Ali məktəblərin qəbul planı Nazirlər Kabinetinə təqdim edilib
Ali məktəblərin qəbul planı Nazirlər Kabineti və İqtisadi İnkişaf Nazirliyinə təqdim olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov söyləyib.
Cari ilin qəbul planında yeniliklərlə bağlı məsələyə münasibət bildirən M.Mərdanov qeyd edib ki, bu il bakalavr və magistr pilləsində elə bir ciddi dəyişiklik yoxdur.