Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Füzuli rayonunda gənclərin bələdiyyələrdə fəallığı nə yerdədir?

     

    Son illər ölkənin ictimai-siyasi həyatında gənclərin fəallığı artıb. Bu fəallığı bir çox dövlət qurumlarında, o cümlədən, bələdiyyələrin fəaliyyətində də müşahidə etmək mümkündür. Belə ki, ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş quruculuğunda bələdiyyələrin mühüm rolu var. Son illərdə bu istiqamətdə əhəmiyyətli addımlar atılır.

     



    Ölkəmizin hər guşəsində olduğu kimi, Füzuli rayonunda da aparılan geniş quruculuq işlərində gənclər həyatımızın bütün sahələrində fəallıq göstərir, inkişaf və tərəqqinin önündə gedirlər. Bu günə kimi keçirilən seçkilərdə gənclərimizin xüsusi rolu var. Bunu 2014-cü il Azərbaycanda keçirilən bələdiyyə seçkilərində yerli özünüidarəetmə orqanlarında gənclərin daha çox təmsil olunmasında və bələdiyyəyə keçirilən seçkilərdə gənclərin seçki fəallığının artırılmasında gördük. Əminliklə demək olar ki, bələdiyyələrlə gənclər arasında ictimai əhəmiyyətli problemlərin həllinə yönələn daha intensiv əməkdaşlıq forması bu gün tətbiq edilir. Belə ki, ölkəmizdə hər 5 ildən bir yerli idarəetmə orqanları - bələdiyyələrə seçkilər keçirilir. Xalqımızın əksəriyyətini təşkil edən gənclər heç şübhəsiz ki, yerli özünüidarəetmə orqanlarının təşkilində fəal rol almaları və fəallığı ilə seçilməlidirlər.

    Dünyanın aparıcı ölkələrində dövlət idarəçiliyinə uzanan yol bələdiyyə orqanlarında təmsilçilikdən keçir.

    Sözügedən Füzuli rayonunun ərazisinin böyük bir hissəsi işğal altında olduğuna görə rayonda bələdiyyə seçkiləri qismən keçirilib. Hazırda rayonda 21 bələdiyyə fəaliyyət göstərir. Bələdiyyə  üzvlərinin 33,3 faizini gənclər təşkil edir. Qadınlar isə 33,2 faizini təşkil edir. Rayonda 3 qadın bələdiyyə sədri var.

    Bələdiyyələr seçildikləri kəndin, qəsəbənin və şəhərin ictimai həyatında fəal iştirak edirlər.

    Qeyd edək ki, Füzuli rayonunda ötən il bələdiyyə seçkiləri uğurlu keçib. YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova deyir ki, rayondakı 84 saylı Dairə Seçki Komissiyası üzrə 21 bələdiyyəyə 43 məntəqədə seçkilər keçirilib. 

    Rayon təşkilatının sədri bildirib ki, seçki kampaniyası bitdikdən sonra məlum oldu ki, Füzuli rayonunda da seçki demokratik, şəffaf keçirilib: “Xüsusən bələdiyyə seçkilərində qadınlara və gənclərə daha çox yer verilməsi həm ölkəmizdə gender bərabərliyinin qorunmasını, həm də partiyanın gənclərə olan diqqətinin artmasının bariz nümunəsi idi”.

    Almaz Həşimovanın sözlərinə görə, seçki öncəsi təbliğat və təşviqat işlərində partiya üzvlərinin siyasi mədəniyyətinin, insanlarla münasibətlərində intellektuallığının əsas olması seçicilərin namizədlərimizə inamını artırmışdı.

    Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib ki, bələdiyyələr 15 ildə uğurlar qazanıblarsa, bu, çox yaxşı haldır: “Bələdiyyə seçkiləri zamanı regionlarda olduq qadınların və gənclərin bələdiyyələrə gəlməsini istərdik. Bir çox qadınlar, gənclər bələdiyyələrə seçildilər. Bu yaxşı haldır”.

    Sözsüz ki, Füzuli rayonunda da gənclər bələdiyyələrə xüsusi maraq göstərirlər. Elə bələdiyyələrdə gənclərə yaradılan imkanları qeyd etmək lazımdır. Bunun nəticəsidir ki, qarşılıqlı əməkdaşlıq nəticəsində bu qurumların fəaliyyətində gənclərin əməyi və fəallığı xüsusi nəzərə çarpır. Bir sözlə, son zamanların aktivistləri olan gənclər görünür bu sahədə köklü dəyişikliyin yaradılmasına və xüsusi fəallığa meyllidirlər. 

     

    Bu məqalə  “Aqro Tərəqqi” İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda bələdiyyə və gənclərin birgə əməkdaşlığı çərçivəsində əhaliyə göstərilən sosial xidmətin təşkili” layihəsi çərçivəsində hazırlanıb.  


         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 921
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30