Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycanda milli azlıqlar
    Beynəlxalq təcrübədə monoetnik dövlət tapmaq çətindir. Dünyanın əksər dövlətləri çoxmillətlidir. Azərbaycan Respublikası də bu mənada istisnalıq təşkil etmir. Öz coğrafi və strateci mövqeyi, iqlim şəraiti, təbii ehtiyatları, yeraltı və yerüstü sərvətləri baxımından çox əhəmiyyətli olan Azərbaycan bütün dövrlərdə beynəlxalq aləmin diqqət mərkəzində olub. SSRİ-nin dağılmasından sonra postsovet məkanında (MDB) bir çox respublikalarda "etnik təmizləmə" siyasəti həyata keçirilib.

    Lakin Cənubi Qafqazın ən inkişaf etmiş respublikası hesab olunan Azərbaycanda bu prosesin başlanmasına ümumiyyətlə cəhd olmayıb.
    Azərbaycan qanunları təsdiq edir ki, öz müqəddaratını təyinetmə insanın ümumi hüquqlarından biridir. Dövlət bütün səylərini ona yönəldir ki, onun vətandaşları dini, etnik və sosial özünütəyinetmə hüququndan istifadə etsinlər. Eyni zamanda vətəndaşlar müxətlif kollektivlərdə təşkilatlana bilərlər, onların özünəməxsusluğu məhz kollektivlərdə daha bariz şəkildə nəzərə çarpır.
    Azərbaycan əsrdən-əsrə, dövrdən-dövrə yerli-aborigen tayfa birləşmələri və xalqlarla yanaşı, öz taleyini, öz gələcəyini bu torpaqla bağlayan bir sıra milli azlıqların, azsaylı xalqların və etnik azlıqların da doğma vətəninə çevrilib.
    Azərbaycanın çoxmillətli bir ölkəyə çevrilməsinin obyektiv və subyektiv səbəblərinin dərinliklərinə varmadan bir cəhəti xüsusilə vurğulamaq istərdik ki, bu torpağı özünə əbədi məskən seçmiş xalqların əksəriyyəti zaman keçdikcə doğmalaşmış, bəziləri isə yerli xalqlarla qaynayıb-qarışmışlar.
    Bu gün haqlı olaraq bu torpaqda yaşayanların çoxu Azərbaycanı özlərinin doğma və əbədi vətənləri hesab edirlər. Bütün bu cəhətlər indi nəinki demoqrafik hesablamalarda, həmçinin Azərbaycan xalqının, millətinin formalaşmasının məzmununda və tərkib hissəsində də özünü göstərir.
    1999-cu ildə keçirilən əhalinin sonuncu siyahıyaalınması azsaylı xalqların milli tərkibi, milli mənsubiyyətə görə sayı, onların öz millətinin dilini ana dili kimi qəbul etməsi, sərbəst danışdığı dillər və digər məsələlər ətrafında geniş bilgilər ortaya çıxardı. Siyahıyaalınma göstərdi ki, Azərbaycan əhalisinin 17 faizə qədərini 80-dən çox irili-xırdalı millətin nümayəndəsi təşkil edir. Yerli əhali ilə yanaşı respublikamızda yaşayan ləzgilər, talışlar, inqiloylar, avarlar, saxurlar, kürdlər, tatarlar, tatlar, udinlər, ivritlər, xınalıqlar və s. xalqların nümayəndələri Azərbaycanı özlərinə vətən sayırlar. (AR Statistika Komitəsi, Bakı, 2000)
    Hazırda dövlətin özünün milli azlıqlarına qarşı münasibəti aşağdakı prinsiplərlə ölçülür:
    - dövlətin ərazi bütövliyi və onun suverenliyi prinsiplərinə qeyri-şərtstz əməl edilməs;
    - milli azlıqların hüquq və azadlıqlarının qorunmas;
    - milli azlıqların dillərinin, mədəniyyətlərinin, məişətinin
         qorunmasında dövlətin təminatı;
    - ölkə Konstitusiyası, Milli Məclisin müvafiq qanunları və      prezidentin fərmanları əsasında milli azlıqların hüqüqlarının      qorunması;
