Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycan mərsiyə ədəbiyyatı
    Mərsiyyə ədəbiyyatının ən böyük ustadlarından biri Raci Əleyhirrəhmə Kərbəla vaqiəsini  böyük bir ustalıqla qələmə almışdır. O, əhli-beyt şairi olaraq İmam Hüseynin (ə) Aşura - tarixi hadisəsini öz mərsiyə və dübeytlərində həzin nəğməvari, insanı həyəcana gətirən gövhərbar kələmları ilə misralara gətirmiş və bu günə qədər yaşada bilmişdir. Aşura: Xülasə! 

    Muaviyənin ölümündən sonra oğlu Yəzid xilafət taxtına oturdu və Peyğəmbər balası İmam Hüseyndən (ə) biət almaq, onu özünə tabe etmək xəyalına düşdü. Ëakin məlum məsələ idi ki, İmam Hüseyn (ə) kimi ədalət və ïaklıq mücəssəməsi Yəzid kimi bir Allahsıza biət etməzdi. Buna görə İmam Hüseyn (ə) biət məsələsini icra etməmək qəsdilə Mədinə şəhərindən köçməyi qərara aldı.


    Bilməm niyə bu koon xərab olmadı, yarəb.
    Ol gün ki, məkan eylədi virani Zeynəb.

