Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Unudulan Dilqəmin və “Dilqəm”inin dərdi...
    Qarabağ savaşından yadımda qalan bir İlham - Dilqəm qardaşları vardı. Ataları bilmirəm hardaydı, amma anaları Zəhra xalanın iki gözü olan iki qardaş müharibədə ad çıxarmışdılar. İlham - Dilqəm deyəndə erməninin zəhri yarılırdı.


    Mənim xoşuma gələn onların əsgər geyimindəki paqonlarıdır. Onda rütbəliylə rütbəsizin fərqini başa düşəcək yaşda olmasam da əslində necə hökümlü biri olduqlarını başa düşə bilirdim.  
    Mən elə bilirdim, bütün Dilqəmlərin anasının adı Zəhra, bütün İlhamların qardaşının adı Dilqəmdir. Niyə belə düşünürdüm, orasını bir mənim uşaq ağlım, bir də Allah bilir. 
    Böyüyəndən sonra, evimizə gəlib-gedən o boyda zabit ordusunun arasından niyə onları seçdiyimi başa düşdüm. Onlar bir qadının bu dünyaya gətirə biləcəyi iki mükəmməl əsər idilər və Qarabağ uğrunda daha doğrusu analarının namusu uğrunda savaşırdılar.
    Gün keçdi, ay dolandı, “atəşkəs” oldu. İlham - Dilqəm qardaşları mənim yaddaşımın bir kənarında gizləndi. 
    İllər sonra bir gün qulağıma anasına sarılan, daha doğrusu anasının məzarına sarılan başqa bir Dilqəmin harayı çalındı. Ana həsrəti bir igidi də düşmənin əsarətində olan torpaqlara götürmüşdü. Və dediklərinə görə bu birinci səfəri deyildi. “Ziyarətin qəbul olsun, Dilqəm əmi” dedim öz-özümə.
    Bir də baxdım aləm qarışdı, qələm əhli meydanda toz qopardı. Sosial şəbəkələrdə dil pəhləvanlarının klaviatura güləşi başladı. “Lap yaxşı” dedim, “birləşmək bütün hallarda gözəldir” dedim. “Əsas odur yarıdan çoxu küyə getmək olsa da, ağızlardan “Vətən”, “Qisas” sözləri düşmür” dedim. Vallah sevindim. İyirmi ildir daşlaşan dərdimizi bu iki igidimiz dilləndirdi, yadımıza saldı. Sözün düzü, mən elə bildim Dilqəmin harayı hamını yaxdı. 
    Elə gurultu qopardılar ki, hələ “erməni diversantı”nı əsir də aldılar. Dilqəmin boynunu erməni necə sıxmışdısa bizimkilər də eyni geyimdən geyib o “erməni küçüyü”nün boynundan eləcə yapışdılar. Onsuz da bir yumruqluq canı vardı, onu da gəlib bizim torpaqlarda cəhənnəm mələklərinin əlinə tapşırdı.
    Mən bu mövzu barədə danışmaq istəmirəm. Ola bilər ki, o elə öləsiydi və erməni kəşfiyyatı da iynədən-zaddan vurub özü bizim tərəfə yolladı ki, burda ölsün, sonra da onlar “keçəl qızım saçlıydı” deyib yaxamızdan yapışsınlar. Əllərindən gəlməyəcək iş deyil ki. Amma məsələ bununla da qurtardı. Hay-küy yatdı, “meymun oyunu çıxaranlar” sakitləşdilər, hərə öz cinahına çəkilib pusuya yatdı.
    Dilqəm də yaddan çıxdı, Şahbaz da, Həsən də...
    Onlar nə elədilər, bilirsinizmi? İyirmi ildir içimizdə gizlətdiyimiz “qorxunu boğdular”. Sülhü hegemon dövlətlərin qızıl teştdə qarşımıza qoyacağı günü gözləmək əvəzinə bizim olan torpaqlara qorxmadan, çəkinmədən öləcəklərini bilə-bilə getdilər!
    Dərddən, laqeydlikdən ürəyim dağılır amma kimə nə deyəsən, kimin yaxasına yapışasan ki?!
