Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Öz qazanımız, öz xızanımız
    İyunun 20-də Azərbaycan curnalistləri olaraq növbəti – 5-ci qurultayımızı qeyd etdik. Rəşid Behbudov adına Mahnı Teatrında düzənlənən toplantının gərgin keçəcəyi əvvəlcədən bəlli idi. Bu gərginlik üçün əsaslı səbəb olmasa da, qurultaydan bir-iki gün əvvəl tərəflərin mətbuatda açıqlamları ictimaiyyətin diqqətindən yayınmamışdı. Təbii ki, hər iki tərəf gətirdikləri arqumentlərin əsaslı olduğunu iddia edirdi. Demokratik ab-hava şəraitində keçən qurultayda da bu iddialar səsləndirildi. Bu iddiaların cavabı verildi, adekvat çıxışlar oldu.

    Qurultayda ilk olaraq Rəyasət Heyəti, Katiblik, Say və Mandat komissiyaları yaradıldı. Reqlament və gündəlik təsdiq olundu.
    Media özünü tam təmin edə bilmirsə… Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan curnalistlərini Qurultay münasibəti ilə təbrik etdi, dövlət başçısının salamlarını çatdırdı. Ə.Həsənov qeyd etdi ki, dövlət hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanda curnalistikanın inkişafına dəstək verəcək. Ə.Həsənov çıxışı zamanı ölkədə mətbuatın inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlərdən danışdı. O bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən senzura ləğv olunub və bu dövrdən medianın müstəqillik tarixi başlanıb. Ancaq medianın senzuradan azad edilməsi dərhal onun inkişafına gətirib çıxarmayıb. Bütün sahələrdə olduğu kimi mətbuatın da özünəməxsus problemləri var. Curnalistika mədəniyyət, elm və digər sahələr kimi bazar iqtisadiyyatına çətin uyğunlaşan bir sahədir. Azərbaycanda reklam bazarının zəifliyi, iqtisadi inkişafın birdən-birə baş verməməsi medianın vəziyyətini daha çox alıcılardan asılı vəziyyətə saldı. Odur ki, keçən müddətdə Azərbaycan mediasının yaşadığı problemlər bütövlükdə Azərbaycan cəmiyyətinin yaşadığı problemlərdən heç də kənarda, əlahiddə bir problem olmayıb. Ə.Həsənov qeyd etdi ki, 2001-ci ildən başlayaraq, mediada sözün həqiqi mənasında inkişaf meyilləri müşahidə olunmağa başlayıb. Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra KİV-lə bağlı qanunvericilik yenilənib. Nəticədə media üzərindən demək olar ki, bütün dövlət tənzimləmə mexanizmləri aradan qaldırılıb.
    Bu gün Azərbaycan postsovet məkanında 2-3 dövlətdən biridir ki, burada media fəaliyyəti ilə məşğul olmaq üçün heç kimin icazəsinə ehtiyac yoxdur. Həmçinin media orqanları əsas vergilərdən azad olunub. Medianın inkişafı ilə bağlı dövlətin xüsusi sərəncamları, fərmanları var. Mediaya güzəştli kreditlər verilib, keçid dövründə mətbuatın Azərbaycan Nəşriyyatına olan borcları dövlət hesabına silinib.
    Ə.Həsənov bildirdi ki, Azərbaycan mətbuatının iki əsas problemi hələ də həll olunmayıb: "Cənab İlham Əliyevin tapşırığı ilə biz - media ilə məşğul olan dövlət qurumları həmin problemlərin aradan qaldırılması istiqamətində böyük və ciddi planlara başlamışıq. Bu problemlərdən biri medianın maddi, iqtisadi bazasının zəifliyidir. Bu zəiflik nəticəsində media ayrı-ayrı imkanlı insanlardan, qurumlardan asılı vəziyyətə düşüb. Müstəqil medianın ən mühüm problemi məhz budur. Media özünü tam təmin edə bilmirsə, öz curnalistlərinə layiqli həyat şəraiti yarada bilmirsə, istər-istəməz asılı vəziyyətə düşür. Bunun səbəbləri müxtəlif cür izah olunur. Bir qisim düşünür ki, Azərbaycanda iqtisadi inkişaf hələ də tam bazar iqtisadiyyatı qanunlarına keçməyib. Digər bir qisim isə düşünür ki, Azərbaycanda çoxlu qəzet mövcuddur. Başqa bir qisim mətbuatın həddən artıq siyasiləşməsini önə çəkir. Bu kimi digər səbəblər də göstərilir. Əsas məsələ odur ki, biz Azərbaycan mediasının iqtisadi müstəqilliyini təmin etməliyik",-deyə Ə.Həsənov əlavə etdi. O, digər problemi Azərbaycan curnalistlərinin peşəkarlığının aşağı olması əlaqələndirdi. "Bu o demək deyil ki, Azərbaycan mətbuatında peşəkar curnalistlər yoxdur. Lakin peşəkar olmayanların sayı peşəkarların sayından 10 dəfə çoxdur",-deyən dövlət rəsmisi bildirdi ki, vəziyyətdən çıxış yolu hamılıqla azad medianın dairəsinin genişlənməsinə dəstək verilməsidir.
