Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ərdoğanı prezident edən “3 P”
    Belə demək mümkündürsə qardaş Türkiyə Cümhuriyyəti Ərdoğanın prezidentliyi ilə yeni bir dövrə - Aktiv prezdent dövrünə qədəm qoydu.   Ərdoğan hətta seçilməzdən öncə dəfələrlə “manken” prezdent olmayacağını  bəyan etmişdi. Özündən əvvəlki prezdentlər kimi səhnə arxasına çəkilib, Dədə Qorqud obrazına bürünmək Ərdoğanın dəsti-xəttinə uyğun deyil. O, hücum taktikasını sevən siyasətçidır. Onu  qələbədən-qələbəyə daşıyan da məhz yaratdığı düşmən obrazlarıdır. Ərdoğan yaradtığı qovğa mühiti ilə seçicinin diqqətini digər məsələlərdən yayındırıb onu öz təsirinə salmağı bacarır. Türkiyəli seçici üçün Ərdoğan müasir dövrün Battal Qazisidir...   

                  
    Əgər xatırlayırsınısza onun baş nazir olduqdan sonra ilk sərt çıxışı Avropa Birliyinə ünvanlanmışdı. Türkiyənin Avropa Birliyinə üzvlük prosesində ikili standartlardan bezən Ərdoğan, adı keçən birliyə üzvlük məsələsini “dondurucu”ya qoyduqlarını elan etdi. Bununla da orta statistik Türkiyəlinin  hüsn-rəğbətini qazanaraq, özü haqqında “dəliqanli türk” obrazı formalaşdırdı. 2009-cu ildə Davos forumunda İsrail prezdenti Şimon Presi “əzmək”lə isə hakimiyyətinin uzunömürlülüyünü tam şəkildə təmin etdi. Üzərində hər zaman cib bıçağı gəzdirən Ərdoğan sonradan mətbuata verdiyi müsahibədə Şimon Presi vurmamaq üçün özünü zorla saxladığını etiraf etmişdi. Bu cür davranış və ya açıqlamar isə Türk xalqının canına yağ kimi yayılırdı...

    Və məlum prezdent seçkiləri... 

    Seçki bülletenləri sayılıb qurtarmamış artıq Ərdoğan təbrikləri qəbul edirdi.  Yarımil öncə dəlilli-sübutlu rüşvət skandalı ilə sarsılan Ərdoğan özü haqqındakı bütün bədbin proqnozları yerləbir edərək üst-üstə iki seçkini qazanmışdı və prezdent seçkilərində 10-dan yuxarı partiyanın vahid namizədi ilə yarışaraq  rəqibini  amansızcasına məğlub etmışdi...
    Bu necə mümkün oldu?
    Ərdoğanın prezdent seçkilərində seçki maratonunu və qələbəsini analiz etsək belə deyə bilərik o, bu dəfə öz seçki kampaniyasını “3 P”nin üzərində qurdu. Daha konkret desək bu “3 P” ilə apardığı mübarizə və ya danışıq Ərdoğanın qələbəsini tam şəkildə təmin etdi.
    Öncə “3 P”nin nə olduğunu anlayaq.

    1. PKK
    2. Pensilvaniya
    3. Paralelçilər(Paralel Yapı)

    PKK  

    Bəziləri Ərdoğanı təslimiyyətçilikdə günahlandırsalar da onun PKK ilə danışıqlar masasına oturması Türkiyədə yeni bir dönəmin başlanğıcı oldu. Ərdoğan fərqində idi ki, istənilən daxili və ya xarici uğur şəhid cənazələrinin fonunda görünməz olur. Bir gündə 24 əsgərin şəhid edildiyi Hakkari basqınından sonra isə Ərdoğan ağır günlər yaşayırdı. Hər şəhid xəbərindən sonra xalqın artan qəzəbi və buna paralel olaraq Ərdoğan iqtidarına azalan inamı, müxalfətin aramsız istefa çağrışları və PKK-nın Türkiyə ictimaiyyətində yaranan panikadan ruhlanaraq daha da quduzlaşması rəsmi Ankara ilə İmralı adası arasında PKK-nın geri çəkilməsi mövzusunda gizli danışıqları daha da intensivləşdiridi...
    Ərdoğan ilə Öcalan necə anlaşdı?