    Bura həmçinin aşağıdakı aspektləri də daxil etmək lazımdır:
    - Azərbaycan çoxmillətli ailəsində birgə həyat və fəailyyətin inkişaf etdirilməsi;
    - tarixi dostluq və mehriban qonşuluq əlaqələrinin qorunması;
    - ideoloci-hüquqi və mənəvi-pisxaloci bazanı möhkəmləndirmək üçün vətənpərvərlik ideyalarının həyata keçirilməsi;
    -   milli, irqi, etnik, dini mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının əsl hüquqlarını təmin etmək;
    -   millətçilik, iriqçilik, hallarına yol verməmək;
    (Üentralcnaə Aziə i Kavkaz. Curnal soçialnoqo-politiçeskix issledovaniy. Şveçiə. 2003. 4 (28). Q.Orudcev. Naüionalcnıe mencşinstva Azerbaydcana seqodnə. Str. 160) XINALIQLAR. Xınalığın tarixi çox qədimdir. Hələ eramızın birinci əsrində yaşamış yunan alimi və coğrafiyaşünası Strabon özünün 17 cildlik «Coğrafiya» adlı əsərində Qafqazda 26 alban tayfasının yaşadığını və onlardan hər birinin öz dillərində danışdığını yazırdı. Deməli, tarixin pasportuna 2 min il tarixlə həkk olunmuş xınalıqlar da Qafqaz Albaniyasının o zamankı və ondan da qabaqkı tayfalarındandır. Bunu Xınalıq kəndindəki 8 böyük qəbirstanlıq və bu qəbirstanlıqlardakı 3-4 mərtəbəli qəbirlər də sübut edir.
    Xınalıq kəndi Quba bölgəsində səfalı Şahdağın qoynunda, dəniz səviyyəsində 2300 metr yüksəklikdə böyük bir təpənin başında yerləşir. Çaylaq daşından inşa edilmiş evlərin hamısı ikimərtəbəlidir. Onların birinci mərtəbəsindən mal-qara saxlamaq üçün tövlə kimi, ikinci mərtəbsindən isə yaşayış evi kimi istifadə olunur.
    Əsrlər şahidi olan Xınalıq elə bil dağlarda  adadır. Üç tərəfdən Qudyal, Rutsoş və Dəyirmənçay kimi çaylar Xınalığı öz əhatəsinə alıb.
    Xınalığı dünyada daha çox tanıdan onun mürəkkəb quruluşlu dilidir. Xınalıqların dili şərti olaraq Dağıstan dilləri ləzgi qrupunun Şahdağ yarımqrupuna aid edilir. Bu dildə mövcud olan 77 hərfdən 18-i sait, 59-u isə samitdir. Cins kateqoriyasının möhkəm yer tutduğu Xınalıq dilində 9 nitq hissəsi və ismin 18 halı var. Səs sistemi mürəkkəbdir. Qrammatik qurluşu Dağıstan dillərindən bir sıra fərqli cəhətləri ilə seçilir. Xınalıq dilində ismin sinif, kəmiyyət və hal kateqoriyaları var. Say sistemi iyirmilikdir. Fel formaları zəngindir. Leksikasında Azərbaycan, rus, ərəb və fars dillərindən keçmə sözlər çoxdur. Yazısı rus qrafikası əsasında yaradılmışdır. (Həmidov A.İ. Buduq və xınalıq dillərində Azərbaycan dilindən keçmiş leksik-qramatik elementlər. Azərbaycan SSR EA Xəbərləri. III nömrə, Bakı, 1981.) 
    1969-cu ilin noyabrın 7-dən Xınalıq kəndində Məngəçevir işığı çəkilib. 1978-ci ildə televizor ekranları Xınalıqda da göründü. 1991-ci ildə Xınalığın ən hündür yerində (dəniz səviyyəsindən 2800 metr yüksəklikdə) televiziya verilişlərini peyklə tutmaq üçün ötürücü qoyuldu.
    1968-ci ildə Qubadan Xınalığa çəkilən 65 km-lik yol rayonun Alpan, Cəray, Uzunmeşə, Susay, Qalaxudat və Xınalıq kəndlərini birləşdirdi. İndi çəkilən yol isə Quba-Xınalıq yolunun ikinci sahəsidir. Məsafəsi 45-50 kilometr olan bu yeni yol 1987-ci ildən çəkilir, Qəçrəş, Qrızdəhnə, Əlik, Cək və Xınalıq kəndlərini birləşdirəcək.
