Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Sabahınız xeyr, ey müqəddəs insan!
    Mirəziz Seyidzadəni çox yaxşı tanıyırdım. Onun ölüm xəbərini eşidəndə çox pis oldum, birdən-birə bədənim keyidi, başımdan möhkəm ağrılar başladı. Həkimlər qəfil stress keçirdiyimi dedilər. Mirəzizin ölümü mənə ağır zərbə vurdu. İndi də özümə gələ bilmirəm. 
    Kimdir Mirəziz? Onun vəfat etməsi və mənim ciddi narahatçılığım nədəndir?

    1980-ci ilin dekabr ayı idi. Yenicə Astara Rayon Partiya Komitəsinə katib seçilmişdim. Aradan 10-15 gün vaxt ötmüşdür. Katibə şəhər məscidinin ruhanisinin gəldiyini və mənim qəbulumda olmaq istədiyini xəbər verdi. İçəriyə çox nurani, cavan, boy - buxunlu, gülər üzlü, yaraşıqlı bir oğlan daxil oldu. İstər-istəməz qapının ağzında onu qarşıladım, ilk dəfə gördüyüm bu oğlanla çox səmimi salamlaşdım.
    Keçən əsrin 80-ci illərində respublikada 2 rayonda məscidin qanuniləşməsinə dövlət tərəfindən icazə verilmişdi: Astara və Göyçay. Astara məscidinin ruhanisi Mirəziz Seyidzadə idi. O, Buxarada dini təhsil almışdı. İxtisasını çox gözəl bilirdi, yüksək dini təhsili var idi. 
    İlk görüşümüzdə Mirəziz özünü o qədər səmimi apardı ki, elə bil çoxdadır tanış idik. Məni təbrik etdikdən sonra rayonun ümumi vəziyyəti barədə danışdıq, sonra isə məscidin təmir olunmasını xahiş etdi. Mirəzizlə məscidə getdim. Bu böyük məbədin təmirə ehtiyacının olduğunu öz gözlərimlə gördüm. 
    Qısa bir zamanda Hacı Mirəzizin xahişini yerinə yetirdik. Məscidi yüksək səviyyədə təmir etdik. Burada vəfat edənlərin yuyulması üçün ayrıca otaq da tikdirdik. Məscidin həyətində ağaclar əkdik. İsti su çəkdirdik. Məscidə gedən yolları təmir etdik.
    İlahi, Mirəziz bütün bu işlərə necə sevilirdi? Artıq buraya gələn yaşlı insanların sayı artmışdır.
    İlk tanışlıqdan Mirəzizi bəyəndim və onu dəlicəsinə sevməyə başladım. Elə bilirdim ki, doğma qardaşımdır. Din xadimi olmasına baxmayaraq, onu raykomun bütün tədbirlərinə dəvət edirdim. 
    Bir gün məscidə gedib Mirəzizin söhbətlərini dinləmək mənə də nəsib oldu. O, elə gözəl, səbirlə, inandırıcı danışırdı ki, mən onun moizələrinə valeh olurdum. Mirəzizdə yüksək nitq qabiliyyəti var idi. Təbii gözəllik, yaraşıqlı boy - buxun, ağayanə yerişi, gözəl nitq qabiliyyəti möcüzəvi bir harmoniya yaradırdı. 
    Məni ona yaxınlaşdıran səbəblərdən biri də o idi ki, Hacı Mirəziz Masallı rayonunun Türkoba kəndindən idi. Mənim bu kənddə çoxlu dostlarım var idi: Əliniyaz (Teyyub) Əkbərov, Yəhya Ağayev, Rzabala Qurbanov, Ayaz Sadıqov, Abdulla Kişiyev və başqaları.
    Mirəziz əsl dövlət adamı idi. O, məsciddə dövlətimizin siyasətini, rayon partiya komissiyasının həyata keçirdiyi tədbirləri geniş təbliğ edirdi. 
    Eşidəndə ki, kasıb bir adamın övladı ölüb çox narahat olardı. Tez mənim yanıma gəlib, xahiş edərdi ki, həmin adama kömək edək. Təcili tədbir görülərdi. Hacı Mirəziz də öz növbəsində imkansız adamların yas yerinə təmənnasız gedərdi. 
    Astara nə qədər gözəl bir rayon olsa da, orada da bəzi qəliz adamlar  var idi. Onların hər hansı bir tələbi yerinə yetirilməyəndə ərizəbazlığa, şikayət etməyə  başlayırdılar. Özü də hər ərizə 15-20 səhifədən ibarət olurdu. Bu ərizələrdə çoxlu böhtanlar, şantajlara yer verilirdi. 
    Hacı Mirəziz bu sahədə mənə çox köməkliklər edirdi. Tez həmin ərizə yazanların başının üstünü kəsdirər, onlarla xeyli söhbət edər, izahat verər və çoxsaylı ərizələrin qarşısını alardı. 
    Rayonun Ərçivan kəndində çoxlu qonşu davaları olardı. Hacı Mirəzizi bu kəndə göndərdik və xahiş etdik ki, həmin ailələrlə söhbət aparsın. 
    Mənim çox yaxşı yadımdadır. Hacı Mirəziz Ərçivanda elə maraqlı söhbətlər aparırdı ki, bu kənddə qonşu davalarının kökü artıq kəsilmişdi. 