    Demokratiyaya zidd heç nə yoxdur… Mətbuat Şurasının sədri Amaşov hazırda ölkəmizin nəzərəçarpacaq inkişafı ilə mediamızın durumu arasında kəskin fərqlərin mövcud olduğunu bildirdi. Medianın ağır iqtisadi vəziyyəti onları müxtəlif tərəflərin, cinahların, qurumların himayəsinə sığınmağa, əksər hallarda isə hamilərinin ruporuna çevrilməyə sövq edir. "Müstəqil nəşrlərimiz barmaqla sayılacaq qədərdir. Mətbuat Şurası bu qlobal problemin həllini daha vacib, həm də mediamızın, curnalistikamızın xoşagəlməz fəsadlarla üzləşməsinin qarşısının əsaslı surətdə ala biləcək cəhət saydığından onun reallaşdırılması istiqamətində bütün səylərini əsirgəmir. Mətbuat Şurası bu ilin aprelində mətbuata dövlət dəstəyini nəzərdə tutan konsepsiyanın yekun mətnini Prezidentin İcra Aparatına təqdim edib. Sənəd dövlət və ictimaiyyət təmsilçiləri, Mətbuat Şurası İdarə Heyətinin üzvləri, media və iqtisadiyyat sahəsində tanınmış ekspertlərin birgə səyi ilə ərsəyə gəlib",-deyən Ə.Amaşovun sözlərinə görə, Mətbuat Şurasının iqtisadi məsələlərlə bağlı tədbirləri yalnız həmin sənəd üzərindəki işlə məhdudlaşmayıb. Ə.Amaşov bildirdi ki, Mətbuat Şurasının fəaliyyətinin əsas hissəsini şikayət və müraciətlərə baxılması təşkil edir.
    Ə.Amaşovun sözlərinə görə, Mətbuat Şurası 5 ildir ki, fəaliyyət göstərir. Bu zaman kəsiyində bir çox işlər görüb, yarımçıq qalanları da az deyil: "Əvvəlki hesabatlarımızda verilən müsbət qiymət Şuranın öz missiyasını uğurla yerinə yetirməyə nail olduğunu deməyə əsas verir. Beş il əvvələ baxdıqda hansı çətinliklərin dəf edildiyini indi də aydınlıqla dərk etmək mümkündür.
    Mətbuat Şurasının İdarə Heyətinə Şuranın Nizamnaməsinə ediləcək dəyişikliklər və əlavələrin layihəsini hazırlayıb bu qurultayımızın müzakirəsinə təqdim etmək həvalə olunub. Tam qətiyyətlə deyə bilərəm ki, demokratiyaya zidd heç nə yoxdur. Əvvəla, Nizamnamənin konkret 4.4.2 bəndi əlavə və dəyişikliklər üçün imkanları açıq saxlayıb. Ölkələrin konstitusiyalarına, beynəlxalq qanunlara düzəlişlər, əlavələr edilir. İkincisi, demokratiya bir qrupun deyil, əksəriyyətin iradəsinin qəbuludur. Digər tərəfdən, mediamızın problemləri az deyil. Yuxarıda bunların bəziləri barədə danışdıq. Gücümüzün çox hissəsini təşkilatlanmaya, quruculuğa sərf etdik. Obyektiv və subyektiv səbəblərdən nəzərdə tutduqlarımızın, vəd etdiklərimizin bir qisminə nail ola bilmədik. Amma çox ağır mərhələ arxada qalıb. Daha effektiv fəaliyyətə real imkanlar yaranıb. Görüləsi işlər də çoxdur. Birincisi, medianın iqtisadi durumunun yaxşılaşdırılması sahəsində təcili tədbirlərin gerçəkləşdirilməsinə ehtiyac var.
