Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Al sənə növbəti ikili standart...
    Ötən ilin sonlarında ermənilər yenə də bütün “cəbhə” boyu fəallaşdı. Azərbaycanın işğal olunmuş ərazisində tərəfimizdən vurulan  helikopter  hadisəsi rəsmi Yeravanın sonrakı hücumlarının başlanğıcı üçün səbəb idi. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində  beynəlxalq  arenada Azərbaycanla aparılan danışıqlarda dalana dirənən  Sarkisyan  rejimi depressiyaya düşdü. Beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün “helikopter hadisəsi”ndən olay yaratmağa çalışan Ermənistan cəhdlərinin uğursuzluğunu anladıqdan sonra başqa müstəvidə Azərbaycana qarşı mübarizəyə başladı. 

    Belə bir zamanda  artıq dövlət deyil, vətəndaş cəmiyyətlərinin fəaliyyətindən bəhrələnən rəsmi Yerevan üçün Batumi Forumu, ardınca isə Ankara konfransı göydəndüşmə oldu. Ermənistan hakimiyyəti ilə zaman-zaman problemlər yaşayan və bizim də Batumi Forumundan yaxşı tanıdığımız Boris Novosardiyan Sarkisyanla olan küskünlüyünü “dəfn edərək”  hərəkətə keçdi. Lakin hədəfi doğru müəyyən etmədiyi üçün uğursuzluğa düçar oldu. Belə olan təqdirdə  Boris Novosardiyanın Batumidə “qırdığı zəncir”in halqasını Ankarada bərpa etmək erməni və erməniyönümlü Türk QHT-ləri üçün elə də çətin olmadı.  

    Ermənilər, xüsusən də onların QHT-ləri Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan məsələsində bizim adı milli, özü milli olmayan bəzi QHT-lərdən çox həssasdırlar. Batumidə baş verən Forum bitən kimi Ankarada başqa cəbhə açdılar və Türkiyə üzərindən yenə Azərbaycanı hədəfə aldılar. Biz isə Bakıda Batumi qələbəmizin fəlsəfəsindən danışırdıq. Və yaxud da Bakıdan Batumidə ermənilərə dəstək verən "People in Need"çilərlə növbəti xəyanətini müzakirə edirdik. 

    Batumi Forumunda Azərbaycana qarşı erməni hücumunu Rauf Arifoğlu nə qədər operativ ictimailəşdirsə də, Ümud Rəhimoğlu və Vüqar Bayramovun bu hücumların necə dəf etmələrini sonradan öyrəndik. İlk günlərin informasiyasızlığı başqalarından fərqli olaraq məndə də “beynəlxalq təşkilatlarla daha sıx işləyən Umud Rəhimoğlu və Vüqar Bayramovun bu məsələyə sərt təpki göstərmələrini gözləyirdik” küskünlüyü  yaratdı. Mən məsələyə daha çox “uman yerdən küsərlər” prinsipi ilə yanaşdım. Sonradan Vüqar Bayramovla yazışmam, Ümud Rəhimoğlu ilə isə telefon danışığımız Forumda ermənilərin Azərbaycana qarşı necə də təhlükəli oyun oynadığını müəyyən etdim. Hər iki şəxsin fəal səyi nəticəsində Azərbaycana qarşı bütün təzyiqlərin qarşısını alındı,  o cümlədən separatçı təyyarənin vurulması ilə bağlı bəyannamənin qəbuluna imkan verilmədi. Hətta erməni və gürcülərin müəllifliyi ilə hazırlanan antiazərbaycan bəyanatının qəbulu aradan qaldırıldı. 

    Gürcülərin ermənilərə bu kimi dəstəyi Batumi Forumundan əvvəldə olubmuş. Belə ki, noyabrın 5-də Avronest PA-nın Brüsseldə keçirilən komitə iclasında erməni nümayəndə heyəti və onun havadarları Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qarabağda yaradılmış qondarma QHT-lərin Batumi forumunda iştirak etməsini rəsmiləşdirməyə cəhd ediblər. Hətta Gürcüstandan olan məruzəçi Mirzaaşvilinin hesabatına əvvəlcədən bununla bağlı xüsusi bir tezisin salınmasına da nail olublar. Lakin Azərbaycan nümayəndə heyətinin buna qəti etiraz bildirməsindən və belə bir qanunsuz qərarın qəbul ediləcəyi təqdirdə Azərbaycanın bu forumda iştirakını dayandıracağını bəyan etməsindən sonra bu məsələnin müzakirəsi dayandırılıb.