    Xınalığa dair bir sıra qısametraclı kinofilmlər çəkilmişdir. «Dağlarda ada», «Xınalıq kəndi» filmləri, «Xınalıq etüdləri» adlı televiziya filmi buna misal ola bilər. Görkəmli recissor, vaxtilə Lenin mükafatı laureatı olmuş Cavanşir Məmmədovun çəkdiyi «Xınalıq kəndi» filmi dünyanın 50 ölkəsində, habelə keçmiş Sovetlər birliyinin bütün respublikalarında göstərilmişdir.
    Xınalıq dili hələ də ünsiyyət vasitəsi kimi istifadə olunur. Yad təsirlərdən uzaq olduğu üçün və Azərbaycan dilinin bu dilə məcburi müdaxiləsi olmadığına görə Xınalıq dili assilimilyasiyaya uğramayıb. Doğrudur, müasir Xınalıq dilində Azərbaycan sözləri vardır, lakin bu sözlər xınalıqların azərbaycanlılarla əsrlərlə saxladığı mədəni və iqtisadi əlaqələrin yaxınlığının nətiəcsidir. Bəli, Xınalıq dili bu kənddə yaşayanların canlı danışıq dilidir, ölü dil deyil. Əksinə, Xınalıq dili indi də öz inkişaf mərhələsini yaşayır,  yazılı dillər sırasına keçməkdədir. Son 2-3 ildə dahi Azərbaycan şairi N.Gəncəvinin «Hikmət çələngi» kitabının və Rəhim Alxasın «Xınalıq» adlı şerlər kitabının Xınalıq dlində çapdan çıxması böyük hadisədir. M.Füzulinin anadan olmasının 50 illiyi münasibətilə Azərnəşrdə «Hər sözüm bir pəhləvandır» kitabının Xınalıq dilində çapa hazırlanması təkcə xınalıqların yox, Azərbaycan xalqının mədəni nailiyyətidir.
    Xınalıqların yaşadığı ərazilərdən qiymətli yay otlaqları kimi istifadə edilir. Yerli əhali əsasən kustar sənətkarlıqla məşğul olur. Dulusçuluq, misgərlik, əl ilə toxuma xınalıqlarda geniş inkişaf edib. Yundan müxtəlif məmulatlar (xalça, palaz, şal və s.) hazırlayırlar. (Azərbaycan Sovet Ensklopediyası, X cild, səh 89. Bakı. 1987)
    Ölkəmizdə milli azlıqlara humanist münasibətin nəticəsidir ki, öz dilində danışan yeganə kənd olan Quba rayonunun Xınalıq kəndinin şagirdlərin öz dillərini öyrənmələri diqqətdən kənarda qalmamışdır. Hazırda 7 ibtidai sinifdə 104 şagirdə xınalıq dilində dərs keçilir.
    UDİNLƏR. Udinlərin yaşadığı ərazi Şəki-Zaqatala iqtisadi-coğrafi bölgəsinə daxildir. Bölgənin qədim xalqlarından olan udinlər yerli əhali ilə qohumluq əlaqələri quraraq onlarla qaynayıb-qarışıb.
    Qədim udinlərin müxtəlif dini baxışları olmuşdur. Totemist olmaqla bərabər, həm də astral dininə (Əsasən Günəşə və Aya) sityaiş edirdilər. Onların yaşadığı ərazilərdə atəşpərəstliyin izlərinə də təsadüf edilir. Etnoqrafiq cəhətdən azərbaycanlılardan fərqlənmirlər. Adət və ənənələrində bəzi maraqlı arxaizmlərin izi qalmışdır.  (Azərbaycan Sovet Ensklopediyası. IX cild. səh-420. Bakı. 1986.)
    Udin dili Dağıstan dillərinin ləzgi qrupuna daxildir. Vartaşen (indiki Oğuz) və Nic dialekti var. Qafqaz Albaniyasında qədim dillərdən biri olmuşdur. Səs tərkibi 14 sait və 38 samitdən ibarətdir. Udin dili erqativ qurluşlu iltisaqi dillərdəndir. İsim və fel formaları zəngindir. Say sistemi iyirmilikdir. Lüğət tərkibində qədim İran, yunan, erməni, gürcü və Azərbaycan dillərindən keçmə sözlər çoxdur. (Yazıki narodov SSSR. IV cild. str-140. Moskva. 1967)
    Hazırda Azərbaycanda 4,2 min (1999-cu il) udin yaşayır. Udinlərin 49,4 faizi Azərbaycan, 68,3 faizi rus, 1 faizi ingilis, 99,2 faizi isə öz dilində sərbəst danışa bilir.