    Bir gün Hacı Mirəziz yenə mənim yanıma gəlmişdi. O, çox sözlü adama oxşayırdı. Səbəbin soruşdum. Dedi ki, Astarada 18 məscid, çoxlu qəbiristanlıq bərbad vəziyyətdədir, uçulub-tökülüb. Gəlin oranı təmir etdirək, qəbiristanlığın ətrafına hasar çəkdirək. Düzü mən qorxmağa başladım. Bu məsələ ilə bağlı Hacı Mirəzizlə aramızda maraqlı dialoq alındı: 
    - Ay Mirəziz, mən rayonda kommunistlərin başçısıyam. Sov. İKP-nin Nizamnaməsinə görə, mən ateistəm. Məscidləri necə təmir edə bilərəm? Axı bu yolverilməzdir. 
    - Çingiz müəllim, bu dünyada yaxşıların qurub-qurduqları qalacaq. Gəlin məscidləri təmir edək. Kənddə klublar, mədəniyyət evləri yoxdur. Bir məscidləri ayrı-ayrılıqda “Şəkil qalereyası”, “Uşaq kitabxanası”, “Ağsaqqallar evi” və s. edərik. 
    Bu təklif mənim ağlıma batdı. Azərbaycan KP Mərkəzi Komitəsinin katibi Həsən Həsənovla da məsləhətləşdim. Təkliflərimiz onun da çox xoşuna gəldi. Beləliklə, 18 məscidi təmir etdik və 16 kənd qəbiristanlığının ətrafına hasar çəkdik. 
    Təmir və tikinti işləri elə gözəl zövqlə aparılırdı ki, respublikanın digər rayonlarından Astaraya axışıb bizim iş təcrübəmizi öyrənirdilər. 
    Bütün bu işlərə görə rayon Partiya Komitəsindən narazı qalmış bir nəfər Sov. İKP Mərkəzi Komitəsinə yazmışdı ki, kommunistlərin rəhbəri Çingiz Fərəcov adını ateist qoyub, lakin dindarlıqla məşğul olur, məscidləri təmir etdirib, orada namaz qılır. 
    Moskvadan həmi ərizəni yoxlamaq üçün Astaraya 13 nəfərlik bir nümayəndə heyəti gəlmişdi. Hamımız qorxuya düşmüşdük. 
    İlk növbədə Ərçivan kəndindəki məscidi “Şəkil qalereyası” kimi tərtib etdik. Divarlara Qara Qarayevin, Fikrət Əmirovun, Motsartın, Çaykovskinin, Aram Xaçaturyanın, Şopenin, Vaqnerin şəkillərini asdıq. Bu bəstəkarların musiqilərini əldə edib lentə yazdırdıq.     
    Mirəziz Seyidzadəyə gözəl kostyum geyindirib, bu bəstəkarların tərcümeyi-hallarını ona verdik. Mirəziz Seyidzadə bəstəkarların həyat və yaradıcılıqlarını çox yaxşı öyrəndi. 
    Moskvadan gələn komissiyanı Ərçivandakı şəkil qalereyasına apardım. Hacı Mirəziz Seyidzadə qapının ağzında onları qarşıladı və rus dilində salamladı. O əlindəki ağacla bəstəkarları bir-bir göstərib, onlar barədə ətraflı məlumat verdi. Mirəziz Seyidzadə danışdıqca həmin bəstəkarların musiqiləri həzin-həzin səslənirdi. 
    Mirəziz Seyidzadə Şopendən danışanda komissiya üzvlərindən   K.Kondratyevin gözləri yaşardı və o çox sevincək oldu ki,  uzaq bir kənddə Şopeni tanıyır və onun haqqında bu qədər geniş məlumat verirlər. 
    Hacı Mirəziz qonaqlara başı açıq formada məlumat verirdi. Məsciddən çıxanda komissiya üzvlərinin hamısı Mirəziz Seyidzadənin əlini sıxır və ona öz minnətdarlıqlarını bildirirdilər. 
    Mən komissiya üzvlərinə deyəndə ki, sizlərə bəstəkarlar barədə məlumat verən rayon məscidinin ruhanisidir, bu zaman onların gözləri bərəldi, ağızları açıq qaldı. Daha o biri məscidlərə getmədilər, lakin gülə-gülə dedilər:
    - Əslində rayon Partiya Komitəsi belə işləməlidir. Bütün məscidləri mədəni-maarif müəssisələrinə çevirib, onların ruhanilərini isə ateist etmək lazımdır. 
    Bir sözlə, bizdən çox razı getdilər. 
    Sonra Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev mənə zəng edib dedi:
    - Orda nə iş görmüsünüz ki, komissiya üzvləri çox razı halda getdilər. 
    Aradan bir neçə gün keçdikdən sonra Ə.Daşdəmirovun rəhbərliyi ilə Astarada respublika fəallarının yığıncağı keçirilirdi və partiya işçiləri bizim iş təcrübəmizi öyrənməyə başladılar. 
    Tale elə gətirib ki, mənim qohum - əqrəbam yox səviyyədədir. Hər dəfə Mirəzizə deyirdim ki, Allah məni səndən əvvəl öldürsün ki, sən mənim əziyyətlərimi çəkəsən. O, gülə-gülə deyərdi ki, sən mənim əziz qardaşımsan. Heç bir şeydən narahat olma. 
    Amma taleyin qisməti başqa cür oldu. Gərək belə olmayaydı.
    Hacı Mirəziz təbiəti, dağları, meşələri çox sevirdi. Bir dəfə də Şahdağa getmişdik. İlahi, o necə sevinirdi. Deyirdi, dağlara çıxanda elə bil cavanlaşıram. İndi dağlar Hacı Mirəzizi çağırır:

