Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Böyük İnsan...
    Hacı Mirəziz Seyidzadə kəndimizin, ətraf kəndlərin, eləcə də bütün bölgənin və ən nəhayət Azərbaycanın sözün hər mənasında ağsaqqalı idi. Elin hər bir xeyir və şər işində hamı onun yolunu gözləyər, məsləhətinə, xeyir-duasına ehtiyac duyardı. Bölgəmizdə onunla birbaşa tanışlıq münasibəti olan-olmayan insanlar istənilən bir problemlə qarşılaşanda ilk növbədə AĞAya müraciət edərdi. Bu zaman əmin idilər ki, Hacı Mirəziz problemlərinin həll olunmasına biganə qalmayacaq, bunun üçün səylərini və yardım əlini əsirgəməyəcək. 

    Bu baxımdan AĞA hətta, indi yaxşı vəzifələrdə təmsil olunan, cəmiyyətdə mövqe qazanan, özünü müəyyən peşədə, ixtisasda tapan çoxlarının vaxtilə işə düzəlməsnə, cəmiyyətdə tanınmasına, öz həyatını, güzəranını təmin etməsinə bilavasitə yardımçı olub.  
    Yadımdadır ki, universitetlərdə oxuyan tələbələrin hər hansı bir çətinliyi olanda ilk yada düşən Hacı Mirəziz olurdu. Məsələn, hər hansı bir tələbənin maddi ehtiyacı olanda, qalmağa yeri olmayanda, ya da imtahanlardan kəsri qalanda dərhal Hacı Mirəzizə pənah aparardı. Bu baxımdan, Hacı Mirəziz AĞA bir çox tələbələrin təhsilini davam etdirməsində, başa vurmasında da əlindən gələni əsirgəməyib, onların ehtiyaclarını təmin etmələrində, dərsə davamiyyətlərini gücləndirməsində yardımçı olub...  Bu da Hacının tələbələrin, gənclərin, həmyerlilərinin təhsilə, biliyə, ixtisasa yiyələnməsində çox maraqlı olduğunu göstərir, onun elmə və təhsilə sadiq bir xeyriyyəçi olduğunu bir daha ortaya qoyur...    
    Kimsə sənəd-sünəd məsələlərində bir çətinliyə rast gələndə də Hacıya müraciət etməyə tələsirdi, Hacının nüfuzundan yararlanırdı. Dəfələrlə şahidi olmuşuq ki, qohum-tanışlar, həmyerlilər bürokratik əngəllərlə qarşılaşanda, sənədləşmə məsələlərində “dalana dirənəndə”  AĞA təmənnasız olaraq onların dadına yetişib, aldadılmalarının qarşısını alıb. 
    Hacı Mirəziz Seyidzadə kimi bir məsul din xadiminin, eyni zamanda vəzifə sahibinin işləri təbii ki həddindən artıq çox olurdu. Amma buna baxmayaraq, sözügedən çətinliklərlə bağlı qapısını döyən kimsəyə “yox” demirdi, hər kəsin bu baxımdan probleminin həll olunmasında əlindən gələni əsirgəmirdi, bu məsələdə onun nüfuzu, cəmiyyətdəki çəkisi də çətin işi asanlaşdırırdı. AĞAnın bu sahədə insanlara əl tutması, onların problemlərini aradan qaldırması, hələ “ASAN” xidmətin intişar tapmadığı o dövrlərdə əsl “ASAN” xidmət” idi.. Özü də tamamilə təmənnasız “ASAN” xidmət”...

