Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Qafqaz Müsəlmanları İdarəsində Qazılar Şurasının iclası keçirildi
    Bu gün QMİ Qazılar Şurasının üzvləri və İdarənin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda Şuranın sədri Şeyxülislam Allahşükür Paşazadə məruzə ilə çıxış etdi.  QMİ sədri A. Paşazadə Qazılar Şurasının son toplantısından ötən dövr ərzində görülmüş işlər barədə məlumat verdi, Şuranın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz fikir və tövsiyyələrini səsləndirdi. İclasda QMİ Qazılar Şurasının və Elmi-Dini Şurasının tövsiyyə və qərarı ilə son illər çap olunmuş kitab və vəsaitlər barədə məlumat verildi. 

    Bildirildi ki, son illər ərzində işıq üzü görmüş  “Axund və imamlar üçün xütbə nümunələri” adlı vəsaiti, Qurani-Şərifin Azərbaycan dilində təfsiri olan Mirməhəmməd Kərim Bakuvinin “Kəşfül-Həqayiq” əsərinin üç cilddə müasir üslubda nəfis çapı, Ayətullah Cəfər Sübhaninın “Vəhhabi Cərəyanı” əsərinin yeni redaktədə nəşri və s. cəmiyyətin dini maarifləndirilməsi işinə öz töhfəsini vermişdir. Bu istiqamətdə işlər davam etdirilir.
    İclasda Qazılar Şurasının dünyasını dəyişmiş üzvlərinin ruhları yad edildi. Şuranın fəaliyyətinə dair məsələlər sırasında təşkilati məsələlərə baxıldı – yeni qazılar və səlahiyyətli nümayəndələrin seçilməsi həyata keçirildi.
    İclasda son zamanlar qida məhsullarının halallığı ilə bağlı Azərbaycan ictimaiyyətini maraqlandıran məsələ də müzakirə olundu. Din xadimlərinin çıxışlarında bu məsələyə dair açıqlamalar verildi. Bildirildi ki, halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan, bununla bağlı dini mərkəzin rəyi vacibdir və Azərbaycan dindarlarının çoxsaylı müraciətlərində yer alan narahatlığın aradan qaldırılması QMİ-nin Nizamnaməsi ilə təsbit edilmiş vəzifəsidir.
    İndiyədək “SAB” şirkətinin məhsullarına halallıqla bağlı zəmanətin verildiyini diqqətə çatdıran İdarə rəsmiləri, gələcəkdə müvafiq dövlət qurumu ilə müştərək fəaliyyətin həyata keçiriləcəyi təqdirdə halal qida məhsulları  istehlakçılarının haqlarının qorunmasının mümkün olacağını vurğulamışlar. Bununla əlaqədar, halallıq zəmanətinin verilməsi ilə əlaqədar QMİ nəzdində din xadimlərindən ibarət xüsusi işçi qrupun yaradılması qərara alındı. Qazı Faiz Nagızadə başda olmaqla 5 nəfərdən ibarət həmin qrupun fəaliyyət istiqamətləri və vəzifələri müəyyənləşdirildi. Komissiyanın tərkibinə QMİ sədrinin müavini Fuad Nurullah, qazı Məhəmməd Quliyev, Şahin Həsənli, QMİ-nin əməkdaşları Şamil Rəsulov, Mirnəsir Nağıyev daxil oldular.
    İclasda məscidlərdə oxunan moizə və xütbələrin səviyyəsinin daha da yüksəldilməsi, dini-mənəvi, milli dəyərlərimizin daha dərindən təbliği və təşviqi istiqamətində işlərin davam etdirilməsi zərurəti xüsusi vurğulandı.
    İclasda çıxış edən Müfti Salman Musayev QMİ Qazılar Şurasının sədri Şeyxülislam A. Paşazadənin bölgələrə səfərlərinin olduqca vacib əhəmiyyət daşıdığından danışdı, bu səfərlərin davam etdiriləcəyini bildirdi. İclasda bölgələrdə aparılan maarifləndirmə işlərinin önəmi xüsusi vurğulandı.
    Bakı İslam Universitetinin rektoru Sabir Həsənli QMİ tərəfindən din xadimləri üçün təkmilləşdirmə kurslarının yaradılmasını mühüm tədbir kimi dəyərləndirdi və bu barədə ətraflı məlumat verdi.
    Fətva şöbəsinin müdiri Mirəziz Seyyidzadə QMİ tərəfindən mütəmadi gerçəkləşdirilən, istər dini mərkəzdə, istərsə bölgələrdə səyyar şəkildə həyata keçirilən din xadimlərinin attestasiyası prosesinin gedişatı barədə məlumat verdi və bu prosesin dini kadrların bilik, bacarıq və vərdişlərinin yüksək səviyyəyə qaldırılması işinə xidmət etdiyini xüsusi vurğuladı.
    QMİ Aparat rəhbəri Simran Həsənov Azərbaycan Respublikasının aidiyyatı üzrə qanunverici aktlarında son dövrdə edilmiş dəyişiklik və əlavələr haqda din xadimlərinə məlumat verdi.
    QMİ Təftiş şöbəsinin müdiri Vəfadar Əliyev şöbə tərəfindən görülmüş işlər, məscid və ziyarətgahların maliyyə vəziyyətləri ilə bağlı məruzə etdi.
    İclas iştirakçıları öz çıxışlarında QMİ Qazılar Şurasının bu ilin yanvar ayında verilmiş Fətvasının dindarlar arasında böyük əks-səda doğurduğunu xüsusi vurğuladılar.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 726
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30