Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Milli azlıq anlayışı beynəlxalq müstəvidə
    Beynəlxalq münasibətlərdə daha çox diqqət mərkəzində olan azsaylı xalqlar problemi ilə bağlı müxtəlif qurumlar və təşkilatlar tərəfindən çərçivə Konvensiyaları və Sazişlər qəbul edilib. Bu sırada Avropa Şurası, BMT, ATƏT və digərlərini misal göstərə bilərik. MDB ölkələri içərisində Rusiya və Azərbaycanın milli azlıqların hüquqlarının qorunması ilə bağlı qoşulduğu beynəlxalq Konvensiyalar qanunvericilik baxımından daha mükəmməldir. Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatların milli azlıqlarla bağlı qəbul etdiyi Konvensiya və Sazişlərin əksəriyyətinə qoşulub. Bu sırada Avropa Şurası, BMT, ATƏT və digərlərini misal göstərə bilərik.

    BMT-nin İnsan Hüquqları üzrə Komissiyası milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı Qətnamə qəbul edib. Komissiya 1992-ci il aprelin 25-də keçirdiyi iclasında insanları cəmiyyətdə sülhün qorunması üçün milli azlıqların hüquqlarını qorumağa çağırıb.
    BMT Baş Assambleyası 1992-ci il 18 dekabr tarixində milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı Bəyannamə qəbul edib. Bəyannamədə bir daha təşkilatın Nizamnaməsində göstərildiyi kimi, dilindən, dinindən və irqindən asılı olmayaraq bütün insanların hüquqlarının qorunması önə çəkilir. Ümummiyyətlə, BMT azsaylı xalqların hüquqlarının qorunmasında mühüm rol oynayır. Hökumətlərarası və qeyri-hökumət təşkilatları da milli azlıqların hüquqlarının qorunmasına səy göstərirlər.
    BMT Baş Assambleyasının 1965-ci ildə qəbul etdiyi Beynəlxalq Paktda göstərilir ki, bütün xalqlar özlərinin təyinetmə hüququna malikdirlər. (1)
    BMT Baş Məclisinin 1996-cı il dekabırın 16-da təsdiq etdiyi insanın vətəndaşlıq və siyasi hüquqları, iqtisadi, sosial və mədəni hüquqları haqqında faktlara müvafiq olaraq respubilkamızda milliyətindən, dilindən, dinindən, siyasi baxışlarından aslı olmayaraq vətəndaşlarımızın hamısı bərabar hüquqlara malikdir və Azərbaycan dövləti öz fəaliyyətini bu demokratik, hümanist prinsiplər əsasında qurur, inkişaf etlirir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağan olunur. Beynəlxalq hüquq normalarına tam uyğun gələn həmin humanist normativ prinsip öz əksini Azərbaycan Respubilkası Konstitusiyasının 25-ci maddəsində tapmışdır. (2)
    Avropa Şurası 1995-ci il fevralın 1-də "Milli azlıqların hüquqlarının qorunması haqqında" Çərçivə Konvensiyası qəbul edib. Konvensiyaya imza atan dövlətlər Avropa Şurasının insan hüquqlarının əsas hüquq və azadlığını önə çəkirlər. Bu Konvensiyaya imza atan dövlətlər, həmçinin Avropa Şurasının 1993-cü ildə Vyana şəhərində öz ərazilərində milli azlıqların hüquq və azadlıqlarının qorunması barədə Bəyannamədən irəli gələn vəzifələrə də əməl etməlidirlər. Konvensiyada  üzv  dövlətlər milli və etnik azlıqlara məxsus insanların hüquq və azadlıqlarını qorumağı öz öhdəsinə götürür və bu, beynəlxalq əməkdaşlığın əsası hesab edilir. Milli azlığa mənsub şəxslər Konvensiyadan irəli gələn digər vətəndaşların azad seçim hüququna və bütün vətəndaşların əldə etdiyi hüquq və azadlıqlara malikdirlər. Tərəflər milli azlıqların qanun qarşısında bərabərliyinə əməl etməyi və heç bir ayrı-seçkiliyə yol verməməyi üzərlərinə öhdəlik kimi götürürlər. Tərəflər milli azlıqların cəmiyyətin bütün sahələrində - iqtisadi, mədəni və siyasi fəaliyyətinə şərait yaratmalı, onların məişət, din, dil və adət-ənənələrini qorumalıdırlar. Milli azlıqların sərbəst toplaşmaq və öz fikirlərini deməyə imkan yaratmalı və maneçilik törətməməlidirlər. Tərəflər milli azlıqlara mənsub şəxslərin dini təsisatlar, təşkilatlar və assosiasiyalar yaratmalarına maneçilik törətməməyi də üzərlərinə götürürlər. Həmçinin onlara öz kütləvi informasiya vasitələrini təsis etməyə və efir məkanına malik olmağa razılıq verirlər. Onlara qeyri-hökumət təşkilatlarını yaratmağa və orada fəaliyyət göstərməyə məneçilik törətməməlidirlər. Sənəddə, həmçinin onlara öz azlığının dilini öyrənməyə şərait yaradılması da qeyd olunur. Milli azlıqlar yaşadıqları ölkənin milli qanunvericiliyinə əməl etməlidirlər. (3)
    Qeyd edək ki, Azərbaycan Respublikası bu Konvensiyaya 13 iyun 2000-ci il tarixdə qoşulub.