    Dağlar marala qaldı,
    Odu sarala qaldı.
    Bu dağlar, bu dərələr,
    Yenə marala qaldı.

    Hacı Mirəziz belə adam idi. İndi onun yoxluğu məni yandırıb-yaxdı. Onun ölümünə qəti inanmaram. Hacı Mirəziz öz sənətinə, dininə sədaqətli adam idi. İslam qayda-qanunlarına dəqiq əməl edərdi. Geyiminə ciddi diqqət yetirərdi. Gümüşü papaq ona çox yaraşardı. O danışanda elə bil musiqiyə qulaq asardıq. Sanki o göylərdən yerə göndərilmiş, biz insanlara xoşbəxtlik paylayan bir müqəddəs varlıq idi. 

    Gəldi haradan gəldi,
    Könlü qaradan gəldi.
    Göydə bulud yox idi,
    Bu su haradan gəldi.

    Məni görəndə uzaqdan gülə-gülə yaxınlaşıb və qucaqlayıb öpərdi. Mənim ondan çox istədiyim ikinci bir adam yox idi. Sap-sağlam adam idi. Onun qəfildən ölməsi mənim üçün müəmmalı olaraq qalır. 

    Mən səni yel bilirdim,
    Başıma tel bilirdim,
    Uca dağlar başında,
    Qurumaz kol bilirdim.

    Hacı Mirəzizin qəbrini ziyarət edərkən özümü saxlaya bilmədim. Belə gözəl bir insanın torpaq altında yatdığına göz yaşlarımı axıtdım. Bu torpaqdan bir ovuc götürüb evdə saxlayıram. Hər səhər yuxudan duran kimi həmin torpağı öpürəm və ürəyimdə deyirəm: “Sabahınız xeyr olsun ey müqəddəs insan!” 

     
    Çingiz Fərəcov
    Astara, Dəvəçi (Şabran) və Xaçmaz rayonlarının sabiq partiya komitələrinin birinci katibi


         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 869
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30