    Sonradan məlum oldu ki, PKK ilə Türk höküməti arasında danışıqlar hələ 2009-cu ildə Osloda başlayıb. Cəmi iki dəfə reallaşan və son dərəcə gizli saxlanılan bu görüşlərin stenoqramı və səs yazıları məhcul bir qüvvə tərəfindən mətbuata servis edildikdən sonra danışıqlar bir müddət təxirə salındı. Sonradan” AKP”-yə yaxınlığı ilə bilinən “Sabah” qəzeti Oslo danışıqlarının Gülən camaatı tərəfindən mediaya sızdırıldığını və “dövlət içində dövlət” deyə xarekterizə edilən paralel yapıya isə içində görüşmənin qeyd olunduğu bir hartiskin çatdırıldığıni yazdı.
    Yenə hökumətə yaxın olan “Kanal 7” adlı televiziya kanalında bir proqrama qatılan Ərdoğan isə Oslo danışıqlarını özünün başlatdığını etiraf etdi. Hökumətin əliqanlı terror təşkilatı ilə bir araya gəlməsini dövlətə xəyanət, terror təşkilatının legitimləşdirilməsi kimi qəbul edənlər və qələmə verənlər çox olsada Ərdoğan geri addım atmadı. Onun arxa-arxaya tətbiq etdiyi islahatlar (Demokratik açılım paketi, Çözüm süreci)  PKK-da məmnuniyyət hissi yaratdı. Evə dönüş yasası ilə isə PKK-lı döyüşçüləri əfv olundu. Kürd dilinin tədrisinə icazə verildi və “TRT Şeş” kürd dilində yayıma başladı. Kürd dilində köhnə toponimlər bərpa edildi, kürdlərin yaşadığı bölgələrdən ordu geri çəkildi, ölkə Konstitusiyasında müvafiq dəyişikliklər edildi, ömürlük məhkum Abdulla Öcalanın habsxana şəraiti yaxınlaşdırıldı, təcriddən çıxarıldı və s...
    Əvəzində isə PKK silahı yerə qoydu. Əslində silahı yerə qoydu demək yanlış olar. PKK sadəcə olaraq silahı arxasında gizlədib. Amma istənilən halda iki ilə yaxındı Türkiyə günə şəhid cənazələri ilə oyanmır. Bu isə xalqın Ərdoğana olan inmını daha da möhkəmləndirir...
    Dünyanın hər yerində  seçici sabitliyə və rifaha  səs verir...
    Hələlik Ərdoğan PKK-nı ram etmiş kimi görünür. Onun Pirr qələbəsi çaldığını iddia edənlər də var, amma faktiki olaraq PKK sözə baxan uşaq kimi Ərdoğanın prezdenlik maratonuna heç bir provakativ əməllə  maneçilik törətmədi.
    PKK üzərində təsir qüvvəsini itirmədiyini isbat edən Abdulla Öcalanın isə sonsuza qədər həbsxanada qalmayacağı şəksizdir. Ondan dövlət maraqları üçün istifadə olunacaq...

    Pensilvaniya

    Pensilvaniya özlüyündə ABŞ-ın cənubunda yerləşən məsum bir ştatdır. Ştat öz adını İngilis admiralı Vilyam Pennin soyadına borcludur. 12 milyon əhalisi olan Pensilvaniyada ağdərililər, afroamerkanlar, ispan mənşəlilər, qızıldərililər mehriban halda yaşayır...
    Gülən camaatının lideri Fətulla Gülən də Pensilvaniyada yaşayır və öz xilafətini oradakı malikanəsindən idarə edir. Elə buna görə də Əmir Teymur üçün Əlincə qalasının, Afşın üçün Bəzz qalasının fəthi hansı əhəmiyyəti daşıyırdısa Pensilvaniyanın fəthi də Ərdoğan üçün o qədər önəmlidir. Əlbəttə, fəth dediyimiz zaman Pensilvaniyanın ışğalını nəzərdə tutmuruq. Sadəcə olaraq Fətulla Gülənin qollarının qandallanıb Türkiyəyə gətirilməsi Ərdoğan üçün heç də fəthdən az həzz olmayacaq...

    Fətulla Gülənin buynuzu...

