmə gətirə bilər. Burada heç bir problem, qeyri-adilik yoxdur.


    - Parlamentlərarası Dostluq Qrupundan söz düşmüşkən, İsrail-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yeni üzvlərinin və onun rəhbəri Robert İlatovun Azərbaycana ilk rəsmi səfəri gözlənilirmi?

    - Bilirsiniz, Robert İlatov əslində Azərbaycanda səfərdə olub. Onu birinci vitse-spiker Ziyafət Əsgərov da qəbul edib, mən də qəbul etmişəm. O, eyni zamanda, Qubada olub. Əslində, İsrail Knessetində fəaliyyət göstərən analoji qrupun üzvləri bizim ölkənin, Azərbaycanın tarixini gözəl bilirlər. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, onun yaranma səbəblərindən də çox məlumatlıdırlar. Bir sözlə, bölgədəki bütün problemlərdən xəbərdardırlar, naşı adamlar deyillər. Düzdür, ötən çağırışdakı qrupda tanınmış hüquqşünaslar da vardı, amma budəfəki qrupda da - cavan olsalar da - çox təcrübəli, nüfuzlu parlamentarilər, diplomatlar var. Bu baxımdan hesab edirəm və inanıram ki, əvvəllər olduğu kimi, yenə də Azərbaycan və İsrail dövləti, parlamenti arasında münasibətlər yüksələn xətlə inkişaf edəcək, qarşılıqlı səfərlər baş verəcək. Ona görə hadisələri qabaqlamaq lazım deyil...

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 669
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30