    Sonra Mətbuat Şurasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri Mübariz Zeynalov hesabat verdi.
    Səs yığıb seçilənlər… Qurultayda Şuranın Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri Mübariz Zeynalov, Qadir İbrahimli, Malik Bayramov, Elşad Eyvazlı (ehtiyat üzv) seçildi. Bunun ardınca isə Şuranın İdarə Heyətinə keçirilən gizli səsvermənin nəticələri açıqlandı. Belələiklə, 27 curnalist namizədlər arasından Əflatun Amaşov, Elçin Şıxlı, Rəşad Məcid, Bəxtiyar Sadıqov, Mehman Əliyev, Umud Mirzəyev, Vüsalə Abışova, Vüqar Rəhimzadə, Tapdıq Abbas seçildilər. Akif Aşırlı və Aydın Quliyev isə ehtiyat üzvlər oldular. 18 ictimaiyyət nümayəndəsi arasından isə İdarə Heyətinə Vüqar Səfərli, Kamal Abdulla, Hacı Sabir Həsənli, Aqil Abbas, Müşviq Ələsgərli, Cəmil Həsənli seçildilər. Qafar Çaxmaqlı və Qulu Məhərrəmli isə ehtiyat üzvlər oldular. Ə.Amaşov açıq səsvermə yolu ilə yenidən Mətbuat Şurasının sədri seçildi. Xeyrli olsun…
    Nizamnamə Quran ayəsi deyil ki… Qurultayda ən əsas məsələ təbii ki, Şuranın Nizamnaməsinə əlavə və dəyişikliklərin müzakirəyə çıxarılması oldu. Çıxışlar zamanı Şuranın İdarə Heyətinin üzvləri Arif Əliyev, Zeynal Məmmədli, Qulu Məhərrəmli bu dəyişikliklərin əleyhinə çıxdılar. Azər Həsrət, Müşfiq Ələsgərli, Vüsalə Abışova və böyük əksəriyyət isə dəyişiklikləri dəstəklədilər.
    Müzakirələrdən sonra məsələ səsə qoyuldu və 214 nəfər qurultay iştirakçısından 9 nəfər əleyhinə, 3 nəfər bitərəf olmaqla dəyişikliklər qəbul edildi. Dəyişikliklərə əsasən, Nizamnamənin 3.14 maddəsinin birinci cümləsində "iki ildir" sözləri "dörd ildir" sözləri ilə əvəz edildi. Nizamnamənin 3.18 maddəsi isə tamamilə çıxarıldı. Nizamnamənin 4.11.1 maddəsinin ikinci cümləsində "iki il" sözləri "dörd il" sözləri ilə əvəz edildi və "dalbadal iki müddətdən artıq olmamaq şərtilə" sözləri çıxarıldı. Nizamnamənin 4.12.1 maddəsində ikinci abzasın üçüncü cümləsindəki "bir illik müddətinə" sözləri "iki illik müddətinə" sözləri ilə əvəz edildi.
    Bundan sonra Mətbuat Şurasının sədri 2 il müddətinə deyil, 4 il müddətinə seçiləcək. Mətbuat Şurasının sədrinin 2 dəfə seçilə bilməsini nəzərdə tutan müddəa isə ləğv olundu. Şuranın seçkili qurultayı 4 ildən bir, hesabat qurultayı isə 2 ildən bir keçiriləcək.
    Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliyə zərurəti şərtləndirən səbəblər var idi. Əvvəla, Mətbuat Şurasının Nizamnaməsi digər sənədlər kimi əlavə və dəyişikliklərə hər zaman açıqdır və belə də olmalıdır. Hətta sənədin özündə də 2/3 səs çoxluğu ilə Nizamnaməyə dəyişikliyin mümkünlüyü vurğulanır. Əgər Nizamnaməyə dəyişiklik edilməməsi prinsip məsələsidirsə, onda, ümumiyyətlə bu müddəa sənəddə niyə qeyd olunub.