    Kim, nəyi unutsa da mənim içimdəki ölülər bağırır. Bax, bu o qayalıqdan atlayan qızların çığırtıları, bu, lələsi köçən yurdun hönkürtüsü...
    Bu da qəbirləri dağılmışlar... Nə baş verir?!
    Bax burda da bir kişi daşa dönmüş Anasına sarılıb. Hönkürür.
    Qulaqlarımı tut, Allah, batdı ki. 
    ...uzaqdan “Dilqəmi”nin səsi gəlir.
    “...”
    Dedilər ki, bir oğul da əsir düşdü. Videosuna baxdım. İki-üç dığanın boynunu əyməyə çalışdığı birini gördüm. İçimdəki bütün bəraətlər silinib getdi. Mənim gözümün yaşı o igidin “boynun”a süzüldü. Basdırdığım nə varsa baş qaldırdı.
    Niyə?! Nə üçün?!
    Susun! Bağırmayın!
    ...Deyəmmirəm, qulaqlarımdan qan axır. Əllərimlə tıxamışam, xeyri yoxdur. Əlimdən, barmaqlarımın arasından, ürəyimdən, gözlərimdən ölkə boyda dərd axır.
    Bilirsiniz nə düşünürəm? Görəsən Qarabağ savaşında neçə oğulun boynunu bükdülər elə?! Neçə kişini qeyrətdən saldılar?!
    Bilmirəm... Bilmirik! Bilmək də istəmirik! Biz başqalarına qarşı humanist özümüzə kor olduğumuzdandır ki, bu qədər dərdi görməzdən gəlirik.
    Bizimki nəyə bənzəyir, bilirsinizmi? “Filankəs mənim Anama söydü, mən isə onun səviyyəsinə enməmək üçün cavab vermədim” kübarlığına! 
    (Mən bilmirəm bu ölkənin Milli Məclisi niyə var. Ölkədə baş verən hansısa hadisəyə Milli Məclis səviyyəsində cavab verilməyəcəksə, bu millətin “vəkil”ləri millətin adından çıxış etməyəcəklərsə o postlarda niyə oturublar? Kim seçib, niyə seçib onları?! Millətdən ötrü var olmayacaqlarsa heç olmasınlar daha yaxşı.
    Qardaş dedikləri Türkiyənin bir əsgəri əsir düşsə, bir çobanı qoyununu dağdakı kürdə qapdırsa bir saat çəkməz ki, bütün Türk ordusu ayağa qalxar. Xəbərlər ard-arda materiallar verər, rəsmilər bəyanatlar yayımlayar və çox deyil bircə gecə keçməmiş birə on cavab verilər (hərçəndi oranı da özümüzə bənzətməyimizə az qalıb!))
    Dünya birliklərindən mədət umanlar onlar nə bilir “Ana məzarı”  nə deməkdir və Dilqəm əmini ora aparan hansı qüvvədir? “Kişi olmayan”, “Cinsi bəlli olmayan”ların haqlarından dəm vuranların bu saydıqlarımdan xəbəri olsaydı geridə qoyduğumuz müqəddəs ayda, Allahu-Əkbər sədaları altında kəsilən başların sorğu-sualı olardı. Qisas qiyamətə qalmazdı!
    Gəlin ölkəmizə, dinimizə, dilimizə, milli kimliyimizə sahib çıxaq. İtin yiyəsini tanımadığı bu dünyada nə itə, nə yiyəsinə möhtac olmayaq. Biz-bizə özümüz sahib çıxaq. Kəlbəcərin qayalarında hayqırtıları qalan qızlarımızın da, gecikən heysiyyətlərinə sahib çıxan oğullarımızın da qədrini özümüz bilək.
    P.S: "Oğul düşmən çəpəridir" deyib atalar. Biz oğullarımızı ÇƏPƏR bildiyimiz üçün dizimizdə təpər qalmadı. Sökülən çəpərlərin payaları batdı gözümüzə...
    Belimizdə qırıldı sapları...
    Biz OĞUL DÖVLƏTDİR deyə bilmədiyimiz üçün düşmən çəpəri tez adladı!
    Olsun, ən azından çəpəri adlayan toyuğun başının kəsilmə ehtimalı daha çoxdur. Gözləyək!

    Nigar İsfəndiyarqızı

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 857
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30