Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    AĞSAQQAL PORTRETİ
    “Müdriklik insanın fitri istedadıdır, müdriklik həm də insanın həyatı dərk etməsi, gedən proseslərə düzgün qiymət verə bilməsi və ondan özü üçün lazımi faydalar götürməsidir”.  Ümummilli lider Heydər Əliyevin bu fikri hər şeyin necə olmalı gərəkdiyini aydın şəkildə ortaya qoyur. Ulu öndər ölkəmizin, xalqımızın, millətimizin mənəvi qüdrətini dünyaya bəyan edərək,  milli ağsaqqallıq məktəbini bir instituta çevirdi. 

    O, yalnız  gəncliyin qarşısında geniş üfüqlər açmaqla kifayətlənmədi, ağsaqqallığın da nə qədər müqəddəs, nə qədər perspektivli bir imtiyaz, səlahiyyət olduğunu bütün məzmun - mündərəcəsi ilə göstərdi.
    Bəli, bu keyfiyyət hər insana nəsib olmur. Çoxları bunu zamanından tez qazanmağa çalışsa da, ancaq, spesfik xüsusiyyətləri ilə hər şeyin nə yerdə olduğunu asanlıqla göstərirlər. Ancaq, o bütün bunlardan uzaq bir ömür sürüb. O hazırda ən şərəfli adlardan birinə layiqdir, Azərbaycan ağsaqqallarının lideri – Fəttah Heydərov. Bu ad, bu sima sözsüz ki, öz özlüyündə hər kəsə tanışdır. Onun ömür yoluna nəzər saldıqda yalnızca zəhmət və bacarıqla yazılan ömür salnaməsi ilə tanış olmaq olar. Bir şeyi unutmayaq ki, ağsaqqalı bizim adət etdiyimiz tendensiyalar və etaplarla seçmirlər. Çünki, o, tədricən, zamanla, həyatın düzündən, çökəyindən keçərək Allahın və yerdə isə bəndələrin xeyir - duası ilə seçilir. Müdrik insan, bacarıqlı və dünyagörüşlü ağsaqqal olmaq üçün şərt deyil ki, 80-90 və ya 100 il yaşayasan. Əsas odur ki, elə yaş və ömür yaşayasan ki, tərcümeyi-halına nəzər saldıqda xələflərin və sələflərin elə ilk baxışdan bunu hiss etsinlər. Bir sözlə, o şərəfli ömür yolunun və  müzəffər addım və qərarların davamçıları olsun. O dövlət, o xalq, o diyar xoşbəxt və şanslıdır ki, orada ağsaqqal sözü eşidilir, ağsaqqal kəlamı deyilir və ağsaqqal adı uca tutulur. O xalq  qüdrətlidir ki, orada ağsaqqal sözünə, məsləhətinə əməl edilir və buna hörmət, ehtiram göstərilir. F.Heydərov vətənin başını uca edən və məmləkətini xoşbəxt edən şəxsiyyətlərdəndir. O ölkəsinə xidmət etdiyi zaman kəsiyində hər zaman dövlətin və xalqın milli mənafeyini üstün tutaraq, layiq görüldüyü vəzifələrdə bunları üstün tutub. Təsadüfi deyil ki, F.Heydərov ümummilli lider Heydər Əliyevin bu yolda məktəbini keçmiş və onun ideyalarını, təcrübəsini özü üçün deviz tutan şəxsiyyətlərdəndir. O hər zaman Ümummilli liderin yolunu özünə prioritet seçib və ondan hər zaman danışarkən öz həyəcanını, sevgisini büruzə verir. O hər zaman öz müsahibələrində, çıxışlarında Ulu öndərin bacarıqlı siyasətini önə çəkərək onun ölkəmiz üçün hansı işləri gördüyünü sevgi ilə danışır. 