    İctimaiyyətin, medianın üstünlük verdiyi EKSPERT    

    Hacı mediaya, jurnalistlərə olduqca açıq adam idi. Bu da onun bir məsul dini vəzifə sahibi olması ilə yanaşı, həm də ilahiyyatçı ekspert kimi biliklərini paylaşmaq istəyindən irəli gəlirdi. Xüsusilə ilahiyyatla, dinin sosial təzahürləri ilə bağlı ortaya çıxan sualları həvəslə və səhih mənbələrə istinad etməklə cavablandırar, ətraflı və anlaşıqlı şəkildə izah edərdi, ərəbcə, yaxud farsca yazılmış dini kitablardan – orijinallardan sitat gətirər, sonrada onları dilimizə tərcümə edib, başa salardı. 
    Yadımdadır, bir dəfə - yenicə qəzetdə jurnalist kimi çalışmağa başladığım vaxtlarda dini sahə ilə bağlı bir açıqlama almaq lazım gəldi. Telekommunikasiya vasitələrinin nisbətən zəif inkişaf etdiyi on il bundan öncəki bir dönəmdə onun yanına getdim . Hələ məni bir yerlisi və ya qohum kimi tanımırdı, bunu heç ona deməyə macal tapmamış, məni çox xoş və gülərüz bir şəkildə qarşıladı, yanında oturtdu. Bundan sonra isə o zaman ilk dəfə qarşılaşdığım, sonradan mediada yaxın dostlarımdan birinə çevrilən Niyaz Niftiyev məni AĞAya tanıtdı. O, kim olduğumu biləndən sonra bir qədər daha yaxından hal-əhval tutdu, işim-fəaliyyətimlə maraqlandı, necə dolandığımı qayğıkeşliklə soruşdu. Müsahibədən sonra isə AĞA yeni çap olunmuş “İslami söhbətlər” kitabının hər iki cildini mənə hədiyyə etdi. Kitaba isə ürək sözlərini belə yazdı: “Eloğlum və yaxın qohumum İlkin müəllimə ən xoş arzularla”.

    Hacı Mirəziz həqiqi DİN XADİMİ idi...

    Hacı Mirəziz dini elitanın ən əsas nümayəndələrindən biri kimi, cəmiyyətin din, İslam baxımından maariflənməsi üçün yorulmaz fəaliyyət və xidmətlər göstərib. Hələ ateizmin tüğyan etdiyi Sovet dönəmində Hacı İslam dini ilə bağlı ən yüksək səviyyədə və heç bir instansiyadan çəkinmədən maarifləndirmə işi aparıb, dinin düzgün tədrisi məsələlərini həyata keçirib. Sovet dövrünün sonlarında – ateizmin öz qürubuna doğru getdiyi vaxtda dini-ideoloji böhrana məruz qalan cəmiyyətin dini maariflənməsi ən aktual məsələ idi. O dövrlərdən başlayaraq Hacı Mirəziz AĞA yeni formalaşmaqda olan dini elitanın əsas nümayəndələrindən biri kimi əsl dinin mahiyyəti, dəyərləri və ehkamları barədə insanları yorulmadan və sistematik şəkildə maarifləndirməkdə idi. Əsl dinin xürafatdan, cəhalətdən fərqini gözəl misallar, sistemli tədris və mühazirələrlə cəmiyyət üzvlərinə mütəmadi anladırdı, bu məsələdə rast gəlinən bütün maneələri əzmlə dəf edirdi. 
    Müstəqillik illərində dövrün bütün çətinliklərinə baxmayaraq, AĞA bu məqsədlə ali məktəb yaratdı,   əsərlər yazdı, jurnal çap etdirdi. Həmçinin, iştirak etdiyi bütün məclislərdə söhbətin dini maarifləndirmə mövzusunda olmasına xüsusi diqqət yetirir, bu barədə olan sualları bir-bir həvəs və səbrlə, əhatəli şəkildə cavablandırırdı. Hər kəs onun söhbətlərinə qulaq asmaq istəyirdi, onun iştirak etdiyi, baş çəkdiyi hər hansı bir xeyir-şər məclisi çox izdihamlı olardı. Çünki insanlar AĞAnın həmin məclisə gələcəyini bildikləri üçün izdihamla oraya gələr, sona qədər AĞAnı dinləyərdilər. Hacı Mirəziz Seyidzadə xüsusilə ilahiyyatla məşğul olan gənclərin dini biliklərə kamil yiyələnməsinə ciddi diqqət yetirərdi. Hələ bu sahədə kövrək olan bir çox gənclərin püxtələşməsi, savadlanması üçün yol göstərirdi, məsləhətlərini və ədəbiyyatlarını əsirgəmirdi.
    Əlbəttə, AĞAnın ölümü hamı kimi bəndənizi də kədərləndirdi. AĞA cismən bizlərdən ayrılsa da, ruhən və mənən bizimlədir. Onun sağlığında bizlərə miras qoyduğu əsərləri və elmi-publisistik məqalələri dünya durduqca oxunacaq və hər oxunanda da Hacı Mirəziz AĞA yenidən DİRİLƏCƏK...


    İlkin Ağayev

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 897
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30