“Abituriyent” jurnalının 2010-cu ildə ilk buraxılışı nəşr olunub
Cari ildə ali və orta ixtisas məktəblərinə hazırlaşan gənclər üçün TQDK-nın orqanı olan “Abituriyent” jurnalının 2010-cu ildə ilk buraxılışı nəşr olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Jurnal artıq komissiyanın satış məntəqələrinə paylanıb. Jurnalda 2010/2011-ci tədris ili üçün respublikanın ali və orta ixtisas məktəblərinə qəbul qaydaları dərc olunub. Həmçinin müxtəlif fənlərdən test nümunələrinin izahatı, imtahanlara hazırlaşmaq üçün lazım olan vəsaitlərin siyahısı verilib.