Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bütün Qafqazın Şeyxi
    “Aypara və ulduz” ordeni ilə təltif olundu

    Qafqaz Müsəlmanları İdarəsinin sədri, Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şuranın həmsədri Şeyxülislam Hacı Allahşükür Paşazdə daha bir beynəlxalq mükafata layiq görüldü. Bütün Qafqazın Şeyxi İNTERSAFETY Terroizm, korrupsiya, narkomaniya və ekoloji cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Təltiflər İttifaqının (UNCOPA) ali dərəcəli “Aypara və Ulduz” ordeni ilə təltif olundu.

    2009-cu ildə təsis olunmuş “Aypara və Ulduz” Beynəlxalq Ordeni dünya miqyasında tanınmış dövlət və ictimai xadimlərə təqdim olunur. Ordenin statusuna uyğun olaraq A.Paşazadə bu nüfuzlu mükafata beynəlxalq aləmdə müsəlmanların mənəvi inteqrasiyasının dərinləşməsi istiqamətində uzunmüddətli və davamlı fəaliyyətinə, sülh və tolerantlığın təmin edilməsi məramı ilə Qafqazda etniklərarası və konfessiyalararası münasibətlərin möhkəmləndirilməsi işinə verdiyi böyük töhvələrə görə layiq görüldü.
    Orden 7 guşəli ulduz formasına malikdir. Bu öz növbbəsində, “Kəlmeyi-Şəhadət”in ibarət olduğu yeddi sözü simvolizə edir. Ordenin mərkəzində aypara və ulduz həkk olunub. Hazırda beynəlxalq faleristikada müsəlman simvolikası olan yeganə beynəlxalq orden olan “Aypara və Ulduz” 1799-cu ildə Sultan III Səlim tərəfindən müsəlman ordeni olan “Hilal nişanı”nın təsis olunmasının 200 illiyi münasibətilə yenidən dirçəlmiş mükafatdır.
    Milli, dini, siyasi mənsubiyyətindən aslı olmayaraq “Humanizim və ədalət naminə” ideyası ordeninin devizidir.
    Ordenin dirçəldilməsi ideyası İNTERSAFETY Terrorizim, korrupsiya, narkomaniya və ekoloji cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik Komitəsinə (mənzil qərargahı Monreal şəhərindədir (Kanada) və BMT-nin Təltiflər İttifaqına (UNCOPA) aiddir. “Aypara və Ulduz” ordeni BMT-nin Bank-Registrində 1530 saylı qeydiyyat nömrəsinə malikdir.
    Azərbaycan prezidenti İlham Əliyev bu mükafatın ali dərəcəsinin ilk laureatlarından olub.
    Ordeni A.Paşazadəyə Korrupsiyaya, narkomaniyaya və ekoloji cinayətlərə qarşı mübarizə üzrə Beynəlxalq Təhlükəsizlik Komitəsində (“İNTERSAFETY”) və Birləşmiş Millətlər Təşkilatının Təltiflər İttifaqında (UNCOPA) Azərbaycanın səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyasının qəhrəmanı, İnterpolun generalı Vəli Yusifov təqdim etdi. V.Yusifovun sözlərinə görə, orden dünya miqyasında tanınan dövlət və ictimai xadimlərə təqdim olunur.
    Bütün Qafqazın Şeyxi A.Paşazadə isə ordenlə təltif olunmasına görə təşəkkürünü bildirdi və bunu fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirdi.
    QMİ yanında Elmi Dini Şuranın sədri, akademik Vasim Məmmədəliyev A.Paşazadəni yüksək mükafat münasibətilə təbrik edərək vurğulamışdır ki, onun xidmətlərinin beynəlxalq miqyasda tanınmasına dəlalət edən bu fakt Qafqaz Müsəlmanları İdarəsinin tarixində əlamətdar hadisədir.
    Mərasimindən sonra jurnalistlər üçün mətbuat konfransı keçirən A.Paşazadə bir sıra məsələlərə münasibət bildirdi.  
                       


