Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İşgüzar və savadlı din xadimi - Hacı Mirəziz Seyidzadə
    Dünya alimlərinin apardıqları kompleks elmi araşdırmalar zamanı məlum olmuşdur ki, təbiətdə hər şey yarandıqdan sonra insan yaranmışdır. İnsan təbiətin və Allahın yaratdığı ən ali məxluqdur. Əsl insan yaradıcı olmalıdır. Yaradıcı insan təbiətin qanunlarını öyrənir və ondan səmərəli istifadə etməyə başlayır, özünün əməlləri ilə təbiətə, cəmiyyətə, dövlətə, xalqa və ümumilikdə bütün bəşəriyyətə xeyir verməyə başlayır...

    Uzun zamanlar ərzində yaxından dostluq etdiyim insanlardan biri də Hacı Mirəziz Seyidzadə olmuşdur.
    30 ildən artıq bir zaman çərçivəsində Hacı Mirəzizlə ünsiyyətdə olmuş və onun İslam dininə aid söhbətlərinə qulaq asmış və onun dini biliklərinə heyran olmuşam...
    Məhz yuxarıda qeyd olunan amillərə uyğun olaraq Hacı Mirəziz Seyidzadənin keçdiyi mənalı və məzmunlu həyat yollarına nəzər salmaq, onun ayrı-ayrı inkişaf mərhələlərinə səyahət etmək olduqca mənalı və maraqlıdır. Çünki bu inkişaf yollarında Hacı Mirəziz Seyidzadənin keçdiyi mənalı ömrünün ayrı-ayrı səhifələri həkk olunmuşdur. Bu baxımdan ayrı-ayrı insanların, alimlərin, yazıçıların, şairlərin, din xadimlərinin, incəsənət adamlarının keçdiyi mənalı həyat yolunu öyrənmək və təbliğ etməyin müasir dövrümüzdə olduqca mühüm ictimai, siyasi əxlaqi və mənəvi əhəmiyyəti vardır. Xüsusilə müasir zəmanəmizdə böyüməkdə olan gənc nəsil üçün işgüzar insan, savadlı din xadimi, İlahiyyat üzrə fəlsəfə doktoru, “Kəlam” elmi-ədəbi publisistik jurnalının təsisçisi və Baş redaktoru Qazi Hacı Mirəziz Seyidzadənin keçdiyi mənalı həyat yolu örnək olmalıdır. 
    Qazi Hacı Mirəziz Seyidzadə 1949-cu il fevralın 14-də Azərbaycanın ən gözəl və səfalı diyarlarından biri olan Masallı rayonunun Türkoba kəndində dünyaya gəlmişdir. Onun göz açdığı dağlar qoynu, təbiətin yaratdığı möcüzələr, göylərə baş çəkən Talış dağları Hacı Mirəzizin ilham aldığı məkanlar olmuşdur. Hacı Mirəzizin uşaqlıq illəri doğma kəndində keçmiş və ana təbiətin yaratdığı nemətlərlə valeh olmuşdur. Orta məktəbi doğma kəndində qurtarmışdır.
    Hacı Mirəziz hələ orta məktəbdə oxuyarkən İslam dini ilə maraqlanmış və İslami söhbətləri həvəslə dinləməyə başlamışdır. Xüsusi ilə Şeyx Qüdrət və Molla Bəşir axundların təşkil etdikləri mərasimlərdə onların söhbətlərini maraqla dinləmiş və xüsusi zövq almışdır. Hacı Mirəziz ilk dini biliklərini Şeyx Qüdrət və Molla Bəşirdən almışdır. Məhz buna görə də onun uşaqlıq illərində əldə etdiyi dini biliklər daş üzərində yazılmış yazılar kimi pozulmamış, dərin məzmunlu olmuş və nəticədə həmin biliklər əsasında Hacı Mirəziz bu müqəddəs yolda inkişaf etməyə başlamışdır...
    Şeyx Qüdrət və Molla Bəşir çox məşhur və həddən ziyadə savadlı din xadimləri idilər.
    Şeyx Qüdrət ali dini təhsilini İranda almışdır. Şeyx Qüdrət təkcə dini elmlərin deyil, həm  dini, həm də dünyəvi elmlərin əsaslı bilicisi idi. Məhz buna görə də bütün cənub zonasında o bu yüksək keyfiyyətlərinə görə alicənab ziyalı hesab edilirdi...
    Şeyx Bəşir Axund 1861-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Atası Molla Hüseynəli Bəşiri Ərdəbil şəhərinə göndərmiş, orada ruhani məktəbinə daxil olmuşdur. 7 il ərzində Ərdəbil şəhərində Miribrahim Mədrəsəsində oxuduqdan sonra iki il də Tehran Ruhani Məktəbində təhsil almışdır. Bu vaxtlar ərzində Şeyx Bəşir Axund ərəb-fars dillərini mükəmməl öyrənmişdir. Sonra isə Nəcəfül - Əşrəfə gedib Ali Ruhani məktəbinə daxil olmuşdur.