    Udinlərin kompakt yaşadığı yer Qəbələ rayonudur. Onların öz həyat tərzi və tarixləri var. Bu gün də udinlər öz ənənələrini qoruyub yaşadırlar. Bu millətin nümayəndələri müstəqillik dövründə qazandıqları hər bir nailiyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə bağlayırlar: «Tanrı özü dualarımızı eşidərək Heydər Əliyevi bizə göndərmişdir. İndi biz özümüzü azad və sərbəst hesab edirik.» Həqiqətən də Heydər Əliyev Azərbaycanda normal həyatı bərqərar etmək, millətlərarası sülhə nail olmaq, sosial-iqtisadi inkişafı təmin etmək, xalqlar və ölkələrarası münasibətləri tənzimləmək nəsib oldu. Başqaları buna nail ola bilmədi. Heydər Əliyev isə bacardı. Buna görə də xalq ona Dahi Beynəlmiləlçi, müsəlman dünyasının lideri, «Qafqazın Atası» adını verdi. (Heydər Əliyev – Ümummilli lider. Mixail Zabelin. Bakı 2004. Səh-153)
    Beynəlxalq təşkilatların nümayəndələri də vaxtaşırı udinlərin yaşadığı yerlərdə olub. 2003-cü il yanvarın 24-də Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Martines Kasanın rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələ rayonunun Nic kəndinə baş çəkib. Kəndin udin millətindən olan nümayəndələri ilə görüşən Martines Kassan bildirib ki, əsas məqsədi azsaylı xalqların problemləri barədə onların özlərindən məlumat almaqdır.
    Görüşdə çıxış edən Udin Mədəniyyət Mərkəzinin sədri Georgiy Kaçari bildirib ki, milli azlıqlar kimi udinlərin Azərbaycanda heç bir problemi yoxdur. O, ölkədəki sosial problemlərin Nic kəndində də mövcud olduğunu deyib. Etniklərin yaşayış səviyyəsi ilə tanış olmaq üçün Mədəniyyət Mərkəzi sədrinin evində də olan M.Kassan səfərin yekunları barədə danışmayıb. Onu müşayiət edən deputat Səməd Seyidov isə səfərin yekununu yüksək qiymətləndirib. (*Azərbaycan, 25 yanvar 2003)
    KÜRDLƏR. Kürdlərin yığcam yaşadıqları Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonları hazırda erməni işğalçıları tərəfindən zəbt olunub.  Müharibə vaxtı yüzlərlə qadın, uşaq, kişi əsir aparıldı. Maddi və mənəvi itkilərin ağrısını kürdlər bu gün də çəkirlər. Köçkün kürdlər hazırda respublikamızın 55 rayonunda məskunlaşıblar. Azərbaycanda kürdlərin xüsusi bir problemi yoxdur.
    İşğala qədər kürdlərin 2 məktəbi var idi. Burada da 98 şagird təhsil alırdı. 1991-ci ildə kürd dilində "İnam" adlı sinifdənxaric oxu kitabı, 1996-cı ildə isə I sinfi üçün "Əlifba" kitabı nəşr olunub.
    1999-cu ilin statsitikası Azərbaycanda 0,2% kürdün yaşadığını göstərir.
    İttifaq dağılandan sonra ölkədə yaşayan digər azsaylı xalqlar kimi kürdlər də tarixi, mədəni adət-ənələrini qoruyub saxlamaq naminə öz mədəniyyət mərkəzlərini yaratdılar.
    Azərbaydanda yaşayan kürdlərin mədəniyyətini, tarixini öyrənmək üçün 1991-ci ildə «Ronayi» Mədəniyyət Mərkəzi yaradıldı və Ədliyyə Nazrliyində qeydiyyatdan keçdi. Mərkəzin məqsədi, kürdlərin mədəniyyət problemləri ilə məşğul olmaq, tarixilərini, ədəbiyyatlarını, folklorunu öyrənməkdir. Mədəniyyət Mərkəzi yerlə təmin olunub. Vaxtaşırı mədəni tədbirlər keçirir, köçkünlər üçün əyləncəli və konsert proqramları təşkil edir. Kürd Mədəniyyət Mərkəzi ağsaqqallar tərəfindən idarə olunur. Mədəniyyət Mərkəzinin «Kürdün səsi» - «Dənqeyi kürd» adlı qəzeti nəşr olunur. Onun baş redaktoru kürd xalqının ağsaqqalı, Azərbaycan Ağsaqqallar Şurasının üzvü, filologiya elmləri namizədi Şamil Əsgərovdur. Qəzetdə kürd ədəbiyyatı, tarixi ilə bağlı yazılar, şerlər verilir.
