Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Hacı Mirəziz Seyidzadə - 65
    “Kəlam” jurnalını tanıyanda onun Təsisçisi və Baş redaktoru Hacı Mirəziz Seyidzadəni, redaktoru Hacı Niyaz Niftiyevi tanımırdım. Bu jurnal 12 ildir “CBS” mətbəəsində nəşr olunur, kompüter xidmətini həyata keçirən Cəsarət Qasımov  onların da dizayn işlərini görür və hər dəfə jurnal nəşr olunanda bir nüsxəsini də  mənə verir. 
    Hacının cəmiyyətə verəcəyi, ötürəcəyi fikirlərin canlı ifadəsi kimi bu jurnalı görürük. Onun Qafqaz Müsəlmanlar İdarəsindəki Fətva şöbəsinin müdiri, ondan əvvəl İslam Universitetinin Sumqayıt filialının rektoru kimi, ondan əvvəl QMİ-də təhsil şöbəsinin müdiri kimi, xeyli əvvəl cənub zonasında - Astara və Masallı məscidlərinin axundu kimi, ictimai xadim kimi... fəaliyyətindən xəbərdar olmayanlar üçün “Kəlam” jurnalı bir pəncərədir, vasitədir... 

    Məqsədimiz “Kəlam” jurnalının yoluna, dəsti-xəttinə, fəaliyyətinə öz baxış bucağımızdan baxmaq deyil, sadəcə Hacı Mirəziz Seyidzadənin 65 illik yubileyinə bu prizmadan baxaraq onu təbrik etmək, bu imkandan yararlanaraq yaxşı bir söz demək cəhdidir. Jurnalın təxminən 20 sayını diqqətdən keçirdik və onun fəaliyyətinin istiqamətlərini təxmini də olsa, özümüz üçün müəyyənləşdirdik. 
    Jurnalın əsas qayəsi mənəvi-əxlaqi dəyərləri dini aspektdə, dinin tələbləri anlamında təqdim etməkdir. İkinci xətt baş verən ictimai-siyasi hadisələrə analitik baxışdır – bu da yetərincədir. Üçüncü xətt tarixi şəxsiyyətimiz,  ümummilli liderimiz Heydər Əliyevin, o kontekstdə Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət quruculuğu sahəsindəki unikal, əvəzolunmaz fəaliyyətlərinin əksidir ki, bildiyimə görə jurnalın bütün saylarında buna geniş yer ayrılıb. Dördüncü xətt hamının maraq dairəsində olan olayların, tarixi hadisələrin, geosiyasi məsələlərin, ictimai-siyasi, mənəvi, hüquqi, sosial-iqtisadi, mədəni və bir çox strateji sahələrin təcəssümü gəlir ki, bunlara vaxtaşırı müraciət olunur. Nəhayət, sonuncu xətt insanın könül duyğularına, saf hislərinə köklənir.
    Fəaliyyət göstərməyəcəksənsə, səni hansı mərtəbədə saymağın elə bir əhəmiyyəti yoxdur. Hacı Mirəziz Seyidzadə bu cəmiyyətin ən sayımlı üzvlərindən biri kimi baş verən olaylara, ictimai-siyasi hadisələrə vətəndaş mövqeyindən yanaşaraq öz münasibətini bildirir (biz bunun televiziya ekranlarında da çox şahidi olmuşuq). 
    Jurnalın 54-cü sayında (2012-ci il, yanvar-fevral) onun “Peyğəmbərin müqəddəs mövludu” yazısı ən böyük əxlaq sahibi olan, bütün aləmi nura boyayan, Qurani - Kərimdə buyurulan kimi, aləmlərə rəhmət gələn günün müqəddəsliyindən, qeyri-adiliyindən söz açır, müsəlmanlar tərəfindən yetərincə dəyərləndirilən, hörmət, sevgi və əcdadlardan qalan mirasa qarşı ehtiramı aşılamağa çalışır.
    2011-ci ilin oktyabr-noyabr sayında Həcc ziyarəti ilə bağlı Hacı Mirəziz Seyidzadənin bir yazısı da diqqətimi çəkdi (bu barədə dissertasiya müdafiə edib). Dinimizin vacib beş əməlindən birinə həsr olunan bu yazıda müsəlman aləminin iki ən böyük bayramlarından biri olan Qurban bayramının tarixi kökləri, mahiyyəti, yaratdığı əxlaqi dəyərlər, Şeytana və öz nəfsinə qalib gəlmənin yolları, fəzilətləri barədə müfəssəl məlumat və bilgi verir.
