Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Hacı Mirəziz Seyidzadənin 65 illik yubileyi qeyd olundu
    Bu gün Azərbaycan Yazıçılar Birliyində ilahiyyatçı alim, yazışı-publisist və şair, Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri Qazi Hacı Mirəziz Seyidzadənin 65 illik yubileyi keçirildi. AZADİNFORM  xəbər verir ki, tədbirdə AYB-nin katibi Fikrət Qoca, "Ulduz" jurnalının Baş redaktoru Elçin Hüseynbəyli, ədəbi tənqidçi Vaqif Yusifli, akademik Bahadur Tağıyev, Milli Dram Teatrının aktyoru İlham Əsgərov, din xadimləri, yazıçı və şairlər, mətbuat nümayəndələri iştirak edib.  Tədbiri şair Fikrət Qoca açaraq bildirdi ki, Hacı Mirəziz Seyidzadə çox gözəl şairdir. Şair yubilyarı Azərbaycan yazıçıları adından təbrik etdi. 

    Tədbirə aparıcılıq edən Elçin Hüseynbəyli Hacı Mirəzizi təbrik edərək onun ədəbi mühitə töhfələrindən danışdı. Hacı Mirəziz Seyidzadə tədbirdə iştirak edənləri salamlayaraq onlara təşəkkürünü bildirdi: “Bu gün Azərbaycan xalqı Xocalı faciəsinin 22-ci ildönümünü yaşayır. Mən orda həyatını dəyişmiş insanlara Allahdan rəhmət diləyirəm”.  Daha sonra ədəbi tənqidçi Vaqif Yusifli çıxışında bildirdi ki, Hacı Mirəzizin xarakterinə, insanlığına bələd olan biriyəm: “İlk dəfə onu 1977-ci ildə yas mərasimində görmüşəm. Ona kimi isə onun haqqında gözəl sözlər eşitmişdim. O insanı dini mükəmməl səviyyədə bilən bir şəxs kimi eşitmişdim. Hacı Mirəziz bir çox dilləri bilir. Fars, ərəb dillərində mükəmməl danışır”. Hacı Mirəzizin yaradıcılığına toxunan V.Yusifli bildirdi ki, şairlik istedadla bağlıdır: “Bu gün Azərbaycanda əruzu bilən çoxdur. Amma Hacı Mirəziz kimi gözəl yazan, onun kimi tanınan şair çox azdır. 90-cı ildən başlayaraq bizdə əruz vəzninə münasibət tamamilə dəyişdi. Hacı Mirəziz həm də bir neçə monoqrafiyanın müəllifi, ilahiyyat elmləri namizədidir. Hacının yazdığı şeirləri mən mükəmməl hesab edirəm”.  Akademik BahadurTağıyev bildirdi ki, Hacı Mirəziz haqqında fikirləri rəngarəngdir: “Ona görə rəngarəngdir ki, mən onu uşaqlıq vaxtından tanıyıram. Mirəziz ruhani ailəsinin nümunəsi, Peyğəmbər nəslinin nümayəndəsidir. Onda gözəl şair əhval-ruhiyyəsi var. Bu adamların bizim cəmiyyətdə böyük rolu var. Gözəl şeirlər yazan şairlərimizin çoxu molla məktəbi qurtarıb. Molla məktəbi bitirən şairlərimiz heç də digərlərindən geri qalmır. Hacı Mirəziz özü də məktəbi Səmərqənddə bitirib. Bakıda isə müdafiə edib. Hacı Mirəziz din xadimi olaraq Azərbaycanın hər yerində tanınır”. Azərbaycan Ağsaqqallar Şurasının üzvü İmran Əbilov bildirdi ki, Mirəziz Seyidzadə öz gücünə bu günə gəlib: “Hacı Mirəziz dostumuz Allaha pənah gətirib, ucalıb. O, heç vaxt şöhrətin arxasınca qaçmayıb, şöhrət özü onu tapıb”. Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Hacı Fuad Nurullayev Mirəziz Seyidzadəyə Şeyxülislam Hacı Allahşükür Paşazadənin təbriklərini çatdırdı. Bildirdi ki, Hacı Mirəziz gözəl alim və qayğıkeş insandır. Şair Hacı Arif Buzovnalı da Mirəziz Seyidzadəyə öz arzularını çatdırdı. O, qeyd etdi ki, Hacı Mirəzizi mən uşaqlığımdan tanıyıram: “Hər bir adamın güclü dövrü onun cavanlığıdır. Son 10 ildə onun elə bir irəliləyişləri var ki, onun cavanlığını ötüb keçir. Seyidlər İlahi qüvvə sahibidirlər. O, 16 diskli bədii qiraət kimi əsər yaratdı.  Şair İsrafil Hüseynov da öz növbəsində vurğulayıb ki, Hacı Mirəziz çox gözəl din xadimidir: “Ağa necə gənclik illərində çalışırdı, yenə də elədir. Onun əsərlərinə baxanda görürük ki, yaradıcılığı rəngarəngdir. O, əsərlərində vətəninə, insanlara sevgisindən bəhs edir”. Tədbirdə Milli Dram Teatrının aktyoru İlham Əsgərov, Xalq artisti Bilal Əliyev, Hacı Mehman Fərzullayev və digərləri də Hacı Mirəziz Seyidzadəni doğum günü münasibətilə təbrik etdilər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 780
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30