    «Göy qurşağı» redaksiyası tərəfindən kürd dilində bir neçə kitab buraxılıb. Bundan başqa kürd dilində «Əlifba» kitabı nəşr olunub. Amma bütün bunlara baxmayaraq azərbaycanca-kürdcə, kürdcə-azərbaycanca lüğətlər 30 ildir ki, çap olunmur.
    TATLAR. Əsasən Quba-Xaçmaz iqtisadi-coğrafi rayonuna daxil olan tatların yaşadıqları ərazidə xalça fabrikləri və yerli əhəmiyyətli kiçik müəsissələr fəaliyyət göstərir. Yerli xalqla qohumluq əlaqələri quran tatlar xalçaçılıq sənayesinin inkişaf etməsində mühüm rol oynayıblar.
    Tat dili İran dillərinin cənub qrupunun yarımqrupuna daxildir. Fars və tacik dillərinə yaxın analitik dildir. Türk dillərindəki ahəng qanuna müvafiq olan saitlərin assimliyasiyasına meyl nəzərə çarpır. Müsəlman, yəhudi və xristian kimi dini mənsubiyyətləri var. Tat-yəhudi dialekti Dağıstanın ədəbi dillərindəndir. Tat dilində qədim İran dillərinə məxsus bir sıra arxaik formalar qalmışdır. Yazıda 1938-ci ilədək latın əlifbasından istifadə olunmuş, sonra rus qrafikasına keçilmişdir. (Hacıyev M.İ. Tat dilinin Qonaqkənd ləhcəsi. səh-64. Bakı. 1971.)   
    1999-cu ilə qədər Azərbaycanda 30 min tat yaşayırdı. Tatların 74,9 faizi Azərbaycan, 83,7 rus, dörd faizi ingilis, 87,5 faizi isə öz dilində danışır.   
    AVARLAR. Avarlarların yaşadığı ərazi Şəki-Zaqatala iqtisadi-coğrafi rayonuna daxildir. Şəki-Zaqatala iqtisadi rayonu Balakən, qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının ərazisini əhatə edir. İqtisadi rayonunun ərazisinin ümumi sahəsi 8,96 min kv.km olmaqla ölkə ərazisinin 10,3 faizini təşkil edir. Bölgənin relyefi yüksək dağlıq və dağətəyi hissələrə bölünür. Sözügedən ərazi inkişaf etmiş çox geniş nəqliyyat şəbəkəsinə malikdir.
    İqtisadi rayonun əhalisinin ümumi sayı 531,9 min nəfər olmaqla ölkə əhalisinin 6,5 faizini təşkil edir. Əhali əsasən dağətəyi hissədə, o cümlədən 27 faizi şəhərlərdə, 73 faizi kəndlərdə yaşayır. Son onillikdə əhalinin orta illik artımı 1,5 faizə bərabər olmuşdur.  
    SAXURLAR. Saxurların yaşadığı ərzi Şəki-Zaqatala iqtisadi zonasına daxildir. Əhali əsasən dağətəyi-düzən qurşaqda, çayların gətirmə konuslarında məskunlaşıblar. Rayon  iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Azərbaycanda istehsal olunan tütünün 75 faizdən çoxu, taxılın 17 faizi, baramanın 35 faizi, yaşıl çay yarpağının 2 faizi bu iqtisadi rayonun payına düşür. 
    Rayon ərazisi faydalı qazıntılarla zəngindir. Ölkədə miss ehtiyatlarının hamısı, kükürd kolçedanının 90 faizi, qurğuşunun 97 faizi, sinkin 99 faizi bu iqtisadi rayonun payına düşür.  
    ÜMUMİ VƏZİYYƏT. Azsaylı xalqların mədəni-maarif inkişafı tarixində Azərbaycanın müəyyən təcrübəsi var. Burada 20-ci illərdə milli məktəblər və mədəniyyət ocaqları açılması, öz milli dillərdə qəzet, kitab və dərsliklərin nəşri, milli aktyor truppaları, əlifba yaradılması sahəsində müəyyən işlər görülüb.