    Yəzidlə aralarında olan münaqişədən sonra öz cəddi Həzrət Peyğəmbərin (ə) vətənini - Mədinə şəhərini  tərk etmək, bununlada qan tökülmədən müsəlmanların arasında sülhlə əmin-amanlığı bərïa etməyi qarşısına məqsəd qoydu. İmam Hüseyn (ə) cəddinin gətirdiyi İslam şəriətini qorumağa çalışırdı. Buna görə İmam ailəsini və yaxın adamlarını götürüb Mədinə şəhərini tərk edir. O, Kufə camaatının minlərlə dəvət məktublarına cavab olaraq əmisi oğlu Müslim ibni Əqili öz səfiri kimi Kufə şəhərinə göndərir vəziyyəti dəqiqləşdirmək üçün ondan xəbər gözləyir. İmam Hüseyn (ə) öz tərəfdarları ilə yavaş-yavaş Kufə şəhərinə tərəf gedir. Ëakin Kufə camaatının  çox saylı məktublarına baxmayaraq kufəlilər İmam Hüseynə (ə) vəfasız çıxırlar. Yəzid tərəfindən Kufə şəhərinin hakimi təyin olunan ibni Ziyadın məkirli siyasəti nəticəsində kufəlilər İmam Hüseynin (ə) naibi cənab Müslimi arada tək qoyub biəti sındırırlar. Bir neçə gün ərzində Müslimin başında olan köməkçilər dağılışırlar. Beləliklə Müslim şücaətlə İbni Ziyadın qoşunu ilə cəngavərcəsinə vuruşur və nəticədə onu tutub edam edirlər. Bu zaman İmam Hüseyn (ə) Müslimin şəhid olmasını və Kufə camaatının vəfasızlığını eşidəndən sonra Kufəyə getməyi tərk edir və Məkkə şəhərinə getməyi qərara alır. Məkkədə həcc mərasimini yerinə yetirərək qurbankəsmə gününü gözləyir. Ëakin Yəzid tərəfindən məmur olunmuş və ziyarət adı ilə Məkkəyə gəlmiş casuslar əbalarının altında qılınc və digər silahlar gizlətməklə nəyin bahasına olursa olsun İmam Hüseyni (ə) şəhid etmək məqsədi güdürlər. İmam Məkkədə qan tökülməsin deyə iki gün qabaq qurbanı kəsərək təcili Məkkəni tərk etməli olur. Ëakin Yəzidin əmrilə nəyin bahasına olursa olsun İmam Hüseyni (ə) özünə biət etdirmək üçün Şam şəhərinə - ïaytaxta gətirilməsi əmri hələdə qüvvəsində idi. Bütün bunlara baxmayaraq İmam Hüseyn (ə) haqqı batilə verməmək məqsədilə bu vəziyyətdən uzaqlaşmağa çalışırdı. Sonda İraq vilayətində Yəzid qoşununun mühasirəsinə düşür və on gün Yəzid qoşunu ilə danışıqlar aïarır. Bütün bunlara baxmayaraq  İmam Hüseyn (ə) heç bir nəticə əldə edə bilmir və Yəzid qoşunu ilə vuruşmağı qərara alır. İmam Hüseyn (ə) az sayda qoşunu ilə (72 nəfərlə) yəzidin yüz səksən min qoşunu  müqabilində vuruşmalı olur. Aşura gününün tarixi hadisəsi sübhdən günortaya qədər davam edir, İmamın ətrafında olanlar doxsan yaşından altı aylıq südəmər körïəyə qədər şəhid edilir.  Bundan sonra İmam Hüseyn (ə) əhli-beytinin çətin günləri başlayır və onları əsir edib əvvəlcə Kufə şəhərinə sonrada Şam şəhərinə aïarıb qeyri müsəlman adı ilə İslam dininə üsyan edən xarici əsirləri kimi qələmə verirlər. Əsrin İmamı, İmam Zeynul-Abidin baxmayaraq əsir vəziyyətdə idi Yəzid məclisində mənbərə çıxıb özünü və əhli-beytini tanıtdırmaqla Şam camaatını xəbərdar etməyə nail olur.  Bütün məclis əhlinə yəqin olur ki, bu əsirlər öz Peyğəmbərinin (s) Əhli-Beyti imiş. Bu vəziyyətdən ruhlanan Fatimə (ə) balası cənab Zeynəb öz dahiyanə tarixi xütbəsi ilə bütün bu hadisələrə aydınlıq gətirir. Yəzid və onun tərəfdarlarının iç üzü açılır və müsəlmanlara məlum olur ki, bu əsirlər heçdə xarici əsirləri yox, öz Peyğəmbəri Həzrət Muhəmmədin  doğma qızı Fatiməyi Zəhranın (ə) balaları və İmam Hüseynin (ə) əhli-beytidirlər. İmam Əlinin (ə) ikinci oğlu İmam Hüseynin (ə) ailə üzvləri, qız-gəlinləridirlər. Bu zaman müsəlmanlar Yəzidin üzərinə üsyana qalxırlar, Yəzid vəziyyəti belə görəndə əsirlərdən üzr istəməyə məcbur olur və hadisədən xəbərsiz olduğunu söyləyir. Bütün bu olayları qoşun başçılarının üzərinə atır və əsirləri azad etmək məcburiyyətində qalır. Amma artıq iş-işdən keçmişdi və iyirmi üç ilin nəticəsi olaraq Həzrət Muhəmmədin  (s) İsalm şəriəti demək olar ki, öz əsl məcrasını itirməkdə idi. Bütün bunlara baxmayaraq İmam Hüseynin (ə) Aşurası böyük bir ïartlayışla İslam dinini az bir zamanda bütün dünyaya öz varlığı ilə çatdıra bilirdi.
    "Budur bu gün bütün dünya müsəlmanları "Hər gün Aşura, hər yer Kərbəla" şüarı ilə İmam Hüseynin (ə) diriltdiyi İsalm şəriətinə əməl edir və İslamı yaşadırlar. Müsəlmanlar irqindən və dilindən asılı olmayaraq İmam Hüseynin (ə) aşurasını hər vəchilə qotuyub saxlayırlar. Təsadüfi deyil ki, bu gün İraqın Kərbəla şəhəri il boyu İmam Hüseynsevərlərin ziyarətgahıdır.  Mərhum Məhəmməd Füzulidən başlamış Azərbaycanın tanınmış şairləri mərsiyyə æanrından istifadə edərək Aşuranın bütün məziyyətlərini hər əsrdə işıqlandırmışlar. Tanınmış  Azərbaycan şairi, mərsiyyə növünün gözəl ustadı Raci təxəllüsü ilə yazıb yaradan Hacı Əbülhəsən də bu yolda ömrünü sərf etmişdir. O, demək olar ki, ömrünü əhli-beyt məhəbbətinə həsr etmişdir. Doğrudur, o qələmini şeirin əksər növlərində sınasa da əsasən mərsiyyə æanrını üstün tutmuşdur. Onun yazmış olduğu mərsiyələr demək olar ki, Kərbəla vaqeəsini başlanğıcından ta əsirlərin azad edilməsi və öz doğma vətənində yenidən məskunlaşmasına qədər bütün hadisələri və dövrləri əhatə edir. Haqqında söhbət açdığımız mərsiyyə əhli-beytin əsirliyindən xüsusən cənab Zeynəbin çəkdiyi müsibətlərindən bəhs edir. Raci əleyhir-rəhmənin yazdığı bu mərsiyyə baş vermiş hadisələrin sanki böyük bir tablosunu yaratmış və ictimaiyyətə çatdıra bilmişdi.      

