Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Allah və insaf var
    Son günlər Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə haqqında bəzi mətbu orqanlarda böhtan xarakterli məqalələr işıq üzü görməkdədir. Şeyxi müxtəlif qeyri-ciddi əməllərlə məşğul olan yaxınlarını himayə etməkdə ittiham edən mətbu nəşrlər əndazəni aşmaqda davam edirlər. Bütün Qafqazın Şeyxinə qarşı başlanan bu çirkin kampaniyanı müşaidə edərkən bir neçə il bundan əvvəl yenə də A.Paşazadənin eyni ssenari ilə təhqir olunduğunu xatırlayırdım. O zaman Şeyxülislam onları məhkəməyə verdi, problem prezidentin xalqa müraciət etməsi səviyyəsinə qədər qalxdı. 

    Həmin günlər məlum qəzetin əməkdaşlırının birinin xahişi ilə nəşrin redaktoru ilə görüşdük. O da məndən A.Paşazadəyə yaxın hər hansı bir adamla görüşməyimizi təşkil etməyi rica etdi. Təbii ki, həmin adam A.Paşazadəyə yaxın olan Hacı Mirəziz Seyidzadə ilə bir yerdə işlədiyimi bilirdi. Elə bunu bildiyi üçün də yanıma gəlmişdi. Mən uzun təkiddən sonra onları Hacı Mirəziz Seyidzadə ilə görüşdürdüm. M.Seyidzadənin yanına gələn həmin mətbu nəşrin redaktoru baş verənlərdən məyus olduğunu və onları Şeyxlə barışdırmağı xahiş edirdi. M.Seyidzadə isə bəzi mətbuat orqanların dəfələrlə A.Paşazadəyə qarşı bu kimi çirkin vasitələrdən istifadə etdiyini, amma Şeyxin yenə də böyüklük nümayiş etdirərək onları bağışladığını xatırlatdı. Nə isə problemin həllinə bir neçə din xadimi də cəlb olundu, məsələ bir təhər çözüldü və yenə də A.Paşazadə sözügedən qəzeti bağışladı. 
    İndi yenə də başlayıblar. Həm də ağına-bozuna baxmadan ruhani ataya qarşı sanki səlib yürüşünə çıxıblar. Ölkədə baş verən ən iyrənc hərəkəti onu adı ilə bağlamağa çalışırlar. Bu isə ən azı ədalətsizlik, Bütün Qafqazın Şeyxinə qarşı hörmətsizlikdən başqa bir şey deyil. Dünyanın heç bir yerində dini rəhbərə qarşı belə aqressiv çıxışlarla rastaşıldığı müşahidə edilməyib. Təkcə bizim məmləkətdən başqa…
    Mətbuat azadlıq anlayışından sui-istifadə edərək hər nə gəldi yazır. Ortada tutarlı heç bir fakt olmadan nəinki iş adamını, hökumət üzvünü, həkimini, müəllimini, hətda gördüyümüz kimi ali-dini rəhbərini belə nüfuzdan salmağa səy göstərir. Sonrakı peşimançılıq isə artıq fayda vermir.         
    Bütün Qafqazın Şeyxi baş verənlərə gözlənildiyi kimi bir az gec reaksiya verdi. Əlllbəttə, Şeyx uzaqgörən adamdır. “Bəlkə dayanarlar, ağılları başlarına gələr”,-deyə uzun müddət bir söz demədi. Yəni özünə yaraşanı etdi, səbrlə gözləməyi üstün tutdu. Amma gözləntiləri onun istədiyi kimi olmadı. Ona qarşı təhqir dolu ifadələr işlətməkdən zövq alan məlum mətbu nəşr həddini aşdı, vəziyyəti cızığından çıxartdı. Artıq olanlar Bütün Qafqazın Şeyxini açıqlama verib hərəyə öz yerini göstərmək dilemması qarşısında qoydu: “Əslində haqqımda bu cür yazıların yazılacağını gözləyirdim. Bu adamlar qoyun dərisi altında gizlənib, törətdikləri əməllərdən heç kimin xəbər tutmayacağını düşünürlər. Ancaq onların dərisi soyulacaq və üzləri açılacaq. Bütün bu cəhdlər Azərbaycanda dinin köklərini sarsıtmaq, dövlətlə-din arasında qarşıdurma yaratmaq, mövcud tolerantlığa zərbə vurmaq məqsədi daşıyır”. Bütün Qafqazın Şeyxi bu cür yazıların müəlliflərinin mətbuatdan təmizlənməsinin vacib olduğunu bildirdi. Onun sözlərinə görə, əlində qələm tutanlar xalqını və həqiqəti sevən şəxslər olmalıdır: “Mən hələ bir müddət əvvəl demişəm ki, bu tip yazı yazanlar ermənilərə xidmət edirlər. Hamını bu sıraya qatmıram. Fəqət, heç bir həqiqətə uyğun olmayan informasiyanı yaymaqla düşmən dəyirmanına su tökənlərə nə ad vermək olar? Belə şeyləri qiymətləndirmək jurnalistlərin öz insaflarına qalıb”.