    1932-1933-cü illərdə respubilkanın məktəblərində dərslər 16 dildə tədris olunurdu (rus, erməni, ləzgi, talış, tat və s.) .
    Azsaylı xalqların nümayəndələrindən kadrlar hazırlamaq üçün Bakıda Beynəlxalq Texnikum açılmışdı. Azərbaycan və Rusiya ali məktəblərində isə onlar üçün xüsusi yerlər ayrılırdı.
    Azsaylı xalqların problemləri ilə daha intensiv məşğul olmaq üçün 1990-cı ilin aprel ayında Bakıda dövlət orqanları rəhbərlərinin, nazirlik və idarələrin, elmi müəsisə və yaradıcılıq ittifaqlarının, ictimai təşkilatların iştirakı ilə müşavirə keçirildi. Müşavirə, milli azlıqlarla iş sahəsində yeni istiqamətlər açdı. Müşavirədə qeyd olundu ki, dövlətin və azsaylı xalqların nümayəndələrinin təşəbbüs və səyləri sayəsində respubilkda milli azlıqların mənəvi-mədəni təlabatlarının ödənilməsi üçün normal şərait yaradılmışdır. Bakıda və rayonlarda tatların, ləzgilərin, talışların, Dağıstan xalqlarının, tatar, yəhudi və s. xalqların milli-mədəni  mərkəzləri açılmışdır. Azərbaycan Dövlət Nəşriyyatında azsaylı xalqların dilində ədəbiyyat nəşr edən «Göy qurşağı» xüsusi redaksiyası yaradılmışdır. Milli azlıqların mədəniyyət mərkəzlərinin işini əlaqaləndirən Respubilka Şurası fəaliyyət göstərməyə başlamışdı.
    Azərbaycandakı azsaylı xalqların tərkibində son illər bir dəyişkilik də müşahidə olunmuşdur. Bu da milli etnosların (ləzgi, talış, kürd, tat, və s.) yenidənqurma dövüründə milli şüurun və özünüdərk hissinin oyanması ilə bağlıdır. Bu, 1979 və 1989-cu illər siyahiyaalınmasında özünü göstərmişdir. Azərbaycan həmin xalqlar üçün tarixi vətən olmuşdur. Bu etnoslar arasında elələri (buduq, xanalıq, udin) var ki, min illər ərzində Azərbaycanda yaşayaraq, adət və ənənələrini qoruyub saxlamış, dillərini və mədəniyyətlərini inkişaf etdirmişlər. Onlar öz etnopisxalogiyasını, maddi-mənəvi mədəniyyətlərini, etnik ərazisinin müəyyən hissəsini mühafizə etmişlər.
    Bu gün isə Balakən rayonunda yerli radio ilə azsaylı xalq olan avar, Xaçmaz rayonunda isə tat dillərində verilişlər yayımlanır. Bunlardan əlavə istər dövlət, istərsə də özəl teleradio kanallarında musiqili verilişlərdə, sənədli və etnoqrafik xarakterli verilişlərdə milli azlıqların dillərindən geniş istifadə olunur.
    Milli Televiziya və Radio Şurası ölkədə yayımlanan teleradio yayımçılarına milli azlıqların hüquqlarına hörmətlə yanaşmağı tövsiyə edir, yeni yaranacaq teleradio kanallardan milli azlıqların dillərindən istifadəyə meylli yayımçılara üstünlük verir. (*Milli Televiziya və Radio Şurasının hesabatı. Bakı 2003.)
    Tat, udin, kürd, saxur, xınalıq dillərində «Əlifba», “Udi  dili”, “Tat dili” fənnindən III, IV siniflər üçün dərslikləri nəşr edilib məktəblərə çatdırılmışdır. Bu yaxınlarda azsaylı xalqların dillərinin tədrisi ilə bağlı, o xalqların məskunlaşdıqları regionların xüsusiyyətləri nəzərə almaqla I-IV siniflər üçün ana dil («Doğma dil») proqramları hazırlanmış, nəşr edilərək yerlərə göndərilmişdir.
    Azsaylı xalqların dillərində təlim aparan müəllimlər müvafiq qaydalara uyğun olaraq vaxtaşırı ixtisasartırma kursundan keçirilirlər.