    Jurnalın demək olar ki, bütün saylarında Həzrət Əlinin (ə) fars və ərəb dillərində olan kəlamlarının Hacı Mirəziz tərəfindən tərcüməsi də çox maraqla qarşılanır (bildiyimə görə o, bunu kitab halında da nəşr etdirib). Bu da Hacının yaradıcılığının bir sahəsinə işıq salır və həm də onun yaradıcılığının rəngarəngliyini, əhatəliyini əks etdirir. 
    2011-ci ilin  dekabr (53-cü nömrəsi) sayında M.Seyidzadənin “Kərbəla hadisəsinə sosial-fəlsəfi yanaşma” məqaləsində bu hadisəsinin şərhində maraqlı məqamlar verilir, məsələlər tarixi və fəlsəfi nöqteyi - nəzərcə təhlil olunur, haqq-ədalətin mübarizəsi fonunda bəzi mətləblərə aydınlıq gətirilir. Bu yazı Kərbəla müsibətinin ideya və əqidə carçısı kimi deyil, kürsü, mənsəb savaşı kimi fikirləşənlərə tutarlı bir cavabdır.
    Hacı Mirəziz özünün İslami söhbətlərində dini məsələlərə toxunarkən mənəvi-əxlaqi dəyərləri vacib bilib onlara daha çox yer ayırır. Məsələn, Ramazan və Qurban bayramları, Həcc ziyarəti, Məhəmməd Peyğəmbərin (s) mövludu, Kərbəla müsibəti, Həzrət Əlinin (ə) şücaəti və s. Bu dini söhbətlərlə o insanları hidayət yolunu tutmağa sövq edir, mənəviyyata kökləyir, saflığa, paklığa səsləyir, o bilir ki, cəmiyyətin haqq yolu tutmasında, onun düzgün qərara  gəlməsində bu söhbətlərin nə dərəcədə əhəmiyyəti var və bunu bildiyindəndir ki, çox böyük bir kütləni bu söhbətlərin işığına toplaya bilib - bu, onun ən böyük qazancı və fəxarətidir. Burada o dini xadim statusundan ictimai xadimliyə elə məharət və bacarıqla keçid edir ki, bu ali mərtəbədə bir qürur duyğusu yaradır.
    Hacı  sanki Azərbaycanı da tanıtmaq missiyasını öz öhdəsinə götürüb və bunun da öhdəsindən layiqincə gəlir - gözəl yer-yurdumuzu, tarixi yerlərimizi, doğulub boya-başa çatdığı Masallını vəsf edir, o, bu yazılarla insanlarda Vətənə məhəbbət, sevgi aşılayır gəncləri el-obaya bağlamaq üçün onlarda gözəl duyğular yaradır.
    Onun barəsində fikirləşəndə bir gündə dörd ömür yaşayan kamil insanı xatırladım – işdə-gücdə, cəmiyyətdə, ailədə və bir də öz “mən”ində. Bu üç ömür dördüncüdən keçir, bu üç ömür üçün sanki dördüncü “doğanaq”dır. O, bu dördüncü ömürdə işi-gücü yalnız öz “mən”ini təqdim etməkdir – özündən o yana olan öz “mən”ini...
    Mənim də işim elə onun “mən”ini göstərmək cəhdidir, bu şansı mənə onun nəşr etdirdiyi “Kəlam” jurnalı verdi. 65 illik ömrünün 60 ili dini öyrənməyə və öyrənə-öyrənə öyrətməyə, onun təbliğatına həsr edib, 40 ili yazıb-yaradıb, yəni öz “mən”ini təqdim edib. O, üç ömrü “Kəlam”da sərf-nəzər edərək onları bir-birinə bağlı, əlaqəli formada elə təqdim edib ki, onlar sanki böyük ömrə gedən cığırlardır. Burada bu ömrün fəaliyyət parametrləri aydın görünür.
    O, “Əziz Pünhan” təxəllüsü ilə də şerlər yazır, biz “Kəlam” jurnalında şairin könül pıçıntılarına qulaq kəsilir və bir anlığa o aləmdə özümüzü hiss edirik. Şairin ən böyük istəyi oxucusunu o aləmə çəkmək bacarığıdır. Bu şerlər barədə danışmaq mənim üçün daha rahat və maraqlıdır. Bu şerləri oxuyarkən onu bir ədəbiyyat həvəskarı kimi  deyil, ədəbiyyat bilicisi kimi görürsən. O, qəzəl janrına daha tez-tez müraciət edir, deyərdik ki, onda bu çox gözəl alınır, oxuyarkən sanki klassiklərimiz yada düşür, onları təkrar-təkrar  oxuduğunu sanırsan.
    Mənim tər lalələr, güllər bitirmiş laləzarım var,
    Özüm bir bülbüləm, azad, ömürlük növbaharın var.
    Rəqibə əymərəm baş, çün qürurum qəmdən əfrundur,
    Məhəbbət əhliyəm, çünki əyilməz bir vüqarım var.
                                                                (“Kəlam”, aprel-may 2011-ci il)       