    Bilməm niyə bu koon xərab olmadı, yarəb.
    Ol gün ki, məkan eylədi virani Zeynəb.

    Şair böyük bir həyacanla bu dünya, bu konu-məkan niyə xəraba olmadı deyərək Allah-Təalanın səbrinə işarə edir və Peyğəmbər (s) əhli-beytinin, əsirlərin ïasibanı Fatimə (ə) balası cənab Zeynəbinin əsirlərlə birlikdə viranədə, xaraba məsciddə üstü açıq olan bir yerdə ac-susuz qərar tutmasından şikayət edir.
    Şair olmuş hadisəni nəzm vasitəsilə aşağıdakı misralarda böyük bir sənətkarlıqla  belə təsvir edir:

    Hökm oldu gedə bəzmi-Yəzidə üsəra sübh,
    Yatmub o gecə Şamidə üç kimsənə ta sübh,
    Bir Şimrü Yəzid işrətə məşğul idi ta sübh
    Bir dərdü ğəmu möhnətə-viranədə Zeynəb.

    Ol Şimr, Yəzidün bu idi fikrü xəyali,
    Ta sübh gələ məclisə Peyğəmbər əyali,
    Əmma bu idi Zeynəbün ənduhü məlali
    Hərgiz bu şəbu tirə səbah olmiya, ya rəb.

    Məlumdur ki, Yəzid qoşununun sərkərdələri həmin gecə səhərə qədər eşi-işrətlə məşğul olaraq öz sabahkı mükfatlarını gözləyirdilər. Amma  cənab Zeynəb  və digər əsirlər sabahkı günün təhqirlərinə və əziyyətlərinə necə dözmələri və səbr etmələri haqqında fikirləşirdilər. Hətta şair cənab Zeynəbin dilindən "Hərgiz bu şəbu tirə səbah olmiya, yarəb" bu gecə qurtarmasın səhər açılmasın deyə narahatdır. 
    Mərsiyyənin davamını izləyək:

    Sübh oldu çuxub təxtə, edüb təkyə o məlun,
    Gördü olub arastə bir bəzm hümayun.
    Söylüb:- Ösəranı gətirün, ba dili-məhzun,
    Tainki müzəyyən ola bu bəzmi-mürəttəb.

    Şimr üz qoyub ol hiyndə viranəyi-Şamə,
    Saldı üsəra silsiləsin türfə nizamə,
    Yer verdi səri-silsilədə bircə imamə
    Almışdı onun tabü təvanin mərəzi-təb.

    Bimar o dəm bəzmi-Yəzidə edüb iqdam,
    Bir mərtəbədə vaqe olub küfr ilə İslam,
    Ol əncüməni- nəhsdə ol şəh tutub aram
    Guya ki, məhə mənzil olub xaneyi-Əqrəb.

    Bu noilən oldu üsarə məclisə daxil,
    ×ün batilə həq, zülmətə nur oldu müqabil,
    Bir ïərdə o məclisdə o dəm etdülə hail,
    Ta sakin ola onda əsirani-müəddəb.

    Şair, dahi Raci məclisin vəziyyətini çox gözəl bir şəkildə təsvir edə bilmişdir.  Yuxarıdakı bəndə nəzər salaq. Əsirlərin məclisə daxil olmasını çox aşıq şəkildə verir. Hətta haqq ilə batilin və zülmət ilə nurun üz-üzə durmasını çox ustalıqla obrazlı şəkildə bəyan edir. Şair hətta Yəzidin məkr və hiyləsini bariz şəkildə nümayiş etdirərək ïeyğəmbər qız-gəlinlərinə guya hörmət edir, kişilər ilə qadınlar arasında ïərdə çəkməyi əmr edir. "Bir ïərdə o məclisdə o dəm etdülə hail, Ta sakin ola onda əsirani-müəddəb."