    Başımız Batumidə ermənilərlə savaşa o qədər qarışdı ki, ermənilərin Ankarada  açdıqları növbəti cəbhənin fərqinə belə varmadıq. Təəssüf ki, bir-iki media orqanında “Ankarada Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinə dair konfrans keçirilməsi” barədə informasiya yaymaqla kifayətləndik. Bu təsadüfüdürmü?  Mənim anladığım qədəri ilə həyatda heç nə təsadüfən baş vermir. Xüsusən də erməni məsələsində...

    Konfransın Ankara Universitetinin İqtisad Departamentinin “Politologiya” fakültəsində keçirilməsi bizim üçün təəssüf doğurmaya bilməz. Bu konfrans hər hansı bir oteldə və yaxud da erməni icmasına məxsus daha böyük salonda da təşkil edilə  bilərdi. Lakin ermənilərin bilavasitə Ankara Universitetini seçmələri bu konfransın “əhatə dairəsi”nin daha geniş olmasını həm Türk ictimaiyyətinə, həm də beynəlxalq təşkilatlara göstərməkdən  ibarət idi.  Bunu bacardılar desək, heç də yanılmarıq.  Hər halda konfransın ekspertlərinin Türkiyə və dünyada yaşayan nüfuzlu şəxslərdən ibarət olduğunu nəzərə alsaq bu elə bəsdir.  Onların sırasında Asaf Savaş Akat (Bilgi Universiteti, Türkiyə), Aleksandr İsgəndəryan (politoloq, Ermənistan), Əhməd İnsel (Qalatasaray Universiteti, Türkiyə), Raymond Geforkyan (Paris Universiteti, Fransa), Fuat Keyman (Sabancı Universiteti, Türkiyə), Jirayr Liparidyan (Miçiqan Universiteti, ABŞ), H. Neşe Özgen (Mimar Sinan Universiteti, Türkiyə), Volkan Vural (TÜSİAD, Türkiyə) –Aydın Doğanın köməkçisi, Tomas de Vaal (Kornegi Fondunun aparıcı eksperti, “Qara Bağ” kitabının müəllifi, ABŞ) və başqaları var. 

    Yaxşı, bəs, Türkiyə hakimiyyətinin  bu kimi mövzularda ermənilərə “yaşıl işıq” yandırmalarının səbəbi nədir? Olmaya Azərbaycanın və yaxud da Türkiyədə yaşayan azərbaycansevərlərin nəbzini yoxlamaq istəyirlər. Ola bilsin ki, Türkiyə hökuməti bu konfransı və ya təşəbbüsü sadəcə olaraq müstəqil QHT-lərin fəaliyyəti ilə əlaqələndirsin. Bu inandırıcı arqument olardı, əgər Baş nazirin məsləhətçisi Etyen Mahçupyan bəhs olunan konfransda iştirak etməsəydi. Hər halda Baş nazirin məsləhətçisi öncədən razılıq almasaydı, təbii ki, bu cür qalmaqal yaradacaq konfransda iştirak etməzdi.

    Hələ bir neçə il əvvəl Barak Obamanın Türkiyəyə səfəri və orada verdiyi açıqlamalar, Prezident İlham Əliyevin Türkiyə səfərindən imtina barədə qərarı və bu qərarın dəyişdirilməsi istiqamətində Ərdoğan, Gül və ən nəhayət ABŞ dövlət katibi, xanım Klintonun göstərdiyi çabalar, Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində AKP hökumətinə yandaş medianın göstərdiyi canfəşanlığı görəndə erməni QHT-lərin Türkiyədə necə fəal işlədiyinə bir daha əmin olmuşdum. Bu gün də yaşadıqlarımız belə deməyə əsas verir ki, o gündən bu günə ermənilər və onların ictimai təşkilatları üçün heç nə dəyişməyib. O zaman bu layihə reallaşmadı, Azərbaycan haqlı etirazına qoşulan Türkiyə ictimaiyyəti hökuməti geri addım atmağa vadar etdi.

