Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İŞİD İslamdırmı?
    İŞİD-in bu qədər sürətlə böyüməsi, güc qazanması, faktiki olaraq bir neçə böyük dövlətlə savaşaraq qələbə əldə etməsinin arxasında ciddi amillər var. Bu, sadəcə bir qrup fanatikin toparlanıb silahlı qrup yaratması və ya çılğın ərəb şahzadələrinin maliyyəsi ilə yaradılan terror qrupunun imkanları deyil. 
    İŞİD-i Qətər dövlətinin (başqa dövlətlərin də adları hallanır –K.R) yaratması, yəni sırf siyasi layihə olması iddiaları da ciddi qəbul oluna bilməz. Məlum olduğu kimi bu cür qruplaşmalara qoşulan insanlar daha sonra ortalama 3-5 il yaşayır, bu insanların çox hissəsi ölümü gözə alır, “şəhadət” ideyası uğurunda canlarından keçir. 

    Bu da bir daha təsdiqləyir ki, hər nə qədər marginal qrup, terror təşkilatı adlandırılsa da, İŞİD-in arxasında ona güc verən ideya var. Məhz bu ideyadır ki, təkcə son bir ayda bu təşkilata 6 min nəfər üzv qoşulub. Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, təkcə iyul ayında qruplaşmaya Suriya ərazisində 6-7 min nəfər arasında yeni insan qoşulub. 

    Artıq İŞİD Səudiyyə Ərəbistanı müftilərini də narahat etməyə başlayıb. Ölkənin baş müftisi Əbdüləziz əl-Şeyx bəyanat verərək İŞİD-in “xarici” cərəyana mənsub olduğunu bildirib. Şeyx bildirib ki, bölücülük və terrorun yer üzündə əsas qurbanları müsəlmanlardır. “Xaricilər İslam dinindən deyil. Müsəlmanları günahkar bilən bu insanlar müsəlmanların qan və mallarını halal elan edən xaricilərin davamçılarıdır” – deyə Şeyx bildirib. 

    Qeyd edək ki, xaricilik Hicrətin 40-cı illərində ortaya çıxmış, təkfirçi görüşlü insanların cərəyanıdır. İmam Əliyə (ə) və İslam hakimiyyətinə qarşı çıxan bu qrup “hakimiyyət Allaha məxsusdur” ideyasını bayraq edərək qanuni İslam hakimiyyətinə qarşı çıxıb və müsəlmanlar arasında böyük fitnə-fəsada səbəb olublar. 

    Deməli, ortada İslamın yanlış anlaşılması və ya izahatından söhbət gedir. Tarixin hansısa mərhələsində İslam dininin göstərişləri bir sıra ölkələrdə müsəlmanlara səhv təqdim olunub. Bu zaman isə İslamın iki əsas mənbəyində təhriflər olub. İslam alimlərinə görə, müəyyən dövrlərdə maraqlı şəxslər və ya siyasi cərəyanlar din adından etdikləri təhriflər vasitəsilə öz maraqlarını reallaşdırmağa çalışıblar. Məlum olduğu kimi İslam dinində əsas hökmlər toplusu Quran və sünnə, yəni Məhəmməd Peyğəmbərin (s.ə.s) söylədikləri (hədis), etdikləri (sirə) və baş verməsinə razı olduğu işlərdir. Bütün müsəlmanların etiqadına əsasən Quran-Kərim təhrif olunmayıb və müqəddəs kitabın özündə də qeyd edildiyi kimi, Qiyamətə qədər insanlar onu təhrif edə bilməyəcək. 

    Deməli, İslamla bağlı üzə çıxan dinə zidd fəaliyyətləri yalnız Quranın təfsirində baş verən yanlış yozumlar və eləcə də Məhəmməd (s.ə.s) adından yayılan hədislərdə axtarmaq lazımdır. Bu gün İslam alimləri sübut edir ki, tarixin müəyyən mərhələlərində təhrif olunmuş, saxta hədislər ortaya çıxıb. Nə qədər qəribə də olsa İslam dini ilə bağlı mübahisəli, qalmaqallı, bir çox hallarda zorakılığa, qətlə əsas verənlər məhz bu cür saxta olduğu sübuta yetirilən hədislərdir. Təcrübə göstərir ki, siyasiləşmiş İslam cərəyanları bir çox hallarda məhz bu kimi hədislərə istinad edərək öz zorakılıqlarına, cinayətlərinə haqq qazandırır, əsas tapırlar. 