    Ümumiyyətlə Ərdoğan öz siyasi həyatında ən böyük zərbəni vaxti ilə ən yaxın müttəfiqi olan Fətulla Güləndən aldı desək yanılmarıq. Şəxsi mənafelərin toqquşması ilə kəskinləşən münasibətlər hətta o həddə çatdı ki, məxfi dövlət toplantılarının auido yazısı belə Gülən şəbəkəsi tərfindən mətbuata ötürüldü. Bununla da hər kəsə aydın oldu ki, Pensilvaniyadakı malikanəsində qəhərlənə-qəhərlənə dini moizələr oxuyan “Xeyirxahlıq mələyi”, “Təhsil tanrısı”  Fətulla Gülənin buynuzları da var imiş... İndi isə Ərdoğan, Burla xatun eşqinə yalın əllə buğayla güləş tutan  Salur Qazan  kimi  Gülənin buynuzundan tutub dizini yerə gətirmək üçün tər tökür...
    Ərdoğanın “Eyy Pensilvaniya” deyə ümumiləşdirdiyi Gülən və camaatının cinah dəyişməsi belə seçkinin nəticəsini dəyişmədi...
    Türkiyə xalqı dost xəyanətinə uğrayan Ərdoğanı yalnız buraxmadı...
    Hal-hazırda  Ərdoğan Fətulla Gülənin beynaxalq pasportunu da ləğv erərək onu Amrkadan deportasiya etdirməyə çalışır. Maraqlıdır ki,  Ərdoğan - Gülən münaqişəsi açıq müstəviyə çıxan kimi Ərdoğanın ilk işı Ərgənəkon məhbuslarını azadlığa buraxmaq oldu. Beləliklə, Türkiyədəki anti-gülən cəbhəsi daha da möhkənlənmiş oldu.
    Adətən belə deyirlər ki, həbsxanada İlkər Başbuğun boşalmış yerini Fətullah Gülən dolduracaq...
    Mən isə belə düşünmürəm...
    Böyük ehtimalla Ərdoğan Güləni həbs etdirib onu qəhramana çevirməyəcək, amma həbs etdirsə də Gülənin yeri İmralı adası olacaq...

    Paralelçilər(Paralel yapı)

    Ərdoğan prezdent olduqdan sonra xarici işlər naziri Əhməd Davudoğlunu öz yerinə baş nazir təyin etdi. Və Davudoğlunu təqdim edərkən onun “paralel yapı” ilə qətiyyətli mübarizəsinə xüsusi diqqət çəkdi. Bu Ərdoğanın eyni zamanda öz tərəfdaşlarına və özündən əvvəlki prezdent Abdulla Gülə verdiyi mesaj idi. Deməli, Ərdoğanın komandasında yer almaq üçün paralelçilərə qarşı amansız olmaq lazımdır. Abdulla Gül isə heç bir zaman Fətulla Gülənə qarşı sərt mövqe sərgiləməmışdi və ona görə də nəzakətli bir şəkildə komandadan uzaqlaşdırıldı...
    Türkiyədə hər zaman dərin dövlətin varlığından şübhələnilib, bu haqda müxtəlif “komplo teoriləri” ortaya atılıb. Amma heç kim düşünə bilməzdi ki, Türkiyədə Gülənin bilavəsitə rəhbəri olduğu, hətta nazirlərin belə telefon danısıqlarını dinləyə biləcək paralel dövlət var. Bu həqiqət 2013-cü il 17 dekabrda meydana çıxdı. Paralel dövlət dövlətə “operasyon” yapdı və bəzi şəffaf olmayan məqamları üzə çıxardı.
    Daxili işlər nazirinin oğlu telefon danışıqlarına əsasən həbs edildi.
    İş orasındadı ki, nazir öz oğlunun dinlənməsinə razılıq vermişdi. Siyahıya gözüyumulu imza çəkmişdi...
    Paralel polislər gizli əməliyyat hazırlayıb uğurla həyata keçirmişdilər...
    Bilal Ərdoğan ifadəyə çağrıldı.
    Ərdoğan iflic vəziyyətə düşdü.
    Başda Ərdoğanın sevimlisi Hakan Şükür olmaqla bir qism silahdaşlar futbolçu cəldliyi ilə batan gəmini tərk etdilər...
    Aradan yeddi ay keçib... 
    Ərdoğan indi Türkiyə respublikasının prezdentidir.
    Paralelçi polislərin isə demək olar ki, hamısı həbsdədir...
    Ərdoğan bu fırtınadan da ustalıqla çıxıb gəmini limana salamat çatdırdı...
    Onun mübarizəsinə yeni bir hədəf daha əlavə olundu - Paralelçilər...
    Ərdoğanın rəqibi yoxdur. O, rəqiblərini düşmən olaraq qəbul edir və amansızcasına mübarizə aparır. Və bəlkə də Ərdoğan dünyada yeganə liderdir ki, düşmənləri artdıqca daha da qüvvətlənir...

    Bəhruz HƏSƏNLİ

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 865
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30