    A.Paşazadə ünvanına səslənən ittihamlarda Nardaran kəndi və nardaranlıların da adının hallandırılmasını düzgün hesab etmədi: “Bu məsələdə Nardaran kəndi və nardaranlıların heç bir rolu ola bilməz. Mən həmişə demişəm ki, nardaranlılar yaxşı insandırlar, onların arasında həqiqi ağsaqqallar var. Bu adamların hamısına qara yaxmaq olmaz. Bütün cəmiyyətlərdə olduğu kimi, nardaranlıların arasında da beş-üç nəfər mənfi tipli insan ola bilər”.
    Bütün Qafqazın Şeyxi haqqında yazılan ittihamlarla bağlı məhkəməyə müraciət etdiyini, məsələnin sona kimi hüquqi müstəvidə həllinə tərəfdar olduğunu deyib: “Mənə qarşı başlanmış kampaniyanın arxasında hansı dairənin dayandığı məhkəmədə müəyyənləşəcək. Mən onlar deyiləm ki, əlimdə heç bir sübut olmadan kiminsə adını çəkim. Kimdənsə şübhələnməyin özü də şəriətdə düzgün sayılmır. İnsanın əlində həqiqəti göstərən sübutlar olmalıdır. İnanıram ki, bu işdə təhrikçilərin kimliyi bəlli olacaq”.
    Qeyd edək ki, “Gündəlik Bakı” qəzetində dərc olunan silsilə məqalələrdə QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin yaxın qohumları ilə birlikdə geniş biznes fəaliyyətiylə, habelə narkobizneslə məşğul olduğu, qanunazidd əməllər törədən qohumlarını himayə etdiyi bildirilir.
    A.Paşazadənin çıxışı məlum qəzetin rəhbərliyi tərəfindən təzyiq kimi qarşılanıb. Əslində Bütün Qafqazın Şeyi bir az əvvəl söylədiyi “qoyun dərisindəki canavarları üzə çıxaracam” sözləri sadəcə bir zərb-məsəldir. Zərb-məsəli başqa cür – daha doğrusu onların ölmünə verilmiş fiva kimi qəbul edən dayaz həmkarlarımız problemi elə mətbuatın gündəmində şişirdərək başqa istiqamətdə yönəltməyə çalışdılar. Hətta bu barədə hüquq-mühavizə orqanlarını da məlumatlandırdıqlarını bildirdilər. 
    Bu barədə təkrarən mətbuata açıqlama verən A.Paşazadə ona qarşı kampaniyanın arxasında duranları üzə çıxaracağını söyləydi: “Mən kiminsə dərisinin soyulması barədə fikir bildirməmişəm, sadəcə olaraq Azərbaycan folklorunda məşhur olan ”qoyun cildinə girmiş canavar” məsəlini yada salmışam. Mən nə bilim ki, bu insanlar min illəri keçib gələn və sadə insanların dilində belə zərb-məsələ dönən bu xalq məsəlindən də xəbərsizdir”.
    A.Paşazadə gec də olsa bu insanlara məhkəmədən öncə folklorda olan bu məsəlin mahiyyətini öyrənməyi tövsiyə edib. O, çəkdiyi bu məşhur xalq məsəlindən öz xeyirlərinə şou yaratmaq və bunu cəmiyyətə dini fitva kimi təqdim etmək istəyənləri ya bu zərb-məsəlin mahiyyətini bilməməkdə, ya da bilərəkdən mənasını öz siyasi istəklərinə uyğunlaşdırmaqda ittiham edib.
    “Bu zərb-məsəli çəkməkdə məqsədim mənə qarşı böhtanların təşkilatçılarını aşkar etməkdir. Görünən tərəfidir ki, yazan qələm əhlidir, amma bunun arxasında duranlar haqqında danışdığım qoyun cildinə girən canavarlardır. Həmin cild çıxarılandan sonra bu böhtanların təşkilatçılarının kimliyi bəlli olacaq və mən də bu misalla həmin məntiq, məzmun və mənanı nəzərdə tutmuşam”,-deyə A.Paşazadə qeyd edib.
    Həmin bu ifadədən istifadə edərək jurnalistlərlə haqq-hesab çəkmək çağırışı etməsinə dair məhkəmə iddiası qaldırılmasını əsassız sayan Şeyxülislam QMİ-nin onun barəsindəki böhtanlara görə “Gündəlik Bakı” qəzetini və qəzetin rəhbərliyini məhkəməyə verdiyini xatırladıb: “Haqq-hesab çəkmək qəsdim olsaydı, məhkəməyə müraciət etməzdik, əgər etmişiksə, deməli, məsələni məkəmə müstəvisində həll edəcəyik. Odur ki, barəmdə mənfi obraz yaratmağa çalışmasınlar, yazdıqları böhtana, təhqirə, aşağılamalara görə utansınlar”.