     

    Ermənilərin noyabr revanşında Azərbaycana qarşı bu təhdidlərin məhz Avropa Birliyinin proqramı çərçivəsində  həyata  keçirilən forumdan qaynaqlandığını nəzərə alsaq, Ankaradakı proseslərin də arxasında elə bir zamanlar yuxarıda adını çəkdiyimiz qurumun durduğunu görməmək mümkün deyil.  

    “Ermənistan-Türkiyə normallaşma dövrünə dəstək proqramı” adlanan, Türkiyə və  Ermənistandan 8 QHT-nin bir araya gələrək yaratdığı, Avropa Birliyi tərəfindən maliyyələşən proqramın məqsədi, Türkiyə və Ermənistan arasındakı dondurulmuş dialoqu bərpa etmək, qarşılıqlı şəkildə iş adamlarını sərmayə yatırmağa stimullaşdırmaq, təhsil və mədəni sahədə ortaq layihələr reallaşdırmaq, mövzu üzrə  maarifləndirici konfranslar təşkil etmək, hər iki tərəfin bir-biri haqqında obyektiv xəbər almasına şərait yaratmaqdır. Proqramı hazırlayıb həyata keçirən QHT-lərin başında  bu günlərdə Ankara keçirilən konfransının bilavasitə təşkilatçısı “Hrant Dink Vəqfi”dir (http://hrantdink.org/picture_library/SealedGate-englishprogramme.pdf). “Türkiyə Ekonomi Politikaları Araşdırma Vakfı”, “Anadolu  Kültür”,  “Helsinki Yurttaşlar Dərnəyi”, “Civilitas Foundation”, “Eurasia Partnership”, “Public Journalism Club”, “Regional Studies center” kimi QHT-lər də “Hrant Dink Vəqfi”nə bu və ya digər mənada dəstək verirlər. Bu barədə biz hələ 7-8 ay bundan əvvəl həyəcan siqnalı vermişdik. Amma bizim cəmiyyət, xüsusən də QHT-lər və media yenə də susqunluq nümayiş etdirərək problemin üzərinə getmədi. Ermənilər isə bizim bütün diqqətimizi “Batumi cəbhəsi”nə yönəldərək və Azərbaycandakı casus şəbəkəsinin media qolunun köməyi ilə bizləri şüurlu şəkildə digər polemikalara yönəldərək, Ankarada səssiz-səmirsiz yeni bir layihəyə  start verdilər. 

    Yaxşı bəs, Avropa Birliyinin də maliyyələşdirdiyi “Ermənistan-Türkiyə normallaşma dövrünə Dəstək Proqramı” nədir? Əlbəttə, proqramın qarşısında duran vəzifələrdən biri Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşması, sərhədlərin açılması və s. kimi irəli sürülən ideyalar ətrafında daha çox QHT-nin birləşməsini təmin etmək, belə demək mümkündürsə təşəbbüsü kütləviləşdirmək və bununla da dövlətə təsir imkanı əldə etməkdir. Avropa Birliyi bu məqsədlə 200-300 min avrosundan da keçərək, hələ 8 ay bundan öncə Ankara konfransının “təməlini qoyub.” http://www.avrupa.info.tr/tr/bilgi-kaynaklari/haber-arsivi/news-single-view/article/-4afef29cde.html

    Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verə biləcək, hər iki ölkənin insanları arasında körpü rolunu oynaya biləcək bütün layihələr üçün müvafiq olaraq 30 min avroluq qrantlar da nəzərdə tutulub. Hətta proqram üçün üç dildə fəaliyyət göstərən sayt da yaradılıb. http://www.armenia-turkey.net/tk/home