    Ən əsası isə, parlaq sima bu söhbətləri yalnız ya tədbirlərdə, yığıncaqlarda ya da yalnızca Ümummilli liderin anım günündə onun haqqında məlumatı olanlara danışmır, o xalqımızın Ümummilli lideri haqqında  gənc nəslə, Ümummilli liderin həyat fəlsəfəsini dərindən dərk edə bilməyənlərə də aşılamağa çalışır. Çünki, o hesab edir ki, bu onun üçün ən böyük ağsaqqallıq missiyasıdır. Fikrimcə, bacarıqlı şəxsiyyət olan F.Heydərov Ümummilli liderimizin xalqımızın, millətimizin, dövlətimizin və müstəqilliyimizin  “tərcümeyi-hal”ında hansı tarixi mövqedə dayandığını, öz təkrarsız fəaliyyəti ilə hansı uğurlara, qələbələrə və perspektivlərə imza atdığını çox aydın və səlis şəkildə ətrafında olan hər kəsə anlada bilib.
    Heç kəs sanmasın ki, bu müdrik insan bu günədək əldə etdiklərini asanlıqla, zəhmətsiz qazanıb. Əsla! Atalarımızın gözəl sözü var ki, zəhmətsiz bal yeməzlər. Bəli, F.Heydərov ömrü zəhmət, alın təri, şərəf və ləyaqətdən ibarətdir.
    O bu günədək  zəngin və keşməkeşli bir həyat yolu keçib. Bəzən, çoxları keçdiyi ömür yolunun “kasıblığı”ndan şikayətlənir. Lakin, keçdiyi çala-çökür və çətin yola rəğmən F.Heydərov heç vaxt şikayətlənməyən şəxsiyyətlərdəndir. Əminliklə deyə bilərik ki, F.Heydərov mənsub olduğu Azərbaycan xalqının, millətinin, dövlətinin keçdiyi həyat yolunun, yaxud yaşadığı tərcümeyi-halın üzvi tərkib hissəsidir. Heç bir xalq ziyalılarını, mütəfəkkirlərini, dövlət xadimlərini, ümumən lider - qəhrəmanlarını ona görə  yetirmir ki, özlərini xalqdan təcrid edərək, ona yuxarıdan aşağı baxıb özlərinə, nə qədər “möhtəşəm” olsa da, xarici güclərin təsiri altında fövqəl (anti) milli bir “tərcümeyi-hal” uydursunlar.
    F.Heydərovun təvazökarlığı və üstün insani keyfiyyətləri birdə özünü onda göstərdi ki, o Ağsaqqallar Şurasının sədri seçilən zaman bir fikir önə sürdü: “Ölkədə məndən çox-çox böyük ağsaqqallar var”. Bu fikir açıq-aşkar bu parlaq simanın necə də üstün insani keyfiyyətlərə və təxəyyülə malik olduğunu bir daha gözlər və nəzərlər üzərində sərgiləyir.  
    Gənc təxəyyülümlə düşünürəm ki, ölkəmizdə çox az sayda gənc, orta yaşlı, ziyalı insan tapılar ki, bu şəxsiyyəti tanımasın, onun fikirlərini dinləməsin və məsləhətlərinə əməl etməsin. Çünki, F.Heydərov zamana və müasirliyə öz damğasını vuran müdriklərdəndir.
    Ağsaqqallar Şurasının sədri olduqdan sonra isə parlaq sima, birinci növbədə özündən ağsaqqallara hörmət eləməyin nümunəsini göstərdi.  Elə seçildiyi qurultayda müavininə gözəl bir müraciətlə dedi: “Mən seçilsəm də, sədr sizsiniz!”
    Mənə elə gəlir ki, elə Fəttah müəllimin bu fikri onu bir daha müdrikliyin və ağsaqqallığın uca zirvəsinə qaldırdı. Lakin, heç vaxt bu zirvəni enəcək bir addım atmadı. Bu da təbiidir. Çünki, zirvələr görmüş biri üçün, bu zirvə də onu həyəcanlandırmadı. Fikrimcə,  insanın ən mühüm, aparıcı fərdi - şəxsi göstəricisi, elə aliliyi onun başqalarına, ətrafındakılara göstərdiyi münasibət və hörmətdir. Şair Zeynal Xəlil gözəl  deyib: 

    Kimlər gəldi, kimlər getdi
    Bu dünyadan, bu dünyadan .
