Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ağasəf İmran yaradıcılığında rübailər
    Əvvəlki yazılarımda iqtisadçı-alim, şair Ağasəf İmranın yaradıcılığı haqqında öz qələmimi sınamışdım. Son vaxtlar, iqtisadçı-şairin yaradıcılığı ilə geniş səpkidə tanış olmağa başladım və onun zəngin poeziya dünyasına baş vurdum. Dövrümüzün fəlsəfi, pisxoloji və obyektiv reallıqları ilə bağlı olan düşüncələrini şair özünün “Rübailər” adlı şeirlər kitabında cəmləşdirmişdir. Kitab olduqca maraqlı, ibrətamiz bir əsərdir və üç bölmədən ibarət olmaqla tərtib edilmişdir. Burada ruhani, fəlsəfi və lirik bölmələr vardır. Bu əsərlə tanış olduqdan və oxuduqdan sonra buradakı zəngin fikirlər məni özünə cəlb etməyi bacardı.

    Bu da əsəri ərsiyəyə gətirən şəxsin dərin zəkasının məhsulu və novator düşüncəyə malik bir insan olduğunu isbat edir. 
    Ağasəf İmranın “Rübailər” adlı şeirlər kitabı, dövrümüzün obyektiv reallıqları, elmi və dini düşüncələr, insanın dünyanı və həmçinin özünü dərk etməsi, Allahın qüdrətini tanıması, əsl sevginin təsviri və poetik baxımdan unikal bir əsərdir. Həmçinin kitabda cəmləşmiş rübailər, ədəbiyyat nəzəriyyəsi baxımından-bədiiliyi, dilinin saflığı və səmimiliyi ilə təqdirəlayiq bir əsərdir. Belə ki, qələmə alınmış rübailərdə artıq sözlərə, nizamsızlığa, düzəlişlərə, yoruculuğa və s. neqativ məsələlərə yol verilməmişdir. Ağasəf İmranın “Rübailər” kitabına ön söz yazan dəyərli və böyük ziyalımız Azərbaycan Dövlət Neft Akademiyasının İctimai Fənlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor İmran Cəfərzadə yazır: “Ağasəf müəllim öz bədii yaradıcılığında əsasən rübailərə üstünlük verir. Bu isə fərəhləndirici haldır. Çünki son onilliklərdə klassik şeirimizin bu nümunəsinə az yazarlar müraciət edir və bu səbəbdən də milli mətbuatımızda rübailərin dərc olunmasına az təsadüf olunur”. Hörmətli professorumuz çox dəqiq və uzaqgörənliklə bu xüsusiyyəti düzgün vuruğulamışdır. Həqiqətən, müasir Azərbaycan şairlərinin yaradıcılığında rübailərə az rast gəlinməkdədir. Ağasəf İmran “Rübailər” kitabı ilə Azərbaycan ədəbiyyatında özünün layiqli yerini tutmaqdadır. 
    Ağasəf müəllimin “Rübailər” kitabında da uca Allah-təalaya gözəl təriflər verilmişdir. Bu təriflər, kitabın unikallığının yüksəldən ən böyük amillərdən biridir. 
    Ağasəf müəllimin bu incitək saf, dəyərli rübailəri, həqiqətən, oxucunun qəlbini fəth edir. Yuxarıda nümunə üçün verilmiş rübailər Allahın qüdrətinə verilmiş təriflərdən bir neçəsidir. Lakin necə? Poeziyanın dili ilə və indiyədək deyilməmiş bir tərzdə! Bu təriflər, müəllifin dini biliyinin kamilliyinə dəlalət edir. Belə ki, aşağıdakı rübailərdə istifadə edilmiş bəzi məlumatlar “Qurani-Kərim”ə istinadən verilmişdir. Bu da Ağasəf müəllimin “Quran”ı və ümumiyyətlə, islamı dərindən bilməsindən və Allaha bağlılığından xəbər verən ən dəyərli məlumatlardan biridir. 
    Ağasəf müəllimin rübailəri fəlsəfə ilə, insanlıq ilə, bugünkü real həyatımızla daha çox bağlıdır. Onlardan bir neçəsini əziz oxuculara təqdim etmək istərdim: 

    Ey insan övladı, düşün bir anlıq,
    Günəş batan zaman çökür qaranlıq!
    Zəmanə elə bir gərdiş alıb ki,
    Qalmayıb çox kəsdə indi insanlıq!

    Aqil olan - yalan dilə gətirməz!
    Adil olan - saxta ləkə götürməz!
    Var-dövləti lap aşsa da başından,
    İnsan olan, insanlığın itirməz!

    Sərxoşa “sərxoşsan”- desən, o, danar.
    Yaltağa “yaltaqsan”- desən, odlanar.
    Bu dünya belədir, sadə insana,
    “Sadəsən”- söyləsən, həyadan yanar.

    Həyatda fərqlidir insan insandan,
    Bəzisi alimdir, bəzisi nadan.
    Çalış alimlərin dövrəsində ol,
    Nadan olanlardan uzaqlaş hər an!

    Ey insan, çalışma yaşa dolmağa,
    Həyatda məqsəd güd aqil olmağa.
    Bil ki, həyatından keçən hər saat,
    Səni sürükləyir qəbrə salmağa.