    Ankara Universitetində keçirilən konfrans da 30 min avroluq tədbirlərin sırasındadır. Ermənilər indi də aşağıdan yuxarıya doğru öz təsir dairələrini genişləndirmək, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına cəmiyyəti hazırlamaq istəyirlər. Onlar Türkiyə ilə Ermənistan arasında çoxtərəfli əlaqələrin qurulması üçün planlı və proqramlı şəkildə fəaliyyət göstərirlər. Bu əlaqələr rəssamlıqdan folklora, memarlıqdan kino sektoruna, turizmdən təhsilə və s. kimi istiqamətlərdə qurulur. Aşağıdakı linklərə diqqət edək: 

    http://www.armenia-turkey.net/tk/events--yerevan-to-van-istanbul

    http://www.armenia-turkey.net/tk/event-yavas-gamats

    http://www.armenia-turkey.net/tk/Media-bus-in-media-center

    http://www.armenia-turkey.net/tk/outreach-meeting-yerevan

    http://www.armenia-turkey.net/tk/1404906595

    http://www.armenia-turkey.net/tk/Cinema-platform-award

    Əslində müəyyən dərəcədə buna nail olublar da. Son dövrlərdə rəsmi Ankaranın ermənilərə qarşı “humanist” mövqe göstərməsi deyilənlərə bariz nümunədir. Vandakı erməni kilsəsinin bərpası, vətəndaşlığı olmayan ermənilərin uşaqlarına təhsil hüququnun verilməsi, Ərdoğanın ermənilərə başsağlığı verməsi, Şimali Kiprdəki erməni kilsəsinin ibadət üçün ermənilərin üzünə açılması, Etyen Mahcupyanın məsul vəzifəyə təyin olunması və bu kimi faktların sayını artırmaq da olar.  Anlaşılan odur ki, Ermənistanla sərhədlərin açılması üçün çalışanlar Fətulla Gülənin də xeyir-duasını alıblar. Məhz Gülənə məxsus qəzetin nümayəndəsi ermənilərin fəxri qonağı və təbliğatçılarındandır. http://www.armenia-turkey.net/tk/Media-bus-in-media-center

    Əlbəttə ki, Türkiyə dövləti və cəmiyyətinin ermənilərə qarşı münasibətinin bu dərəcədə dəyişməsində Türkiyədə  fəaliyyət göstərən erməni və erməniyönümlü QHT-lərin rolu danılmazdır. 

    Bir müddət əvvəl Qarabağa səfər edən Aris Nalci da Avropadan qrant alan bu kimi Türkiyə ermənilərindəndir. Qarabağa səfər etməkdə və bu səfəri ballandıra-ballandıra qələmə almaqda məqsədi isə məhz bu günlərdə keçirilən Ankara toplantısına “töhfə” vermək, zəmin hazırlamaq idi. http://platform24.org/objective/470/objective-den-iki-gazetecilik-projesine-destek

    Görünür Ermənistanda Türkiyənin ictimai-siyasi həyatını yaxından təqib və  dərindən  təhlil  edən beyin mərkəzləri var ki,  məhz onların göndərdikləri tezislər bu QHT-lərin fəaliyyətinin səmərəliliyini təmin edir. Bizim bəzi QHT-lər isə Azərbaycanı nüfuzdan salmaq üçün Avropanın bəzi dairələrinin “şineli”nə bürünüb hər cür dəyəri qurban verirlər. Əsas odur ki, layihə  alıb,  pul qazansınlar... 

    Maraqlıdır ki, Ermənistanla Türkiyə arasında normallaşma prosesinə dəstək verən Avropa dairələri elə həmin Azərbaycan QHT-lərinə qrant ayıranlardır. Əminliklə deyə bilərik, hal-hazırda Türkiyədə start verilən Türkiyə-Ermənistan normalaşma dövrü adlı proses, Azərbaycanda bəzi ermənipərəst insanların irəli sürdükləri, Ermənistan dövlətinin mənafeyinə xidmət edən “xalq diplomatiyası” adlı təşəbbüsün məntiqi davamıdır. Çox maraqlı məqamlardan biri də budur ki, Türkiyə ilə Ermənistan arasında bağlı qapıların açılması üçün çalışan beynəlxalq təşkilatlardan bir çoxu Azərbaycanda  bəzi QHT-lərə də yardım edərək, hətta internet televiziyası (Obyektiv TV) quraraq guya ki, insan haqlarının və söz azadlığının pozulmasını dünyaya tirajlayır (Maddi qaynağı Danimarka Xarici İşlər Nazirliyi nəzdində Danimarka Beynəlxalq İnkişaf Agentliyidir). Digər tərəfdən isə Qarabağdakı qanunsuz rejimin legitimləşdirilməsi üçün pul və  çapa xərcləyir. Al sənə növbəti ikili standart...

     

     Niyaz Niftiyev


         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 857
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30