    Azsaylı xalqların hüquqlarının qorunmasında istiqamətverici rol oynamaqda Beynəlxalq Əmək Təşkilatının 169 saylı "Köklü xalqlar və xalqlar barədə, müstəqil ölkələrdə tayfa həyatı sürən xalqlar haqqında" Konvensiyasında əks olunub. BƏT-nın 1989-cu il iyunun 26-da Ali Konfransında qəbul edilən Konvensiyada əsas diqqət bu xalqların hər hansı bir diskriminasiya olmadan insan haqları və əsas azadlıqlardan istifadə etmələri nəzərdə tutulub. (4)
    Hazırda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Milli azlıqların işi üzrə Ali Komissarı fəaliyyət göstərir. Ali Komissarlıq institutu Avropada etnik münaqişələrin irimiqyaslı zorakılıqlarına mübarizə forması kimi yaradılıb. Bu vəzifə ATƏT tərəfindən (o vaxt ATƏM adlanırdı) 1992-ci ildə təsis edilib. Onun rolu sülhə və əmin-amanlığa təhlükə olan etnik fikir ayrılıqlarını aradan qaldırmaq, quruma üzv dövlətlər arasında sülh və əmin-amanlıq yaratmaq və ilkin mərhələdə olan münaqişələrin qarşısını almaqdan ibarətdir. (Milli azlıqların işi üzrə ali komissar vəzifəsini 2001-ci ildən İsveç nümayəndəsi Rolf Ekeus aparır. O, 1993-cü ildən bu vəzifədə olan niderlandlı Maks van der Stupu əvəz edib.) Ali Komissarlığın qərargahı Vyana şəhərində yerləşir. Bir çoxları bu vəzifəni ombudsman institutları ilə eyniləşdirirlər. Amma əslində belə leyil. O, yalnız milli azlıqların işi üzrə ali komissardır. Onun məqsədi münaqişələrin aradan qaldırılmasıdır. O ombdusmandan fərqli olaraq insani ölçüləri həll etmir. Onun qarşısına qoyulan məqsədlər sırasında ilkin xəbərdarlıq və lazım olan halarda təcili tədbirlər görməkdir. (5)
    «Genosid cinayətinin qarşısının alınması və bu cinayətə görə cəza verilməsi haqqında» Konvensiyanın 2-ci maddəsində deyilir ki, genosid anlayışı altında hər hansı milli, etnik, irqi və ya dili qrupu tamamilə, ya da qismən məhv etmək məqsədi ilə həyata keçirilən aşağıdakı hərəkətlər nəzərdə tutulur: öldürmək, bədən xəsarəti yetirmək, onları psixi pozğunluğa düçar etmək, qəsdən elə bir şərait yaratmaq ki, onlar hissə-hissə və ya tamamilə fiziki cəhətdən yox olsunlar və s. (6) 
    «Mülki və Siyasi Hüquqlar Haqqında» Beynəlxalq Paktın 27-ci maddəsində göstərilir ki, etnik, dini və kiçik dil qruplarının öz mədəniyyətlərini, din və adət-ənənələrini birlikdə yaşatmaq, öz dillərində danışmaq hüququ vardır. (7)
    Azərbaycan Avropa Şurasına üzv qəbul olduqdan sonra 1 il ərzində Milli azlıqların Çərçivə Konvensiyası, eyni müddətdə Regional dillər arasında Çərçivə Konvensiyasına qoşulub. Üç il müddətində isə "Milli azlıqlar haqqında" AR Qanununu qəbul etməlidir. Milli azlıqlarla bağlı hər üç öhdəliyi Azərbaycan Avropa Şurasına qəbul olarkən öz üzərinə götürüb. Bu barədə Avropa Şurasının Azərbaycan nümayəndəliyinin əməkdaşı İnkeri Aarnio Lvoff hələ 2002-ci ildə "Etnik qruplar arasında dailoq" mövzusunda Zuğulbada keçirilən tədbirdə çıxış edərkən məlumat verib. Respublikada milli azlıqlar arasında dialoqun inkişafı və genişləndirilməsi üçün müvafiq işlər görüldüyünü nəzərə çatdıran xanım İnkeri Avropa Şurasının bu sahə üçün nəzərdə tutulan standartlarının Azərbaycanda mərhələ-mərhələ həyata keçirildiyini söyləyib. (8)