    Bu məsələdə İŞİD və onun kimi qruplaşmaların əsas silahı heç şübhəsiz ki, təkfirçilikdir. Təkfir, yəni bir nəfərin kafir olduğunu elan etməkdir. Radikal islamçılar məhz digər insanları, xüsusən də müsəlmanları təkfir edərək rahat şəkildə ölümünə fərman verirlər. Çünki onların inanclarına görə, kafir elan etdikləri insanları qətlə yetirmək olar. Halbuki Allah Quran-Kərimin Nisa surəsinin 94-cü ayəsində təkfir etməyi qadağan edir: “Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən (salam verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahlanaraq: “Sən mömin deyilsən!” deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də (insanları bir-birindən fərqləndirməkdə) diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!”.

    Bu mövzuda ən bariz nümunələrdən biri də Məhəmməd peyğəmbərin (s.ə.s) hədisidir. Allah elçisi müsəlmanlara faktiki olaraq başqalarını təkfir etməyi qadağan edir: “Kim bir qardaşına “ey kafir!” deyərsə ikisindən biri ona düçar olar”. 

    Ancaq təkfirçi-radikallar məhz dəqiq olmayan, səhihliyi şübhə doğuran mənbələrə istinad etməklə bu gün Yaxın Şərqdə qanlar tökür, günahsız insanları qətlə yetirir, qadınları qul kimi satır. Deməli əslində problemin kökündə dinin yanlış anlaşılması və ya yozulması dayanır. Bunun qarşısını almaq üçünsə əsas vəzifə həqiqi İslam dəyərlərini bilən vicdanlı müsəlman alimlərinin üzərinə düşür. İslam mənbələrini saxta, sonradan dinə pərçim edilmiş mətnlərdən təmizləyib, islamı olduğu kimi insanlara çatdırmaq, dinin mahiyyətindən uzaq, daha çox qəddarlığı, qətl və zorakılığı təbliğ edən çağırışların İslam dininə aidiyyəti olmadığını isbat etməkdir. Yoxsa, bu gün İŞİD adı ilə, sabah bir başqa adlarla çoxlu sayda qruplar ortaya çıxmaqda davam edəcək. 


    Kənan RÖVŞƏNOĞLU

    Ən təhlükəli İŞİD yaraqlıları – hamısı İngiltərə vətəndaşlarıdır

    Suriya və İraqda terror törətməkdə davam edən İraq Şam İslam Dövlətinin (İŞİD) yaraqlıları arasında İngiltərə vətəndaşlarının sayının çox olması diqqət çəkir.
    İngiltərə mətbuatında verilən xəbərlərə görə, terror təşkilatında olan hər 4 xarici vətəndaşdan biri İngiltərə vətəndaşıdır.
    Hökumətin ehtimalına görə, təxminən 500 təşkilat üzvlərindən 250-si ölkəsinə dönüblər.
    Təşkilatın yaydığı sonuncu edam videosunun ardından, İngiltərədəki terrorla mübarizə polisi amerikalı jurnalist Ceyms Foleyin başını kisən və ingilis aksenti ilə danışan maskalı İŞİD yaraqlısının şəxsiyyətini artıq müəyyən edib. İngiltərənin “Guardian” qəzetinin yazdığına görə, qəzetə bir neçə ay əvvəl Rakka şəhərində girov alındığını söyləyən bir qaynaq, amerikalı jurnalistin başını kisən “John” kod adlı yaraqlının Rakkadakı qərbli girovlardan məsul üç ingilis cihadçıdan biri olduğunu iddia edib.  

