Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ölmək istəmirəm…
    Nədənsə milli mentalitetimiz, adət-ənənələrimiz diridən daha çox ölüyə hörmət üstündə köklənib. Yəni sağlığında daha çox ilgilənmədiymiz yaxınlarımız dünyasını dəyişdikdən sonra, əl-ayağa düşür, göz yaşları axıdır və nəhayət ki, axirətdə rahatlıq tapması üçün əlimizdən gələni etməyə çalışırıq. Mən deyərdim ki, burada da ölümüzə hörmətdən daha çox ətrafı fikirləşirik. Yəni qohum-əqraba, qonum-qonşu, dost-tanış nə deyər prinsipini əsas götürərək onu son mənzilə ləyaqətlə yola salırıq. Amma son mənzil müasir zamanımızda bizlərə baha başa gəlir.

    Bu gün ölüsü ölən daha çox ağlayır məsəli isə artıq leksikonumuzda tamam başqa bir mənanı ehtiva edir. Ona görə yox ki, ölüsü ölüb, ona görə ki, ölüsünü dəfn etmək üçün qəbiristanlıqlarda qəbir yerləri od qiymətinədir. Artıq hər şeydə liderlik edən bəzi acgöz insanlarımız qəbiristanlıqlarda özləri, yaxın adamları üçün yer tutublar. Daha doğrusu hasara alaraq zəbt ediblər. Bəziləri bir az da qabağa gedərək sağlığında baş daşlarını belə qoydurublar. Kasıb təbəqə isə ölüsü ölən kimi onu harada dəfn edəcəyini fikirləşir. Sonda yer tapır, amma çox çətinliklə…
    Bakı şəhərinin sürətli inkişafı və infrastrukturun müasirləşməsi təəssüf ki, bir sıra problemlərin yaranmasına gətirib çıxarıb. Onların arasında mövcud qəbiristanlıqların dolması, müasir dövrün tələblərinə uyğun şəkildə səliqə-sahmana salınması, müvafiq qeydiyyatın elektron daşıyıcılarda aparılması və digər məsələlər də xüsusi yer tutur. Əslində bir çox ölkələrdə elə məhz belədir. Qəbirlərin sıra ilə düzülməsi, qəbir daşlarının eyni ölçüdə və bir rəngdə olması, onların arasındakı məsafənin bərabərliyi, işıqlandırma sistemi və s.
    Amma onu da qeyd edim ki, bu problem təkcə qəbiristanlıqların müasirləşdirilməsi ilə bitmir. Cəmiyyətdə – yəni real həyatda olduğu kimi qəbiristanlıqlarımızda da vəziyyət ürəkaçan deyil. İmkanlı şəxslər qəbiristanlığın daha yaxşı yerində – dəniz, şəhər istiqamətində yer almağa meyillidir. Şəhərin mərkəzindəki qəbiristanlıqlarda vəziyyət isə lap acınacaqlıdır. Əsl problem qəbiristanlıqlarda höküm sürən özbaşnalıqları, xüsusən də şıdırğı alver predmetinə çevrilən qəbir yerlərinin od qiymətinə satılmasıdır. Təbii ki, bu, qeyri-qanuni alqı-satqı prosesindən bəhrələnən dəllalların kimliyi hamıya məlumdur. Nə yazıqlar ki, bu, acı həqiqəti həmin insanlara etiraf etdirmək çox çətindir. Əslinə qalsa heç çətin də deyil. Belə ki, ölüsü ölən hər bir şəxs paytaxt qəbiristanlıqlarına üz tutsa, acı bir mənzərə ilə qarşılaşmış olar. Amma nə etməli, dərdi kimə söyləməli…
    Bu gün paytaxt məscidlərinin ətrafında xüsusi dəllallar vağzaldaymış kimi insanların qabağına qaçır - maşın, çadır, qab-qaşıq, molla təklif edir. Təbii ki, bu insanların məscidlərə heç bir dəxli yoxdur. Onlar xüsusi qruplardır ki. ölüsü ölənin dərisini soyurlar. Budurmu bizim dinimizin bizə təklif etdiyi ədalət və vicdan prinsipi?.
    Artıq son vaxtlar rayona-kəndə bağlı insanlar uzun müddət şəhərdə yaşamalarına baxmayaraq, dünyalarını dəyişdikdən sonra doğulduğu yerlərdə dəfn olunmalırını vəsiyyət edirlər. Bunun mühüm səbəblərindən biri də elə məhz qəbiristanlıqlarda yer problemidir. Daha doğrusu yer var, o yeri almaq üçün pul problemdir. Sağlığında ölümündən sonrakı həngamələri fikirləşən mərhum və mərhumələrimiz isə çətinliklə gün-güzaran keçirən ailəsi üçün əlavə problem qoyub getmək istəmirlər. Onsuz da kifayət qədər problem qoyacaqlarını bildikləri üçün… Çünki, bunun dəfn xərcləri, yuyulması üçün evdən məscidə, məsciddən evə qaytarılması üçün maşın xərci, çadırı, 3-ü, 7-si, 40-ı, cümə axşamları, ehsanı və nəhayət mollsaı kifayət qədər məsrəf tələb edir. 
