Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Həqiqət şamını yandırıb getdin
    ...Mirəziz ağanın 65 yaşı yaxınlaşırdı, Hacı Niyaz dostuna söz hədiyyəsi barədə düşünüb-daşınırdı. Onun sevinc-fərəhinə qoşulmaq ürəyimdən keçdi, sözdən bir çələng hörüb ona verdim, o da redaktoru olduğu “Kəlam” jurnalının 65-ci sayında gözəgəlimli bir yerdən “asdı” (Tale yozumuna fikir verin: 65 yaş və 65-ci say). 

    ...Azərbaycan Yazıçılar Birliyində 65 yaş təntənəli şəkildə qeyd  olundu Mirəziz Seyidzadənin. İmam Əlinin (ə) bu dediyində görün nə böyüklükdə həqiqət var: “Sözlərdən ən yaxşısı hal əhlinin sözüdür”. 
    Hal əhli barədə elə hal əhli danışacaqdı – danışdılar, amma mənə elə gəldi ki, o söz ki ona deyiləsi idi, o sözü deyə bilmədilər.
    “Kəlam” jurnalı Hacı Mirəziz Seyidzadənin yaradıcılıq yoluna yetərincə işıq tutub – 12 ildir bu mətbu orqan vaxtaşırı nəşr olunur. Çıxış edənlərdən çoxunu bu jurnalın səhifələrində görmüşdüm, bu qənaətdə idim ki, onlar heç olmaya “Kəlam”ı oxuyublar, amma “Kəlam” və onun qurucusu, baş redaktoru barədə yaxşı heç nə eşitmədim. Özü də Hacı Mirəziz ağa hər sayında bir neçə yazıyla çıxış edir, şeirlərini, tərcümələrini, publisistik yazılarını dərc etdirir, dini-əxlaqi baxışlarını oxucularla bölüşdürür, danışmaq üçün bunlar da xeyli əsas verirdi, di gəl...
    ...Orada şairlərdən, ədəbiyyat adamlarından söz alıb danışanlar da oldu, Mirəziz Seyidzadənin ədəbi yaradıcılığı onlara az-çox bəlli idi, amma bunu yetərincə sözə gətirə bilmədilər... Mirəziz Ağa ilahiyyatçı alimdir, fəlsəfə doktorudur, xeyli sayda dərslik, monoqrafiya, əsərlər müəllifidir, İslam Universitetinin rəhbərlərindən biri olub, Qafqaz Müsəlmanlar İdarəsinin Fətva şöbəsinin müdiridir, ictimai xadimdir və s. Danışan mötəbər şəxslərdən amma tutarlı söz yenə də eşitmədik... O isə hər çıxışçıya təbəssümlə minnətdarlığını bildirirdisə, dili bir söz, çöhrəsi, baxışı bir özgə söz deyirdi.  
    Əldə olanın qədrin əldə olduğu vaxt bilmirik, əlimizdən gedəndə başlayırıq yoxluğuna heyfslənməyə, vaysınmağa, qədir-qiymətə mindirməyə. İnsan öz sağlığını əlindən verəndə başlayır onun cəfasını çəkməyə, insan əgər öz sağlığına bu qədər laqeyddirsə, onda o, digərinin sağlığına heç vədə qayğı-diqqət göstərməz. Sağlığımızda qiymətimizi ala bilmirik... 
    İndi sevinən yanında dayanıb onun sevincinə şərik durmaq qəmə sirdaş olmaqdan daha çətindir, birində hövsələmiz darlıq edir, o birində qəlbimiz, könlümüz (Dədə malı olsaydı, şərik tez tapılardı).
    Xəstələndi, elədikləri yaxşılıqların bir qisminin qayıtmasını gözlədi, sağaldı, yenə də yaxşılığından qalmadı (sanki pislik edənə yaxşılıq eləməklə əziyyət verdi). 65 yaşdan bir xeyli aralanmışdı ki... Ölüm haqladı, heç kəsə boyun əyməyən Kişi ona boyun əydi, onu sevindirdi... 