    Nəcəfül - Əşrəfdə ali ruhani məktəbində tədris olunan 24 fənni dərindən öyrənən Şeyx Bəşir Axund özünün vaxtı ilə dediyinə görə Müctəhidlik dərəcəsinə qədər yüksəlmişdir. O, Nəcəfül-Əşrəfdə ali-ruhani təhsilini başa vurduqdan sonra 1911-ci ildə - 50 yaşında vətəni olan Ərkivana qayıtmış, özü ilə çoxlu elmi və tədris kitabları gətirmişdir. Şeyx Bəşir Axund sağlığında deyirdi: “Mən Nəcəfül - Əşrəfdə təhsilimi başa vurduqdan sonra orada qalıb risalə yazmaq, alim – müctəhid olmaq istəyimi ustadlarıma bildirdim. Lakin onlar mənə dedilər ki, sən müctəhid dərəcəsinə artıq çatmısan. Qalıb risalə yazaraq Ələm-müctəhid də ola bilərsən. Burada təhsil alanların çoxu bu arzuda olur. Hamı dini mərkəzdə qalarsa, bəs ətraf diyarlarda din xadimi kimi millət arasında dini ehkamları və şəriəti kim yaymalıdır? Odur ki, vətənə qayıdıb elə alimlər yetişdirə bilərsən ki, İranda təhsil alanlardan da daha yüksək biliyə malik olarlar”.  Məhz ona görə də Şeyx Bəşir Axund vətənə qayıdıb məktəb açır və 200 nəfərdən artıq tələbəyə ruhani təhsil həcmində savad vermişdir... Onların arasında Hacı Mirəziz də olmuşdur.
    Hacı Mirəziz orta məktəbi qurtardıqdan sonra Buxaradakı Mir - Ərəb mədrəsəsinə daxil olur. Bir müddət orada oxuduqdan sonra səhhətində yaranmış vəziyyətlə əlaqədar geri qayıtmalı olur. Lakin ruhdan düşməyərək ruhanilik fəaliyyətini davam etdirir.
    Azərbaycan Respublikası XX əsrdə özünün ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra elmi, dini və mənəvi dəyərlərin inkişafına xüsusi önəm verilməyə başlanmışdır. Azərbaycan Respublikasında da ali dini məktəblər açılmış və Hacı Mirəziz yarımçıq qalmış təhsilini davam etdirmiş və ali dini təhsil almışdır. Eyni zamanda Hacı Mirəziz özü də ali dini məktəbin birinə rəhbərlik etməyə başlamış və respublikamızda ali təhsilli din xadimlərinin meydana çıxmasında öz töhfəsini vermişdir.
    Hacı Mirəziz elmi fəaliyyətlə də məşğul olmuşdur, İlahiyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
    Hacı Mirəzizin təsis etdiyi “Kəlam” elmi-ədəbi publisistik jurnalı 2002-ci ilin avqust ayından nəşr olunur. Ötən 13 il ərzində respublikamızın ictimai, siyasi və dini həyatında bu jurnalın özünün xüsusi xidmətləri olmuşdur. Burada çap olunmuş məqalələr özünün orjinallığı və aktuallığı ilə maraq doğurur və ölkəmizdə xüsusi nüfuza malikdir.
    “Kəlam” jurnalının elə nömrələri olmur ki, Hacı Mirəzizin orada məqalələri, dini kəlamlar, Həzrət Əlinin (ə) nəsihətli sözləri və həmçinin Hacı Mirəzizin şerləri, qəzəlləri çap olunmasın...
    Hacı Mirəzizin qəzəllərinin birində deyilir:

    Qələmim göz yaşı içdikcə dönüb qan yazaram,
    Qara-ağ taleyimi, gör necə əlvan yazaram.
    Ürəyim sakit olunca, vüsalın zövqü ilə,
    Hicrə can verməməyə, min dənə fərman yazaram.

    Siz gəlin yanıma eşqin əlacın məndə tapın,
    Hər kimin şivəsi var, dərdinə dərman yazaram.

    Mənə hüsn elmi tanışdır, nə gərək təfsirə,
    Bircə göz bəs eləyər hüsnünə dastan yazaram.

    2014-cü il mayın 12-də Hacı Mirəziz Seyidzadə ömrünün 66-cı baharında gözlərini əbədi olaraq yumdu. Onun əziz xatirəsi həmişə dostlarının, ailəsinin, tələbələrinin və din xadimlərinin xatirəsində yaşayacaqdır.
    Allah rəhmət etsin! Amin!

    Əsədulla Cəfərov 
    Professor 

    23 may 2014-cü il

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1228
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30