    Hədəfinin jurnalistlər yox, onların arxasındakı təşkilatçılar olduğunu deyən QMİ sədri “qoyun cildindəki canavarlar”ın məhkəmə vasitəsilə “qoyun cildi”ni çıxararaq onların əsl kimliklərini cəmiyyətə tanıtdıracağını söyləyib.
    Lakin bu açıqlama bəzi mətbuat orqanlarında fərqli şərh olundu. Şeyxin jurnalistlərin dərisinin soyulmasına fətva verməsi kimi təqdim olundu. Məsələ münasibət bildirən APA-nın baş direktoru Vüsalə Mahirqızı xəbərdən bu cür sui-istifadə edilməsindən təəssüflənib: “Çox təəssüf ki, bizim bəzi həmkarlarımız belə ucuz məsələlərlə öz qeyri-peşakarlıqlarını nümayiş etdirirlər. Hörmətli Şeyxin açıqlamasında hər şey aydın ifadə olunub. Şeyx açıqca deyib ki, bu adamlar qılaflanaraq gizləniblər və hesab edirlər ki, onların əməlləri ifşa olunmayacaq. Amma bir müddət sonra bu adamların qılafları yırtılacaq, büründükləri qoyun dərisi soyulacaq, cəmiyyət onların əsl üzünü görəcək, kimliyini tanıyacaq. Bu qədər sadə deyilmiş xəbərdən “insanların dərisinin soyulması”, “fətva verilməsi” və s kimi gülünc nəticələr çıxarmaq, bundan kampaniya düzəltmək hər şeydən əvvəl jurnalistikadan xəbərdar olmamağın və Azərbaycan dilini mükəmməl bilməməyin əlamətidir”.
    V.Mahirqızı Şeyxlə bağlı xəbərin bu cür yozulmasından bir daha təəssüfləndiyini bildirib və məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşovla da müzakirə apardığını deyib.
    Milli Məclisin fevralın 2-də başlayan yaz sessiyasının ilk iclasında da millət vəkilləri Bütün Qafqazın Şeyxini müdafiə ediblər.
    Deputat Aydın Həsənov son vaxtlar mətbuatda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin şərəf və ləyaqətini alçaldan silsilə yazılar getdiyindən narahatlıq keçirdiklərini bildirdilər. A.Həsənov A.Paşazadənin böyük bir din xadimi kimi nəinki Azərbaycanda, Bütün Qafqazda, hətda xristian dünyasında da sayılıb seçilən nüfuzlu insan olduğunu diqqətə çatdırdı. Milət vəkili Şeyxin iştirak etdiyi beynəlxalq konfranslarda hər zaman ölkəmizin haqq səsini qaldırdığını vurğuladı. A.Həsənov Şeyxülislam barədə bu cür yazılar yazanların jurnalist etikasına və mədəniyyətinə uyğun olmadıqlarını qeyd etdi.
    Spiker Oqtay Əsədov da «mən heç eşitməmişəm ki, Ermənistanda katalikos əleyhinə yazı işıq üzü görsün»-,deyə məsələyə münasibətini bildirib. 
    Qeyd edək ki, A Paşazadə haqqında yazılanlarla bağlı məhkəməyə müraciət edib. Məhkəmə iş üzrə proses başa çatanadək “Gündəlik Bakı” qəzetinin Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri haqqında yazmasını qadağan edib.
    İş üzrə proses davam edir 
    Mizan…
    …İnsanların dünyada etdikləri hər şey bir səhifə içərisində özlərinə veriləcək. Böyük bir məhkəmə qurulacaq. İnsanlar muhakimə ediləcək. Ömrünü nə yolda bitirdiyi soruşulacaq. Bu məhkəmədə heç bir şeyi inkar etmək mümkün deyil. Çünki insanın əli, ayağı, gözü, qulağı hətta günah etdiyi yerləri dilə gələcək, əməllərinə şahidlik edəcək. Bir-birilərini qarşı insanların şahidliklərinə də yer veriləcək.
    Daha sonra insanların etdikləri xeyir və şər əməllər necə olduğunu dəqiq bilmədiyimiz bir tərəzidə ölçüləcək. Etdiyi yaxşılıqlar ağır gələnlər Cənnəti, pis əməlləri ağır gələnlər isə Cəhənnəmi qazanacaqlar.
    Bu tərəziyə Mizan deyilir... Bunun sonrası da olacaq. O sonra isə daha dəhşətli olacaq…
    Hacı Niyaz

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 786
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30