    65 il əvvəl dünyaya gəlişi ilə bir ailəni, olsa-olsa bir nəsli sevindirdi, 65 yaşından o yana Haqq dünyasına köçməyi ilə yüzləri, minləri əli qoynunda, kədərdə saxladı: “Rəqibə əyməyəcək baş, çün qürurum qəmdən əfundur” (M.Seyidzadə).
    Yaranmışıq – öləcəyik, bir gün varıq, sabah yoxuq, bir gün dirilər içərisindəyik, sabah ölülər, bir gün bu məmləkətin vətəndaşıyıq, sabah... Bu gün – sabah aralığı bir ömür yaşayırıq - fani-haqq dünyalarında. O da bir ömür yaşadı, amma çoxunu bu ömrə tamarzı qoyub getdi, ölümü ilə dirilərə əməlisalehlik öyrədib getdi.
    O, Seyid-Peyğəmbər nəslindən idi, təhsilli, savadlı bir ruhani - müçtəhid idi, alim, şair, mütərrib, tərcüməçi, jurnalist-publisist idi... Həm də gözəl insan, qəlb sahibi, xeyirxah şəxs idi. 
    Haqqa çatmaq üçün, həqiqəti sübut etmək üçün insan öz qəlbinə, beyninə nə qədər əziyyət verər, amma məqsədinə nail ola bilməz, Haqq ağacını daşda əkib onu böyütməyə tabımız qalmaz, o isə öz “mən”ini tanıtmaq, iradəsini, dəyanətini, sözünün və əməlinin hökmünü göstərənəcən çox əzab-əziyyətlərə qatlaşdı və hamıya da belə bəyan etdi: “Sən həqiqət şəmin yandır, işıq saç hər zaman, harda olsan  haqqı de, haqqı sevən insanlara”.
    Biz həmişə yeri görünənləri onlar olmayanda sanki dərk edirik, yerini boş görüb heyfslənirik, köks ötürürük, vaxt gələcək onun da yeri görünəcək, halal - hümbət yerini də Allah özü o dünyada ucadan-uca tutacaq.
    Kədər də, sevinc də göydən düşmür, sevincin o biri başı kədər, kədərin də  bu başı sevincdir, yəni bir üzümüz güləndə, o biri üzümüz qəmlənir, bir gün qismətimizdə qəmdir, o biri gün sevinc – beləcə, ikili həyat yaşayırıq. Necə olur ki, dünyaya gələnə “xoş gəldin” edirik, o haqq dünyasına... Doğum günlərində sayıldığımız kimi, ölüm günündə niyə sayılmırıq? Allah bu ömrü verir və nə vaxtsa alır da, o, bu dünyanın da, o dünyanın da yiyəsi ola-ola, o, bu dünyada yaşatdığını o dünyaya göndərəndə onun əmrinə niyə müntəzir olmuruq? Nəsimi babamız demiş: “Bu dünya duracaq yer deyil, ey can, səfər eylə...”
    Baş daşı... Görən bu adı kim düşünüb, bu daşa düşsə - düşsə şəkil düşər, ad düşər, doğum-ölüm təvəllüdü düşər, bir də olsa-olsa bir qırıq təsəlli söz... Şəkil bir söz deyər, ad bir başqa, əməllər isə daha çox söz deyər. Bütün məqamlarda onun barəsində yetərincə söz deyəcəklər, ən çox da yaxşı əməlləri barədə. İnsanı insanlar arasında yaşadan da onun yaxşı əməlləridir, hamı bu adı, bu əməl sahibini ananda, xatırlayanda ruhuna Allahdan rəhmət diləyəcəklər. 
    Ruhun şad olsun, Mirəziz Ağa!   

    İslam Əsgəroğlu
    “Dövlət quruculuğu” jurnalının Baş redaktoru


         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 955
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30