Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Evi yıxılanlar. III hissə
    (əvvəli var) Bəli, indi vətəndaş oturub evinin başına uçulacağı günü gözləyir. Dəhşətdir, elə deyilmi? İnsanları göz görə-görə istismar edir, dələduzluq yolu ilə əlində nəyi var alıb, onu var-yoxdan çıxarırlar. Bu dələduzluq faktı həm də yuksək səviyyədə həyata keçirilir. Bu rəzalətdir, alçaqlıqdır, şərəfsizliyin ən aşağı formasıdır. Dövlətin məmurları vətəndaşına bu qədər zülm edərmi? Belə iyrəncliklər Azərbaycan istisna olmaqla bəlkə də dünyanın heç bir yerində yoxdur.

    Artıq neft şirkətinin yetkililəlri evlərin yıxılması prosesinə Binəqədi qəsəbəsindən başlayıb. 05.03.2009-cu il tarixdə, günün birinci yarısında ARDNŞ-in Təhlükəsizlik İdarəsinin Firudin adlı başsız başbiləninin göstərişi ildə mədən ərazisində guya qeyri-qanuni tikililərin bir neçəsini söküblər. ATV kanalının görüntülərindən də məlum olur ki, insanlar əslində qeyri-qanuni heç bir iş görməyiblər. Bələdiyyənin qərarı, İcra Nümayəndəliyinin göstərişi ilə iş görüblər. Onlar hətta, biz bu yazının I və II hissəsində dönə-dönə vurğuladığımız kimi ARDNŞ Təhlükəsizlik İdarəsi əməkdaşlarına 2000 manatdan çox məbləğdə rüşvət verdiklərini bildirdilər. Bu faktın sübut olunması üçün heç bir əlavə dəlilə ehtiyac yoxdur. Çünki, əgər neft quyusunun 2 km-də ev tikilibsə belə, deməli vətəndaşdan rüşvət alıblar. Bunu Binəqədidə kiçikdən-böyükə kimdən soruşsan təsdiq edəcək. Bu faktı cəsarətlə yazır və arxasında da dururum.
    Əraziyə gələn Binəqədi qəsəbə bələdiyyəsi və icra nümayəndəliyinin yetkililəri vətəndaşların mövqeyini müdafiə etdlilər və baş verənləri anormal hal kimi qiymətləndirdilər. Nə yazıq ki, Azərbaycan cəmiyyətində ARDNŞ-lə kəllə-kəlləyə gələ bilən qurum yoxdur. Bu anormal məmləkətdə ARDNŞ-in sıravi işçisi bələdiyyə sədri, icra nümayəndəsindən hörmətlidir.    
    Çoxlarına məlumdur ki, Binəqədi qəsəbəsi Abşeronun neftlə zəngin ərazilərindəndir. Burada hər addımbaşı neft quyusuna rast gəlirsən. Hələ sovetlər dönəmində belə insanlar bu qəsəbədə neft quyularının düz 10-15 metrliyində ev tikirdilər. İndi nə oldu, pişik asqırdı... ARDNŞ əməkdaşları Binəqədi qəsəbəsində çıxarılan neftdən daha çox, tikintiyə icazə verdikləri üçün qazanır. 
    Bəli, indi tamam fərqli, həm də anormal bir cəmiyyətdə yaşayırıq. Müstəqilliyin dadını bir qrup mafiozdan başqa heç kəs bilmir. İndi onlar üçün sərhədlər taybatay açıqdır. Hara istəsələr gedir, nə istəsələr geyir, minir, yeyir, tikir... Amma ittifaq dövründə bu sadalananlara heç də asanlıqla nail olmaq mümkün deyildi. Aldığının, geydiyinin, miniyinin, tikdiyinin və yediyinin hesabatını verirdin. Sovet Azərbaycanı rəhbərliyinin Kremldən qorxusu var idi. Yüngül bir şikayətə baxmaq üçün Moskvadan nümayəndə gəlirdi. Rüşvət müstəqillik dövründə olduğu kimi ölkənin bütün sferalarına sirayət etməmişdi. Azərbaycan müəllimi, neftçisi, jurnalisti hər yay tətilində Rusiyanın dünyada bənzəri olmayan sanatoriyalarında dincəlir, nataşalar, aksanalarla həmguş olub keflərinə-kef qatırdılar. Bu gün həmin müəllim, neftçi, jurnalist Masazırı o tərəfə keçmək üçün yol pulu tapa bilərmi? 
    Martın 5-də Türkiyə telekanallarının birində Braziliyada keçirilən karnavalı izləyirdim. Aparıcı tədbirdə tamaşa etmək üçün qatılan insanların haradan gəldiyi ilə maraqlanırdı. Onların içərisində Azərbaycandan gəlmiş 3-4 gənc oğlan da var idi. Aparıcının Azərbaycanda nə işlə məşğul olursunuz sualına cavabı eşidəndə təəccüblənmədim. Bəli, bu gənclər Dövlət Neft Şirkətinin əməkdaşları idilər. Neftin pullarını gözdən, könüldən uzaq Braziliyada həzm-rabedən keçirirdilər.
    Neft - bu təbii sərvət xüsusi bir qurup üçün səltənət yaradıb, kimlərin isə evini başına uçurub. Bu gün məmləkətdə neftə qarşı bir antipatiya var. Neftdən gələn gəlirdən vəd olunan xoş gələcək xəyaldan başqa bir şey deyilmiş. Mövzudan uzaqlaşsaqda bu da bizim dərdimizdir.
    Binəqədi qəsəbəsində və ümumiyyətlə Bakı kəndlərində ARDNŞ-in sadə vətəndaşlara qarşı həyata keçirdiyi “səlib yürüşü”nün başqa səbəbləri olduğu vurğulanır. İnsanlar yayın gəldiyini, tikinti işlərinin başlayacağını xatırladaraq ARDNŞ-in “daska”nı qaldırmaq üçün manevr etdiyini bildirirlər.    
    (ardı var)
     

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 818
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30