    Haqq-ədalət nizamını gözləyən şair deyir:

    Kamil insan heç əsəb etməz keçən dövranlara,
    Canı qurban et əzizim, can verən qurbanlara, 
    Sən həqiqət şəmini yandır, işıq saç hər zaman
    Harada olsan haqqı de, haqqı sevən insanlara.

    Başqa bir şerində sözün əxlaqi dəyərlərdən düşdüyünü belə ərz edir:

    Cəddin mənə güc də, qüdrət də verib, 
    Ağıl da, hünər də, hikmət də verib,
    Nüfuz da, hörmət də, şöhrət də verib,
    Nədən bu doğrunu yalan bilirsən?

    Bir qəzəlində də bir kimsəyə həyat dərsini anladır:

    Həyat nədir, nə bilirsən cəfalı məcnunam,
    Vəfanı laləli düzlərdə mən yazım, sən oxu.
    Qəmində qərq olur hər kim ki, şad gəlir yanıma,
    Bəlanı qəm dolu üzlərdə mən yazım, sən oxu.               

    Ömür təkcə yaz havası ilə nazlansaydı, darıxdırıcı, usandırıcı olardı, elə dərd kimi bəxtəvərliyin özündən də solmaq olar. Jurnalın 2011-ci il aprel-may aylarında nəşr olunan 59-cu sayında onun “Təbiət Allahın şah əsəridir” yazısında oxuyuruq: “İnsan kiməsə nəsihət edirsə, ona düz yol göstərib doğru məsləhət verirsə, onu pis yollardan çəkindirmək üçün səy göstərirsə, onları özü də etməlidir. Lakin belə adamlar bəzən özləri də müxtəlif təzyiqlərə məruz qalır, orada-burada lağa qoyulur. Bütün bunlara yalnız səbir və dözümlə sinə gəlmək olar”. 
    Allahın məhəbbəti o kəslərədir ki, yaxşılıq etmək imkanını əldən vermir - Özünə yarayan, özgəyə yaramayacaq. Dünyada ən böyük fərəh başqasına lazım olduğunu bilib, ona öz yardımını əsirgəməməkdir. Hacı Niyaz onun xeyir əməl sahibi olduğundan ürəkdolusu söz açdı.
    Mənə görə bir kəsin başqasından üstünlüyünü ifadə edən ən birinci fəzilət cəsarətdir. Hacı Niyaz da onu çox ürəkli və cəsarətli insan kimi xarakterizə etdi. 
    Gözəllik unudan və unutdurandır, yaxşılıq və xeyirxahlıq isə yox –onu yaxından tanıyan, nəinki tanıyan, hətta onu özünə sirdaş, dost sanan, jurnalın redaktoru Hacı Niyaz onda bu gözəl sifətlərin olduğunu da israrla bildirəndə bu fikirlərinə də bir qram şübhə toxumu düşmədi. 
    İmanlı olmaq üçün adamın etiqadı, iqrarı və əməli gərəkdir. Əməl səbəblə mühakimə edilər, səbəb əmələ bir meyardır. Hacı Niyaz onu həddən artıq nəcib və həyalı bir insan kimi söylədi, elə mən də belə düşündüm ki, Hacı Mirəziz kimi imanlı adam üçün bu iki sifət çox müqabildir (Məhəmməd peyğəmbər (s) buyurub: “Həya və nəciblik imanın nişanəsidir”). 
    Səmimi olmaq çox çətin məsələdir, bunu hamı söyləsə də, hamı göstərə bilmir, çünki səmimi olmağın başlıca tərəfi bacardığın yaxşı sifətləri göstərməkdir, Allah o adama əcr göndərir ki, o özünə etdiyi yaxşılığı özgəsinə də görə bilir – Hacı Niyaz gözəl insan Qazi Hacı Mirəziz Seyidzadənin həddən ziyadə səmimi olduğunun fəlsəfi, mənəvi-əxlaqi köklərini belə göstərməyə çalışdı.
    Ləyaqətli ömür üçün əsas vacib olan məncə budur – saf zəka, doğru yol və əxlaqi məmnunluq. Ləyaqət sahiblərini Allah heç vaxt nədəsə, haradasa daməndə qoymur, bu girami insanı neçə-neçə dolanbaclardan keçirsə belə...
    Laqeydliyə bəd əməl kimi baxıb onu ruhun iflici sanır, cəmiyyətdə baş verən neqativ hallara qarşı susmamağı tövsiyə edir. Jurnalın 2011-ci ilin iyun-iyul sayında “İslamda birlik və bərabərlik” adlı yazısında bu məsələlərə toxunarkən Həzrət Məhəmməd Peyğəmbərdən (s) belə bir nəsihətini xatırladır: “Xalq arasında bir günahkar ona bənzər ki, sanki bir dəstə adam gəmiyə oturub, onlardan biri isə gəminin bir tərəfini deşir. Ona deyəndə ki, niyə belə edirsən, cavab verir ki, özümə aid olan yeri deşirəm. Görəsən ona mane olmasan bir azdan gəminin başına nə müsibət gələcəyi aydın deyilmi? Şübhə yoxdur ki, bir azdan su gəmiyə dolacaq və gəmini də batıracaq, insanlar da tələf olacaqlar.” 
    Arif  Buzovnalı M.Seyidzadənin doğum gününə bir şeir yazıb, şeir jurnalın 54-cü sayında nəşr olunub. Həmin təbrikin bir yerində şair deyir:

                                           Seyidliyin nəcabətdən,
                                           Alimliyin fərasətdən,
                                           Şairliyin kəramətdən,
                                           Mövludun mübarək olsun!

    Həyat üzücü olur, bunu insan özü yaradır və özü də yaşayır, o həyatın zülm-sitəmlərinə yalnız həyata hüsnü-rəğbəti, sevgisilə qalib gəlir. Gözəl sifətlərə, xasiyyətlərə, xarakterlərə sahib olan adam çox azdır, gərək onları göstərə biləsən, səxavətlə kimlərləsə bölüşə və paylaşa biləsən.
    Hacı Mirəziz Seyidzadəni cəmiyyətdə tanımayan çox az tapılar, ələlxüsus da orta və yaşlı nəsil. Onun  imkanlarını “Kəlam” jurnalı qədər “xəbərləyən” ikinci bir əlaqə vasitəsi tanımıram, dini, ictimai-siyasi baxışları söz-sovu, ədəbiyyat bilicisi kimi söhbətləri, mətləbləri bir özgə məharət və qabiliyyətin göstəricisi anlamında qürur duyğusu yaradır ki, bu da çox az adama qismət olası məqamdır. Bu məqama çatmaq üçün Hacı nələr çəkib, onu yalnız bu yolu qarasını, bozunu ağ yola çıxaranlar bilir. Zirvənin başına dolanan yollar ömrün xəbərçisi olan alın qırışları kimidir-qırışlar alına, yollar zirvələrə qalar...
    Məhəmməd Peyğəmbər (s.) buyurub ki, yaxşı əməlindən xoşhal, pis əməlindən qəmgin olursansa, möminsən. Bu da “Kəlam”ı  qəlblər oxşayan Söz xiridarına deyiləsi bir kəlam ərməğanı-Sənə deyiləsidir, Sənə deyiləsi sözümüz... “Kəlam” jurnalının əməkdaşı Vəfa xanımın ad günü üçün onun yazdığı şerdən bu misraları  bir qədər “düzəliş” edib onu Hacı Mirəzizin özünə ünvanladıq:

    Bu “Kəlam” aləminə, özgə bir aləmsən özün,
    Verməsin zəhmətini qoy Yaradan  zayə, Hacı.

    “Kəlam” 12 ildir nəşr olunur, özü də 2 ayda 1 dəfə, elə buradaca onun ayda bir dəfə, özü də bir qədər dolğun və rəngarəng, məzmunlu spektrdə çıxmasını arzulayıram. Hacı çox uğurlara imza atıb, istərdim ki, 70-ə də yeni-yeni uğurların sevinc və fərəh məqamları ilə qədəm qoysun - o bunlara layiqdir, insan layiq olduğuna qovuşanda özünü daha xoşbəxt hiss edir.
    O xoşbəxtliyə gərək inanıb və inandırasan... 
    Can sağlığı, könül xoşluğu, həyatda üz ağlığı, el-oba, Vətən bağlılığı... diləkləri ilə: 

    İslam Əsgəroğlu 


         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 852
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30