    İraq ziyarətgahlarına  səfərlər təşkil etmirik

    Azərbaycan dövlətinin öz vətəndaşlarının İraqa səfərdən çəkinməyə dəvət etməsi normal haldır. Biz də uzun müddətdir ki, İrqada yerləşən ziyarətgahlara səfərlər təşkil etmirik. Bu, vətəndaşların təhlükəsizliyi ilə bağlıdır. Biz mayın 2-də Səudiyyə Ərəbistanı Krallığı ilə ikitərəfli protokol imzalayacağıq. Bu sənəddə Həcc ziyarəti zamanı zəvvarların hüquqlarının qorunması, onların təhlükəsizliyinin təmin olunması və digər məsələlər əks olunacaq. Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib. Şeyx bildirib ki, İraq dövlətinə də belə bir protokolun imzalanması üçün müraciət edilsə də, indiyədək həmin müraciətə heç bir cavab verilməyib: “Mənim heç bir səlahiyyətim yoxdur ki, insanları təhlükəyə atım. Bu baxımdan biz İraqa ziyarətlərin təşkil olunmasını dayandırmışıq. Vətəndaşların fərdi şəkildə İraqa ziyarətə getmələri isə onların öz hüquqlarıdır. Göründüyü kimi dövlət də vətəndaşları bu ölkəyə səfər etməkdən çəkinməyə dəvət edir”.
    A.Paşazadə eyni zamanda builki Həcc ziyarəti ilə bağlı heç bir kvota dəyişikliyinin gözlənilmədiyini deyib.

    Zirvəyə hazırlıq işləri yüksək səviyyədə gedir

    QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda təşkil ediləcək dinin liderlərin zirvə görüşünün aprelin 27-dən 29-dək keçiriləcəyini söyləyib. Onun sözlərinə görə, tədbirə hazırlıq işləri yüksək səviyyədə gedir. A.Paşazadə belə bir tədbirin Bakıda keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğulayıb: “Bu tədbirdə 150-dək dini lider iştirak edəcək. Onlar hərəsi bir dövlətdə milyonlarla insanı öz ətrafında birləşdirirlər. Təkcə Pravoslav Kilsəsindən 11 patriarxın tədbirdə iştirakı dəqiqləşib. Bundan başqa, dünyada mövcud olan ənənəvi dinlərin hər birinin təmsilçiləri bu zirvə görüşündə iştirak edəcək”.

    Qareginin Bakıya gələcəyinə inanmıram

    A.Paşazadə sammitə bütün ermənilərin katolikosu II Qareginin də dəvət ediləcəyini istisna etməyib: “Erməni katolikosunun və yaxud digər ölkələrin dini liderlərini dəvət olunub-olunmayacağı QMİ-nin səlahiyyətində olan məsələ deyil. MDB-nin Dinlərarası Məşvərət Şurasının səlahiyyəti çərçivəsinə daxildir. Bu Şuraya bütün ölkələrin dini liderləri daxildir. Mən bu qurumun həmsədriyəm. Bildiyimə görə, yaxın vaxtlarda Moskva və Bütün Rusiyanın patriarxı Kiril Ermənistana səfər edəcək. Yəqin həmin səfər zamanı Qaregini də Bakıdakı tədbirə dəvət edəcək. Mən bu dəvətdə heç bir qeyr-adilik görmürəm. Çox arzu edərdim ki, Qaregin Bakıya gəlib, Azərbaycan həqiqətlərini öz gözləri ilə görsün. Ancaq dəvət olunsa da, Qareginin Bakıdakı tədbirdə iştirak edəcəyinə inanmıram. Yəqin ki, Bakıda zirvə görüşü keçirilən zaman Ermənistanda da uydurma “erməni soyqırımı” ilə bağlı tədbirlər olacaq”.

    Jurnalistlərin azadlığa buraxılmasının tərəfdarıyam

    Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü olmağıma baxmayaraq komissiyanın iclaslarında qəsdən adam öldürənlər, narkotikə görə həbs edilənlərin əfv olunması işinə qarışmıram. A.Paşazadə bildirib ki, mən ağır cinayətlər törədən şəxslərdən başqa bütün müraciət edən məhkumların azadlığa buraxılmasına müsbət baxıram. “Hər bir insan müəyyən səhvlər edə bilər. O, səhvlərin müəyyən hissəsini bağışlamaq lazımdır. Həbs olunan insanların da müəyyən bir hissəsi var ki, etdikləri cinayət hadisələrindən peşmançılıq hissi keçirirlər. Bu cür insanların əfv olunmasının tərafdarıyam”,-deyə Şeyx vurğulayıb.
    A.Paşazadə həbsdəki jurnalistlərin də azadlığa buraxılmasının tərəfdarı olduğunu bildirib. O, qeyd edib ki, biz öz sözümüzü deyirik, lakin həbsdə olan insanların əfv olunub-olunmaması dövlət başçısının səlahiyyəti çərçivəsində həll olunur.


    Amid İSBƏNDƏROV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 585
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30