Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Milli Məclisdə Xocalı soyqrımı müzakirə olundu
    Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasda Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək bildirdi ki, üç gün sonra Xocalıda 20-ci əsrdə insanlığa qarşı törədilən ən dəhşətli faciənin 18-ci ildönümü tamam olacaq. Spiker Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Soyqırımı qurbanlarının xatirəsi yad edildikdən sonra parlamentin plenar iclası öz işinə başlayıb. Cari məsələlər zamanı çıxış edən deputat Əhəd Abıyev bir neçə gün əvvəl cəbhə xəttindəki atışma zamanı həlak olmuş Azərbaycan Ordusunun əsgəri, Masallı rayon sakini Röyal Fərəcovun yas mərasiminə qatıldığını bildirib. Ə.Abıyev qeyd edib ki, həlak olmuş əsgərin həyat yoldaşı və körpə uşağının yaşayış vəziyyəti çox pisdir. Ə.Abıyev Masallı rayonunda şəhid ailələri üçün yaşayış binası tikildiyinə diqqət çəkərək, Milli Məclis sədri Oqtay Əsədovdan bu ailəyə mənzil verilməsini xahiş edib.

    “Müsavat” deputat qrupunun üzvü İltizam Əkbərli isə “Azərsun Holdinq”in İmişlidə yerləşən Şəkər Zavodunda çalışan 70 işçinin işdən azad olunması məsələsini diqqətə çatdırıb. O, Şəkər Zavodunun həyətində Əhəng Zavodunun yaradıldığını, bunun isə ekologiyaya ciddi ziyan vurduğunu söyləyib. Millət vəkili Musa Quliyev isə 1948-53-cü illərdə Ermənistan SSR-dən köçürülən azərbaycanlılara repressiya qurbanları statusu verilməsini təklif edib. Deputat Aynur Quliyeva Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən tədbirlərdən danşıb. Bildirib ki, Hedər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünyada ciddi işlər görülür. Deputat ölkədə fəaliyyət göstərən QHT-ləri də bu işdə fəal olmağa çağırıb. Millət vəkili Qüdrət Həsənquliyev spikerin başçılığı ilə İrandan səfərdən qayıdan nümayəndə heyətinin keçirdiyi görüşlər haqqında məlumat verilməsini istədi. Millət vəkili İranda Azərbaycana qarşı aksiya keçirildiyini və təhqirlərə yol verildiyini söylədi. “Xocalı soyqırımın törədilməsində iştirak edən Ermənistan prezidentinin hansı haqla İranda əlini sıxırlar? Biz sizə səs verib spiker seçmişiksə, İrana səfəriniz haqqında niyə məlumat vermirsiniz?”,-deyə Q.Həsənquliyev vurğulayıb Spiker Oqtay Əsədov deputatın sözlərinə cavab olaraq onun çıxışında ehtiyatlı olmağa çağırdı. “Mən çıxış etmişəm, edirəm də. Səfər haqqında da lazımı məlumat veriləcək. İran-Azərbaycan münasibətlərində fərqli yanaşmalar var. Bir var populist yanaşma, bir də var dövlətçilik yanaşması. Biz İranla münasibətlərimizi hər zaman yüksək səviyyədə qurmalıyıq. Əfsus ki, həm o tərəf, həm də bu tərəfdə bu əlaqələrə mane olanlar var”,-deyə spiker əlavə edib. Mübariz Qurbanlı Türkiyənin Ermənistanla imzaladığı protokollarla bağlı qətiyyətli mövqe ortaya qoyduğunu bildirdi. Onun sözlərinə görə, hazırda Türkiyəyə qarşı təzyiqlər artmaqdadır: “ABŞ Konqresində qondarma “erməni soyqırımı” layihəsi müzakirəyə çıxarılacaq. Bu, Azərbaycanın da maraqlarına ziddir. Azərbaycan parlamenti bu məsələnin yenidən gündəmə gətirilməsinə etiraz məktubu ünvanlamalıdır. Mümkün olsa, Azərbaycan parlamenti bununla bağlı ABŞ-a xüsusi deputat qrupu da göndərməlidir”,-deyə deputat əlavə etdi. Millət vəkili Elman Məmmədov da Xocalı soyqırımının tanıdılması istiqamətində Heydər Əliyev Fondunun çox uğurlu fəaliyyət göstərdiyini, bu işlərin gücləndirilməsinin vacibliyini qeyd etdi.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 531
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30