Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Şeyxliyin mübarək olsun, Ağa!
    Alın yazısı insanın genetik koduna əzəl gündən necə yazılıbsa, elə də olur. Ölüm tələsməyi və gecikməyi xoşlamır, vaxtında gəlir. Hamı vaxtında ölür. Amma hamının ölümü “yadları” bu qədər içindən yandırmır axı – sənin vaxtında gələn “vaxtsız” ölümün kimi. 
    Xatırlayırsanmı, yaxın dostumuz, müəllim həmkarımız Böyükağa müəllim dünyasını dəyişəndə “Ölümün mübarək olsun, ölümünlə ölümü sevdirdin bizə” dedim. Sən isə bütün sərhədləri aşdın - axirəti sevdirdin bizə. Sevgili cananına – Yaradana qovuşduğun günün mübarək, Ağa!

    Deyirlər, ölənlə ölmək olmur. Bu, gerçək bir təsəlli. Ölən də var ki, ölümü öldürür adamın gözündə - adiləşir ölüm, adam ölmək istəyir, sanki.
    İnanmırdım. Belə tez və qəfil uzaq səfərə çıxacağına əsla inanmırdım. Əslində, səni yaxından tanıyanların heç biri inanmır, özünü inandıra bilmir buna. Axı, necə inana bilər: ömrü boyu çarpışan, mübarizə aparan, öz təbrincə desək, 12 yaşından fələklə “cəngi-cidada” olan birisinin ömür yükünü şələləyib belə tezliklə və həm də qəfil yerdən ayağını üzərək sevdiklərinə əlvida desin…
    Yerdə aşiqliyini bilirdim – çünki Aşiq idin: başdan-ayağa kimi. Sən demə, Səma aşiqliyin bir ayrı cür imiş – odur ki, getdin… Aşiq Məşuqunun intizarına necə son verməyə bilər ki, əgər Eşq qəlbə, ruha hakim kəsilibsə. O Eşq mərtəbəsindən indi hansı aşiq enmək istər ki – həm də sənin kimi bir Aşiq ola.  Hüseyn Cavid nə gözəl demiş bu misraları:

    Mən əzəl hüsnü - Xuda şairiyəm,
    Yerə enməm də, səma şairiyəm…      

    Günəşin gözləri qaranlığa yumulanda – sən dünya evinə əlvida deyəndə -  dünya dərdini içində çəkdi. Ağladı dünya. O gün həm də pünhan işlər aşkar oldu, Əziz Pünhan – “dostlarında” əhdə vəfalıq görmədim. Belə də dünyanın “əlif” qəddi əyilməsin, neyləsin…
    Neçə gündür ki, sənsizliyin işığına yığışıb dərdə-qəmə aşiqi-heyran olmuşuq. Hüzn-kədər əziz qonaqdır bizə. Odur ki, sevincə gəlmə, qapımızı döymə dedik: nədən ki, qonaq-qonağa qarışmasın – dərdimizlə baş-başa qalaq, səni, ancaq səni anaq: ötən günlərin xatirələrində - birgə keçdiyimiz ömür yollarında.  
    Vəfasızlığından yaman gileyliyik, Ağa. Bu qədər də vəfasızlıq olarmı heç? Harada qaldı dostluğa sadiqliyin, əhdə vəfalığın? Dost da özünə dost, həmdərd  bildiklərini bu qədər intizarda saxlayarmı heç?! Nədən, bircə yol olsun belə, axtarmırsan bizləri – sənsizliyin qərib gecələrində - yuxuda. Kaş ki, baş-başa qalıb dərdləşə biləydik. Sənə deyəcəklərimiz o qədərdir ki... 
    Neçə illər idi ki, aramızda “sərin küləklər” əsdiyindən görüşmürdük - sadə və bəlkə də gərəksiz bir səbəbdən. Səbəb bu: Beşmərtəbənin beşinci mərtəbəsinə birgə qalxsaq da, birgə enə bilmədik. Odur ki, “Məbdə və məad” olan “Kəlam”da yollarımız ayrıldı.
    Arabir zəngləşirdik, amma -  ikinin birə nisbətində. Hacı Niyazdan soruşardım səni. Sən də tez-tez xəbər alarmışsan məni – onu da Hacı Niyaz dedi o gün mənə. İndi kimdən xəbər alaq səni.
    Xəstələnməyini birinci “insult”unu keçirəndən bir neçə gün sonra bildim. Hacı Niyaza telefon açdım, səni soruşdum. Xəstəliyinin səbəblərindən, xəstəxanada yatmağından danışdı və artıq hər şeyin geridə qaldığını dedi. Az sonra sənin nömrəni yığdım. Canına qəsd etmə, dedim. “Narahat olma, Niyaz zarafat edib”, dedin. Beləcə, bir xeyli dərdləşdik…
    O gecə - Əzrailin sənə qonaq olduğu gecə telefon açmaq istədim. Saata baxdım – on birin yarısı. Gecdir dedim, səhər zəng vuraram. Səhər saat on birdə - torpağa əmanət edildiyin dəqiqələrdə - hər şeydən xəbərsiz kimi, nömrəni yığmağa başladım – 050 216… Telefonuma zəng gəldi. Sonra başım işə qarışdığından günün ikinci yarısı zəng etməyi qərarlaşdırdım. Nə biləydim ki, günün ikinci yarısında günlərin, ayların, illərin, bəlkə də həyatımın ən ağır xəbərini eşidəcəyəm:
    - Mirəziz öldü, - dedilər.
    - Heyf, - dedim.
    “Dəli bir ağlamaq keçdi könlümdən”. Bacarmadım. Sadəcə, dondum, nitqim tutuldu. Özümü toparlayıb Hacı Niyazın nömrəsini yığdım. Onun qəhərdən tutulmuş səsi sənsizliyin ən böyük təsəllisi oldu mənə. Həmişə deyərdin ki, biz üç bədən, bir ürəkdən ibarətik. “Bir” olan ürəyi insafsızcasına elə parçaladın ki… 
    Səninlə görüşə həmişə gecikmişəm, bunu istəməsəm də. Hətta, arxamca gəlib qapımızın kandarında gözləyəndə belə. Bilirəm. Bir gün günəş şəfəqdən boylananda yenə arxamca gələcəksən. Telefon zəngi məni qəflət yuxusundan oyadacaq:
    - Salam!
    - Salam!
    - Aşağıda gözləyirəm.
    - Gəlirəm… 
    Bu dəfə gecikməyəcəyimə əmin ol, Ağa!

    Yeri gəlmişkən: Müəllifi olduğu, böyük zəhmət hesabına ərsəyə gətirdiyi “İslami söhbətlər” kitabının 1-ci və 2-ci cildini illər öncə redaktə edərkən maraqlı tarixi sitatla rastlaşmışdım; Həzrət Əli (ə) şəhadətə yetirildikdən sonra Müaviyə qırmızı geyinib taxta çıxır. İlk sözü bu olur: Dovşanlar rahat gəzişə bilər, artıq Allahın şiri yoxdur.
    İndi isə… Ağa aramızda yoxdur, hər kəs istədiyini deyə bilər. 
    Bunu söz xatirinə xatırlatmadım.

    Son söz əvəzi: Gerçəkləşməyən təkcə bir arzun – istəyin qaldı. Özün yaxşı bilirsən… İnan, vallahi, bəlkə də səni səndən yaxşı tanıyırdım. Bilirdim ki, o istəyinə də çatacaqsan. Amma nə yaxşı ki, fani dünyanın deyil, axirətin Şeyxi oldun. Şeyxliyin mübarək olsun, Ağa!

    Vasif Hüseynov
    Yazıçı-publisist


         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 780
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30