Böyük Britaniya kinorejissorlarının filmləri Bakıda nümayiş olunacaq
Böyük Britaniya kinorejissorlarının filmləri Bakıda nümayiş olunacaq. KƏLAMİNFO xəbər verir ki, layihə “British Council”, “Nərimanfilm” İstehsalat Şirkəti və Kinematoqrafçılar İttifaqının birgə dəstəyi ilə həyata keçiriləcək.
Filmlər martın 16-17-də Kinematoqrafçılar İttifaqında nümayiş etdiriləcək.
Layihə çərçivəsində martın 16-da “Cənnətdə beş dəqiqə” filminin nümayişi nəzərdə tutulur. Filmin rejissoru Oliver Hisrchbiegel, ssenari müəllifi Guy Hibbertdir, əsas rolları Liam Neeson və Ceyms Nesbitt ifa edirlər.
Martın 17-də isə rejissor Paul Greengrassın “Qanlı Bazar” filminin nümayişi keçiriləcək.