    Təhsil Nazirliyi Azərbaycan Respublikası Kosntitusiyasının, «Təhsil haqqında» Qanunun tələblərini və Avropa Xartiyasının prinsiplərini rəhbər tutaraq, azsaylı xalqların dillərinin, tarixi və mədəniyyətinin öyrənilməsi istiqamətində mümkün imkanlardan istifadə edəcək. (Təhsil Nazirliyi Elmi-Metodik Şurasının «Azərbaycan dili» bölməsinin «Azsaylı xalqların dilləri» yarım bölməsinin arxiv materialı, Bakı 2004) 
    MƏDƏNİ MÜXTƏLİFLİK. Müxtəlifliyin vəhdəti – etnik, milli və ya konfessional fərqlərin aradan qaldırılması demək deyil. Milli və bəşərin vəhdəti, Azərbaycan xalqının ortaq formalaşmasını, etnik şüurda hər bir qatın statusunu sezməyə imkan verir, özünün real, tarixi-mədəni varlığının subyektiv olmasına şərait yaradır.
    Hazırda Azərbaycanda 20 milli azlığın nümayəndəsi yaşayır: rus, ukrayn, tat, kürd, belarus, talış, yəhudi, türk, alman, ləzgi, tatar, avar, gürcü, saxur, udin və s. Bununla yanaşı həmçinin kazaklarında birliyi var. Onlar öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını və ittifaqlarını yaradırlar. Onların arasında Kürd Mədəni Mərkəzi (Ronayi), Saxur Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, Udinlərin «Orayin» Mədəni Mərkəzi, Tatların «Azəri» Mərkəzi, Buduq Mədəni Mərkəzi, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması və s.
    Bütün bunlarla yanaşı azsaylı xalqların folkulorunun mədəniyyətinin geniş təbilği üçün bədii özfəaliyyət kolektivlərinin repertuarının milli zəmində inkişafı üçün tədbirlər həyata keçirilir. Bu qəbilədən olan bir çox xalq kollektivləri nəinki respubilkamızda, eyni zamanda bir çox xarici ölkələrdə də məşhurdurlar. Zaqatalanın «Ceyranım» saxur, Qubanın tat, Laçının kürd, Balakənin «Xoylo» avar, Bakı şəhərində «Gözəlim» tatar bədii özfəaliyyət kollektivləri bu qəbilədəndir.
    Mədəniyyət müəssələrində fəaliyyət göstərən bir çox azsaylı xalqlar qonşu rayonlarla yanaşı, xarici ölkələrdə də qastrol səfərlərində  olurlar. 
    NARKOTİK VASİTƏLƏRDƏN İSTİFADƏ. Ciddi anonimlik şəraitində həyata keçən tədqiqatlara on il ərzində ayrı-ayrı millətlərdən olan xəstələr daxil edilmişdir: tat – 49, kürd – 3, udin – 1 və digərləri. Bütün xəstələr müalicəyə narkomaniya diaqnozu ilə qəbul olunub. Araşdırmalarda kürd və udinlər haqqında məlumat verilmir. Bu da onlarının sayının azlığı və xəstə olanlarının məhdudluğu ilə bağlıdır.
    Milli azlıqlar arasında narkoistehlaka tatlar - 21 yaşında başlamışlar. Tatların 70%-i respublika rayonlarının, 24%-i qəsəbə, 6%-i şəhər sakinləridir. Onların istifadə etdikləri narkotiklərin növündə, narkotikadan istifadə edən milli azlıqların ailə tərkibində də müxtəlif fərqlər var.
    Yerli xalqla yanaşı milli azlıqlar arasında da işsizlik eyni dərəcədə yüksəkdir. Çox təəssüf ki, milli azlıqlar arasında tədqiqatlara cəlb olunan narkomanların təxminən 80%-i heç işlə məşğul olmur. Onların arasında narkoistifadəyə münasibətdə də köklü fərqlər var.
    Narkotiklərdən istifadə edənlər müxtəlif xəstəliklərə mübtəla olurlar. Bura qaraciyər xəstəlikləri (serroz, hepatit, distrofiya): Məsələn, tatların 28% qaraciyər xəstəlikləri serroz, hepatit, distrofiya ilə qarşılaşırlar. 
    Ağciyər xəstəliklərinə (vərəm, xroniki bronxit, plevrit) tatlar 68%  düçar olurlar.
    Aparılan tədqiqatlar milli azlıqlar arasında narkoistehlakçıların narkotiklərin istifadəsinə fərqli münasibətlərini göstərir.  ("Antinarkotizm" elmi-kütləvi curnal, N 1(4) 2000. səh. 16-18)

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1158
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30