    Milli məsələlər üzrə dövlət müşaviri Hidayət Orucov mətbuata açıqlamasında bu sahədəki uğurlar və ölkəmizdə həyata keçirilən milli siyasət barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan svil, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun milli siyasət həyata keçirir. Hətta Azərbaycana rəqib qüvvələr də bu həqiqəti etiraf etmək məcburiyyətində qalırlar. Hidayət Orucov milli siyasət sahəsində əldə olunan nailiyyətləri Azərbaycan xalqının milli azlıqlara tarixən tolerant münasibəti ilə izah edir. Onun sözlərinə görə, Azərbaycanda milli və dini azlıqlara qarşı diskriminasiya siyasəti heç vaxt olmayıb və bu azlıqlar daim Azərbaycan cəmiyyətinin tamhüquqlu üzvü olublar: "1988-93-cü illərin acı dərsləri indi arxada qalıb. Milli həmrəylik möhkəmlənib. Bu, dünya birliyi tərəfindən qəbul olunan gerçəklikdir". (9)
    Ölkəmizdə səfərdə olan AŞ nümayəndələri Azərbaycanda bu sahədə vəziyyətin qənaətbəxş olduğunu bildiriblər. Avropa Şurasının Milli Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyası üzrə Məşvərət Komitəsinin nümayəndə heyəti 2003-cü ilin aprelin 2-də ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür. Nazirliyin rəsmi açıqlamasında bildirilir ki, görüşdə F.Məmmədov Prezident Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar, milli azlıqların hüquqlarının etibarlı müdafiəsinə yönəlmiş tədbirlər, o cümlədən Azərbaycanın bu sahədə mühüm beynəlxalq konvensiyalara qoşuşlması, azsaylı xalqların ictimai birlikləri barədə ətraflı məlumat vermiş, xalqımızın öz tarixi ənənəsinə sadiq qalaraq milli azlıqlara və onların hüquqlarına daim hörmətlə yanaşmasını qeyd etmişdir.
    Azərbaycanda milli azlıqların hüquqlarının etibarlı müdafiə edilməsinin şahidi olduqlarını bildirən nümayəndə heyətinin başçısı Asbyorn Eyde (Norveç) bu sahədə qanunvericiliyimizin təkmilləşdirilməsini razılıqla vurğulamış, əhalinin hüquqi maarifləndirilməsi üzrə aparılan iş yüksək qiymətləndirilMiş. O Milli Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyası müddəalarının həyata keçirilməsi məsələlərinə də toxunmuşdur. (10)
    2003-cü il aprelin 2-də Milli Məclisin (MM) kiçik iclas zalında Avropa Şurasının milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının Məşvərət Komitəsinin nümayəndə heyətilə parlamentin İnsan hüquqları daimi komissiyasının üzvlərinin görüşü keçirilib. MM-in komissiya sədri Sirus Təbrizli AŞ nümayəndələrinin Azərbaycanın şimal bölgəsində, Quba və Xaçmaz rayonlarında olduqlarını xatırladıb. S.Təbrizlinin sözlərinə görə, əgər səfər zamanı yerli əhalinin çətinlikləri müşahidə edilibsə, bu, bütövlükdə ölkə əhalisinə aid olan çətinliklərdir: "Bizim komissiyanın 13 üzvündən 6-sı milli azlıqların nümayəndələridir. Sizdə olan məlumatlarda göstərilir ki, Azərbaycanda əhalinin 10 faizini milli azlıqlar təşkil edir. Ancaq bizim komissiyanın 13 üzvündən 6-sı milli azlıqların nümayəndələridirsə, deməli, bu faiz nisbəti təxminən 50-yə çatır. Bizdə ayrıseçkilik, diskriminasiya olsa, heç kim gəlib burada deputat ola bilməz. Üç Qafqaz respublikası, eyni zamanda MDB-yə daxil olan dövlətlər arasında Azərbaycan ən tolerant dövlətdir. Ümumiyyətlə, bütün millətlərə humanist münasibətdə Azərbaycan çox böyük nüfuz qazanıb və bunu dünyanın ən mötəbər şəxslərindən biri olan II İohann Pavel də dilə gətirib". Millət vəkili "Milli azlıqlar haqqında" qanunun qəbul edilməsinin vacibliyini qeyd edərək vurğulayıb ki, artıq bu məqsədlə İşçi Qrupu yaradılıb. S.Təbrizli sonda komissiyaya milli məsələylə ilə bağlı heç bir şikayət daxil olmadığını nəzərə çatdırıb.