    Abu Abdullah Al Brittani  

    32 yaşındakı ingilis vətəndaşı Brittani ictimai mediada yayılan və “qardaşlarına cihad çağırışı edən” yaraqlı olaraq tanınır.   Muhammad Hamidar Rahman   25 yaşındakı Rahmanın ailəsi oğullarının, Ramazan ayında Suriyada öldürülüb.  

    Mashudur Choudhury  

    Suriyaya döyüşmək üçün gedən ilk ingilis vətəndaşı olaraq bilinən 2 uşaq atası 31 yaşındakı Choudhury keçən ilin oktyabr ayında ölkəsinə dönərkən London “Gatwick” hava limanında tutulub.  

    İfthekar Jaman  

    23 yaşındakı Jaman “Əl Qaidə” ilə bağlı təşkilatlara qatılıb, Suriyadan İngiltərədəki evinə dönərkən Hampshiredə olan evinə yaxın bir bölgədə baş verən qarşıdurmada öldürülüb.    

    Salma və Zahra Halane  

    16 yaşındakı Salma və Zahra adlı əkizlər, tibb ixtisası üzrə oxuyarkən evdən qaçaraq Suriyaya gedərək təşkilata qatılıblar. Əkizlərin hazırda Rakkada olduğu və İŞİD yaraqlıları ilə evləndikləri söylənilir.  

    Jaffah, Amer və Abdullah Deghayes  

    Kesabda bir qarşıdurmada öldürülən 18 yaşındakı Abdullahın qardaşları 16 yaşındakı Jaffar və 20 yaşındakı Amerin hələ də Suriyada olduğu düşünülür.  

    Nasser Muthana  

    20 yaşındakı tibb fakültəsinin tələbəsi Muthana 2013-cü ilin noyabr ayında ailəsinə “Suriyada cihada qatılmağa getdiyini” xəbər verən bir məktub yazaraq qaçıb. Muthananın hələ də Suriyada olduğu düşünülür.  

    Aseel Muthana  

    Nasse Muthananın Cardiffdə yaşayan 17 yaşındakı Aseel Muthana böyük qardaşı Nasserin ardından fevral ayında Suriyaya gedərək təşkilata qatılıb. Qardaşlardan  təşkilatın təbliğat videolarında tez-tez istifadə edilir.  

    Reyaad Khan  

    Cardiffdən Suriyaya gedərək təşkilata qatılan Rayeed Khan İŞİD-in qan donduran edam videolarının yanında, 3 ingilis yaraqlının qərbli müsəlmanları təşkilata dəvət etdiyi təbliğat videosunda da ən qabaqda görünüb.  
    Reyaad Khan (solda) və Nasser Muthananın (ortada) cihad çağırışı etdiyi video xüsusilə İngiltərədə böyük əks-sədaya səbəb olmuşdu. Reyaad Khan ictimai media hesabları üzərindən etdiyi dəhşət verici paylaşmalarla da bilinir.
    Qatıldığı edamlarda yaşananları bir-bir lentə alan Khan İngiltərə ilə yanaşı Birləşmiş Millətlər Təşkilatının da ən çox axtardığı şəxslər arasındadır.

    Aine Davis  

    İngiltərə vətəndaşı 30 yaşındakı Aine Davisin Suriyada İŞİD təşkilatı üçün aktiv çalışdığı bilinir.
    Davisin həyat yoldaşı Amal el-Wahabi (sağda), təşkilata maliyyə təmin etmək üstündə mühakimə olunarkən, qadınla əməkdaşlıq etdiyi düşünülən 27 yaşındakı Nawal Msaad, alt paltarında saxladığı 20 min avro ilə hava limanında tutulub.    

    Abdul Waheed Majeed  

    “Əl Qaidə” ilə bağlı təşkilatlarla yaxın əlaqələrdə olan Abdul Waheed Majeed ilk ingilis intihar bombaçısı olaraq bilinir. Hələbdə partlayıcı yüklü bir yük maşını ilə etdiyi hücumda bir çox adam həyatını itirmişdi.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 898
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30