Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bütün Qafqazın Şeyxi: “Müxtəlif ölkələrdə İslam dini haqqında məqsədyönlü şəkildə yanlış təsəvvür yaradılır”
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Vaşinqtonda keçirilən forumda çıxış edib.  Şeyxülislam aparılan müzakirələrin dünya miqyasında üzləşdiyimiz bəzi problemlərin, o cümlədən, terrorizm, radikalizm, ekstremizm və separatizmin aradan qaldırılması üçün dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına xidmət edən önəmli bir hadisəyə çevrilməsini arzulayıb.  A.Paşazadə bildirib ki, Azərbaycan bütün səmavi dinlərin ardıcıllarının bir araya gəldiyi, qovuşduğu nadir məkanlardan biridir: “Mühüm mövqedə yerləşən Azərbaycanda müxtəlif etnik və dini icmalar arasında milli, irqi, dini ayrı-seçkiliyə heç bir zaman yol verilməmiş, bütün xalqlar, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində yaşamışlar. 

    Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanın böyük bir tarixi mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Tolerantlığı yüksək mədəniyyətin təzahürü kimi dəyərləndirən ulu öndərimizin və onun siyasi xəttini ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təminatı, dini-mənəvi dəyərlərin qorunması, müsəlman, xristian, yəhudi və başqa dinlərə məxsus məbədlərin bərpası və təmiri sahəsində böyük uğurlara nail olunmuşdur.
    Azərbaycanda müxtəlif dini konfessiya rəhbərləri arasında səmimi qardaşlıq və səmərəli əməkdaşlıq mühiti hökm sürür və biz, ölkəmizdəki pravoslav icmasının başçısı Arxiyepiskop Aleksandr, yəhudi icmasının başçısı Melih Yevdayev, katolik icmasının rəhbəri Vladimir Fekete ilə, hər zaman olduğu kimi, bu gün də bir yerdəyik. Bütün bunlar multikulturalizm ideyalarına sadiq Azərbaycanda mövcud dini-mənəvi mühitin reallığıdır.
    Müasir dövrün kəskin reallıqlarını izləyərkən bu qənaətə gəlmək mümkündür ki, milli və dini zəmində baş verən münaqişələrə qarşı biz ənənəvi dinlərin sülh, ədalət və mənəviyyat prinsiplərindən geniş istifadə edə bilərik.  Çünki bizləri bəşər ailəsinin üzvləri kimi birləşdirən, bir-birimizə bağlayan dəyərlər, bizi fərqləndirən və ayıran amillərdən qat-qat möhkəm, dərin və mühümdür.
    Müasir dövrdə bəşəriyyəti narahat edən problemlərin əksəriyyəti daha çox mənəvi mahiyyət daşıyır. Bəzən dinlərarası münasibətlərə gərginlik gətirilir. Terror əməllərinə dini ideologiya donu geydirilməsi ikrah doğurur. Müxtəlif ölkələrdə İslam dini haqqında məqsədyönlü şəkildə yanlış təsəvvür yaradılır, hətta İslamı terrorla eyniləşdirməyə cəhdlər edilir. Halbuki, kin, nifrət, zorakılıq və təcavüz dünya dinlərinin, o cümlədən, İslamın müqəddəs hökmlərinə ziddir.
    Bütün problemlərin fövqündə duran sülh probleminin həm qlobal, həm də lokal miqyasda həllində  dövlətlərin, ictimai və dini qurumların birgə əməkdaşlığı səmərəli nəticə verə bilər. Qafqaz regionunun həllini tapmayan problemlərindən biri də Azərbaycanın 20 ildən artıq üzləşdiyi - ərazisinin 20 faizinin  erməni ekstremistləri tərəfindən işğal olunması və bir milyon insanımız etnik təmizləmə siyasətinə məruz qaldığı Qarabağ münaqişəsidir.  İşğal olunmuş ərazilərimizdə müsəlman, xristian və yəhudi dini abidələri dağıdılmışdır. Bu isə dinlərarası qarşıdurma təhlükəsinə yol aça bilər.
    Zənnimcə, dünyada sülhün və əmin-amanlığın, cəmiyyətlərdə sağlam mənəvi-əxlaqi mühitin bərqərar olması və ənənəvi dəyərlərin qorunması məsələsində din xadimlərinin səylərinin birləşdirilməsi olduqca önəmlidir. Biz bəşərin qlobal bəlalardan xilası və insanlığın rifahı naminə birlik və tolerantlığımızı daima qoruyub saxlamalı, onu fəal şəkildə təşviq etməliyik.
    Belə bir önəmli tədbirin ABŞ və Azərbaycan tərəfdən təşkilatçılarına təşəkkür edir, forumun işinə uğurlar arzulayıram”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 640
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30