    Nümayəndə heyətinin rəhbəri Asbyorn Eyde isə AŞ-nin İkinci Dünya müharibəsindən və totalitar recimindən keçmiş bir qitənin yaratdığı təşkilat olduğunu bildirb: "Odur ki, totalitar recimlərin, totalitar keçmişlərin miraslarına nəinki sizin ölkənizdə, eləcə də AŞ-nin üzvü olan ölkələrin əksəriyyətinin tarixində rast gəlmək olar. Yəni, bu istər Almaniyaya, istər İspaniyaya, istərsə də Portuqaliyaya aid edilə bilər". Sonra AŞ-nin nümayəndə heyətinin rəhbəri sözügedən quruma daxil olan ölkələrin əksəriyyətində hələ də milli azlıqlarla bağlı müəyyən çətinliklərin mövcud olduğunu bildirib: "Bizim artıq Azərbaycanın şimalında yerləşən Quba və Xaçmaz rayonlarına səfərimiz olub. Səfər zamanı Qırmızıbazar deyilən yaşayış məntəqəsində də olmuşuq. Bizim üçün ən dəyərli təəssürat orada yaşayan yəhudilərin Azərbaycanı özləri üçün doğma yer saymaları oldu". O, sonda Azərbaycanın müsbət təcrübəsindən bəhrələnmək istədiklərini vurğulayıb: "Biz sizdən bəzi şeyləri öyrənirik". (11)
    16-17 oktyabr 2003-cü il tarixdə Almaniyanın paytaxtı Berlin şəhərində Azlıq Məsələləri üzrə Avropa Mərkəzinin təşəbbüsü ilə keçirilmiş «Azlıqlar üzrə Ombudsmanlar şəbəkəsi Konfransında» Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının elmi-analitik şöbəsinin baş məsləhətçisi Aydın Səfixanlı da iştirka etmişdir. Azlıqlar üzrə Ombudsmanlar şəbəkəsi Konfransına Azərbaycan da daxil olmaqla dünyanın 22 dövlətindən 30-dan artıq nümayəndə iştirak edib. Azlıq Məsələləri üzrə Avropa Mərkəzinin prezidenti Mark Valler konfransda çıxış edərək milli azlıqların hüquqlarının müdafiəsində Ombudsmanın xüsusi rolunu qeyd edib. (12)
    30-31 oktyabr 2003-cü il tarixdə Fransanın Strasburq şəhərində Avropa Şurası binasında Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının 5-ci ildönümünə həsr olunmuş  Konfrans keçirilmişdir. Konfransda çıxış edən Avropa Şurasının baş katibi V Şvimmer Avropa Şurasının insan hüquq və azadlıqlarının təmininə mühüm önəm verdiyini və bu məqsədlə bir sıra Konvensiyalar qəbul etdiyini xatırladaraq, qəbul edilən Konvensiyalar sırasında tənzim etdiyi sahənin əhəmiyyətinə görə, «Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının» xüsusi yer tutduğunu iştirakçıların nəzərinə çatdırmışdır. V.Şvimmer həmçinin «Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasını» ratifikasiya etməmiş Avropa Şurası üzv dövlətlərini Konvensiyanı qəbul etməyə çağırmışdır.
    Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının elmi-analitik şöbəsinin baş məsləhətçisi Aydın Səfixanlı I tematik seminarda çıxış edərək ölkəmizdə milli azlıqların hüquqlarının qorunmasında mövcud vəziyyəti və bu sahədə həyata keçirilən hüquqi islahatlar, Azərbaycanda Ombudsman təsisatının yaradılması, səlahiyyətləri və fəaliyyəti barəsində konfrans iştirakçılarına geniş məlumat vermişdir. (13)
    Azərbaycanda məhkəmə icraatı dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslər işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsilə iştirak etmək və ana dilində çıxış etmək hüququ təmin edilir. Bu normativ prinsip Azərbaycan Resprbilkası Konstitusiyasının 127-ci məddəsinin X bəndində təsbit olunmuşdur.