    Çün məclisün ovzazin o şum etdi təsəvvür,
    Təxt üstə Yəzid eylədi izhar təkəbbür,
    Rum ilə, Firəng elçisinə qıldı təfaxür
    Başlardan ötür Şimri o dəm etdi müxatəb.

    Ən maraqlı hadisələrdən biri xarici səfirlərin o məclisdə iştirak etmələri idi.  Yuxarıdakı misralarda aydın olur ki, Yəzid Rum və Firəng elçilərinə fəxr ilə öz qalibiyyətini çatdırmağa çalışır və deyir ki, baxın görün İsalmın üzərinə küfr qoşunu üsyan eləməyə çalışdı biz onları görün necə məğlub elədik. O, Peyğəmbər balarını küfr qoşunu kimi təqdim edirdi.

    Damad başindən eləmüb şərmü həya Şimr,
    Əvvəl o baş ilə verüb ol bəzmə ziya Şimr,
    -Kimdür,- dedi,- aya bu başın sahibi, ya Şimr,
    Qan ilə olub səfheyi-rüxsari müzəhhəb?

    Tazə, - dedilər, - bir toy olubdur bu cəvanə,
    Görmüb belə toy indiyədin çeşmi-zəmanə,
    Toyda bu çəvandur batan öz əlləri qanə,
    Fərzəndi-Həsən, Qasimi-nakamə müləqqəb.

    Əkbər başın ondan sora eylübdülə hazir,
    Məbhut qalub hüsnü cəmalindən o kafir,
    Kimdür,- dedi, - aya bu çavan, - bir deyün axir,
    Bu mahi-cəbinə düzülüb xali çü kokəb.

    Söylübdülə ol nütfeyi-naïak həramə;
    -Bu şibhi-Peyəmbərdi ki, yetimibdü o kamə,
    Çəkdi bu Hüseynin işi axir o məqamə,
    Geydirdi bu nakamə kəfən, istədi mərkəb.

    Baxdı o başa, söylədi bəzm əhlinə guya:
    -Olseydi mənə bir belə fərzənd dilara,
    Qoymazdım onun zülfünə bir toz qona əsla,
    Əlhəq məni çox şurə gətirdi bu şəkərləb.

    Şair böyük ustalıqla şəhidlərin başlarının Yəzidin hüzuruna gətirilmə səhnəsini təsvir edir. Mərsiyyənin misralarından kimdən söhbət getdiyi açıq-aşkar məlum olur.  Bütün bunlara baxmayaraq Yəzid  əhli-beyti daha da qəmqin etmək üçün niş vurucu sözlərlə Şimrdən başların kimliyi haqqında məlumat alır. İmam Hüseynin (ə) nakam oğlu Əli Əkbərin (ə) - Peyğəmbər oxşarının mübarək başına baxanda əhli-beytə dil yarası vurmaq məqsədilə deyir. Əgər mənim belə bir oğlum olsaydı onun zülfünə toz qonmağa belə razı olmazdım. Bunlar necə daş ürəkli olublar ki, belə bir cavana kəfən geydirib iti qılınclar qabağına göndəriblər. Əlbəttə Yəzid kimi əqidəsizlər  dərk edə bilməzdilər ki, həqiqət yolunda, irs-namus yolunda, əqidə  yolunda lazım gələrsə insan canından keçməyə hazır olmalıdır.   

    Əbbas başin gətdilə ol əhli-şəğavət,
    Baxdı o başa, döndü sual etdi: Cəmaət,
    Kimdür bu ki, var bunda belə səhmi səlabət
    Aya nə idi Kərbübəladə buna mənsəb.

    Yuxarıdakı fəqarətlərdən məlim olur ki, Yəzid Həzrət Əbəlfəzlin mübarək başın görəndə belə onun zəhm-səlabətindən qorxuya düşüb kimliyi haqqında maraqlandı.  Şair Raci o qədər canlı və bikr kəlamlarla Həzrət Əbəlfəzli təsvir edib ki, şərhə ehtiyac qalmayıb. Diqqət edin:

    Söylüblə: - budur yavərü qəmxari Hüseynin,
    Əbbasdü, sərdari, ələmdari Hüseynin,
    Tikmişdi buna göz hamı ənsari Hüseynin,
    Ol şəh qaïusunda bu idi şəxsi-müqərrəb.