    Arif olan nakam getməz,
    Bu dünyadan, bu dünyadan…

    Fikrimcə, F.Heydərov arif şəxsiyyətlərdəndir. Ən azından bunu, onun keçdiyi şərəfli həyat və gördüyü işlər deməyə imkan verir.
    Ümummilli liderin məktəbini keçən – dostla düşmənə münasibətin  fərqini, diplomatiyasını yaxşı bilən F.Heydərov ünsiyyət mədəniyyəti, münasibət saxlamaq qabiliyyətinin kökləri onun həm ağsaqqallıq, həm də ziyalılıq istedad - məharətindən, təbiətindən irəli gəlir.
    Ali təhsilini başa vurduqdan  sonra,  gənc yaşlarından Naxçıvanda məsul vəzifələrdə öz fəaliyyətini davam etdirən bu dəyərli simanın, Ümummilli liderin təvazökar silahdaşının danışdığı hər söhbət, verdiyi bütün məsləhətlər  biz gənclər üçün hər zaman əhəmiyyətlidir. Ona görə ki, F.Heydərov filologiyamızın, ana dilimizin, ədəbiyyatımızın və mədəniyyətimizin, tariximizin bilicisi və qurucularındandır. 
    Bu dəyərli sima hər zaman çalışır ki, gənclərimiz milli-mənəvi dəyərləri unutmasınlar. Və üzərinə düşən vəzifəni heç kimlə paylaşmayan F.Heydərov, əlbəttə ki, yalnız bu gün üçün deyil, gələcək üçün də ağsaqqallıq nümunəsini göstərə biləcək. Əminəm ki, modernləşmiş gənclik bu cür şəxsiyyətə məxsus nümunəni gələcəyə aparacaq.
    Azərbaycan ağsaqqallarının sədri seçilmiş bu insan həm də, yaşadığı zaman ərzində tarixin hər bir hadisəsini, detalını, gündəmini yadda saxlamış, təhlil etmiş və analiz edərək ona öz nöqteyi-nəzərindən yanaşıb münasibət bildirmiş insanlardandır. Həmçinin, xalqının tərcümeyi-halını daşıyan bu dəyərli insan ölkəsinin, millətinin, xalqının tarixini, soykökünü, dilini, dinini, adət və ənənəsini dərindən bilən və o dəyərlərə söykənərək, millətinə xidmət edən insanlardandır. Və bu ona imkan verir ki, bu günü qiymətləndirməkdə, sabahı  proqnozlaşdırmaqda, demək olar ki, səhv etməsin. Həyatda rastlaşdığı, ünsiyyətdə olduğu yüzlərlə, hətta minlərlə müxtəlif  xarakterli insanlarla təmasdan qazandığı  böyük təcrübə F.Heydərov üçün bir tale məktəbidir ki, bu məktəbin yaxşı mənimsədiyi dərslərini başqalarına, xüsusilə gənclərə öyrətməyə, heç zaman xəsislik etmir, tərəddüd göstərmir. Əksinə, bütün dəqiqliyi ilə izah etməkdən bir müəllim - mürşid müdrikliyi ilə kam alır.
    Nə xoşbəxt ki, Azərbaycanın bu cür şəxsiyyətləri var, nə yaxşı ki, məmləkətimin bu cür ağsaqqalı, müdrik bilicisi var. Onu da deyim ki, F.Heydərov gözəl ata, qayğıkeş babadır. 
    Qarşıdan isə Fəttah müəllimin doğum günü gəlir. Əminəm ki, hələ xalqının bu əzəmətli oğlu hələ çox doğum günlərini geridə qoyacaq. F.Heydərov kimi, şəxsiyyətləri Tanrı, elə tarix hər zaman millətinə nəsib etmir. Elə isə, millətimə, məmləkətimə bu cür insanların dəyərini bilmək və hər zaman onun işığı ilə isinmək, məsləhətlərindən isə nəticə çıxarmaq düşər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1148
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30