    Rus alimlərindən L.S.Perepelkin və N.E.Rudenskiynin birgə hazırladıqları "SSRİ-də milli məsələ və xalqların hüquqları: sosial-siyasi analizin təcrübəsi" adlı əsərdə bir sıra maraqlı məsələlərdən söhbət açılır. Müəlliflər MDB ölkələrində yaşayan milli azlıqların sosial-fəlsəfi təhlilini verərək baş verə biləcək münaqişələrlə bağlı subyektiv fərziyələrini irəli sürürlər. (14)
    Rusiya Federasiyasında 176 xalqın nümayəndəsi yaşayır.  Milli azlıqların və köklü xalqların hüquqlarının qorunması demokratiyanın inkişafında mühüm amil kimi götürülür. Bu həmçinin siyasi və sosial sabitliyin qorunmasında mühüm rol oynayır. Dövlət hakimiyyətinin federal orqanları bu xalqlar və etnik xalqlara qarşı bir neçə dəfə də ayrıseçkiliyin qarşısını almış və onların hüquq bərabirliyini təmin etmişdir. Rusiya Federasiyasının milli siyasətini əks etdirən konspesiya artıq təsdiq olunub. Konstitusiya səviyyəsində Rusiya dövlətinin çoxmilətli xarakter daşıdığı möhkəmləndirilib. Milli azlıqların və köklü xalqların spesifik hüquqları tanınıb. Bununlu yanaşı, qanunlara bir sıra əlavələrin edilməsi də milli azlıqların, etniklərin hüquqlarını qorumağa xidmət edir.
    Bildiymiz kimi SSRİ dağıldıqdan sonra Rusiya ərazisində millətlərarası münaqişələrin sayı artmağa başladı. Bu münaqişəni törədənlər əsasən etnik qrupların yaşamasından asılı olaraq inzibati ərazi vahidlərinin dəyişdirilməsi tələbi ilə çıxış etməyə başladılar. Rusiya Federasiyasının bir sıra subyektlərində rəhbər kardlar təyin edilərkən etnik mənsubiyyətə fikir verildi. Rusiyada müasir sakit olmayan şəraitdə etniklərarası fikir ayrılığının güclü olduğu bir şəraitdə milli azlıqların və köklü xalqların vəziyyəti iqtisadi çətinliklərlə bağlı daha da ağırlaşdı. Artıq federal və yerli idarəetmə orqanları öz fəaliyyətlərini gücləndirməyə başladılar. Milli azlıqların hüquqlarının qorunması və problemlərinin həlli özündə həmçinin şovinizim ideyalarının qarşısının alınması, ksenofobiya, antisemitzm və aqressiv milləçtiliyə qarşı mübarizəni özündə birləşdirir. (15) İstifadə olunmuş mənbələr
    1. Milli və etnik, dini, və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında Deklarasiya, 18 dekabr 1992.
    2. QANUN curnalının Milli Azlıqlarla bağlı xüsusi buraxılışı, ¹ 6, yanvar 1998, səh. 15.
    3. AŞ-ın "Milli azlıqların hüquqlarının qorunması haqqında" Çərçivə Konvensiyası, 1 fevral 1995-ci il, Fransa, Strasburq.
    4. Beynəlxalq Əmək Təşkilatının 169 saylı "Köklü xalqlar və xalqlar barədə, müstəqil ölkələrdə tayfa həyatı sürən xalqlar" haqqında Konvensiyası. Cenevrə. 26 iyun 1989.
    5. ATƏT-in Milli azlıqlar üzrə Ali Komisarlığının illik hesabatı. Vyana. 2003.
    6. «Genosid cinayətinin qarşısının  alınması və bu cinayətə görə cəza verilməsi haqqında» Konvensiya, 2-ci maddə, 1948.
    7. «Mülki və Siyasi Hüquqlar Haqqında» Beynəlxalq Pakt, 27-ci maddə, 1966.
    8. «AZADİNFORM» İnformasiya  Agentliyinin bülleteni, may 2002.
    9. KASPİ qəzeti, ¹ 118, yanvar 2003.
    10. Azərbaycan qəzeti, 3 aprel 2003.
    11. Milli Məclisin İnsan hüquqları məsələləri daimi komissiyasının 2 aprel 2003-cü il iclasının stenoqraması.
    12. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının elmi-analitik şöbəsinin baş məsləhətçisi A.Səfixanlının hesabatı, 20 oktyabr 2003, Bakı şəhəri.
    13. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının elmi-analitik şöbəsinin baş məsləhətçisi A.Səfixanlının hesabatı, 3 dekabr 2003, Bakı.
    14. SSRİ-də milli azlıqlar: onların tipləri və əsas problemləri, Moskva. 1990.
    15. "İnsan haqları və azadlıqlarının təmin edilməsi və müdafiəsi haqqında" Federal Konsepsiya, Kreml, 1999.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 889
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30