    Məclisin gedişatı get-gedə rəngarəng və keşməkeşli vəziyyət alırdı. İndi isə məclisə Kərbəla şahı Həzrət İmam Hüseynin (ə) mübarək başını qızıl məcmuədə gətirdilər.    

    Şahi-şühəda başinə bir teşti-teladə,
    Baxdi o zinazadə o dəm, istədi badə,
    Söylüb: - yox udim çünki mən ol Kərbübəladə
    Bir çub verün, ta mənə hasil ola mətləb.

    Yəzid əhli-beyti narahat etmək üçün İmam Hüseynin (ə) mübarək başına əziyyət vermək qəsdi ilə mənə bir ağac gətirin ta məndə öz qisasımı bu kəsilmiş başdan alım.  Yəzid əlindəki ağacla İmamın mübarək başına və dodaqlarına işarə edərkən  hamısından çox narahat olan İmamın üç yaşındakı Səkinə adlı qızı cənab Zeynəbin ayaqlarını qucaqlayıb yalvarmağa başlayır. Əmmə, qoyma babamın başına əziyyət eləsinlər və aşağıdakı dübeytin mənalarından anlaşılır ki, o yetimə bala nə israblar keçirirdi. Aə hətta özünün döyülməsinə razılaşırdı ki, atasının kəsilmiş mübarək başına əziyyət olunmasın. Mərsiyənin aşağıdakı bəndinə və dübeytə diqqət edək. 


    Bir çub verüblə o sitəmkari-ləinə,
    Ta etdi işarə ləbü şahənşəhi-dinə,
    Şur ilə dedi Zeynəbü Gülsümü Səkinə:
    - Aurmazla kəsik başi, bu nə dindi, nə məzhəb.

    Aqac dəyəndə Hüseynin susuz dodaqinə
    Səkinə saldi özin Zeynəbin əyaqinə
    Üərib atami vurallar nədür əlac əmmə
    Yaraliya dodaqin qorxuram ağac əmmə
    Dutum zinadən olub yoxdu hörməti ədəbi
    Buyur yəzidə bibi, çox dutub onun ğəzəbi
    Gedincə mən yanina vurmasın bir an dursun
    Onun yerinə məni hər qədər vurur vursun
    Nə qədər vursa məni-zari çıxmaz əfğanım
    Neçün dögülməyə çoxdandu öyrəşib canım
    Qəbul etməsə şahid bu arizi neyli
    Baxa görə nə qədr Şimri dun vurub silli.

    Sonda mərsiyyənin məğtə beytlərində şair Raci İmam Hüseynsevənlərə xitabən yazır. Hər kim İmam Hüseyn (ə) müsibətini şərh edib düşünsə həm danışığı və həmdə düşüncələri sanki yeniləşər. Şair öz adına xitab etməklə həm özünü və həmdə dinləyiciləri həmişə İmam Hüseyn (ə) eşqilə yaşamağı tövsiyyə edir və İmam Hüseyn (ə) adının  əzəməti və böyüklüyünü həm dünya və həm axirət aləmində şəfaətedici bir vəsilə olmasını bəyan edir. Bizdə - mərsiyyəni oxuyub dinləyənlər ümidvarıq ki, şairin bu duası ilə şərik olub Qiyamət günündə İmam Hüseynin (ə) Cəddinin  şəfaətindən binəsib olmarıq inşaallah.  Hamılıqla şairin bu məğtə misralarını oxumaqla İmam Hüseyn (ə) eşqində birləşək.    

    Hər kimsənə bu şərh müsibətdə edə fikr,
    Nitqi olu quyəndə, müzamini olur bikr,
    Daim bu Hüseyn adini, ey Raci, elə zikr
    Olmaz bu Hüseyn adı kimi hirzi-mücərrəb.

    Qazi Hacı 
    Mirəziz Seyidzadə
    ilahiyyat üzrə fəlsəfə doktoru


         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1302
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30