    Əgər bir məclisə toplaşsa nadan,
    Onlar söz açarlar daim zinadan.
    Səhvən gedib düşsən elə məclisə,
    Çalış tez uzaqlaş həmin binadan!

    Deyəsən xeyirə üstün gəlir şər,
    İndi bir yaxşıya min yaman düşər.
    Hər şey yaxşılıqdan pisliyə gedir,
    Dövran dəyişdikcə cırlaşır bəşər.

    Təkcə “özü üçün” yaşayan insan,
    Anla ki, könüllü məhbus olmusan!
    Xoşbəxt yaşamağın bircə yolu var,
    Gərək cəmiyyətlə birgə olasan!

    Yaltaq məddahlıqla təriflər deyər,
    Özündən güclüyə daim baş əyər.
    Əgər əyri beli düzəlsə bir gün,
    Fikri - düşüncəsi çətin düzələr.

    Ağasəf dünyadan azca xalidir,
    Amma, reallıqdan əcəb halidir.
    Onun nəzərində gözəllik, adi,
    Mənəvi gözəllik, daha alidir.

    Ağasəf İmran yüksək insani keyfiyyətlərə yiyələnmiş bir iqtisadçı alim, həm də zamanın nəbzini tutmağı bacaran bir şair, insanın mənəvi dünyasına, onun mənəvi gözəlliyinə və əxlaqına yüksək qiymət verən bir şəxsiyyətdir. O, dünyada hər bir insanın saflıqla, mənəviyyatla və elmlə yüksələcəyini təbliğ edir və özünün rübailərində bunları dönə-dönə vurğulayır. Dövrümüzün bəzi insanlarına aid olan pozğunluq və əxlaqsızlıq, yaltaqlıq və məddahlıq, rüşvət və haram kimi neqativ xüsusiyyətlər onun əsərində ürək ağrısı ilə bildirilir və qamçılanır. Əgər Ağasəf İmranın “Rübailər”ini oxusanız, bu dediklərimi təsdiq edər, həm müəllifə, həm də mənə haqq qazandırarsınız. 
    Hər bir şairin yaradıcılığında özünəməxsus fəlsəfi baxışlar mövcuddur. Hesab edirəm ki, fəlsəfi baxışlar müəllifin kimliyini və onun şeiriyyətinin əsas qayəsini təşkil edir. Klassiklərimiz öz fəlsəfi baxışları ilə şeiriyyətimizə həm bədii, həm də mənəvi zənginlik bəxş etmişlər. Bununla yanaşı, zaman dəyişdikcə, hər bir dövrün yazıb-yaradan insanları da bu zənginliyi qoruyub saxlamağa və yeri gəldikcə inkişaf etdirməyə çalışmışlar. Ağasəf müəllimin də öz yaradıcılığında fəlsəfi baxışları fərqlənməkdədir və müasirliklə daha çox səsləşir. Belə ki, Ağasəf İmranın “Rübailər” adlı kitabı, demək olar ki, müasir həyatımızın reallıqlarını əks etdirən fəlsəfə ilə yoğrulub. 
    Hər bir insan şeiriyyətdən o zaman mənəvi zövq alır ki, şeirdə böyük və dərin mənalar olsun. İndi isə iqtisadçı-alim, düşünüb yazan və düşündürməyi bacaran şair Ağasəf İmranın bir neçə fəlsəfi baxışlı rübailərini əziz oxuculara təqdim edirəm:

    Dünya gen məzardır, qəbirsə darlıq!
    Həyatda axtarma sən bəxtiyarlıq!
    Bil ki, insanları min əziyyətlə,
    Sıxır, məhv eləyir, bu geniş varlıq!

    Nə üçün gül-çiçək açılır, solur?
    Nə üçün bu cahan boşalır, dolur?
    Nə üçün dünyaya hakim olan kəs,
    Onu dərk etməkdə çox aciz olur?!

    Həyatın gərdişin dərk edən insan,
    Ondan razı qalar, həm dilər aman!
    Çünki hər insanın ömrü azalır,
    Saatla, ay - illə, ötükcə zaman!

    Ey qafil, bu sözü saxla yadigar:
    Dünyada ən şirin- azadlıq olar!
    Azad olmayanın- qul olan kəsin,
    Sönər qəlbindəki istək - arzular!

    Şair o zaman xoşbəxtdir ki, onun qələmə aldığı şeirlər dillər əzbəridir və sevilir. Şairin bundan başqa ən böyük xoşbəxtliyi, məncə, olmaz. Özü də onun əsərlərinə silsilə şəklində məqalələr yazılırsa və geniş şəkildə araşdırılma aparılırsa, deməli, bu şair yaşayacaq. 
    Bu yazımda, məhdudluq səbəbindən Ağasəf müəllimin sadə, səmimi və lirik rübailəri barədə geniş şəkildə oxuculara məlumat verə bilmədim. Ancaq hesab edirəm ki, burada nümunə kimi verilmiş rübailər özləri də oxucularda şairin yaradıcılığına maraq oyada biləcək. 


    Mahmud Sadıqov


         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1085
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30