    İki il müddətin normal fəaliyyət və zəruri tədbirlər həyata keçirilməsi üçün çox az bir vaxt olduğu hamımıza məlumdur. Ölkə curnalistikasının inkişafına xidmət edən bir sıra layihələrin həyata keçirilməsi üçün bu müddət kifayət etmir. Bu layihələrin bir çoxu da hazırda fəaliyyət göstərən Mətbuat Şurasının sədri və üzvlərin ideyası ilə hazırlanıb. Ümumiyyətlə, dünyada olan təcrübə də göstərir ki, hər hansı seçkili orqanın fəaliyyət müddəti ən azı 4 il və ondan da çoxdur. Bu müddət həm normal fəaliyyət göstərmək, həm də fəaliyyətin qiymətləndirilməsi nöqteyi-nəzərindən uğurlu seçimdir.
    Digər tərəfdən iki il Şuranın və ona rəhbərlik edən şəxsin fəaliyyətinin qiymətləndirilməsi üçün yetərli deyil. Çünki bəzi işlər, layihələr yarımçıq qalır, onların uğurla başa çatdırılması mümkün olmur. Bunun üçün də şuranın fəaliyyət müddətinin uzadılması ilə bağlı təkliflərin əsası var.
    Hər nədəndirsə… Qurultayda daha çox Amaşovun sədr kimi fəaliyyətini davam etdirməsinə qarşı fikirlər səslənirdi. Həm də onunla bir vaxtlar Mətbuat Şurasını yaradan insanlar tərəfindən. Onlardan da biri Arif Əliyev idi. A.Əliyev çıxışında Nizamnaməyə dəyişikliyin qəti əleyhinə çıxır, bunun üçün «xüsusi şərait»in lazım olduğunu bildirir, konkret olaraq keçmiş silahdaşı Ə.Amaşovu ittiham edir, onun sədr seçilməsinə hər vəchlə mane olacağını bildirirdi. A.Əliyevin «xüsusi şərait» dedikdə nəyi nəzərdə tutduğu aydın deyildi. Məgər Nizamnaməyə dəyişiklik üçün «xüsusi şəraitə»mi ehtiyac var? Təbii ki, keçmiş silahdaşların münasibətlərindəki gərginliyin haradan qaynaqlanmasının təfsilatı bizə bəlli deyil. Daha doğrusu nəyi bölə bilməmələrindən xəbərsizik. Hər ikisi Azərbaycan mətbuatında sayılıb-seçilən curnalistlərdəndir. Konkret A.Əliyev Azərbaycan curnalistikasının inkişafına hansı töhfəni verib, o barədə məlumatsızam. Amma beynəlxalq curnalist təşkilatları ilə çox sıx əlaqələrə malik bu şəxsin ölkənin mətbuat sahəsinə ayrılan qrantların idarə edilməsində xüsusi rolu və payı var. Şəxsən mən A.Əliyevi daha çox bu sahənin sərrafı kimi tanıyıram.
    Digər tərəfdən A.Əliyev çıxışı zamanı kinayə ilə Qurultayın keçirilməsində maliyyə dəstəyi göstərən «Azersell»in stendini işarə edərək Azərbaycan curnalistikasını lağa qoyur, istehza ilə gülür… Amma özü elə məhz «Azersell»in birbaşa təşkilatçılığı və maliyyəsi hesabına on günlərlə (ik dəfə, cari mövsümdə də gedəcəkdi) Türkiyədə - Antaliyada istirahət edir. Təzaddır, elə deyilmi… Əgər A.Əliyev bu cür dəstəkdən, sponsorluqdan yararlanmağın əleyhinədirsə özü niyə bundan SƏMƏRƏLİ istifadə edir. Həm də DƏFƏLƏRLƏ…
    A.Əliyev hansısa beynəlxalq curnalist təşkilatının məktubunu oxuyur və Azərbaycan mətbuatını təhlükənin gözlədiyini bəyan edir. Hətta əlavə edir ki, onlar Azərbaycan mediasında baş verən hadisələrdən xəbərdardırlar. Əlbəttə ki, xəbərdar olacaqlar…
    Onların buradakı mirzələri gecə-gündüz ölkənin əleyhinə «danons» yazmaqla məşğuldur. Bilib nə edəcəklər. Biz narahat deyilik. Qoy, onlardan qrant almaq üçün dəridən-qabıqdan çıxan mirzələri narahat olsun. 
    Bunlar belədir və belə də olacaq, heç vaxt dəyişməyəcəklər. Özlərini Azərbaycan mətbuatının atası-anası hesab edirlər. Amma yazıq mətbuat onlardan bir ata-analıq görməyib. Sanki yetim doğulub.
