Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycanın böyük islam alimi
    Dünyaya gələn hər bir fərd adam, insan və şəxsiyyət kimi keyfiyyətlərin qazanılması imkanları ilə gəlsə də, heç də hamı bu xoşbəxtliyə qovuşa bilmir. Keçən əsrin 70-ci illərindən başlayaraq elmi ictimaiyyət tərəfindən tanınmağa başlayan böyük islam alimi “Kəlam” elmi - əbədi, publisistik jurnalının Baş redaktoru, Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri vəzifəsində çalışan Qazi Hacı Mirəziz Seyidzadənin şəxsiyyət səviyyəsinə yüksəlməsi onun sağlığında qurub yaratdığı əzəmətli heykəldir. 11 may 2014-cü il tarixində onun ictimaiyyətdə yayılan ölüm xəbəri bir ziyalı kimi məni də çox kədərləndirdi. 

    Onun geniş oxucu kütləsi və eləcə də dinşünaslığı öyrənənlər üçün tarix elmləri doktoru, professor Seyxülislam Hacı Allahşükür Paşazadənin məsləhəti ilə ilk dəfə Azərbaycan dilində yazılan islamda şəriətə aid ensiklopedik məlumatları özündə ehtiva edən “İslami söhbətlər” kitabı (Bakı, Gənclik – nəşriyyatı - 1996) sonralar daha da təkmilləşdirilməsinə baxmayaraq, o dövrdə çox böyük uğur qazandı. Müstəqillik illərində milli mənəvi dəyərlərimizin ruhunda tərbiyə işinin təşkilində haqqında danışdığım kitab öz məzmununa görə hər bir ziyalının, tədqiqatçının diqqətini özünə cəlb etdi. 
    Şəcərə baxımından mənə doğma olan Mirəziz Seyidzadə kimi hərtərəfli düşünmə qabiliyyətinə, yüksək təfəkkürə malik olan belə nadir şəxsiyyətlər dünyaya az-az gəlir. Onun “İslami söhbətlər” kitabı ilə tanışlıqdan aydın olur ki, nə qədər görkəmli şəxsiyyətlərlə akademik Ziya Bünyadov, fəlsəfə elmləri doktorları Zakir Məmmədov, Rafiq Əliyev, islamşünas professor Vasim Məmmədəliyev, tarix elmləri doktorları Məşhəd Nemətova, Fəridə Məmmədova və başqaları ilə o vaxtlar elmi əməkdaşlıq etmişdir.
    Hacı Mirəziz Seyidzadənin mühüm xidmətlərindən biri də Baş redaktor olduğu “Kəlam” jurnalının müasir tələblər səviyyəsində forma və məzmununa görə müntəzəm çapına müvəffəq olmaqla, dinimizin fəzilətlərinin insanlara çatdırılmasında vətəndaşlıq nümayiş etdirməsi idi. 
    Mənəvi - əxlaqi dəyərləri dinin tələbləri səviyyəsində oxucularına təqdim edən “Kəlam” jurnalında Ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin və eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın dinamik inkişafı sahəsindəki əvəzolunmaz fəaliyyətlərinin davamlı olaraq təsbit olunmasını təqdir edirik.  Jurnalda müntəzəm olaraq Həzrət Əlinin (ə) hikmətli kəlamlarının Hacı Mirəziz Seyidzadə tərəfindən fars və ərəb dillərindən tərcüməsinin verilməsi, “Kərbəla hadisəsinə sosial – fəlsəfi yanaşma” kimi dəyərli yazıları öz məzmununa görə məntiqi, fəlsəfi, mahiyyət daşıyır. 
    Hacı Mirəziz Seyidzadə “Kəlam” jurnalında “Əziz Pünhan” təxəllüsü ilə qəzəl janrında təqdim etdiyi şeirlərində klassik nümunələrə daha çox istinad etməsi mövzu seçimlərindən aydın görünür. Onu tanıyan qələm dostları istedadına həmişə yüksək dəyər vermişlər. 

    Seyidliyin nəcabətdən, 
    Alimliyin fərasətdən, 
    Şairliyin kəramətdən, 
    Mövludun mübarək olsun! 

    - deyən şair Arif Buzovnalının lakonik fikirləri deyilənlərə nümunə ola bilər. 
    Mənim Hacı Mirəziz Seyidzadə ilə şəxsi tanışlığım onun Masallı rayonunun Türkoba kəndindəki evində olmuşdur. Bunun səbəbkarı Hacı Mirəzizin uşaqlıq dostu, pedaqoji ictimaiyyətdə tanınan tədqiqatçı alim, bir yerdə çalışdığımız Şahrza Ağayev olmuşdur. O, həmişə Hacı Mirəziz Seyidzadənin elmə və elm adamlarına böyük diqqət, qayğı və hörmət göstərməsindən mənə danışmışdı. Təsadüf elə gətirdi ki, onun qonağı olduq. Saatlarla etdiyimiz söhbətdə İslam dəyərlərinin gənc nəslin əxlaq tərbiyəsində bu sahədə didaktik materialların tədrisi imkanları milli adət - ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi və bir çox aktual məsələlərdən danışdıq. “İnsan dilinin altında gizlənib” kəlamı bir daha sübut etdi ki, müsahibimin nə qədər dərin biliyə, hərtərəfli mühakiməyə, sözün qüdrətini nümayiş etdirməyə, elmi dünyagörüşə malik şəxsiyyətdir. 
    Bu gün cismən aramızda olmayan İslam alimi Hacı Mirəziz Seyidzadənin həyat və yaradıcılığı gələcəkdə milli-mənəvi dəyər kimi öyrəniləcək və yaşadılacaqdır. Allah alim qardaşımız Hacı Mirəziz Seyidzadəyə rəhmət eləsin! 


    Hacı Mircəfər Həsənov 
    Professor 

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 858
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30