    Palçıqlı yollarına qurban olduğum kəndimizdə isə əsla belə deyil. Sən ölməyində ol, səni yerdən götürmək üçün bütün el-oba yığışacaq. Qəbiristanlıqda yerin hazır, qəbir qazana, yuyana, çadır gətirib quraşdırana belə pul vermirsən. Hətta camaat ehsanat üçün köməklik də edəcək. Molla məsələsi də paytaxtdakı kimi bir o qədər çətin deyil, nə versən Allah rəhmət eyləsin deyəcək… Bir sözlə xərci borcunu ödəyəcək. Nə etməli?..
    Bu sahədə vəziyyətin yaxşılaşdırılması və salınacaq yeni qəbiristanlıqların Azərbaycan xalqının milli-estetik tələblərinə uyğun olması zərurətini nəzərə alaraq Bakı Şəhəri İcra Hakimiyyəti başçısının sərəncamı ilə xüsusi komissiya yaradılıb. Komissiya artıq özünün bir neçə iclasını keçirib.
    Yeni salınacaq qəbiristanlıqlarda eyni torpaq sahələrinin ayrılması, vahid qaydada hazırlanan başdaşıların qoyulması, təmtəraqlı abidələrin ucaldılmaması, tələb olunan təsisatların yaradılması, o cümlədən hər bir qəbiristanlıqda dəfn edilmiş insanların siyahısının kompyuter variantının hazırlanmalıdır. Bununla yanaşı, Bakı şəhərində mövcud olan köhnə qəbiristanlıqlarda yenidənqurma və konservasiya işləri aparılmalıdır. Onların abadlaşdırılması, hasara alınması və müvafiq avadanlıqla təchiz olunması günümüzün vacib problemlərindəndir. Buna artıq ehtiyac da var. Genişlənməkdə olan paytaxtın möhtəşəm göydələnlərinin əhatəsində qalan bəzi qəbiristanlıqlar bərbad vəziyyətdədir. Onların bir çoxu baxımsızlıqdan uçub dağılıb, bəzilərini isə ot-ələf basıb. Hər bir rayonun ərazisində olan qəbiristanlıqlara bilavasitə həmin rayonun İcra Hakimiyyəti nəzarət etməlidir. İcra Hakimiyyətinin müvafiq strukturları da öz növbəsində qəbiristanlıqların səliqə-səhmanına fikir verməlidir. Təbii ki, bu səliqə-səhman üçün də ölü sahiblərindən «bəxşiş» ummamaq şərti ilə…
    Qafqaz Müsəlmanları İdarəsi məscidlərə ölü daşıyan maşınlar və məclislərin keçirilməsi üçün çadırlar almalıdır. Məscidlər isə öz növbəsində həmin maşınlar və çadırlarla insanların xidmətində durmalıdır. Təbii ki, bunun da vahid qiyməti olmalıdır. Bu qiymət müəyyənləşməli və məscidlərin qarşısından asılmalıdır. Bir sözlə dəllalların insanların dərisini soymalarına imkan verilməməlidir.
    Türkiyə Cümhuriyyətində olduğu kimi. Məsələn qardaş ölkədə ölü aparan maşınlar digərlərindən fərqlənir. Onlar ölü sahiblərindən maşında quraşdırılan sayğacda yazılan qiyməti alırlar. Bizimkilər kimi yox…
    Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətində paytaxt qəbiristanlıqlarında səliqə-sahman yaradılması və yeni salınan qəbiristanlıqların milli-estetik tələblərə uyğunlaşdırılmasının təmin edilməsi məqsədi ilə yaradılan işçi komissiyanın növbəti iclası keçirilib. İclasda Nərimanov rayonunda yerləşən şəhər qəbiristanlığının köçürülməsi ilə bağlı məsələlər müzakirə olunub.
    Qeyd edək ki, şəhər infrastrukturunun yeniləşdirilməsi tələblərinə uyğun olaraq, təzə yolların salınması ilə bağlı Səbail və Nərimanov rayonlarında olan qəbiristanlığın köçürülməsinə zərurət yaranıb. Bibiheybət qəbiristanlığının köçürülməsi artıq sona çatmaqdadır. Nərimanov rayonundakı qəbiristanlıqdan isə məzarların 40 hektarlıq Hövsan qəbiristanlığına köçürülməsi prosesi hələ davam edir. Köçürmələr müəyyən olunmuş qrafik üzrə aparılır. Bu qəbiristanlıqda İkinci dünya müharibəsi dövründə Bakıdakı hərbi hospitallarda vəfat etmiş döyüşçülərin xatirəsinə abidə ucaldılması ilə bağlı layihə-smeta işləri də başa çatıb. Abidənin 2008-ci il mayın 9-na açılışı planlaşdırılır.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 837
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30