    Bunlar yalnız mətbuatın arxasında böyük görünür. Çünki qarşılarında mətbuat var, ondan. Mətbuat isə heç vaxt onları öndə görməyib. Onlar önə yalnız LEŞ iyi duyanda çıxıblar.
    Əflatun Amaşova gəlincə… Heç kimə sirr deyil ki, bu gün Mətbuat Şurasından siyasi məqsədlər üçün istifadə etmək istəyən qüvvələr az deyil. Onlar Şuranı beynəlxalq curnalist təşkilatlarının inhisarına salaraq qrant adı altında milyonlar qazanmaq niyyətində idilər. Etiraf edək ki, bir vaxtlar həmin qüvvələrlə eyni xəttə olan Ə.Amaşov artıq onların girovundan sıyrılıb. Bu hələ curnalistlərin ötən qurultayından əvvəl baş verib. Açıq etiraf edək ki, həmin ərəfədə onlar Ə.Amaşovun «qələmini sındırmışdılar». Qurultayda isə Ə.Amaşovu nəyinki Mətbuat Şurası, ümumiyyətlə mətbuat tarixinin oxunmayan arxivinə «gömmək» istəyirdilər. Amma buna nail ola bilmədilər. Daha doğrusu müstəqil və daha çox hakimiyyətə loyallığı ilə tanınan mətbuatın qurultayda iştirak edən nümayəndələri Ə.Amaşovu bu uçrumdan xilas etdilər. Amma belə götürdükdə Ə.Amaşov fəaliyyəti müddətində daha çox qurultayda onun əleyhinə kampaniya aparan, ondan-bundan xahiş edib onun əleyhinə səs yığmaq istəyən curnalistlərə bu və ya digər mənada dəstək göstərib. 
    Müstəqil və yaxud da hakimiyyətə loyallığı ilə seçilən KİV-lərə və nümayəndələrinə yuxarıdan aşağı baxıb. Sonuncular sadəcə Şuraya üzvlük haqqı lazım olanda, kütləvi tədbirlərdə yada düşüb. Bunlar bir neçə ildə – hamımızın gözləri qarşısında baş verib. Amma müstəqil mətbuat və curnalist olaraq çoxumuz Amaşovdan inciməmişik,  problemə prinsip nöqteyi-nəzərindən yanaşmamışıq. Əgər əksi olsaydı Ə.Amaşov nəyinki Şuranın sədri, heç üzvü də ola bilməzdi. Cənab Amaşov bu təhtid deyil, sadəcə həqiqətin özüdür.
    Amma bütün bunlara baxmayaraq biz müstəqil mətbuat olaraq Amaşovu dəstəkləməkdə heç də yanılmamışıq. Çünki Amaşov bu gün üçün Şura sədrliyinə ən layiqli adamdır. Hamı ilə ünsiyyət qurmağı bacarır, salam-kəlamını əsirgəmir, telefonlarımızı cavabsız buraxmır…
    Fəaliyyəti müddətində Mətbuat Şurasının sədri kimi Amaşov müsbət işlər görüb. Dünənə qədər yersiz-yurdsuz keçinib. Şuranın aparatını formalaşdırıb, qurumun yerlə təmin olunmasına nail olub, hakimiyyətlə, cəmiyyətlə mətbuat arasında nizamlayıcı funkusiyanın öhdəsindən ləyaqətlə gəlib, ən əsası tərəfsiz olub.
    Hazırda Mətbuat Şurasının məhz Ə.Amaşovun birbaşa iştirakı ilə hazırladığı layihələri var ki, onların həyata keçirilməsi mətbuatda mövcud olan problemlərin aradan qaldırılmasına müsbət təsir göstərəcək. Belə olan təqdirdə əgər Şura və onun sədri müsbət fəaliyyət göstəribsə, ona rəhbərlik edən şəxs qarşısında duran vəzifələrin öhdəsindən gələ bilibsə, axı niyə də ona yenidən etimad göstərilməyəydi? Bunun üçün qanunlarda əngəl yoxdursa (Nizamnaməyə dəyişiklikdən sonra), Ə.Amaşov niyə öz namizədliyini irəli sürməsin. Şəxsən mən düşünürəm ki, Şuranın ilk sədri kimi Ə.Amaşovun buna daha çox haqqı var…

        Âęîíňŕęňĺ Ěîé Ěčđ ß.đó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 855
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30